Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə28/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

¹2(3)    èéóí 2012 
 
60 
YAĞIŞ YAĞIRDI 
 
Daha dözə bilmədi. Artıq-əskik hərəkətə, danışığa yol verəcəyindən ehtiyatlanıb müəllimlər 
otağını tərk elədi.  
Dəhlizdə, həyətdə sakitlikdi, “qu” desən qulaq tutulardı. Uşaqları  tətilə buraxmışdılar. Arı 
pətəyini xatırladan məktəb birdən-birə sanki yetimləşmiş, məktəbliyini itirmişdi. Məktəb hər şeydən 
əvvəl şagirdləriynən məktəbdi. 
Təkəm-seyrək atan irigiləli yağış damcıları tozlu kənd yolunu dımır-dımır naxışlayırdı.  
Magistral yola, maşın ayağına tələsirdi. Rayon mərkəzində yaşasa da otuz ildən artıqdı bu 
kəndə ayaq döyürdü. Neçə  dəfə adlı-sanlı  şəhər məktəblərinə  dəvət etmişdilər, getməmişdi. Ca-
maata necə öyrəşmiş, qaynayıb-qarışmışdısa aradakı  məsafə, uzaqlıq gözünə görünmürdü. Lakin 
son vaxtlar təhsildə baş verən haqq-hesablar, əyintilər onu yaman tıncıxdırırdı. 
“Hə, belə-belə işlər, müəllim, qocalırsan, əsəblərin tab gətirmir daha...” 
Birdəncə düşmüşdülər üstünə. Elə bil qabaqcadan sözləşmişdilər. Nədi-nədi suçu Vəlinin 
oğluna “iki” vermişdi.  Şagirdin vecinə deyildi, sinif rəhbəri ortada at oynadırdı. Dirənmişdi ki, 
“iki”ni “üç” elə. Direktor, dərs hissə müdiri də onun tərəfindəydi.  
Əvvəl dilə tutdular, ay nə bilim, uşaq belə tərbiyəli, belə qanacaqlı-mərifətlidi... Bir kitab söz. 
Yavaşcalığnan dedi ki, şagirdimi mənə tanıtmayın. Düzdü, suçu Vəlinin oğlu ağıllı-kamallı, qana-
caqlı-mərifətli uşaqdı. Amma mən “iki”ni Vəlinin oğlunun davranışına, oturuşuna-duruşuna
əxlaqına yox, biliyinə vermişəm. Məsələni niyə qarışdırırsınız? Zordu, çatdırmır! 
Çatdırmır, bilmir, öyrət, dedilər. Niyə filan, filanı çatdırır, səninkini çatdırmır? Demək, pis 
dərs keçirsən. Suçu Vəlinin oğluna fərdi, günün tələbləriynən yanaşmırsan. Söhbət tək bir sinfin, bir 
məktəbin müvəffəqiyyət faizini aşağı salmaqdan getmir. Dərindən düşünəndə, geniş götürəndə bir 
qotur “üç”ə görə bütün rayonun, hətta ölkənin mənafeyini güdaza verirsən. Budu sənin 
vətənpərvərliyin?.. 
Baho! Guya uşağa canları yanır, yazıqları gəlirdi. Məlumdu niyə əl-ayağa düşüblər! Yoxlama 
gələndə soruşacaqdı ki, müvəffəqiyyət faiziniz niyə  aşağıdı?  İncidəcək, “tərlətməmiş”  əl çək-
məyəcəkdi. Hamısı buna görəydi. Rüşvət, saxta, şişirdilmiş hesabatlar təhsili kor qoymuşdu. Əvvəl 
belə şeylər fabrik-zavodda, istehsalatda, pambıq, üzüm yığımında olardı.   
Kəskin hərəkətlə ayağa qalxdı. Ağzını doldurdu ki, bütün bu sərsəmləmələrin necə lazımdı 
cavabını versin. Ancaq birdəncə  mənasız sayaraq fikrindən daşındı.  Əlini yellədərək: “Tüpürüm 
sizin pedşuranıza da, vətənpərvərliyinizə də!..” - deyib qapıdan çıxdı. Hələ də hirsi soyumamışdı.   
“Yaxşı, balam, özgə vaxt beşballıq qiymət sistemindən dəm vurursunuz. “İki” bəs nə üçündü? 
Hələ “bir”i demirəm. “Üç”ə oxuyana da “üç”, “iki”yə oxuyana da “üç”? İnsaf, haqq-ədalət harda 
qaldı? Boyaqçı küpü deyil axı bu, elm, bilikdi! Olmaz, vallah, billah, olmaz! Özümüz güzəştə gedir, 
ələbaxım öyrədir, sonra da gileylənirik ki, görəsən bu müftəxorlar, qanmazlar, zırramalar, nə bilim, 
nələr hardan mayalanıb törədi, artdı?..” 
Yağış yavaş-yavaş  bərkitdi. Tərslikdən daldalanmağa yer yoxdu. Belə davam etsə islanıb 
cücəyə dönəcəkdi. Asfalta çatmamış aralıdan “KamAz”a əl qaldırsa da dayanmadı. Yəqin sürücü-
nün fikri ayrı yerdəydi, görmədi. Dalınca gölməçələrin suyunu ətrafa sıçrada-sıçrada qıjıltı ilə bir 
“Jiquli” də ötdü. İçi arvad-uşaqla doluydu.  
Asfalt yola çıxhaçıxda qara bir “Mersedes” beçə xoruzlar kimi cır səslə siqnallayaraq ya-
xınlıqda dayandı. Bərkgedən kafe sahiblərindən birinin oğluydu. Məktəbi qurtarhaqurtarda atası 
pay-püş, rüşvətlə üstünə minnətçi göndərmişdi ki, qiyməti hamısı “beş”di (bilirdi necə “beş”di!), 
sən də “dörd”ünü “beş” elə, uşağı instituta imtahansız düzəldəcəyəm. Pay-püşü, rüşvəti geri qay-
tarsa da abrına qısılıb zəhlətökən xahiş-minnətlərdən, ismarıclardan keçə bilməmişdi... 
Keçmiş müəllimi kimi, bir növ, ərkyana irəli durmaq istədi. Ancaq oğlanın sükan arxasındakı 
yekəxana oturuşunu, siqaret damağında  şüşəni  ədabaz-ədabaz yendirməsini görüb səbrini basdı, 
gözlədi. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
61
- Yağışın altında niyə qalmısan, müəllim? - Salamsız-kalamsız soruşdu. Cavab almayanda: - 
İncimə, bu yaxında tələsik bir işim var, yoxsa sizi aparıb şəhərə atardım, - deyib maşını şəhərə tərəf 
döndərdi. Guya üç-dörd kilometr böyük məsafəydi. 
İkrahla üzünü çevirdi. “Belə yerdə deyiblər, keçmə namərd körpüsündən, qoy aparsın sel 
səni!..” 
Yağış ara vermədən tökürdü. Asfaltın qıraqları ilə su sel kimi axırdı. 
Elektrik dirəyinin arxasında yanpörtü daldalanmağa çalışdı, xeyiri olmadı. Dikdirlə asfalta 
çıxanda yağışın boşaltdığı tökmə torpaq ayağının altında suyuldu. Az qaldı sürüşüb yıxılsın.  Əl-
lərini dayaq verib özünü birtəhər düzəltdi. Yolun ortasında dayanıb üzünü acıqla göyə tutdu. “Di 
yağ nə qədər kefindi! Döşə, çırp mitilimə! Belə haa, belə!..” 
Şəhər tərəfdən gələn bir sınıq-salxaq “Qaz-53” tırıltıynan yanından ötüb xeyli aralıda dayandı. 
Dönüb ağzıgeri qayıtdı. Ona çatanda qapısı aralandı. Sürücü əl elədi, çağırdı.  
Tələsik qalxıb özünü kabinəyə  təpdi. Salam verib oturmazdan əvvəl bir oturacağa baxdı, bir 
üst-başına, bilmədi neyləsin.  
- Müəllim, boş şeydi, əyləşin! - Sürücü dedi.  
Üzrxahlıq, dil-ağız elədi. Dəsmalını  çıxardıb üz-gözünü qurulayandan, pal-palraını qaydaya 
salandan sonra sürücüyə  tərəf çöndü. Otuz-otuz beş yaşlarında qarayanız, suyuşirin,  şüvərək oğ-
landı. Saçlarına təzə  dən düşmüşdü. Maşını kimi əyin-başı da köhnəydi. Getdiyi yerdə dönüb 
qayıtmağından, məhrəm müraciətindən yəqin onu tanıyırdı. Bəlkə də keçmiş şagirdlərindəndi. Allah 
saxlamışlar birdilər, ikidilər? Bu illər  ərzində  nə  qədər uşağa dərs demişdi! Soraqları haralardan 
gəlmirdi?! Böyümüş, dəyişmişdilər. Rastlaşanda utana-utana özləri dindirməsə, tanışlıq verməsə 
çoxunu tanımır, anışdıra bilmirdi.  
Ağzını açmaq istəyəndə sürücü onu qabaqladı. 
- Deyəsən,  şagirdinizi tanımadınız, müəllim? Faziləm də... - Uşaq məsumluğunu andıran bir 
təbəssüm qondu üz-gözünə. 
Xatırlaya bilmədi. Fazil adlı şagirdi çox olmuşdu.  
- Zarafatla Fırtışəli çağırardınız... 
Yenə yadına düşmədi. “Fırtışəli” ayama kimi bir şeydi. Qabaqlar çox işlədərdi. İndi də hərdən
kefinin duru, ala buludda olan vaxtı zarafatla Fazil, Famil, Faiq, Fizuli, nə bilim, başqa bu sayaq 
uyğun gələn, yaraşan adlara qoşar, yapışdırardı. Kimsə də inciməzdi. 
- “İki” verib sinifdə saxlamışdınız... 
Tanıdı. Kəndin ayağındakı traktorçu Qulunun oğlu Fazildi.   
Əməlli-başlı tutuldu. Halının dəyişdiyini görən oğlan peşimançılıqla: 
- Sizdə günah yoxdu, müəllim, - dedi. - Uşaqlıqdı  də, adam başa düşmür, oxumur, başa 
düşəndə də gec olur... 
Traktorçu Qulunun dediyinə görə, Fazili allah ona yeddi qızdan sonra vermişdi. Ərkəsöyündü. 
Tez-tez dərsdən qaçır, oxumurdu. Oğlunu sinifdə saxladığına görə Qulu onu görəndə üzünü də 
turşutmamışdı. Eh, qabaqlar indiki işlər, xahiş-minnət, rüşvət-zad nəəzirdi! Hökumətin də, camaatın 
da yanında dünyacan hörmət-izzəti vardı müəllimin. Hamıdan artıq maaş alar, hamıdan yaxşı 
geyinər, yaxşı dolanardı. Bir sözünü iki eləməzdilər. Gənəşik yeriydi, qan yatızdırar, küsülüləri 
barışdırardı müəllim. Oğul evləndirən, qız köçürən stolunun başında  əyləşdirərdi. Övladlarına 
nümunə göstərərdilər. Hansı uşaqdan soruşsaydın, müəllim olmaq istədiyini söyləyərdi. Elə bilərdi-
lər müəllim yemir, içmir... 
İndi yuxarıdakılar qana-qanamı, qanmaya-qanmayamı müəllimi yerə vurmuş, balaca bir 
maaşla dalana dirəmiş, çətin vəziyyətə salmışdılar. Dolanışıq, ehtiyac üzündən müəllimlər nələrə əl 
atmırdılar?!. Yeni yaranmış üzdəniraq dəyərlər elmə, biliyə münasibəti büsbütün dəyişmişdi...  
Qabaqlar kasıb-kusub balaları yaxşı oxuyardı. Son dövr tərbiyəli, qanacaqlı-mərifətli olsalar 
da zəif oxuyurdular. Bilirdi, hamısı dolanışığın çətinləşməsi ucbatındandı. Ehtiyac üzündən 
övladının gələcəyi əvəzinə gündəlik dolanışığını güdən valideyn bir balaca ağlı kəsən, dizi bərkiyən 
uşağının dərsdən yayınaraq qazanc dalınca qaçmasına, hardasa kiminsə  işini görüb axşam evə 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə