Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə27/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

¹2(3)    èéóí 2012 
 
58 
 
ЩЕКАЙЯЛЯР
 
 
 
 
 
 
EYVAZ  ZEYNALOV 
     
 
 
 
 
 
EV, ÜSTÜNDƏ DƏ QONŞULAR 
 
Ev almaq istəyirdim. Qohum-qardaşa, maklerlərə duy vurmuşdum ki, mənə münasib bir ev 
tapsınlar. Tapır, tuşudurdular. Baxır, bəyənmirdim. Hərəsi bir nöqsanı ilə  məni qane etmirdi. Nə-
hayət, evlərdən biri yamanca ürəyimə yatdı. Ancaq qiymətini eşidəndə dağalladım. 
- Bahadı, qardaş, - dedim, - oxşar evlərdən bir dəfə yox, üç dəfə bahadı!.. 
Ev sahibi mənalı-mənalı qımışdı: 
- Bilirsən necə qonşularım var?.. 
- Yox, - dedim, - hardan?.. 
- Hə, bilmirsən, bilsən, belə danışmazsan. Qızıl kimi qonşulardı.  Əlacımı allah kəsməsəydi 
dünyasında bu evi satmazdım. Belə qonşuları bir də hardan tapacağam? 
- Qardaş, mənə ev lazımdı, ev alıram, - dedim, - qonşularını yox. 
- Xətrinə dəyməsin, - dedi, - mən də evimin üstündə qonşularımı da satıram. Kefindi, al, kefin 
deyil, xoş gəldin, başqasını axtar... 
Nə isə, sövdamız baş tutmadı. Başqa bir evi yönnəşib aldım. Kaş heç almayaydım. O kişinin 
sözlərindəki hikmət mənə sonra çatdı. Vallah, əgər onun qonşuları  təriflədiyi kimiydisə evini heç 
baha satmırdı. Bəlkə əksinə, ucuz satırdı. Mənim ucuz adına aldığım ev üstümə qonşularnan ondan 
qat-qat baha oturmuşdu... 
Yığışmamışdan evə bir balaca əl gəzdirtmək fikrinə düşdüm. Ustaları tökdüm, təmirə başla-
dılar. Bir gün gəlib gördüm ki, həyətdəki yekə su çəni yoxa çıxıb. Təzə qonşum olan əvvəlki ev sa-
hibinin yeznəsi özüynən svarka aparatı-zadı  gətirtmiş, dirəkli-mirəkli kəsdirib kiməsə dörd dirə-
yindən birinin qiymətinə satmışdı. Çağırıb maraqlandım ki, nə  məsələdi? Zırramanın lap yekəsiy-
miş. Dedi ki, biz sənə evi, həyət-bacanı satmışıq, su çənini yox. Nə qədər qandırmaq istədim ki, a 
bala, mülkü satanda ordakı şeylərin hamısı üstündə satılır, sonradan kimsənin ordan icazəsiz bir çö-
pü belə tərpətməyə ixtiyarı çatmır. Bir də sən kimsən axı?.. Qanmadı. Məsləhət gördülər ki, ver po-
lisə, polis qandırsın, onlar bunu daha yaxşı bacarırlar, ayıb elədim. Amma yeri vardı... 
Evə köçəndə xəbər tutdum ki, təmir üçün aldığım qumun, sementin, boyanın, divar kağızının-
filanın yalan olmasın yarısı qonşuların evlərinin xırda-para təmirinə  sərf olunub. Ustalarımın saq-
qalının altından keçib daşımışdılar. Keçənə güzəşt, deyib səsimi çıxartmadım.  
Sonra qonşulardan biri aramızdakı  məftil setkanı irəli basa-basa mənim həyətimin hesabına 
itinə dam, toyuqlarına hin tikdi. O birisi yük maşını ilə daş hasarımı uçurtdu, yaxasını ələ vermədi. 
Üçüncüsü, özünə su xətti çəkəndə mənim su xəttimi partlatdı, günahını boynuna almadı. Dördüncü-
sü, ağaclarını sulamaq üçün təzə su şlanqımı apardı, gətirib çıxartmadı, it-bata saldı. Sonra ağacların 
dibini boşaltdığım qoşa-qoşa belləri çırpışdırdılar. Hansının həyət-bacamı kor qoyan toyuq-cücəsini 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
59
kişdədim, murdarlayan it-pişiyinə  təpindimsə üzümə qayıtdı. Mən gileylənməkdən, inciməkdənsə, 
məndən incidilər...  
Keçmiş ev sahibindən qalan taxta-tuxtanı həyətin bir küncündə dəstələmişdim. Bir də baxdım 
yavaş-yavaş  əriyir. Güddüm, qonşumu tutdum. Evdə  tək idim. Həyət-bacada kimsə gözünə 
dəymədiyinə görə elə bilib yiyəsizlikdi. Keçib taxtalara cumub. Seçib-seçmələyib aradakı  məftil 
setkadan həyətinə tullayırdı. Qoca kişiydi. Dindirəndə deyirdi, ölürəm. İndi qırğıya dönmüşdü...  
Məni qəfil qarşısında görəndə özünü itirdi. Soruşdum ki, qonşu, mənim həyətimdə  nə itin 
azıb? Taxtalarımı niyə  oğurlayırsan? Heç saç-saqqalından utanmırsan? Bağın, damın oğurluq-do-
ğurluq taxta-tuxta ilə təpili-tıxalıdı, gözün doymur?.. Söz tapmadı. Dili-dodağı təpimiş qayıtdı ki, 
qalanı bəsin deyil?.. Pah atonnan! Elə bil ata malını bölürdü. Bu, başqa bir əhvalatı yadıma saldı... 
Təzə vaxtları  həyətimin ayağındakı lazımsız köhnə su trubalarını  kəsib  əkişdirmişdilər. Elə 
bilmişdim bunun işidi. (Haçansa eşitdirmişdi ki, o çəkib.) Amma oğru o biri qonşuymuş. Məni köh-
nə truba yox, yenə qonşunun icazəsiz həyətimə soxulmağı yandırırdı. Qanmaz uşaq olsaydı, dərd 
yarıydı. Salam-kalamla yannıyıb soruşdum ki, qonşu, bu nə hərəkətdi? Ayıbını başa düşüb üzr-filan 
gətirməkdənsə yekə kişi dedi ki, o trubaların sənə dəxli yoxdu. Səndən əvvəlin haqq-hesabıdı. Heç 
bilirsən onu haçan, kimlər çəkdirib?.. Matım-qutum qurudu. Ona qalsa, aldığım mülkdə nə vardısa 
hamısı məndən əvvəlin haqq-hesabıydı. Kimin haçan neynədiyini bilməyə borclu deyildim. Nəyimə 
lazımdı? Əsas oydu ki, bu mülk altı-üstü, içi-çölü ilə bütünlükdə mənim şəxsi əmlakımdı. Ona bir 
ətək pul saymışdım!.. Truba oğrusuna bunu qandırmaq istəyirdim ki, əvvəl şübhələndiyim qonşum, 
həmin bu taxta oğrusu özünü yetirdi. İki qonşu tutaşdı, qaldım avsaytda. Bir-birinə köhnə trubaların 
məhz ona çatacığını sübut etməyə çalışırdılar. Onları boğuşa-boğuşa qoyub uzaqlaşdım...  
Nə başınızı ağrıdım, qonşuların əlindən təzəcə evimi, mülkümü satdığa qoydum. Makler qiy-
mətini eşidəndə əməlli-başlı təəccübləndi. 
- Bəs bu qədər ucuz niyə?.. 
- Ucuz deyil, normal qiymətdi, - dedim. - Hələ bəlkə bir az da bahadı.  
- Zarafat eləyirsən?.. - Makler güldü. - Yadımdadı, axı sən bu evi bir il bundan qabaq satdı-
ğından baha almısan. Əlavə, nə qədər də xərc çəkmisən. O vaxtdan bu vaxta filan qədər də bahalaş-
ma olub... 
- Sənlik deyil, - dedim, - müştərisini tap, sataq getsin. 
- Satmağa satacağıq, - dedi. - Bu cür ucuz evi kim almaz?.. 
Doğrusu, mən də o cür düşünürdüm. Amma belə olmadı. Gündə evə baxmağa neçə müştəri 
gəlir. Hamısı da ev-eşikdən, həyət-bacadan razı qalır. Di gəl axırda müəmalı-müəmalı soruşurlar: 
- Axı bu cür evi niyə belə ucuz satırsan?..  
And verirlər ki, səbəbini, sirrini açım. Yalan danışmaqdan zəhləm gedir.   
- Evin üstündə qonşularımı da satıram, - deyirəm, - ona görə qiyməti belə ucuzdu. 
Heç nə başa düşməyib gözlərini döyürlər. 
- Axı o hesabla, gərək baha satasan, - deyirlər. - Evin qiyməti, üstəgəl qonşuların qiyməti... 
Düzü, qonşularımı pisləməyə dilim dönmür. Arvad qiybəti kimi çıxacağından, başqa cür yo-
zulacağından qorxuram. Deyə bilmirəm ki, qonşularımın qiymətini evimin qiymətinin üstünə  gəl-
məyin, əksinə, üstündən çıxın. Onda özünüz də görəcəksiniz ki, belə bir qiymət alınır... 
İnanırsınız, bu tutuşla evi hələ də sata bilməmişəm. Ağlı bir şey kəsməyən müştərilər sonda 
başlarını bulayıb gedir, bir daha geri qayıtmırlar. Əziz oxucularım, keçib, bu dəfəki cızma-qaramı 
elan, reklam-filan kimi bir şey sayın. Kim bilir, bəlkə sizin aranızda mənim qonşularımla yaşamağa 
biri tapıldı.  İşdi-şayət, belə bir şans düşsə, qiymətdə bir az da yenərəm. Oxucularıma xüsusi 
hörmətim var. Ünvanı maklerlərin hansından soruşsanız, deyəcəklər. Hamısı məsələdən halıdı. Bir 
xahişim var, yüz ölçüb bir biçməyən, ciddi fikri olmayanlar məni havayıdan yazı-pozum dan 
ayırmasınlar... 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə