¹2(3) èéóí 2012
110
ТЯРС КЮШЯ
GÜNTAY GƏNCALP
(Finlandiya)
ŞAH İSMAYIL ŞAİR OLMUŞMU?
Bağdad əhalisi şiə və sünni olaraq könüllücə İsmayıla təslim oldu. Bağdad işğal edildikdən
sonra Bağdadın sünnilərini qətl etməyə başladılar. Barıqın bütün soyunu qətl etdilər. İsmayılın əmri
üzərinə sünni fəqihləri yaxaladılar. Sünnilikdə qalmaqda israrlı olanları öldürüb ailələrini qızıl-
başlara buraxdı. Qızılbaşlar Bağdadda o qədər adam öldürdülər ki, Şah İsmayılın məddahlarının
yazdığına görə Fıratın suyu qan rənginə döndü. Bağdadda bir çox sünni memarlıq abidələrini yox
etdilər. Bu memarlıq abidələrindən biri də Hənəfi məzhəbinin qurucusu olan Əbuhənifənin məza-
rının üstündəki yapım idi. Bu məzar bir məsciddən və ona bitişik bir də mədrəsədən ibarət idi.
Əbuhənifənin məzarı üstündəki mədrəsəni və məscidi Səlcuqlar yapdırmışdılar. Şah İsmayılın əmri
üzərinə mədrəsə və məscidi yerləbir etdilər. Əbuhənifənin də məzarına bir dəlik açdılar. Əbuhəni-
fənin sümüklərini çıxarıb onun yerinə bir köpək basdırdılar. Sonra Əbuhənifənin məzarının üstündə
bir tualet düzəltdilər. Bağdadın küçələrində qızılbaşlar car çəkdilər ki, kim bu
tualetə gedib hacətini
bərtərəf etsə, ona 25 Təbriz dinarı veriləcəkdir. Bu zaman Qumlu bir şair İsmayılın yanında idi. Bu
şairin yazdığı bir beyt şeiri tualetin divarına yazdılar. Şeir bu məzmunda idi: Şiə Əbuhənifənin
məzarına sıçdı, şiənin sıçdığı məzara sünni səcdə etdi. Şiənin sıçdığı yer sünninin səcdəgahı oldu.
Bu zaman İsmayıl 22 yaşındadır və ölkəsinin sınırlarını gündən-günə genişlətmək üzrədir.
Qısa sürədəki uğurları artıq qızılbaşların təsəvvüründə onu Allahın özü kimi təsvir etmişdi. Onun
yeniləcəyinə inanmırdılar. Allahın ruhu olan bu adam sünniləri tarixdən silmək və Əlinin, Hüseynin
intiqamını onlardan almaq üçün göndərilmişdi. Bu şəkildə inanırdılar. “Şiə əhli qızılbaşlar Allahın
adını tam olaraq unutmuş, yalnız İsmayılın adını zikr edirlər. Biri qaranlıqda atdan yıxılsa, Allahdan
deyil İsmayıldan yardım diləyir. Müsəlmanlar “Lailaə illəllah, Muhəmməd rəsulullah” deyirlər. Şiə
qızılbaşlar isə “Lailahə illəllah, İsmayıl vəliullah” söyləyirlər. İsmayıl qızılbaşlar üçün həm Allah,
həm peyqəmbər, həm də təriqət şeyxidir. Qızılbaş ozanlar şeirlər yazıb Xətai adına yayımlayırdılar.
Onu Əlinin qılıcı “zülfüqar” adlandırır, şeirlə İsmayıl kimliyini təbliğ edirlər. Daha sonra bütün bu
anonim şairlərin, xətailərin yazdığı şeirlərin hamısı Şah İsmayıl adına tarixə keçiriləcəkdi.
Bu haqda
irəlidə ayrıntılı bilgi veriləcək. Burda isə, qızılbaş ozanların İsmayıl kimliyini necə anladıqlarından
bir örnək gətirmək istəyirəm:
Ta kəlamullahi-natiq höccəti-tənzildir
Əlləməl əsmai-hüsnün surəti-təvildir
Ləşkəri- ərvahə bu söz qüvvəyi-təhsildir
Kim Əlinin Zülfüqarı Şah İsmaildir.
Mətlə-i həcci imamətdən doğub xurşidi-zât
Ərsə-i nuri təcəlli oldu xəlqi-kainat
Çağırır əflaku, əcramu, cəmadatu nəbat
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
111
Getdi ərş üstündə rəhman surətin, ruh-ul əmin
Lövhi-məhfuzi ilahi oldu Qurani-mübin
Zahiri eyn-ül yəqindir, batini həqq-ül yəqin
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
Çün Xətaidir kəlamullahi-natiq çakəri
Oldu “Heydər” qullarının kəmtərindən kəmtəri
Pəs hidayət kim ona oldu bu ismin rəhbəri
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
Şah İsmayılı Əbuhənifənin məzarına belə sayqısız davranmağa zorlayan inanc nə idi? Hənəfi
Məzhəbi İslamiyətdə ən liberal məzhəbdir. Əbuhənifəyə görə Yəzid-Hüseyn qarşıdurması müsəl-
manların əbədiyən davam edən sorunu olmamalıdır. Bunu tarixi şərtlərinə görə dəyərləndirmək
gərəkir. Bu üzdən də Əbuhənifə “Allah Yəzidə lənət eyləsin!” söyləməyi caiz bilməmişdir.
Əbuhənifənin bu fikrini İmam Məhəmməd Qəzzali “Kimya-i səadət” əsərində daha da geniş açıqlar.
Qəzzali dilin 20 afətini sayar. Bədənin ən aktiv üzvü dil olduğundan ən çox zərərlər də dildən gələr.
Qəzzali, yalan, sancma, kötü sözlər söyləmə, qiybət, qarayaxma kimi özəllikləri sayar və sonra da
bu “lənət” məsələsi üzərində durar. Qəzzali “Yəzidə lənət!” söyləmənin doğru olmadığını izah edər.
Çünkü gerçəkdən də biz Yəzidin suçlu olduğunu bilmirik. Onu bilən Allahdır və suçlu isə, cəzasını
Allah verməlidir, “Allah Yəzidə lənət eyləsin!” deməklə Yəzid cəzalanmaz. Zatən bizim cəzalandır-
ma imkanımız da yoxdur. Ayrıca, İslamda müsəlmanlardan “Allah lənət eyləsin”
kimi bir söylənim
istənməmişdir. Bu üzdən də o dünyada “Allah Yəzidə lənət eyləsin” demədiyimiz üçün yaxamızdan
yapışmazlar. Çünkü belə bir istək olmamışdır. Ancaq Yəzid suçlu deyilsə və biz “Allah Yəzidə
lənət eyləsin!” deyiriksə, o dünyada adamın yaxasından yapışarlar ki, nədən bilmədiyin işə burnunu
soxmuşsan? Səfəvilərdən bizə miras qalan sürülər şəklində camilərdə toplaşıb mələşərək “Allah
Yəzidə və onun dədə-babasına lənət eyləsin!” söyləmək olmuşdur. Şah İsmayılın uçurub dağıtdığı
Əbuhənifənin məzarını Sultan Süleyman Bağdadı aldığında yenidən onarıb əski durumuna
qovuşduracaqdı.
Şah İsmayıl İraqı aldıqdan sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada Hüseynlə bir yerdə
şəhid olmuş Hürrün məzarını açar. Görər ki, Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə
durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlar! Sonra dəsmalı nə qədər
yerinə qoysa da,
qan durmaq bilməz! İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyar! Bütün bunlar Şah
İsmayılı tanrılaşdırmaq üçün uydurulmuş yalanlardan başqa bir şey deyildir. İran-İraq savaşında
xalqın gənclərini anlamsız bir savaşda dəstə-dəstə ölümə göndərən və modern səfəvilik olaraq
dirilən xumeynizm bu yalanları qullanmaqda və radio-tv-lərdə İsmayılın bu yalan macərasını
anlatmaqda idi. İnsan ağlının soru sormasını yasaqlayacaq şəkildə sunulan yalanlar. Hürr sanki,
sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hüseyin dəsmalını qoymuş. O savaşda insanları
param-parça doğradılar. Hüseynin başını kəsdilər. Hürrü doğram-doğram doğradılar. Ayrıca,
İsmayıl nədən Hürrün qəbrini açmalı idi? Buna bir yetkisi varmı idi? Bu, yalandan və uyduruqdan
başqa bir şey olmamışdır. 900 ildən sonra torpağın altında qanmı qalar? Tamam çürüyüb torpağa
qarışar. Anlaşılan odur ki, İsmayıl Hürrün qəbrini də açmamışdır. Çünkü 900
ildən sonra Hürrün
qəbrinin harda olduğunu necə tapmaq olardı? Ya da yenicə ölmüş birinin qəbrini Hürrün məzarıdır
deyə açımışlar ki, qızılbaşlarda sünni düşmənliyini daha da dərinləşdirsinlər. Sadəcə o zaman və
sonrakı modern səfəviyə dönəmində bu yalan, kütləni aldatmaq üçün gərəkli olmuşdur. Şah
İsmayıla aid olub olmadığı bəlli olmayan bu yalan hekayəni anladan qəzələ baxalım:
Ey müsəlmanlar, əsir-i zülfi yarəm doğrusu,
Bir sitəmkarın əlindən biqərarəm doğrusu.
Derdim ol dilbər yanında etibarım var mənim,
Yoxladım etdim yəqin, bietibarəm doğrusu.