Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə16/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

¹2(3)    èéóí 2012 
 
34 
Axşam çörəyində  qızlar öz aralarında söhbətləşirdilər. Hərdən təbəssümlə Könülgilə 
baxırdılar. Könül onları vecinə almırdı. Amma qorxudan Könülün iştahı qaçmışdı, sıyıqdan beş-altı 
qaşıq yedi. Çiçək isə  sıyığın yarıdan çoxunu yedi. Görünür, aclıq ona güc gəlirdi. Çayı içəndən 
sonra onlar yuxarı qalxdılar. Palataya qalxanda Könül susurdu, danışıb yorulmuşdu. 
Gecə palatanın işığını yandırmadan kimsə astadan Könülün qoluna toxundu. Könül səksənib 
gözünü açdı  və serjant Tarixi başının üstündə gördü. Yaxşı-yaxşı baxanda tanıdı, bu Tarix yox, 
Nizam dediyi o biri arıq serjant idi. 
–Dur gedək aşağı,– o pıçıltı ilə danışırdı, görünürdü ki, Çiçəyin onu görməsini istəmir.  
Könül qalxıb dəmir çarpayının başından xələtini götürüb geydi və  səssiz, yatmış Çiçəyin 
çarpayısına baxa-baxa otaqdan çıxdı. Koridorda serjant ondan qabaq gedir və heç nə demirdi. Onlar 
sol pillələrlə birinci mərtəbəyə düşdülər.  İynə otağının qabağında serjant qapının açarını Könülə 
uzadıb heç nə demədən getdi. Könül hiss elədi ki, o Nizamın xahişini könülsüz yerinə yetirir. 
Serjantın dalınca baxdı: o koridorun o biri başına, qapısı acıq, qabağında işıq yanan yeməkxanaya 
gedirdi. Yəqin Tarix orda içirdi. 
Könül iynə otağının qapısını açıb içəri girdi, qapını içəridən kilidlədi, işığı yandırmadan iynə 
sərgəcinin üstündəki adyalının birini altına sərib uzandı, o biri adyalla başını da örtüb gözlərini 
yumdu. O yatmaq istəyirdi, içindəki qorxunu qovmaq istəyirdi. Həm də qapısı açıq yeməkxanada 
kimin nə etdiyini bilmək istəyirdi. Amma o heç nə  eşitmirdi. Birazdan səssizliyə alışdı  və 
yeməkxanadan gələn kişi səslərinin uzaq sədasını eşitməyə başladı. Amma  bu səslər doğrudan var 
idi, ya Könülün qulağına gəlirdi, bunu ayırd eləyə bilmirdi. 
...Çiçək yuxuda boğula-boğula gözlərini açdı.  İri bir əl onun ağzını tutmuşdu, üstü açıq idi. 
Ağzını tutanın adam olduğunu görəndə qız ayağının arasında ağrı hiss elədi. Bərk bir şey onun içinə 
girmişdi. Sonra bu bərk şeyi elə bil çəkiclə vurdular. Ağrıdan Çiçək çapalamağa başladı, sonra elə 
bil ürəyi dayandı. Qulağındakı giziltidən uzandığı yerdə başı fırlandı. O tamam hərəkətsiz olanda əl 
onun ağzını buraxdı. Amma Çiçək bunu hiss eləmədi, huşunu itirmişdi. 
...Könül koridorda ayaq səslərinə oyandı. Bu, sıyıq bişirməyə gəlmiş aşpaz arvad idi. Baş tibb 
bacısının otağı ilə yanaşı anbardan ərzaq aparırdı. Onun addımları uzaqlaşdı və təzədən sükut çök-
dü. Könül Çiçəyi xatırladı. O saat qalxıb oturdu, sonra balışı adyallara büküb sərgəcin ayaq başına 
qoydu. Koridora qulaq verdi. Sakitlik idi. Qapının açarını burub açdı, bayırdan qapını bağlayıb 
ikinci mərtəbəyə tələsdi. Palatanın kandarına çatanda ürəyi düşdü, dizləri əsməyə başladı. Çiçəyin 
adyalı yerdə, çarpayının qabağında idi. Könül qapıdan girib işığı yandırdı. Qızın üstü qarına qədər 
açıq idi. Çiçəyin altında dörd barmaq qan laxtalanıb qaralmışdı. Özü hərəkətsiz idi. Sağ ayağı 
balaca təpəndi, deməli sağ idi. Onun paçasını arasından içinə soxulmuş 250 qramlıq araq butul-
kasının  oturacağı görünürdü. Könülün başı qan iyindən hərləndi. Yanaşıb qızın sifətini şappıldatdı. 
Hanan-hana qız gözünü açdı və təzədən yumdu. Könül sol əli ilə butulkanın dalından tutub dartdı. 
Birinci dəfə çıxara bilmədi,  başı təzədən hərləndi. Gücünü toplayıb ikinci dəfə butulkanı iki əli ilə 
qızın içindən çıxarıb yerə atdı. Şüşənin yerindən qan süzülüb döşəyə tökülməyə başladı. 
Çiçək ölə bilərdi. Könül bunu bir anda anladı. O çoxlu qadınların qanaxmadan necə  səssiz 
öldüyünü eşitmişdi. Qapıya tərəf gedəndə yerdəki butulkaya baxdı: içində yarıyacan qan laxtası 
vardı. O aşağı düşüb binadan çıxdı, darvazaya tərəf qaçdı.  Qapıdakı gözətçi otağına girdi. Onu 
yuxudan oyadan arıq cavan serjant iki stulun üstündə uzanmışdı. 
–Tez skorı çağır, –Könül qaranəfəs dedi,– telefonun var? 
Serjant durub oturdu və başını qaşıya-qaşıya  soruşdu: 
–Açarı gətirmisən? 
–Zəng vur e– Könül xələtın cibindən açarı  çıxarıb ona uzatdı, həyacanla ucadan dedi–Zəng 
vur, qızı qan aparır. Öləcək bədbəxtin qızı, Tarix butulkanı yeridib qızın içini dağıdıb... 
Serjantı təəccübləndirmək çətin idi, amma ölüm sözünü eşidəndə dəbərdi. Bu söz polis üçün 
də  xoşagəlməz, narazılıq və əsəbilik yaradan söz idi. 
–Qan çoxdur?– serjant yorğun, bezmiş səslə soruşdu.  
–Qızın qanı qurtarıb. Huşsuz, ölüm ayağındadı. Tez maşın tap, qanı dayanmasa, öləcək 
bədbəxt... 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
35
–Yaxşı, get kömək elə, mən maşın axtarım, burda skori nə gəzir... 
Könül yuxarı, Çiçəyin yanına qalxanda ağlayırdı. Sonra o biri qızlar gəlib qanaxmanı 
saxlamağa kömək eləməyə çalışdılar... Kimsə qəsəbədə yaşayan tibb bacısına zəng vurdu. O isə dad 
elədi: qan kəsən iynəmiz yoxdur, təcili yardıma aparın, bəlkə cərrah lazım oldu. 
Yarım saat sonra təcili yardım gəldi. Huşsuz Çiçəyi xərəkdə maşına qoyub xəstəxanaya 
apardılar. Yaxındakı iki xəstəxana onu qəbul eləməkdən imtina elədi: dedilər  cərrah da , qankəsici 
iynə  də  yoxdur. Üçüncü xəstəxana lap şəhərə yaxın idi. Xəstəni qəbul edən kimi  arıq serjantın 
adını, iş yerini jurnala yazdılar. Növbətçi həkim xəstəyə baxan kimi  tibb bacısına polisə  zəng 
vurmağı tapşırdı. Növbətçi tibb bacısı yaxın bölməyə çətinliklə zəng vurub həkimin sözlərini  polis 
bölməsinin növbətçisinə çatdırdı: “Səhər 6.00 radələrində xəstəxanaya qadın orqanından qanaxması 
olan huşsuz halda xəstə gətirilib.” Növbətçi zabit yuxulu səslə dedi: 
–Dəftərə qeyd elədim, familiyanız nədir? 
–Növbətçi həkim Cəfərov İlqar– tibb bacısı öz familiyasını yox, həkimin familiyasını verdi. 
Növbətçi cərrah xəstəyə qan laxtalandıran iynə vurdu, sonra uşağlığını  təmizləyib yoxladı: 
ağır zədədən qanaxma vermişdi, amma yirtılmamışdı. Ona görə sağ idi. Başqa yerlərinə bir-iki tikiş 
qoydu. 
...Səhər baş tibb bacısı Dəri-zöhrəvi xəstəxanasının ərazisinə girən kimi onu Nizam qarşıladı, 
olanların hamısını dedi. Kök qadın tövşüyə-tövşüyə ikinci mərtəbəyə qalxdı. Çiçəyin döşəyindəki 
qanı görüb dəhşətə gəldi. Tələsik aşağı düşüb sanitar qadını yanına çağırdı: 
–Get ordakı qanlı döşəyi  ədyala büküb darvazada oturan polisin yanına qoy. Yerdə butulka 
var, onu qəzetə büküb mənə gətir.  
Yarım saat sonra  köhnə sarı taksi təmiz adyala bükülü döşəyi və kağıza bükülü qanlı 
butulkanı salafan torbanın içində harasa apardı. Xəstəxanadakılar Çiçəyin sağ qalacağına ümidli 
idilər.       
 Böyük tibb bacısı  xəstənin daxil olanda əynində olan paltarlarını, qıza aid   kağızları, dörd 
əzik manatı balaca bir qırmızı salafan paketə qoydu, bircə Çiçəyin əli ilə yazdığı izahatdan başqa, 
Nizamı çağırdı, dedi:  
  –Bunu  təcili yardım maşını ilə gedən serjanta ver, növbədən çıxanda aparıb o xəstəxanada 
qıza versin... Paltarlarıdı...Həm də xəbər tutsun...–arvadın üzündən zəhrimar yağırdı. 
Nizam qırmızı paketi alıb arvadın üzünə baxdı, nəsə demək istədi. Amma dinmədən otaqdan 
çıxıb darvazada  oturan serjantın yanına getdi. Təzə növbənin gəlməyinə bir saat qalırdı. Serjant 
istəməsə də, paketi  almalı oldu. Bir az deyindi. Nizam ona beş manat yol pulu verəndən sonra yola 
gəldi.   
Arıq serjant saat birə işləmiş şəhərdən  Nizama zəng vurub dedi: 
–Xəstəyə qan vurublar, özünə  gəlib, yanına buraxmadılar, paltarlarını palatanın  sestrasına 
verdim... 
 Qırmızı paketdən dörd əzik manatı götürməyini demədi. Nizam rahat nəfəs aldı: qız ölsəydi, 
böyük xərcə düşəcəkdilər. Yaxşı xəbəri demək üçün tibb bacısının yanına getdi. 
 
XYII 
 
Novruz evə girəndə Lala iri mətbəxdə televizora baxırdı. Xalidə isə Cabbara yemək yedirirdi. 
Novruz mətbəxə girib qarabuğdayı, iri qara gözlü,  solğun üzlü Cabbara baxıb soyuq səslə dedi: 
–Xalidə xanım, bir xəbər yoxdur... 
–Yoox. Sakitlikdi. Görəsən bu hara gedib? 
Xalidənin yerinə Lala cavab verdi. Amma Novruz yenə Xalidəyə baxıb soruşdu: 
–Xalidə xanım, qaranlıq düşdü, biz gərək rəislərə vəziyyəti bildirək. 
–Əlbəttə, Novruz müəllim, qaranlıqdı, onu axtarmaq lazımdı,– amma ürəyində fikirləşdi ki, 
qızın itdiyini xəbər vermək əzabından xilas oldu, qoy bunu Novruz eləsin. 
Novruz əlində telefon Çiçəyin otağına girdi. Çiçəyin səliqə ilə yığılmış yer-döşəyinə, İbrahim 
kişinin gətirdiyi bükülüyə baxdı.  Əvvəlcə  Nərağa müəllimə  zəng vurdu. İzah elədi ki, Çiçək beş 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə