Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə26/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   22   23   24   25   26   27   28   29   ...   83

¹2(3)    èéóí 2012 
 
56 
  
СЮЩБЯТ
 
 
 
 
TÜRKİYƏLİ  YAZIÇI   
“YAZI”NIN QONAĞIDIR 
   
Mərkəzi ofisi Ankarada yerləşən Avrasiya yazarlar birliyinin 
başqanı, “Qardaş qələmlər” dərgisinin, habelə bir sıra yeni nəşrlərin 
naşiri yazıçı Yaqub Öməroğlu “Yazı” nın yaradıcı qrupunun qonağı 
olub. Onunla söhbətin bəzi nüanslarını oxuculara təqdim edirik. 
 
 
Azad Qaradərəli-Yaqub bəy, Sovet hökuməti dağıldı  və biz, o 
cümlədən  ədəbiyyat o dağıntının altında qaldıq. Amma 20 il sonra olsa belə özümüzə  gəlməyə 
çalışırıq, hətta müstəqil dərgi də buraxırıq, bir növ o dağıntıların altından çıxan adam kimi özümüzə 
gəlməyə çalışırıq. Sizin bir hekayəniz var “On dollar” adlanır... Biz onu “Yazı”da çap eləmişik... 
Bəlkə elə o hadisələr bizdə baş verib, nə bilmək olar? Kənardan biz və bizim ədəbiyyatımız necə 
görünür? Müstəqil ölkənin ədəbiyyatı kimi görünə bilirik? 
Yaqub Öməroğlu –Öncə onu deyək ki, ədəbiyyatda və incəsənətdə Sovet dövrü özünə xas, 
belə demək mümkünsə, böyük bir dövrdür, amma bunun da çatışmayan tərəfləri olub təbii ki... 
Müstəqillik dönəmində yeni Azərbaycan  ədəbiyyatı Sovet dönəmindən qurtarıb yeni forma, 
məzmun təsbit etdimi? Bu bir az zor məsələ, bunu tənqidçilər deyəcək. Zira ədəbiyyatda bir 
canlanma, bir yeniləşmə var... Amma bunun nəticəsi nə olacaq, bunu zaman göztərəcək...  Əlini 
hansı daşın altına qoyacaqsan, nə tapacaqsan, bu gələcəyin işidir? 
A.Q-Qayıdaq Türkiyədəki bizim də qardaş sandığımız  ədəbiyyata. Biz əvvəllər üzümüzü 
Moskvaya çevirmişdik məcburən, fəqət indi üzümüz Ankaraya, İstanbuladır. Babam deyərdi: 
”Əvvəl Rum, axır Rum,” izahata ehtiyac yoxdu məncə. Bu gün Orxan Pamukun dünya turnesi, Əlif 
Şəfəq kimi dünyaca məşur yazıçıları olan bir ölkədə bizim ədəbiyyatımıza sanki bir ögey münasibət 
var. Burası aydın ki, ora bizdən nə göndərilir? Olmazmı ki, indiyəcən göndərilən o yeyilməyən 
məhsulun  əvəzinə daha keyfiyyətli, daha yeni ədəbi nümunələri aparasan? Axı siz bir naşirsiniz 
həm də? 
Y.Ö – Bizim dəyərlərimiz çox oxşardır.  Şərq dəyərləri Qərbdə necə qarşılanırsa, sizin ədəbi 
nümunələr də bizdə  təxminən o cür qarşılanır. Məncə sizin yeni ədəbiyyat yarandığı kimi öz 
ölkəsində qalmamalı, bizə, ordan da dünyaya çıxmalıdır. Dünyaya çıxışı olmayan ədəbiyyatın 
inkişafı  qaranlıqdır. Siz bu barədə mənimlə razılaşrsınız? 
A.Q.- Razıyam, fəqət bizim bir əsərimiz var ki, hələ ilk müstəqillik illərimizin sonlarında, 
bəlkə  də bir az sonralar qələmə alınıb, “Əli və Nino” adlanır. Təsəvvür edirsiniz, onun özü 
müəllifindən daha məşhurdur. Hətta əsərin müəllifinin kimliyi belə hələ də mübahisəlidir.  
Y.Ö-  Şox maraqlı  məsələdir.  İnanın ki, bu cür ədəbi hadisələr anoloqu az olan hadisələrdir. 
Mən bu əsərlə tanışam və gələcəkdə onu təkrar nəşr etməyi də düşünürük. Fəqət bu bir istisnadır. 
A.Q-Başqa bir misal da deyə bilərəm: Mirzə Şəfi adlı şairimiz olub 19-cu əsrdə. Almaniyadan 
gələn Bodonştet adlı  biri onun şeirlərini almancaya çevirib və ölkəsində  nəşr etdirib – təbii ki
Mirzə  Şəfinin adından. Elə ki, bu şeirlər böyük sürətlə yayılıb və sevilib, onda əsərləri öz adına 
çıxıb. Sonralar bu ədalətsizlik aradan götürülsə də, hər halda Bodenştet böyük iş görüb. 
Y.Ö-Nə gözəl faktdır.  İnanın ki, mən “Qardaş  qələmlər” dərgisinin naşiri kimi belə bir 
nümunənin olduğyla qürur duydum. Deməli, sizin ədəbiyyatın dünyaya çıxmaq şansı var, təcrübəsi 
var. Elə bilirəm ki, bunun düzgün yolunu tapıb elə o yolla da getmək lazımdır. Bu işdə bizim 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
57
“Qardaş  qələmlər” dərgisi də  nə lazımdır edəcək. Sizdən də bizə kömək lazımdır. Həm “Yazı” 
dərgisi xəttilə, həm də fərd olaraq bizə yeni ədəbyyatın oraya gəlməsində yardım edə bilərsiniz. 
A.Q-Eşitdiyimə görə sizdə on, iyirmi ildir ki, eyni Azərbaycan yazıçılarının əsərləri basılır və 
basıldığı gündən də padvallarda qalıb toza yem olur, satılmır.  
Y.Ö- Bu düzdür. Sizin ətrafınızda prozaiklər var, ədəbiyyatçı-kritik olan tənqidçi xoca var – 
doktor Rəhim  Əliyev də burdadır, fəqət siz bizə  əl uzadın. “Əli və Nino” barajını  aşan romanları 
bizə ulaşdırın.   Azərbaycan əlifbası da bizim yaxınlaşmamıza kömək edəcəkdir. 
Rəhim  Əliyev- (söhbətə qoşulur) Bilirsiniz, Azərbaycan romantizmi ilə Türkiyə romantizmi 
vaxtilə çox qovuşuq  şəkildə inkişaf edirdi. Hüseyn Cavid, Əhməd Cavad, Müşfiq bu birlikdən 
doğmuşdular. Onların qaynağını  kəsmək üçün 37-də onları  məhv elədilər. Nazim Hikməti Bakıya 
qoymamağa çalışırdılar. Cəmi üç dəfə  gəlib Bakıya. Hər dəfə  gələndə aləm qarışırdı bir-birinə. 
Demək, xətt var, elə o xəttdən başlamaq lazımdır... 
Y.Ö- Bu belədir. Unutmayın ki, indi ədəbiyyat sizdə olduğu kimi bizdə də yüksək səviyyədə 
deyil. Xarici ölkələrə baxanda bizdə vəziyyət yaxşı deyil, amma ümidsiz də deyil. Dediyiniz o xətt 
var və biz o xəttdən istifadə etməliyik. Sağ olsun Eyvaz bəy, bizim əlaqələrimizi o qurdu, elə 
bilirəm  bu işi biz sürətləndirməliyik... Bir həqiqət də var, basılan  əsər çapdan sonra sizin 
kontrolunuzdan çıxır. Bir qırğz yazarı var: Aşım Canibekov.   Çingiz Aytmatovun rusca yazdığı 
əsərləri qırğızcaya o çevirib. Amma o kitablarda onun adını belə yazmayıblar... 
A.Q- Sözünüzü unutmayın,  İmdad Avşarın da Bakıda çıxan kitabını bizim dərginin yaradıcı 
qrupunun üzvləri Aslav Quliyev və Eyvaz Zeynalov çevirmişlər, fəqət kitabda heç birinin adı 
yoxdur... 
Y.Ö-Bu necə olur? 
A.Q- Olur. Bizim AYB rəhbərlərinin, o kitabı buraxanların qabliyyəti sayəsində olur belə 
şeylər... Qırğızıstan istisna deyil...bağışlayın, sözünüzü kəsdim... 
Eyvaz Zeynalov- Mən o kitabın təqdimatındaydım...  İnanın ki, utandığımdan bir söz 
demədim... 
Y.Ö- Mən bunu bilmirdim... Biz həmin Aşım Canibekovun kitabını yayınladıq, həmin kitabı 
bir kino rejissoru görmüş  və ssenari yazmış... indi filmə çevrilmə  ərəfəsindədir... Demək, işləmək 
lazımdır, çaba gəstərilməlidir...  
Aslan Quliyev-Bizim dərginin  ətrafında çox istedadlı adamlar var. Çox təəssüf ki, onlardan 
birini öldürdülər, Rafiq Tağı adlı yazıçını... bıçaqladılar... Bizi də elə imkan düşsə öldürməkdən 
çəkinməzlər. Niyə? Ona görə ki, biz onların hədəsinə boyun əymirik.   Necə olur ki, İmdad Avşarın 
əsərini mən tərcümə edirəm, sən təqdim edirsən? Bu cəhənnəmə, mənim adımı niyə kitabdan 
silirsən. Mən  bir yazı yazıb Elçin Hüseynbəyliyə və digərlərinə  etirazımı bildirdim... Gözləyirdim   
İmdad Avşar bu məsələyə etiraz edəcək... Bu heç, amma konkret danışaq: biz bir-birimizçün nə edə 
bilərik? 
Y.Ö-Bu məsələ mənə sürpriz oldu. Elə bilirəm ki, biz sizin Eyvaz bəylə bir ilişki qurmuşuq və 
bu günkü  görüş  də ona misaldır. Doğrusu mən sizin dərgini bu həcmdə - 200 səhifə  xəyal 
etmirdim, xeyirli-uğurlu olsun. Bu andan etibarən biz bir-birimizlə daha sıx işləyəcəyik. 
Əlabbas- Yaqub bəy, bizim dərginin  ətrafında yığışanlar  əsasən 80-ci illərdə  ədəbiyyata 
gələnlərdir. Onların əsərlərinə də “Qardaş qələmlər”də yer ayırsanız pis olmaz. 
R.Ə- Dərgilərarası əlaqəni yaxşı qursaq, elə bilirəm ki, uğurlu iş olacaq.  
Şöhrət Qaroğlu- Mən bu görüşdən çox duyğulandım. İçinizdə hamınız nasirsiniz, yeganə şair 
mənəm. Çox istərdim ki, “Qardaş qələmlərdə” Azərbaycan poeziyasının təbliğini də unutmayasınız.  
Y.Ö-Bizim dərgilər qardaş dərgilərdir, elə bilirəm ki, bu gündən etibarən bu qardaşlıq daha da 
möhkəmlənəcək. 
A.Q-Sağ olun, Türkiyədə görüşənədək. 
Y.Ö-Sağ olun, əsərlərinizi  dərgimizdə, özünüzü Ankarada  gözləyirik. 
 
“YAZI” 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə