¹2(3) èéóí 2012
120
ki, yoldaşlarıyla bir restorana-filana da getsinlər, yeyib-içəndən sonra Yeravandakı tanış-bilişin
evinə düşüb gecəni orda qalsınlar, səhər bazara-dükana dəyib, axşam tərəfi qatara minsinlər. Bu
lap dəhşət olardı.) İyunun bu cırhacırında meyid iylənəcək. Bəs neynəsin? Əlacı kəsilir, gün
əyiləndə oğlunu göndərir babamın yanına. O da uşağı dinləyib bir xeyli düşünür, sonra gedib Hafiz
müəllimin həyətində həm mağar qurdurur, həm də meyidi yumaq üçün yuyat. Yuyatı quranda
babam məni çağırıb göndərdi Molla Sadığın dalınca. Molla Sadıq mənə iki kağız bükülüsü verib
dedi ki, bunları apar, qoy meyidi həmən bu vacibaynan, sidri-kafirnən yusunlar, mən də gəlirəm.
Gəldim, molla göndərdiklərini verməkçün qapılarını döydüm. Bax,
onda mənim hay-küyümə
həyətə çıxan Atlas xalanı gördüm. Bir gözəl idi, bir gözəl idi, elə ordaca bu ağ maya qadına
vuruldum. (
Kəndimizdə gözəl qadın çoxdu. Amma belə pambıq kimisi yoxdu. Hamısı əkində-
biçində, üzüm bağlarında, tövlədə o qədər işləmişdilər ki, günləri kimi üz-gözləri də qapqara
qaralmışdı.) İnanın, səhərəcən onu yuxumda gördüm.
Qadın da mənə nəvazişlə baxıb: “Sən Xosrovsan, eləmi? Hafiz sənnən həmişə ağızdolusu
danışır” - deyəndə diksindim. İlk dəfəydi ki, kimsə Hafiz müəllimə eləcə “Hafiz” deyirdi. “Hə, -
dedim, - Xosrovam.
Molla dedi ki, bu kafirdi, bu da sidrdi, meyidi yusunlar, mən də gəlirəm.”
Qadının gözlərində bir kədər haləsi olsa da, o xoşbəxt-xoşbəxt gülümsəmişdi. Mən hələ uşaq
olsam da o kədərlə o xoşbəxtliyin ikisinin bir yerə necə sığdığını anlamaq istəyirdim. Ona görə
gecə Atlas xala
(“Atlas xala” desəm də, heç bu sözə uyuşmurdu onun surəti. Məndən on-on iki yaş
böyük ola, ya olmaya. Amma mən yuxuda uşaq deyildim elə bil. Əməllicə yekə-mekə adamdım
sanki.) yuxuma gələndə tutdum sorğu-suala:
-“Niyə gözlərində kədər var? O səni döyür, incidir?”
-“Yox, sən nə danışırsan, Xosu, o məni sevir axı. Adam da heç sevdiyinə əl qaldırar? O
məni çox istəyir.”
-“Bəs niyə səni çölə buraxmır? O biri qadınlar kimi suya gedərsən, bulaq başında qiybət
eləyərsən, bazara-dükünü gedərsən?”
-“Biz evlənəndə razılığa gəlmişik ki, mən bu hündür hasarlardan bayıra addım
qoymuyacam. Ona görə də mən heç yerə çıxmıram.”
-“Bəs niyə kədərlisən?”
-“Mən də istəyirəm ki, atamı-anamı, qardaş-bacımı, dost-tanışımı görüm... Yəqin bu ona
görədir.”
-“İstiyirsən, mən gəlim səni onun əlinnən alım, götürüm aparım
elə yerə ki, sənə əli
çatmasın?”
-“Yox, mən onun yanında çox xoşbəxtəm. Adam sevdiyinin əzablarını da sevir. Hafizin hər
şeyi mənə doğmadı. Sənin yuxularına gəldiyimi heç kimə demə, yaxşı? Hafiz eşidər, ayıb olar. Mən
tək sənin yuxuna gəlirəm. Qalan heç kim məni həyatda görə bilmədiyi kimi, yuxuda da görmür.”
Yuxuda şeytan aldatmışdı məni. Deyəsən, sonra mən Atlası qucaqlamışdım, o da heç
çəkinmədən mənə sığınmışdı. Hələ mən onu öpmüşdüm də. Sonra... Utanıram da...
Biz onunla
nənəm demiş, ayaq-baş da olmuşduq. Qadın əvvəl özü soyunmuşdu, sonra məni soyundurmuşdu...
Eeee, allah kəssin məni! Mən adam ha deyiləm ki... Nə olar yuxu olanda? Adam da müəlliminin
arvadına kəm baxar? Darbalağım-zadım islanmışdı əməllicə. Saqqız kimi şeyə bulaşmışdı... Mən
birinci dəfəydi belə şey görürdüm...
...Beləcə, Hafiz müəllimi istəyəndə görə bilmirəm, qalır babam. Bu kişi də o qədər quru, o
qədər adamayovuşmazdı ki, onun yanında özümü çox narahat hiss edirəm. Amma əlac yoxdu, gərək
gedim yanına. Bir-iki şey var, ondan soruşacam.
* * *
-Mənə o Kummucadan danış... Niyə ora Kummuca deyirlər? Nədi oranın sirri? Niyə orada
hər şey batır?
Kişi arı qutularının yanında dayanaraq başına keçirdiyi qabağı torramalı papağının ipini
çəkib acıqlanır mənə:
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
121
-Başına iş qəhətdi? Sən dedin, mən də danışdım, qurtardı getdi... Get dərslərini oxu, təkrarla.
O texnikomda bilirsən ki, əsas riyaziyyatdı.
-Bilirəm. Mən səkkizinci sinif həcmində hər şeyi bilirəm. İndi oxumağa həvəsim yoxdu...
Sən mənə...
-Axı nəyinə lazımdı? Tarixçi ki, olmuyassan?..
-Xahiş eləyirəm, nə olar, danış. Yoxsa, Bakıda uzun gecələri bu sual məni girinc eliyəcək.
Bilirəm, sən bir şey bilirsən.
Kişi demisinə tənbəki doldura-doldura gülümsünür:
-Sən ananın sözünə baxıb buralara qayıtma. Bu yerlər lənətlənib.
Burda ala qarğa bala
çıxartmaz. Bir yerin ki, Kummuca kimi çalası ola, bir yerin ki, satqını, sukası adamınnan çox ola,
orda xeyir-bərəkət olmaz... O ki qaldı Kummucaya...
Arı qutusunun qapağını qaldırıb kənara qoyur, əyilib arı ailəsinə diqqətlə baxır və əlini
dizinə çırpır:
-Vay sənin! Bu yapon gənəsi yenə peyda olub... Mən nə təhər eləyim, belə getsə, arının
kökünü kəsəcək...
Mən də əyilib baxıram. Amma bir şey görmürəm. Kişi eynəyini gözünə taxır, sonra da
lupanı tutur arının üstünə. Balaca, elə arı rəngdə bir həşəratdır. Yapışıb arının
boynundan, sümürür,
bu yazıq da qabaq əlləriylə onu qopartmaq istəyir, əli yetmir. Eləcə qalıb eşələnə-eşələnə.
-Bax, bu arı da bizim kimi müdafiəsizdir. Balını yeyənlər sonra da yapışırlar boğazınnan, sor
ki sorassan... Qonşu kəvddə bir Qırış var, görmüsən onu?
...?
-Bax, o Qırış...
Sonra
düzəltdiyi dərmanı arı ailəsinin içinə - qutuya çiləyib qapağı örtür.
-Mənim sənə söhbət açmaq istədiyim
QIRIŞ
Hafiz müəllimlə əmioğludur. Sovet hökumətinin bütün aparatı bir oldu, Hafiz müəllim tək,
ona dav gələ bilmədilər. Amma bütün bunları eşidən Qırış getmişdi kekebeyə demişdi ki, niyə
özünüzə əziyyət verirsiniz? Sizə agent lazım deyil, agent mən! Nə desəniz eləyəcəyəm. Ona da
kekebe deyərlər, beləsinə elə sən deyən bel bağlamazlar axı. Onlara sınaqdan çıxmış, bərkdə-boşda
sınanmış kadr lazımdır... Axırı fikirləşirlər ki, qoy bunu sınayaq, bəlkə yaradı.
Necə olsa, öz
ayağıyla gəlib. Bir də əsas Qırışa marağı artıran cəhət Hafiz müəllimlə əmioğlu olmasıydı. Bir növ
onu verbovat eləməynən Hafizdən qisas almış olacaqdılar. Hə, axı Qırışın dədəsi tez ölmüşdü,
nənəsi ərə gedənnən sonra uşaq beş yaşında qalmışdı aralıqda. Elə o zamannan əmisi Qırışı da öz
balalarına qatıb saxlamışdı.
-Baba, bunun adı doğrudan Qırışdı?
Kişi başındakı torramalı papağı çıxarda-çıxarda dedi:
-Yox, nə Qırış? Adı Rufizdi. Əimoğlusu Hafizə yaraşdırıb qoymuşdular... Amma bicəngə
işlərinə görə uşaqdan-böyüyə Qırış çağırırdılar.
(Mən bu ləqəbin mənasını sonralar öyrəndim.
Rufizin kekebedəki kliçkası “Krışa” imiş. Bu tupoy oğlu tupoy bir dəfə məclislərin birində eşşəkcən
içir, olur lül-qənbər. Qışqıra-qışqıra deyir ki, mən bilirsiniz kiməm, mən hökümətin ən etibarlı
adamıyam... Hələ ləqəbim də var. Orda maa Krışa deyirlər! Bunu eşidən kimi cavan-çoluq o saat
ağzınnan qapdı. Elə o qalış adı qaldı Qırış. Bizdə axı bir söz də var: si...ş-qırış, bax ona yaraşan
ləqəbdi bu - nağılçı) Onun ilk işi bilirsən nə olmuşdu? İnanmayassan, amma deyəcəm. O gedib
anasını tapmış, onun evində sənədsiz tikinti materialları olduğunu çuğullamışdı. Gərək onu da
deyəm ki, onda tikinti materiallarını hamı sənədsiz alırdı. Özü də bizdə tapılmazdı o materiallar. Ya
gedib Kafanda, Meğridə ermənilərdən alardılar, ya da elə erməni sürücülər sementi, qırmızı kubiki,
taxtanı-filanı maşınlara yükləyib gətirib bizim kənd-kəsəklərdə satardılar... Amma Qırışın anası və
atalığı dilə-dişə düşdü, milislər evlərini su yoluna döndərdilər. Həm filan qədər ziyana düşdülər