¹2(3) èéóí 2012
114
İzləyirik, bilirik: ədəbi dairələrdə (orda və burda!) yenə Tənqidə qarşı bir
aqressiya var; amma
bu dəfə, deyən, Tənqidin yoxluğundan yox, gözgötürməzlikdən, qısqanclıqdan mayalanır bu.
Seymur Baycan bir müsahibəsində Tənqidə (!) loyallığını reklam eləyəndən (http://www.azadliq.
org/content/article/16794854.html) az sonra Aqşin Yenisey daha da irəli gedərək, bir Tənqid
yazısında (!), heç dəxli olmadan Tənqidçiləri Yazarlarla müqayisədə yarıtmazlıqda suçladı
(
http://kultaz.com/2011/05/12/kagizdan-dasa-dogru/
)! Əgər nidalayırıqsa, müqabilində real hədəf,
var olan Tənqidi-tənqidçiləri görürük demək; bu mənada Kulis.az-ın yönəltməni Qan Turalı daha da
açıq-konkret danışdı (
http://www.kulis.az/xeber_%3Cb%3ERoman_qatili_%3C_b%3E__1507.html
), mövcud Tənqidin (!) qəlizliyi-gərəksizliyi-səmərəsizliyinə misal Azadlığın Oxu zalında, 525-ci
qəzetdə, Kultaz-da gedən Roman müzakirələrini göstərdi...
Aha!, diqqət edin, bu ki, son zamanlarda sırf tənqidçilərin, Tənqid yazarların iddia-mövqe və
Tənqid rakurslarından asılı olmayaraq bir araya gəlib, yaranan Ədəbiyyatımızı – romanları ardıcıl
təhlilə çəkdiyi məqamdır. Təkcə elə Oxu zalı bir il ərzində 10 romana dair 50-dən
çox Tənqid
yazısı-məmulatı-kütləsi ortaya qoymuş! Tənqiddən şikayət elədiyimiz bir dəmdə əməlli-başlı
ictimai rezonans demək olar buna!
Yazarların dərdi bəlli; roman müzakirələri də göstərdi ki: hər hansı yeni yaranan əsərin
Tənqidi Ədəbiyyatın içdən refleksiyasıdır və ədəbiyyat-ətrafı (çöldən) reaksiyalardan fərqli olaraq,
ucuz populyarlığın qarşısını xeyli ala bilir. Bir baxın, Azadlığın Oxu zalından keçəndən sonra
özlüyündə heç də dəyərsiz olmayan həmən o 10 romandan hansı birisi əvvəlki şiddətlə Oxucunun
gözünə kül üfürə bilir: Aqşininmi, Pərvizinmi, ya Əli Əkbərin? Doğrudur, romanlar-ətrafı ucuz
effektlər yaratmaq cəhdləri yenə də bol; amma ağa durur, ağacan durur: Romanlar varsa,
Tənqidi də
var ortada, sonrasını Oxucu bilsin...
Yazarlara güc düşür, bazarlarına nırx qoyulur – danışırlar, yaxşı bəs Qan Turalı nə istəyir?
Çox qəribədir, əslində, ədəbi Tənqid Qanturalıdan dad-aman qılmalıydı; əlinə fürsət keçmiş:
klassikasından tutmuş gündəminəcən Ədəbiyyatın civarlarında ucuz meydan sulamada, naşıcasına
Nizami(si)ni Ekoya calaşdırır, Şərifi(ni) Cahandar ağaya, publisist qələmin ucunda Sabir demir,
Mirzə Cəlil demir, nə oxuyur-bilirsə, elə onu da deyir... Bu da bir növ maarifçilikdir – deyib, məhəl
qoymuruq; çün Tənqid həm də Mədəniyyətin refleksiyasıdır; bu barədə Qanturalıya şəxsən hədiyyə
elədiyim Tənqid.net-in 7-ci sayında Rahid Uluselin məqaləsi getmiş, baxa bilər. Olmamasından
olması yey, indi neyləməli ki: az qala 20 ildir, bizim Mirzə Fətəli-Mirzə Cəlil-Sabir...
(N.Nərimanov-Məhəmməd Əmin-C.Əfqani...) irsinə mətbu münasibətimiz hər dəfə qıcıq
səviyyəsindən (Qanturalımı olsun, ya bugünlərin Rafiq Tağı Həmid Herisçi dartışması) o yana
getmir... Yəni hər dəfə qaldırılan
problemi yerindəcə, Mirzə Fətəlini-Mirzə Cəlili isə yenə bizdən
irəlidə görürük...
Bu ki, öhdəsinə maarifçi missiya götürmüş dosta məsləhət: “qəliz” bildiyi şeyi yaxşı olar ki,
burunlamasın; ələlxüsus da öz (publisist) bazarına bu qədər arxayındırsa; bəzən onun kitabdan-
kitaba ərsəyə gətirdiyini ədəbi Tənqidin bircə cümləsi- eyhamı- işarəsi heçə endirə bilər... Zatən
Ədəbiyyat mədəni-kütləvi olduğu qədər də elitar bir sahə; və məhz Tənqidin borcudur ötəri
konyukturu ictimai sifarişdən ayıra bilə.
Gəldik “sifariş” məsələsinə... Yox, göydən gəlməmişəm, mən də bu Cəmiyyətin övladıyam və
haçan, nədən, hansı “sifariş”dən danışıldığını da bilirəm. Əksinə, bihudə və yanlış düşünənlərə
həmişə deyirəm: bəsdirin, Cəmiyyətdə hamının bazara kökləndiyi halda bircə Ədəbiyyatdan
entuziazm gözlədiyiniz!; hər bir sahə kimi, bugün Tənqidin də varlığı-gəlişməsi ictimai sifarişə -
Cəmiyyət sifarişinə bağlı. Və həmişə də öz həyatımdan misallar gətirməklə, qıcıq yaratmağı
sevirəm: 1995-1996 və 2000-ci illərdə press-Fakt qəzetində, 1998-1999-cu illərdə “Rezonans”a,
1999-da “Ekspres”ə, 1999 və 2001-2002-ci illərdə “Bizim əsr”ə, 2003-cü ildə “Yeni Azərbaycan”a
yalnız və yalnız müəyyən qonorar müqabilində silsilə Tənqid yazıları yazmış,
Tənqidçilik peşəsinə
sırf iş yeri kimi baxmışam. Məxsusi onu da vurğulayım ki: həmişə də Qəzetlər özləri Tənqidçiyə
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
115
hacət bulmuş, məni arayıb-tapmış, təbii, mənim də istəyim-sövdələşməm-razılaşmamla yazmağa
başlamışam. Absurd görünə bilər, 1996-2004-cü illər ərzində stabil maaş aldığım AYB-nin
“Ədəbiyyat qəzeti”ni də burda Tənqidçi fəaliyyətinə hacət (ictimai sifariş) olmadığını görüb, tərk
eləmişəm...
Tənqidə sifariş! – deyəndə öz təcrübəmdən (başqa həmkarlarımda ola bilsin bir qədər
başqadır) mən məhz bunu bilirəm. İndi qələminə hörmət duyduğum Natiq Məmmədli post tutduğu
və Ədəbiyyatın da xeyrinə xeyli gözəl işlər gördüyü “Kaspi” qəzetindən: “Azərbaycanda ədəbi
tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına” sanki şübhə-ironiya edirsə, öz haqqı, bununla
işim yox... Amma daha sonra eyham vurduğu mənzərə ki: guya cəmi məmləkət Tənqidçiləri
“ortabab qonaqlıq” eşqinə “sifarişlə yazı yazmaq növbəsinə” düzülmüş... – acınacaqlı olduğu qədər
də, ciddi bir ittiham. Nəmənədir, nə dərəcədə “ictimai sifariş”dir bu, görən? Üstəlik,
bu növ fikirlər
asanca, mədəniyyət portalları və sosial şəbəkələrdə, elə sözarası səslənir və heç bir etiraz
doğurmursa, demək, həm də təqdir olunurmu? Hə, elə bugünlərdə Şərif Ağayar da hardasa acı bir
zarafat eləmişdi; təzəcə yazdığı romanının ictimai məzənnəsinə işarəylə: Əgər “Haramı”dan
yazmasalar, sifarişlə, qonaqlıq verib də yazdıracağam... – yazmışdı (təxminən belə) Paho...
Axı bəlli ki: Cəmiyyət vacib (bu halda Ədəbiyyat) münasibətlərini ali mədəni səviyyədə həll
edə-qura bilməyəndə beləcə primitiv, qaba məişət formaları işə düşür. Bir beş-on il əvvəlin
anekdotu yadıma düşdü lap: dedilər, bir deputat-yazıçı barəsində kitab yazdığına görə bir şairə (!)
maşın bağışlamış; inanmadım, dedim: əgər həqiqətən də Tənqidin məzənnəsi bu qədər yüksəkdirsə,
niyə maşını mən-tənqidçiyə yox, tənqidçilik edən şairə versinlər?!. Ya da bu halda söhbət
Ədəbiyyat və onun Tənqidindən yox, nəsə başqa şeydən gedir... Bu hesabla belə çıxırmı ki, indi
məzənnə tamam ölmüş: bir qonaqlıq dəyəri olan ədəbiyyat və tənqid (!) Kimə lazımdır
bu ədəbiyyat
və kimə lazımdır onun tənqidi?!
Sonrakı misalları da özümdən deyim ki, həmkarlarım incinməsin. Bir Şair dostumun (diqqət
edin: “dostum Şairin” demirəm-ha) yaradıcılığına dair kitab yazmışdım; kitab çıxar-çıxmaz, bir
acıdil publisist sevincək yazırdı ki: aha, bu da tənqidçi Tehran Əlişanoğlu!; bəs kitabdan mətbəx
qoxusu gəlir-filan. Şair dostum yamanca əsəbiləşmişdi, mən isə çox sakit idim; düşünürdüm: belə
olmasın gərək, belədirsə - bu pisdir; Tənqiddən parçası olduğu Ədəbiyyatın qoxusu-rayihəsindən
özgə nəsə duyulmamalıdır...
Təzəcə tanış olduğum bir Yazar: bir çay içək, - dedi, amma belə oldu ki, çörək də kəsdik;
paho... Qələmdən savayı, həm də Cəmiyyətdə post tutan təzə dostum ədəbi aləmin qarasınca nələr
söyləmədi; demə, katibindən, redaktorundan, şöbə müdirindən tutmuş tənqidçisinəcən
AYB-də
hamı onun Yaradıcılığına müntəzirmiş, növbəti əsərini gözləyirmişlər ki, çarəsini qılsınlar; onun isə
əsl Tənqidə, həqiqi Tənqidçi sözünə hacəti varmış... Səmimiyyətinə inansam da, doğrusu, pisimə
gəldi; çün az əvvəl tənqidçi-həmkarlarımın adı çox ucuz anılmışdı: Rafiq Tağı demiş, “ilham
atlarının mehtəri”-filan; kəsdiyim loğmaya dəyər verənəmsə də, bunun boğazda ilişib-qalmağı da
var axı...
J.Derrida “dar” – “vergi-qabiliyyət-istedad...” (rusca oxumuşam deyə, ruscasından da çıxış
edirəm) və “darit” – “vermək-bağışlamaq-hədiyyə etmək...” sözlərini qurdalayaraq, göstərir ki:
“dar”-“qabiliyyət” verilmişlikdir (biz deyərdik: İlahidəndir!)... Elə ki, onu verirsən, bağışlayırsan,
lap təmənnasızlıq iddiası ilə hədiyyə edirsən, demək,
nədən ötrüsə verirsən, burda artıq təmənna
başlayır... Əlavə edim: hələ bunun kobud forması, istedadı-qabiliyyəti nəyəsə-niyəsə (bir
qonaqlığamı?) xərcləməyi-verməyi-dəyişməyi-satmağı... demirəm.
Belə ki, möhtərəm “Kaspi” qəzetinin baş mühərriri, Tənqidçini heç nahaq vicdan məhkə-
məsində azdırıb qəribliyə salmaq gərək deyil; o da haqqında yazdığınız “Quqark”ın Yazar
qəhrəmanı kimi birisidir; o da Ədəbiyyatın sərgərdanlığını edib, Yazar kimi Cəmiyyətdə yerini (İş
yerimi?) axtarır... Bəli, razıyam, qəhrəmanı kimi, Seymur Baycan da ömrünü büsbütün qələmə
verməklə, əslində, fədailik edir; oturub kitablarını yazır, sonra bunu az qala olmayan Ədəbiyyat