Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə33/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

¹2(3)    èéóí 2012 
 
70 
 Bu gün Ələşrəfin toyudur, günorta artıq son hazırlıq gedir. Gülverdi kişinin həyətində mağar 
qurulub. Nisgil ürəkləri oynadan “Vağzalı” havasını zurnaçalanla, kənd musiqiçiləri Orduxan, 
Surxay çalırdı, nağaranın ipini boynuna keçirmiş  Cəfər ritmin ahənginə uyğun ayağının birini 
götürüb birini qoyurdu. Kənddə gec-gec toy olduğundan qız qapısında oynaya bilən də oynadı, 
bilməyən də. Gülverdi kişi gəlininin qolundan tutub asta-asta pilləkənlərdən aşağı düşürdü. Qıza 
qoşulan cehizlər at arabasında, sınar qablar isə  əllərdə yola salınırdı. Musiqi səsi kəndi başına 
götürmüşdü. 
     Asta çəkin arabanı, 
     Sandıq düşər, yar-yar. 
     Dolağın ağına bax, 
     Sallanan bağına bax. 
     Özü bahalı gəlin 
     Gətirən malına bax. 
     Aztaylının bir qızı 
     Dəmirdəndi padunusu. 
     Pulları çox olsa da, 
     Qupquru verdi qızı. 
 
 Oğlan qapısında bəyin nənəsi Fatmanisə qarını, gözləri görməsə də qolundan tutub gətirdilər, 
gəlinin o üz, bu üzündən öpdü. Böyük qayın ayağının altında qurban kəsdi, kiçik qayın isə belini 
bağlayaraq üzük hədiyyə verdi. Qız-gəlinlər də deyirdi bundan sonra Güləbətin xosbəxt olar. Gəlini 
evə aparan zaman bir oğlan uşağı atın yüyənini çəkə-çəkə həyətə daxil oldu. Kənd qız-gəlinlərinin 
ağızları elə açıq qaldi. Hələ indiyə  qədər  ətraf elatda qızına at cehiz verən olmamışdı. Anasının 
yanında dayanmış nişanlı bir qız ona piçildadı: 
-Atama deyəcəyəm mənə də gəlin köçəndə at cehiz versin. 
 Ətraf kəndin insanlarını toya dəvət etmişdilər. Gülverdi kişi cöngələr kəsdirir, böyük xeyir-
şər qazanlarının altına od vurulmuşdu. Cavanlar isə mağarda kəmər tutub bir-birinə guclərini 
göstərirdilər. Mağarın  ətrafinda toplanmış  qızlara oğlanlar həsrətlə baxırdılar.  Ələşrəf öz sağdış-
soldışı ilə  bəy taxtında  əyləşib, rəqs edən dostlarının başına  şabaş  səpirdi. Məclisin gur yerində 
Gülverdi kişi ilə  İman kişi yeni ailə quran cavanlara xeyir-dua verdilər. Toybəyi bir “Heyvagulu” 
havası çaldırdı, iki qohum qol-qola tutub oynadılar. 
 Gün  dağın arxasına çəkilirdi. Dağın nəhəng kölgəsi artıq kəndi qaranlıqlaşdırırdı. Qara 
zurnanın  sədası dağlarda əks edirdi. Tut ağacının altında samovarın közərtisi görünürdü. Ay tələm-
tələsik axşamlaşan göydə öz yerini tutmaqdaydı. 
 Təsəvvür edin ki, qaşlarınızın arasında kiçik bir noxud irilikdə  şeh damcısına oxşar xırda 
damcı var, qığılcım saçır və bütün vaxt ərzində şəffaflığını saxlayır. Həyatın bu nemətini bəxtinizin 
tapıntısı kimi qəbul edin və bunu o vaxta qədər müşahidə altında saxlayın ki, yavaş-yavaş itməyə 
başlasın. 
 Daha sonra nəfəsi içəri çəkib, təsəvvür edin ki, tüstü qaşlararası hissədən mərkəzi kanalın 
yuxarı hissəsinə qalxır. Nəfəsin saxlanması mərhələsi bütovlükdə onun üzərində konsentrasiya edir. 
Hava yolu ilə güc tətbiq etməklə tüstünü qovmağa calışın. Nəfəsinizi verərkən istiliyin geriyə - cana 
necə yayıldığını duyacaqsınız. Bu prosesi bir neçə  dəfə  təkrar edin. Bundan sonra dərindən nəfəs 
alın və toyxanaya qayıdın. 
-Nəyi çatışmır?- kənd usağı onlara qonaq gəlmiş dayısı oğlundan soruşdu. 
-Qadınlıq qabiliyyəti,-  əslən rayon mərkəzindən olan, Bakıda təhsil alan dayıoğlu yanında  
dayanmış qohumuna cavab verdi. 
-Yox əşi, sən əvvəl belə demədin axı… 
-Hə, bir sözlə, necə deyərlər,  əsas səbəb budur, mən isə çalışdım onu mümkün qədər başqa 
şəkildə başa salım. 
 Kənd usağı siqareti ağzına qoydu, amma o çoxdan sönmüşdü. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
71
-Alışqanı neylədin?- o enli şalvarının ciblərini axtarmağa bağladi. Dama-dama köynəyinin 
arxasında parıltılı bir qartal şəkli diqqəti cəlb edirdi. 
 Rayon  mərkəzindən gəlmiş  uşaq köynəyinin döş cibindən alişqanı  çıxarıb verdi. Əynində 
xaki rəngli çit şalvar və qisaqol qara köynək, başında isə ağ kep vardı. Köynəyin sinəsində “İnadla 
irəli! Başını dik!” yazılmışdı, kepin üstündə isə qollu-budaqlı ağac şəkli vardı. 
-Bəri bax, məndən ona salam de, yaxşı? 
-Yaxşı,- rayon usağı başını silkələdi,  əlini bir anlığa alnına aparıb çəkdi, sanki tərini silmək 
yox, qızdırmasını ölçmək istəyirdi. Barmaqlarının ucu ilə köynəyinin yaxasından tutub astaca 
silkələdi, bədəninə azca da olsa sərinlik yayıldı. Bənizi ağarmışdı, çəkdiyi məsinin təsirindən ödü az 
qalırdı ki, ağzına gəlsin. Kompüter arxasında oturmaqdan süstləşmiş orqanizmi təbii havada yüngül, 
xoş başgicəllənməsi hiss edirdi, ayaqları elə bil öz xoşu ilə  əyilir, onunsa müqavimət göstərməyə 
gücü çatmırdı.  
-Ancaq dəqiq bilirəm ki, deməyəcəksən… De zat deyəcəyəm? 
-Əl çək də, yenə başlama… 
-De pak?! 
-Yaxşı. Pakına lənət deyəcəyəm. İndi inandın? 
-Sən canın, de görüm, bəs müəllimi niyə söymüsən? 
-Əşi, boş şeydir… 
-Sən kimi istəyirsən onun canı… 
-Məndə günah yoxdur, prostu o məni düzgün başa düşmədi. Axı mən neynim ki, səksən yaşını 
keçmiş bütün qocalar ya kar olurlar, ya da ki başdan qrija… 
-Səksən, yəni nə qədər, həştad? 
-Hə, həştad. 
 Kənd cavanı əlini şappıltıyla dizinə çırparaq güldü: 
-Pay atounan, həstad yaşında da institut müəllimi olar? 
-Belədi də, bizdə olanda olur.  
-Fariz deyir, sən heç cörək də yeməmisən. Niyə? 
-Mirini gördün də, bütün nastrennimizi korladı. Az qaldı ki, urəyim ağzıma gəlsin. 
-Yenə nə olmuşdu? Axı niyə təpindin ona? 
-Sən Teyyubla papiros dalıyca gedəndən sonra lent kəsildi, camaatı içəri buraxdılar, necə 
oldusa, həmin seyidlə üzbəüz düşdüm. Stola qoyulan stoliçnı salat çəngəllə yeyilməlidir axı, zalım 
balası xörək qaşığı ilə  ağzına təpişdirirdi, çənəsinə kimi yaxılmışdı. Ödüm ağzıma gəldi.  Əsəb 
vurdu təpəmə, ona irad tutdum, süfrə mədəniyyətindən bir az dərs keçməli oldum. Qayıdıb nə desə 
yaxşıdır? “Balam, ye, qorxma, mənim ağzım təmiz və mikrobsuzdur”. Bir də süfrəyə əl uzatmadım. 
Çezdi!  
-Əşi, sən lap vasvasıymışsan ki. Gərək işin olmayaydı, bizimlə münasibəti yaxşıdı. Belə 
baxanda da pis adam deyil, mırtın biridi. Mənə bilirsən nə danışıb? Desəm cırılarsan gülməkdən. 
Mollalığa təzə-təzə başlayanda fatihəni bilmədiyinə görə otuz üçə qədər sayırmış. 
 Kənd usağı yenidən qarnını tutub güldü. Rayon usağı yana çevrilərək tüpürdü. 
-Bilsəydim, deyərdim sən o olmayan cəddün, dur vızqırt burdan, qoy çörəyimizi yeyək. 
-Bakıya gedəndən lap zayın çıxdı də. Tələbəçilik necədi, kayfı var? 
-İndi tələbəçilik var? Tələbəçilik qaldı eee… Sovet hökumətinin vaxtında. Üç manata 
restoranı bağlatdırırdın. İndiki tələbəçilik sürünməkdir. 
-Ölmə, ölmə, eşşəyim, yonca bitər. Yaxşı ki mən o vaxt kəsildim. Yoxsa mən də sənin kimi 
psix xəstəliyinə tutulacaqdım. Sənədlərim də hazır idi, dədəm pulunu da vermişdi. Üç qabiliyyət 
imtahanı verib pramoy idman institutuna düşəcəkdim Vurdu çıxdı bu test üsulu meydana, verdiyim 
pul da batdı. 
 Elə bu vaxt kənd usağının qonşuluğunda yaşayan oğlan yaxınlaşaraq onlarla görüşdü: 
-Qulluğunuzda hazıram ha… 
-Qul sahibi olasan,- kənd usağı tüstünü onun sifətinə buraxdı. Qonşu dislərini ağardaraq bir 
müddət onlara baxdı. Qabaq dişləri kirdən sapsarıydı. Sağ əlinin iri barmaqlarını havada düyünləyib 
rayondan gəlmiş uşağın sinəsinə döyəcləməyə başladı: 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə