Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə6/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   ...   83

¹2(3)    èéóí 2012 
 
14 
bağbanın yadında qalmışdı...  İndi payızın bu qızıl vaxtında da qırmızı almanın  ətri kişinin yadına 
elə həmin o günü saldı... 
Bağban dərdli-dərdli köks ötürdü. Qızının alma kimi şirin vaxtları idi. Arvad yaman əndişəli 
idi. Neçə il idi ki, gözü qapıda qalmışdı, amma qapılarını  hələ ki, bir taqqıldadan yox idi. Düzü, 
əvvəlcə Bağban arvadının bu nigarançılığına elə bir məhəl qoymamışdı, hələ bir ürəyində gülmüşdü 
də: “Arvad ki, arvad!” Amma sonra bu narahatçılıq ona da keçdi. 
Bağban sanki doğmaca balasını oxşayırmış kimi əlindəki almanı  sığallayır, hətta arabir 
dodaqlarına aparırdı. Ancaq əlindən nə  gələsi idi ki?.. Ağacların meyvəsi deyildi ki, bazara 
çıxaraydı, müştəri axtaraydı... 
Birdən bağbanın yadına nənəsi düşdü. Rəhmətlik sinədəftər idi.  
...Hə, bu nağılı da elə bir vaxt nənəsindən eşitmişdi. 
Ötənlərdə varlı-karlı bir kişi varmış, bu kişinin də övladda aman-zaman bir qızı. Kişinin bu 
gözəl qızı  həm də çox ağıllı-kamallı idi. Atanın fikri-zikri, arzu-istəyi öz ciyərparasını halal süd 
əmmiş bir oğlana ərə vermək idi. Elçilər qapını yağır etsələr də, qızına layiq bilmədiyindən hamısını 
geri, boş qaytarırdı.  
Bir gün kişi öz barlı-bəhərli bağında bir alma ağacının altına çəkilib yenə düşüncələrə 
dalmışdı. Bu obada öz halallığı ilə ad qazanan bir cavan oğlan da var idi. Həmin gün o halal oğlan 
biçini qurtarıb özünü vermişdi zəmisinin qırağından axan çaya ki, yuyunub sərinlənsin.  
Halal oğlan çaya yetişmişdi ki, gördü, budur, su qıpqırmızı bir alma gətirir. Oğlan  əl atıb 
almanı tutdu, bir dişləm aldı, almanın dadı bu halal oğlanın hələ heç damağından getməmişdi ki, elə 
bil yatmışdı, yuxudan ayıldı. “Ay aman, nəfsim məni nə yaman aldatdı, - deyə əlini dizinə çırpdı, - 
yəqin ki, bu almanın bir sahibi var. Mənsə ondan halallıq almamış tamahıma güc verdim. Yox, 
gərək bağbanı tapıb yediyimin halallığını alım...” 
Bəli, oğlan alma sahibini tapıb halallıq almaq qəsdi ilə çay yuxarı yola düzəldi. Az getdi, çox 
getdi, yetişdi kişinin bağına. Yad oğlanı görən kişi fikir-xəyaldan ayrılıb ona tərəf yeridi. 
Bağın sahibi ilə salam-kəlamdan sonra oğlan gəlişinin səbəbini açıb dedi. Oğlanın halallığına 
heyran olan kişi onu bir az da söhbətə tutub başa düşdü ki, nə vaxtdan bəri qızını ərə vermək üçün 
axtardığı adaxlı indi elə öz ayağı ilə gəlib qarşısında durub. Və üzünü cavana tutub: - Oğlum, - dedi, 
- mən o almanın halallığını yalnız şərtimin müqabilində verərəm. 
Halalzadə  oğlan kişinin sözünü yarımçıq kəsib düşdü  əl-ayağına ki, nə  şərtin varsa 
qəbulumdur... 
Belədə, kişi qayıtdı ki, bəs mənim bir kar, kor, lal qızım var. Gərək razı olub onunla kəbin 
kəsdirəsən ki, mən də o yediyin almanın halallığını verəm... 
Oğlan razılıq verincə, ata qızını çağırtdırdı. Qızı görən subay cavan bir könüldən min könülə 
ona aşiq oldu. Ancaq oğlan qızın atasının nişan verdiyi əlamətlərin heç birini qızda görməyib çaş-
baş qaldı. Cavanın bu çaşqınlığını seyr edən ata gülümsəyib: 
- Bala, - dedi, - qızım indiyənəcən bir naməhrəm üzü görməyib. Qulaqları qeybət eşitməyib, 
dilinə hərzə söz almayıb... 
Bəli, ata dünyadan rahat köçdü, qızla oğlan isə rahat bir ömür sürdülər.  
Bağban salavat çevirib “bismillah” dedi, sonra sıxıla-sıxıla ağacdan qıpqırmızı bir alma dərdi, 
bir xeyli almanı əlində saxladı, sonra da yavaşca çəpər boyu axıb gedən arxa atdı.  
...Elə o gündən Bağban hər səhər bağa gələr, adəti üzrə almanın  ən irisini, qırmızısını  dərib 
arxa buraxardı. Eyvandan atasının hərəkətinə  xəlvətcə göz qoyan qızı çaş-baş qalar, arxın axıb 
apardığı o almaya heyfsilənərdi.  
Arvadı  ərinin bu hərəkətinə  əvvəl-əvvəl çaşıb qalmışdısa da, qəflətən qaynanası yadına 
düşmüşdü... 
Ana qızına nə deyib, necə başa saldısa, o gündən qızın gözü də hər gün atasında qalar, atası 
bağa keçib alma dərəndən sonra rahat olardı... 
Payızın son günləri idi. Alma ağacının budaqlarında tək-tük meyvə qalmışdı.  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
15
Bağban fikirli-fikirli ağacın altında oturmuşdu. Beli bükülən kimi idi. Qəfildən darvazanın 
qapısı ağır-ağır, cırıltı ilə aralandı. Bağban yerindən dik sıçradı. Hövlnak qapıya tərəf yeridi.  
Qapıda arıq, caydaq bir oğlan durmuşdu. Yerişindən yekəxanalıq yağırdı. Səsi də  ədalı idi, 
oğlan salamsız-kəlamsız:  
- Sorağını bazarda mer-meyvə satanlardan eşitmişəm, ay kişi, - dedi, - gəlmişəm səninlə 
sövdələşib alış-veriş edim... Deyirlər, satlıq yaxşı almaların var?.. 
Bağban altdan-yuxarı onu süzdü. Oğlanın  əlləri cibində, pulların üstdə idi. Kişi üzünü yana 
çevirdi. 
Eyvanda Bağbanın qızı için-için ağlayırdı... 
   
 
 
 
 
 
 
 
 
  Aprel  2007 
  
 
 
 
 
 
RƏHİM  ƏLİYEV 
 
 
 
 
      
QOŞULUB QAÇMAYAN QIZ 
Ðîìàí  
(əvvəli ötən sayda) 
 
Sonra Çiçək səslər eşitdi, amma nə baş verdiyini kəsdirə bilmədi. Gözünü açanda başının 
üstündə yad bir qadın gördü. Qadın girdəsifət, qara saclı, qara gözlü idi. Saçının tağı düz ortadan 
ayrılmışdı, əynində uzun göy xələt vardı. Hannan-hana tanıdı: onunla birgə gələn kefli qadın idi. 
–Dur, yeməyə çağırırlar.– Çiçəyin üzünə baxıb gülümsəyirdi, deyəsən, ayılmışdı. Amma 
Çiçək qalxmaq istəmirdi, üç saatdan çox yatsa da, heyi yox idi. Yuvasından didərgin quş kimi 
narahat, səksəkəli idi. Düşdüyü halı izah eləyə bilmirdi. İndiyəcən onu bir dəqiqə gözdən 
qoymamışdılar. Bu gün isə yad adamların içində, özü də ixtiyarsız idi. Bu çox çəkə bilməzdi. 
Novruz onu yerin dibində olsa da, tapmalı idi. O, gözləyirdi. Amma gizlicə mebel mağazasına 
getdiyinə hələ peşman olmaq istəmirdi.  
Kefli qadın bir qədər onun başının üstə dayandı, sora əlini ona uzadıb gülümsündü, üzü,  
yaraşıqlı dodaqları işıqlandı, dedi: 
–Dur-dur, ora düşməsən polislər gəlib səni incidəcək... 
Çiçək polis sözünü eşidəndə ayılan kimi oldu, könülsüz əlini kefli qadına uzadıb qalxdı. Onun 
başı  fırlandı, sonra peysərində,  sifətində  ağrı hiss elədi. Səhər maşında döyüldüyü yadına düşdü. 
Dinmədən Könülə qoşulub aşağı getdi. Palatadan çıxanda  kefli qadın onunla söhbətləşmək istədi: 
–Sən bura necə düşmüsən?—kefli qadın indi Çiçəyə maraqla baxırdı, onun sifətini üzünün 
təmiz dərisini, gözlərindəki qorxunu görürdü. Başa düşürdü: bu qadın belə yerlərin adamına 
oxşamır. 
O Çiçəkgilin yaşadığı Bazarlar küçəsinə yaxşı  bələd idi. Qadın salonlarında işləyən qızları, 
dükançıları, mühafizə polislərini, sahə müvəkkilini və onunla bir otaqda oturan axtarış müvəkkilini 
də yaxşı tanıyırdı. Onu da tanıyırdılar. Xəstəxanaya da ikinci kərə düşürdü. Birinci kərə onu küçədə 
tanış olduğu bahalı maşınlı polis bura saldırmışdı. Onlar keflənib dalaşmışdılar. Xəstəxanaya da onu 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə