Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə24/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

¹2(3)    èéóí 2012 
 
50 
Nərağa müəllim köməkçinin qələmlə qızartdığı məqaləni oxuyandan sonra öz müdrikliyinə bir 
daha inandı. Hay-küysüz işləmək taktikası öz bəhrəsini verdi. Çıçəyin macərası oliqarxların 
mübarizəsi kimi bitirdi. Dilicanlı  müxalifətin ən böyük avtoriteti idi. Onun versiyası qəzetlərdə A3 
bölməsi barədə söhbətlərin bitməsi demək idi. General köməkçisini çağırıb dedi: 
–Xanəgahlını tap, ona Yesentukiyə putyvka düzəlt, mənim fondumnan da beş min konvert 
verərsən. 
–Baş üstə! 
Köməkçi otaqdan çıxanda Nərağa müəllim prokurora  zəng vurdu, soruşdu: 
–Bizdə ən böyük silah-sursat işi hansıdı? 
–Ağ məscid mollalarının işi. 
–Lap yaxşı, bu serjantların işini də birləşdir ora... 
–Baş üstə cənab general! 
–Qişqırma, qulağım batdı! 
–Baş üstə cənab general!,– prokurorun səsində razılıq ifadəsi var idi, çünki bu qaranlıq iş onun 
xirtdəyində idi. 
Nərağa müəllim bir an susdu, sonra dedi: 
–Doqquz ay bitəndə serjantların işini təzədən ayırıb göndərərsiz Astara rayon məhkəməsinə... 
–Baş üstə cənab general... 
Nərağa müəllim telefonu qoyub Məhər Məhərov haqqında fikirləşdi. Ona gələn son məlumata 
görə, Məhər müəllim cavan müqənnilərlə maraqlanmağa başlamışdı. Bu işdə ona musiqi savadı 
olmayam bəstəkar kömək edirdi. Məhər daha onun adamı deyildi, müstəqil fiqur olmuşdu. Qoy 
başını qatsın. 
Xanəgahlı isə  Dilicanlının  versiyasını arvadından eşitdi. Onu gülmək tutdu. Yadına düşdü ki, 
Dilicanlının versiyasını o üç gün qabaq onu sorğu-suala tutan kiməsə demişdi. Divanda çay içəndə 
xatırladı: bu versiyanı  tanınmış yazıçı ...oğluna özü demişdi.  
Xanəgahlı da öz müdrikliyinə heyran olmağa başlayırdı. 
 
XXI 
 
Çiçəyin mebel mağazasına axırıncı  gəlişi onunçun ağrılı  bitdi. Amma Hüseynə bu görüş 
misilsiz bir təsir buraxdı. O tanımadığı bu qızdan necə ləzzət almışdısa, heç nə yadından çıxmırdı. 
Axırıncı görüşü bütün xırdalıqlarına qədər xatırlayırdı. Özü də bilirdi ki, bu görüş zamanı o kefli 
idi, belə hallarda adətən heç nə yadında qalmırdı. Amma bu dəfə elə bil möcüzə baş vermişdi. Çiçək 
onun gözünün qabağında idi, hara gedirdisə, nə  iş görürdüsə, bu obraz onunla idi və onu elə bil 
sevindirirdi. Halbuki, otuz altı yaşınacan arvadlar haqda heç zaman ciddi fikirləşməmişdi. 
 
(ardı gələn sayda) 
 
  
  
 
 
  
    
 
   
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
51
П О Е З И Й А  
 
 
 
 
 
BƏXTİYAR HİDAYƏT 
 
 
 
 
 
 
 
ADİLİKLƏRDƏN UZAQLAR 
 
... məndən uzaq dur, adiləşmə deyirsən  
sağ ol sevgili dost  
günəşə, aya, ulduza tay tutursan məni  
 
taleyində günəş kimiyəm demək  
uzaqlardan isidirəm səni  
taleyində ay kimiyəm demək  
gecələr yuxulu xəyallarına işıq salıram  
işıqda yata bilmirsən  
taleyində dan ulduzu kimiyəm demək  
hər səhərini mənimlə açırsan  
 
hiss etmişəm sevgili dost  
allah sənə çox yaxın  
allah adiləşib demək  
 
mən isə  
mən isə adiliklərə o qədər uzağam  
o qədər uzağam  
lap boğazıma kəndir keçirsələr  
elə bilərəm ki  
elə bilərəm ki-qıdıqlayırsan 
 
QOV TANRINI YANINDAN 
 
belə tərif verdin tənhalığına: 
-təkəm, tanrıynan baş-başayam 
deyirəm axı, deyirəm axı 
dünya çıxıb tanrının yadından 
o yandan sel, bu yandan qlobal istiləşmə 
 
 
aclIqlar, səfalətlər 
amma tanrı bütün diqqətini yönəldib sənə 
efirlər fəlakət xəbərləri püskürmədə 
 
 qov tanrını yanından 
günaha batmaq istə 
qəlbinə şeytan girsin 
qoynumda yatmaq istə 
mən də sənin o qəlbinə girən şeytana səcdə edim
 
 qorxma küfr danışmağımdan 
demə sorgu sualı var bunun 
aztelekomun internet kartlarını yığıram 
orda göstərəcəm 
qoy görsünlər ki 
mənə verilən ömrü 
heç də keçirməmişəm boş-boşuna 
 
SOYUQDƏYMƏ 
 
sənə soyuq dəymiş  
bir saxta dondurmadan  
bəs gözəllik önündə donmuş  
təpədən -dırnaga bu əsl aşiqdən  
sənə bir isti dəymirmi ay sag olmuş  
 
daim kədər verdi cəfa verdi  
bu dəfə allah şəfa versin  
eee- mən də varam axı  
qoy gəlim yanına  
ehtirasın odu çıxarsın soyuğu canından  
bütün hisslərim sənə dərman versin dəva versin  
 
şaşırma bu sözlərə  
ən-əl həqq, ən əl-həqq 
 


FACEBOOKDAKİ ƏZİZ DOSTA 
 
Sənə nə qədər yazsam da  
Barmaqlarımın ucu göynəməz  
əvəzində burnumun ucu göynər səninçün  
 
bizim dostlugumuz  
qanunsuz tikililər kimidi  
adət müəllim razı deyil  
mentalitet müəllim zəncir gəmirir  
din müəllim daşa dönmüş ürəyinin hökmüylə  
daş-qalaq edər bizi  
bu qanunsuz tikili nə qədər gec sökülsə  
o qədər ağır olacaq bizə  
əvəzində xaraba qalacaq ürəyimiz  
 
bzim dostluğumuz  
adət müəllimə savaş  
mentalitet müəllimə savaş  
din müəllimə savaş  
və din demiş...  
din din demək deyil ki, dinmə deməkdi  
peyğəmbərlər insanı təbiətdən ayırdı  
əvəzində özləri təbiətə qayıtdı  
hərəmxana yığdılar  
 
bizim dostluğumuz  
elan olunmamış bir savaş  
elan etsək məğlub olarıq  
əvəzində itirərəm səni  
 
bizim yzdıqlarımızda gözəllikdən özgə heç nə yox  
bizim yazdıqlarımız  
allahın yazdığından gözəl  
yazılan qanunlardan gözəl  
yazılmayan qanunlardan gözəl  
əvəzində qanuna düşmən  
allaha düşmən oluruq  
 
...sən azad bir qadın  
azad sevgilin olsun istərəm  
bütün savaşlara hazır  
və azadlığın qədər xoşbəxt olasan  
əvəzində çox sevinərəm  
 
əvəzində... əvəzində...  
nə var ki sənin əvəzində 
 
 
 
 
..NEÇƏ YOL BİLİRƏM.. 
 
Neçə yol bilirəm Tanrıya gedir 
Neçə yol bilirəm ölümə gedir 
Neçə yol bilirəm ölümnən də anrıya gedir 
Sənin ürəyinə gedən yolların 
Amma bircəsini tapa bilmirəm 
 
Alllaha gedən yollardan qorxmuram 
Allahdan başqa allah yoxdu ki 
gedəm başqa bir Allah görəm 
Ölümə gedən yollardan qorxmuram 
Əzrayıldan başqa Əzrayıl yoxdu ki... 
 
ölümdən anrıya gedən yollardan qorxmuram 
ya cənnətdi ya cəhənnəm , 
başqası yoxdu ki.... 
 
 sənin ürəyinə gedən yolları 
taparsam getməyə verimmi qərar 
Axı mən Allah deyiləm 
Axı mən Əzrayıl deyiləm 
Axı mən adamam – 
mənnən başqası var 
 
NİYƏ GƏLMƏMİŞDİN 
 
..Niyə gəlməmişdin sən o məclisə 
Şənliyin içində batmışdım yasa 
Mən el basa-basa getmişdim yolu 
Qayitdım çiynimdən dərd basa-bas 
 
Yerin görünürdü baxışlarımda 
Hamıdan incidim heç nəyə görə 
Umudum asıldı bir sağsağandan 
Onu da qovdular cücəyə görə 
 
Qocaltdı həsrətin qocaltdı məni 
Ömrüdən neçə il keçdi-bilmərəm 
Cavan olməyimdən qorxma sevgilim 
Öldü cavanlığım cavan ölmərəm 
 
NƏ YAXŞI TANIDIN... 
 
Məndə o sevgidən nişanmı qalıb 
Baxma yanağına nəm düşə bilər 
Bəlkə düşündün ki belə bir günə 
Bəxtiyardan başqa kim düşə bilər 
Tutubdu kiminsə qarğışı məni 
Nə yaxşı tanıdın nə yaxşı məni 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə