¹2(3) èéóí 2012
108
Osmanlıların da hərb tarixində özünü büruzə verə bilmişdir. Bu barədə Qazımahal salnaməsinə
əsaslanan tanınmış alim Bahəddin Ögəl yazır: «Yeniçəri şairləri başlarında keçə və arxalarında
birər kaplan postaları sinələrindəki çağurları çalaraq getdilər».
Gətirilən mənbədən də aydın
göründüyü kimi, «yeniçəri şairləri» dedikdə türk hərbi qüvvə-
lərindəki aşıqlar nəzərdə tutulmuşdur. Deməli, aşıq sənətinin inkişafındakı bu mərhələ ictimai-siyasi
və tarixi zərurətdən irəli gəlmişdir. Bu cəhət isə ozan-aşıq keçidində islam qadağalarının bu sənətə
qarşı olan antidurumundan xilas üçün şərait yarada bildi. Belə nəticəyə gəlmək olar ki, Xətayi təkcə
yaradıcılığı ilə deyil, həm də bir hökmdar olaraq öz mədəni-ictimai dünyagörüşü və fəaliyyəti ilə də
aşıq sənətinə bağlı olmuşdur.
Aşıq sənətində təbii olaraq baş verən islahatın-xüsusən, çukur-saz əvəzlənməsinin məhz
tamamlanma dövrünün Xətayi epoxasına təsadüf etməsi də, diqqət mərkəzində olmalıdır.
Ona görə
ki, çanağı dəri örtüklə deyil, artıq nazik taxta təbəqə ilə əvəzlənmiş qopuzun varisi olan çukur-saz
çox guman ki, ordu həyatı ilə daha çox bağlıdır. Belə ki, yağışlı-qarlı, çiskinli havalarda nəqqarə-
xanaya məxsus olan ordu aşıqları dəri üzlü sazlarda havacata uyğun kökü müntəzəm saxlaya
bilməzdilər. Ona görə də daha əlverişli olan çanağı taxta üzlü sazlar meydana gəlməyə başlamışdır.
Aşıq sənətinə xüsusi diqqət yetirən Şah İsmayıl ordusunun nəqqarəxanasında, əlbəttə ki, bu sazlar
üstünlük təşkil etməliydi. Dəri örtüyü taxta üzlüklə əvəzlənmiş qopuzdan sonra bu simli ozan
alətinin «çukur» adlanması da qopuzdan saza qədər olan adın leksik-semantik metamarfozasının
morfoloji xüsusiyyətləri ilə bağlıdır. Tarixən
bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də
kalka- təqlid mənşəli kifayət qədər sözlərə rast gəlmək mümkündür.Həmin qəbildən olan sözləri
folklor nümunələrimizdə, tarixi-morfoloji əhatəsi ilə nağıllarımızda, dastanlarımızda daha çox
müşahidə edirik; takur-tukur, şakkır-şukkur, şarhaşar, çaqqaçak, gumbur–gumbur və s. «Tıq-tıq
xanım» uşaq nağılındakı at yerişini ifadə edən yuxarıda gətirdiyimiz «takur-tukur» təqlidi leksemi
imkan
verir ki, «çukur» saz adının da təqlidi məna ehtiva etdiyini söyləyə bilək. Belə ki, çanağı dəri
örtüklü qopuz çanağı taxta üzlüklü sazla əvəzləndikdən sonra, heç şübhəsiz, təzanə – mizrab
çanağın taxta üzlüyünə dəydikcə spesifik olaraq «çakur-çukur» səsləri ilə diqqəti cəlb edə bilmişdir.
Bu da ilk vaxtlardan təzə konstruksiyalı qopuzun xalq arasında çukur-saz adlanmasına səbəb
olmuşdur. Necə ki, tarixən qopuzun özü də oğuzlar arasında görkəminə görə – qolabənzərliyinə
müvafiq olaraq «qolça qopuz» adlanmışdır.
Bu etimoloji elmi təhlilimizin məntiqi-tarixi əsası ondan ibarətdir ki, məhz çukur-saz ifadəsi
türk dünyasının ordu nəqqarəxanalarında sazdan istifadə olunmağa başlanması ilə ortaya gəlmişdir.
Qeyd etdiyimiz kimi, Şah İsmayıl ordusu məhz belə bir struktura malik ordulardan biri idi. Şah
İsmayıl ədəbiyyatda
olduğu kimi, dövlət işlərində də islahatçı hökmdar olaraq tanınırdı. Xüsusən,
öz ordusunun digər qonşu dövlətlərin ordusundan qüdrətli, intizamlı və bənzərsiz olması ilə daha
çox fəxr edərmiş. Tarixi mənbə və salnamələrdən bəlli olduğu kimi, dostu Hüseyn Bayqaranın
göndərdiyi sovqata Xətayinin qəzəblənməsi də elə həmin ordu sərkərdəsinə xas özünəməxsusluqdan
və təəssübkeşlikdən irəli gəlirdi: «Sultan Hüseyn eyş-işrət və rahatçılıq sevən (mərdi-fəraqət tələb)
bir şəxsdir. Belə xoş səsli sazəndələr, huriyə bənzər nəğməkarlar da onun eyş-işrətlərinə yaraya
bilər. Lakin mən vuruş adamıyam, belə müsahibləri də istəmirəm. Mən gərək rahatlanmadan
məmləkətimin ətrafında at cövlan etdirəm ...
Belə bir vəziyyətə baxmayaraq, Şah İsmayıl hörmətsizlik olar deyə ozanları qaytartdırmır,
saxlanılmasını əmr edir. Ancaq bu ozanlar məharətlə çukur çalıb oxusalar da, qızılbaş ozanlarına
bənzəmirmişlər. Buna görə də Şah İsmayıl sanki öz zövq və səliqəsini
nümayiş etdirmək,
sərkərdələrinin, ordusunun nələri dinlədiyini, nələrdən ləzzət aldığını dolayısıyla bildirmək
məqsədilə, böyük bir dəstə ordu ozanlarından, hərbi yürüşlər çağındakı yaraqlı geyimləri ilə elçiyə
qoşdurub, birlikdə Herata göndərdir».
Ozan sənətinə, ümumilikdə aşıq ədəbiyyatına olan bu sevgi Xətayi yaradıcılıqına nə qədər
təsir edə bilmişsə, bu təsirin məntiqi nəticəsi olaraq, Şah İsmayıl dövründə aşıq sənəti – aşıq
ədəbiyyatı və dastançılığı öz intibah mərhələsinə qədəm qoymuş oldu. Bu mənada Şah Xətayi
yaradıcılığı ilə onun dövlətçilik fəaliyyəti bir-birini tamamlayır. Orta çağ aşıq sənətinin inkişafının
türk dövlətləri bölgüsündə təsnifatına varsaq aydın
görərik ki, Xətayiyə qədər Osmanlı impe-
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
109
riyasının dövründə türkçülüyün ən qədim mədəni-etnoqrafik etiketi sayılan aşıq sənəti demək olar
ki, Xətayi dövründəki qədər inkişaf etməmişdir. Belə ki, imperatorluğun bütün instansiyalarında
aşıq sənətinə ikrahla yanaşılırdı. Nə aşığın özünə, nə də ki aşıq şeirinə dövlət səviyyəsində heç bir
təqdiredici münasibət sezilmirdi. Hətta Səfəvilərin dövründə də Osmanlı imperiyası sınırlarında bu
vəziyyət qalmaqda və davam etməkdə idi. Əlbəttə, türk tarixinin qədim oğuz-qopuz mədəniyyətinin
zaman-zaman inkişafı mərhələlərində bu sayaq sapmalar ozan-aşıq sənətinin inkişafına mənfi
təsirini göstərmiş, bu sənətin dialektikasına əngəl ola bilmişdir. Belə ki, Osmanlı imperatorluğunun
dövründəki bu münasibətə Türkiyə alimləri də öz elmi tədqiqatlarında dəfələrlə toxunmuşlar. Bu
mənada məşhur türk alimi Fuad Köprülüzadə yazır: «Xalq vəzni və xalq əsərləri haqqında, daha
doğru şamil bir təbir ilə, xalqa aid hər şey haqqında göstərilən bu istixfaf və təhqir o qədər böyük
idi ki, hər hanki əsərə qarşı xalqın göstərdiyi rəğbət və təmayül o əsər sahibini əksəriyyən
qızdırıyor, çünki bu rəğbət düşmənləri üçün yeni bir vəsiliyi – təməsxür oluyordu. «Xəlqi
məmnun
görüyorum, əcaba bir xətamı etdim?!» – qövli-məşhurun ifadə etdiyi zehniyyət, əski osmanlı
şairlərində fəzləsi ilə mövcuddu...
Xalq vəzni və xalq əsərləri haqqında göstərilən bu nifrət və təhqirdən aşıqlara, saz şairlərinə
də, təbii, böyük bir hissə isabət ediyordu...
Xalq ədəbiyyatı ünvanı altında toplanan milli türkilər, türkmanilər, varsağılar, manilər
qoşmalar, hətta bəzi bəsit və mənsur əcəm hekayələri bu etibar ilə bizim (osmanlı – Ş.B) klassik
şairlərin daima istehzasına hədəf olmuşdur».
Xalq ədəbiyyatına, xalq mənəviyyatının incilərinə Xətayi epoxasına qədər heç bir dövlət və
dövlət xadimi etina nümayiş etdirə bilməmişdir. Aşıq sənəti kimi xalqın bədii və folklor irsini
özündə ehtiva edə bilən sinkretik ritual imkanları ilə seçilən unikal
mədəniyyətin milli-mənəvi
dəyərləri səviyyəsinə qaldırmaqdansa, əvvəldə qeyd edilən fikirlərdən aydın göründüyü kimi,
əksinə, qadağa və biganəliklərlə bu proses öz təbii inkişafından da sapdırılmışdır.
QAYNAQLAR
1.
Abbaslı M. Şah İsmayıl Xətayinin ömür yolu miniatürlərdə. Bakı: İşıq, 1981.
2.
Abbaslı M. Şah İsmayıl Xətayi və folklor. Azərbaycan şifahi xalq ədəbiyyatına dair
tədqiqlər. IVc., Bakı: Elm, 1973.
3.
Abbasov İ. Azərbaycan aşıqları və el şairləri. Bakı: Elm, 1983.
4.
Xətayi Şah İsmayıl. Əsərləri IIc., Bakı: Azərnəşr, 1976.
5.
Bu yazını dərc etmğyimiz səbıəKöprülüzadə F. Azərbaycan ədəbiyyatına dair tədqiqlər.
Bakı: Azərnəşr, 1996.
6.
Ögəl B. Türk kültür tarixinə giriş. Ankara, 1991.
Redaksiyadan:
Dərgimizin yaradıcı qrupunun üzvü şair Şöhrət Qaraoğlu (Bədəlov) həm də
elmi fəaliyyətlə məşquldur. Nəsimi, Xətai haqqında maraqlı tədqiqatları var. Ondan
Xətai kodu altında yazılar istəmişdik. Yazı biz istədiyimiz deyilsə də, ona yaxın
mövzudadır. Müəllif növbəti yazısında Xətai kodunu incələyəcəyinə söz
verib.(Ümumiyyətlə, varmı belə bir kod?)
Aşağıdakı yazı tamam başqa səpkidədir. Alimlərin, tarixçilərin soyuq başla
bu iki yazı haqqında düşüncələrini çap etməyə hazırıq.