Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə25/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
53
Göz çuxura düşüb, ordum batıbdı 
Elə bil döyüşdə ordum batıbdı 
Üzümü –gözümü saqqal basıbdı 
Məni bu görkəmdə tanıyan hanı 
Nə yaxşı tanıdın nə yaxşı məni 
 
 Sayılan olmadım olmuşam sayıl 
Məni adamlar yox fələklər sayır 
O gün tanımayıb keçdi Əzrayıl 
Hələ də axtarır baxışı məni 
Nə yaxşı tanıdın nə yaxşı mən 
 
Yeri, dəniz kimi çağlaya billəm 
Yolun ortasında ağlaya billəm 
Daha arxaynam baş daşım üçün 
Indiki şəklimi saxlaya billəm 
Qoy gedim axtarım şəkilçəkəni 
Nə yaxşı tanıdın nə yaxşı məni 
 
AYRILIQ 
 
aradan alti il ötübdü, gülüm  
 hələ üstüm-başım idimə düşmür  
 yadımdan heç zaman çıxmadığınçün  
yadıma düşdüyün yadıma düşmür  
 
elə sızıldayır indi göz yaşım  
 ətdən yağ damantək közün üstünə  
 nəzilmiş qaşların sərhədə dönüb  
yol tapa bilmirəm gözün üstünə  
 
 dalmışam seyrinə-amma görənlər  
mənə çox görəcək bu seyri, hayıf  
 tellərin bir şerin sətirləriydi  
ixtisar etmisən o şeyri hayıf 
görüb qan ağlayır indi baxça-bağ  
görsə gül açardı viranlıq bizi  
xalatın sehrli xalata dönə  
apara keçmişə bir anlıq bizi  
 
daha qaçammaram, necə qaçım ki  
 bir ucu qəbrimə bağlı kədərdən  
 üzüyün sehrli üzüyə dönə  
səni gizlədəydi təhlükələrdən  
 
...aradan altı il ötübdü gülüm  
hələ üstüm başım idimə düşmür  
 yadımdan heç zaman çıxmadığınçün  
yadıma düşdüyün yadıma düşmür  
 
NİYƏ GÖRÜNMÜRSƏN 
 
niyə görünmürsən ay alagözlüm  
kədərin olmuşam, qəmin olmuşam  
evininz məscidin böyründə olsa  
xalq elə bilərdi mömin olmuşam 
 
 sənin həsrətinlə mənim həyatım  
 əriməklə keçir başdan ayağa  
buztək əriyirəm ayaqdan başa  
 şamtək əriyirəm başdan ayağa  
 
sən mənim ömrümdə ikinci sevgi 
sinəmdə açılan ikinci nəfəs 
sən mənim ömrümdə ikinci dünya 
sənə inanmağım əbəsdir, əbəs 
 
 
 
 
 


¹2(3)    èéóí 2012 
 
54 
 
 
СЮЗЦМЦЗЦН ЙИЙЯЛЯРИ 
 
 
 
 
 
İSİ  MƏLİKZADƏ 
 
      
 
 
 
 
 
OĞUL 
ùåêàéÿ 
- Görəsən bu uşaq harada qaldı? 
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını 
çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu: 
- Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir? 
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi. 
- Bilmirəm, kişi, bilmirəm. 
- Bəs niyə xəbər almırsan? 
- Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram. 
Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da 
yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf 
getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. «Naxoş olmasaydım, gedib Tahiri axtarardım, - 
deyə düşündü. – Axı, bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini 
eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..». O, özünü doğrudan da gərəksiz bir adam 
zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün 
bəlaların səbəbini sürünən sol qıçında gördü və  əsəbiləşdi. Həkimin sözlərini xatırladı. «Sizə 
əsəbiləşmək olmaz, qətiyyən olmaz». Fərrux ürəyini toxtatmağa çalışdı. «Tahir belə özbaşınalıq 
eləməzdi. Evə gec gəlməzdi.  İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-
vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..» 
Fərrux pəncərədən aralandı. Gəlib çarpayının küncündə əyləşdi. 
- Gör saat neçədir, - deyə yatağının içində fikrə getmiş arvadına yenidən müraciət etdi. Əminə 
durub işığı yandırdı. Ərinin stolun üstündəki qol saatına baxdı. Yuxusuzluqdan kallaşmış səslə dedi: 
- İkidir, üçdən beş dəqiqə işləyib… 
Fərrux qızarmış gözlərini oğlunun divardan asılmış şəklinə zillədi, dərindən köksünü ötürdü. 
Onun hüznlü baxışında, tutqun sifətində açıq-aydın bir sual oxunurdu, «Haradasan, Tahir? Axı, mən 
nigaranam, oğul!». 
Fərrux güclə  nəfəs alırdı.  Əminə  işığı söndürdü. Yorğanı götürüb ərinin çiyninə saldı. Kişi 
astadan, qırıq-qırıq danışdı. 
- Əminə, mən ona söz deməyə utanıram. Yekə kişi olub, bığ saxlayır, üzünə ülgüc vurdurur. 
Daha uşaq deyil. Sən anasan, onunla açıq danış. Mənim adımdan de ki, belə olmaz, dərslərini 
oxusun. Hələ institutu qurtarmağına iki il var. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
55
- Ay Fərrux, bəlkə elə Tahir doğrudan da dərs oxuyur. Səbirsizlik eləmə, indicə gələr. 
- Elə bilirsən onun haralarda gəzməyindən xəbərim yoxdur? Başa düşürəm harda ləngiyir
amma deməyə dilim gəlmir… Əminə, qorxuram uşaq bir para cavanlara qoşulmuş ola. 
- Tahir pis yola getməz, Fərrux. 
- Nə bilirsən? 
- Deyirsən, yəni bir qıza-zada ilişib? 
- Qıza ilişsə yaxşıdı. Mən qorxuram bir yanıqoduqluya dadanmış ola, sonra düşə  əngələ, 
dərsdən soyuya. Bu saat onun beyninin qan vaxtıdı. Heç nəyin ağına-bozuna baxmır. 
Ağlım kəsmir, - deyə Əminə inamla dilləndi. Amma bir azdan Fərruxun narahatlığı ona da keçdi. – 
Deyirsən, yəni… 
- Ayrı  nə ola bilər? Bu qız məsələsi deyil. Ağlı başında olan qız bu vaxta qədər küçədə 
qalmaz.  İmtahana hazırlaşmağı deyirsənsə, ona da inanmıram.  İndiyəcən belə hazırlaşmaq 
görmüşdün?.. 
- Uşağın babalını yuma. 
- Məni hövsələdən çıxarma,  Əminə. Burda sən bilən  şey yoxdur. Oğlunun tənbehini ver, 
yoxsa... 
- Bir səbrin olsun, a kişi… 
- Necə  səbr eləyim, rəhmətliyin qızı? Biz gözümüzü açınca nəf qudurub mayanı yeyəcək… 
Onun nə vaxtıdır ki, bildiyini edir?! Atanı saymır, ananı vecinə almır. 
Bayaq pəncərənin qabağında dayanarkən onun ürəyini bir tikəyə döndərən qəzəb yenidən 
coşdu. Fərrux yumruğunu düyünləyib sağ dizinə çırpdı. Elə bil quru ağac parçaları bir-birinə dəyib 
şaqqıldadı. 
- Məni saymır… Mən ona göstərərəm! Onda bilər ki… 
Qapının zəngi çalındı. Kişinin bədəni gərildi. Əminə cəld ayağa qalxdı. İşığı yandırdı. Qapını 
ehmalca açdı. Tahirin gülümsəyən sifəti göründü. 
Fərruxun uzun, sümüklü sağ qolu havada qolaylanıb astanada oğlanın üzünə çırpıldı. Qəflətən 
aldığı  zərbədən Tahirin gözləri böyüdü. Kişi müvazinətini saxlaya bilməyib səndələdi. Tahir 
qüvvətli əlləri ilə atasının belindən yapışıb onu yıxılmağa qoymadı. Əminə özünü yetirdi. 
- Fərrux, tifilin bağrını niyə yarırsan? 
Kişi oğlunun qolları arasından çıxdı. Divardan tuta-tuta yataq otağına keçdi. Çarpayıya 
uzandı. Ürəyi az qalırdı yerindən çıxsın. Gicgah damarları hey atırdı. Sağ  əlinin içində zoqqultu 
vardı. O, birdən-birə taqətdən düşdü. Elə bil canında olan-qalan güc oğluna vurduğu zərbə ilə 
qurtarmışdı. Yenə həkimin tövsiyəsini xatırladı. «Sizə əsəbiləşmək olmaz…» 
Fərrux xəyalən cavab verdi: «Bu mümkün deyil, həkim. Görürsünüz ki, mümkün deyil…» 
Mətbəxdə stəkan-nəlbəki cingildədi. Asta, həzin pıçıltılar eşidildi. Aradan xeyli keçmiş  Əminə 
Fərruxun çarpayısına yaxınlaşdı. 
- Onu niyə vurdun, Fərrux? 
- … 
- Necə  qıydın? – Əminənin səsi titrədi. Fərrux hiss etdi ki,  arvadı  ağlayır. – O, işdən 
qayıdırmış, Fərrux, biz bilməmişik… 
Fərrux qulaqlarına inanmadı. 
- Necə? – deyə soruşdu və səsi xırıldadı. 
Əminənin əlində nəsə xışıldadı. 
- Onun ilk maaşıdır. Sənin vəziyyətini belə görüb, işə girib… gecələr… 
Əminə sözünün dalısını deyə bilmədi. Yatağına girib yorğanı başına çəkdi, yorğan titrədi. 
Fərruxun heydən düşmüş bədənini tər basdı. Sağ əlindəki zoqqultu acı, ağır bir düyün olub ürəyinə 
keçdi. Sevinclə peşmançılığın qarışığından doğan qəhər onu da boğdu. 
 
1964 
  
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə