¹2(3) èéóí 2012
116
bazarına çıxarır, zəhmətinin bəhrəsinə ümidlə növbəti romana girişir... 2006-da bir Tənqid.net
jurnalı təsis etdim; AYB-də Tənqidi istəmirlər-istəməsinlər, ümumən
Cəmiyyətdə ədəbi Tənqidə
zərurətin qədərini yoxlayasıydım. Vallahi, fədakarlıqdır, 300 nüsxədə 7 sayı çıxmış dərginin hər
sayından 20-30-na könüllü abunəçi tapsam, böyük işdir; iki o qədərini pulsuz paylayıram, qalanı
qalır arxivdə: bir zaman gələr, bizdə də Ədəbiyyat (və onun Tənqidini) istəyərlər ümidinə...
Bir məzəli kuryez deyim, daha əyani olsun. Ədəbi məclislərə gedəndə çiynimdə bir çanta olur;
təxminən hamı bilir ki, içində nout.book yox, Tənqid.net jurnalının təzə saylarıdır. Son zamanlarda
onu da duymuşam ki, tanışlar görüşdümü, tez də bu üzü qara çantadan uzaq qaçmağa çalışırlar; aya,
qəfil çıxarıb jurnal təklif edə bilərəm... Bu da acınacaqlı mənzərədir, deyilmi?; necə ki,
elə həmən
məclislərdə bir ucdan Yazarlar mənə kitablarını bağışlayırlar; nədən, olmaya Tənqid(net)-mi
istəyirlər?..
Ədəbiyyat kimi, Tənqidini də Cəmiyyət gərək istəsin, ona hacət duysun; yalnız bu halda
Ədəbiyyat-Tənqid sevdası-sövdələşməsi cılız maraqlar, məişət sifarişləri darlığından çıxıb, Tənqid
bir verilmişlik kimi funksional ola bilər. Tutaq ki: “Kaspi” kimi bir qəzetin imkanlısı “Quqark”
kimi bir romanın layiqi Tənqidini tapmamasından narahatdır; və Natiq Məmmədli cəmi-tənqidçiləri
utandıraraq, əvəzlərinə layiqi bir Tənqid yazır.
Bununla nə dəyişir ki; “Quqark” yenə yerində,
növbəti baxışlara açıq; ortada təzə bir şey varsa, o da məqalə müəllifinin “təmənnasızlığı”: baxın,
mən hamıdan ədalətliyəm, bütün tənqidçilərin eləməli olub, etmədiklərini edirəm iddiasıdır. Xətrə
dəymək üçün demirəm, bu təmənnasız iddia ilə bir başqası, lap elə Tehran Əlişanoğlu da çıxış
edəndə eyni şey alınır...
Amma məsələn, təkrar da olsa qabardacam, başqa təcrübə də var: ötən il, ölkə Ədəbiyyatında
bir Roman baharının (“roman bumu”, “axını” əvəzinə, bu ifadəni təklif edirəm) başlandığını
vaxtında duyub-görüb, Azadlığın Oxu zalı müvazi olaraq bir
Tənqid layihəsi irəli sürdü; üzünü
Tənqid yazarlara tutub: iddialarınız çox gözəl, buyurun, Ədəbiyyatda baş verənlərə münasibət
bildirin! – dedi. Nə çətin işmiş ki; bunu məgər “Kaspi” qəzeti, nə bilim, “Ədəbiyyat qəzeti”,
“Ulduz” jurnalı-filan edə bilməzmi; az da olsa Tənqidçiyə bir iş imkanı açırsan, stimul verirsən... –
müqabilində Ədəbiyyat qazanır! Ola bilsin ki, “Quqark”, ya hansısa aktuallanmış başqa əsər bu
Roman müzakirələrinə gecikə, ya təsadüfən
kənarda da qala bilər; alternativ layihələrə nə gəlib?
Azadlıq radiosu eləməz, Kultaz, ya ANN irəli sürər, “Kulis.az” Tənqid istəməz, Tənqidçilərin
“vicdanını tərpətmək” üçün həmincə “Kaspi” (Natiq Məmmədlinin vurğuladığı kimi:) “hələ bir dəfə
də kəlmə kəsib hal-əhval tutmadığı müəllif(lər) haqqında” silsilə yazılar sifariş verər və s. Bax,
buna deyərəm Sifariş, ictimai sifariş, Cəmiyyətin sifarişi!;
yoxsa ki, olmayan yerdən Tənqidə
həqarət nə lazım?!
Əslində, bu yazını mən müzakirə təriqi ilə yazdım. Ədəbi Tənqid geniş anlayışdır, problemləri
də çox. Amma konkret halda dəqiq bir ünvan: “tənqidçilər” anılmışdır deyə, öz-özümə sual etdim,
axı kimdir bu “tənqidçilər”? Adətən sırf tənqidçilərdən söhbət gedəndə ədəbi dairələrdə yalnız bir
neçə adlar hallanır: Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Əsəd
Cahangir...; hərçənd roman müzakirələri əvvəllər fəal xanım tənqidçilərin sırasına (Nərgiz
Cabbarlı, Bəsti Əlibəyli, Elnarə Akimova) daha ikisini artırdı: Elnarə Tofiqqızı, İradə Musayeva...
(Daha kimlər var, e-heyy, səslənsinlər!). Yəni qələti qarışdıran bunlarmı?
Rüstəm Kamal deyir: Şairlərə deyirəm, siz
çoxsuz biz az, Vətən torpağı həmişə Tənqidçi
yetirmir, qədrimizi bilin... Qədir ağacı gərəkməz, təki hər fürsətdə Tənqidçi adını-məramını-
missiyasını aşağılamağa səylər olmaya... Və ilk sırada Tənqidçilərdən səsimə səs, opponentlərə
cavab istəyirəm; axı bu adı hər kəsə yaraşdırmırlar!
27-29 avqust 2011
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
117
RÖVŞIN QƏMBƏROV
(Praqa)
“QİRAƏTÇİ” ROMANINI NİYƏ SEVDİM
(Bernhard Şlinkin “Qiraətçi” romanı haqda düşüncələr)
HANNA İLƏ İLK GÖRÜŞ
Hanna 15 yaşlı məktəblini yoldan çıxarıb öz yatağına salandan sonra hər görüşdə ondan bir
kitabdan parça oxumağı xahiş edərdi. Mixael bunun səbəbini heç cür anlamaz, əslində anlamağa
çalışmazdı da. Sadəcə, qiraəti tez bitirib hamama keçmək, yuyunandan sonra 36 yaşlı Hannanın
böyük bir ağ divanı xatırladan əndamına yayxanmaq istəyərdi.
Bir dəfə isə Mixael ona valideynlərindən gizli yazdığı gündəliklərini oxumaq qərarına gəlir.
Gündəliklərdən məlum olur ki...
Balaca Mixael qara kürü üçün sino gedirmiş. Elə buna görə də atasının
hər dəfə Bavariyadan
ezamiyyətdən qayıtması onun üçün əsl bayrama çevrilərdi. İki, bəzən də üç banka qara kürü... Mayn
çayından tutulmuş nərə balığının kürüsü yüksək keyfiyyətli sayılmasa da, ləzzətli idi və Mixael onu
yağ-çörəyin üstünə az qala barmaq qalınlığında çəkərək gözünə təpər, anası da yanağından qan
daman, buğa kimi sağlam oğluna həmişəki kimi kənardan heyrətlə tamaşa edərdi.
Onun atası tanınmış şair və ədəbiyyat jurnalının baş redaktoru idi. Müharibə vaxtı cənab Berqi
Berlindən Münxenə - partiya iclaslarında şeir deməyə tez-tez ezam edərdilər. O, alovlu natiq və
bəlaqətlə şeir deməyin ustası idi. Fürer hətta onu "Reyx qarşısında xidmətlərinə görə" ordeni ilə də
təltif etmişdi.
Balıqları isə Münxen yaxınlığındakı Daxau düşərgəsində cəza çəkən əsirlər tuturdular. Daxau
Almaniyanın ilk belə düşərgələrindən idi. Burada əsasən 1933-cü ildə Hitlerin Nasional Sosialist
Partiyasının hakimiyyətə gəlməsindən sonra tutulan, Vətənə xəyanətdə ittiham edilən kommunistlər
və yəhudilər saxlanırdı. 37-38-ci illərdə onlar üzərində tibbi eksperimentlər başlanmışdı və əsirlərin
çoxu özləri də səbəbini bilmədən kütləvi şəkildə qırılmaqda idi. Müharibə vaxtı düşərgə əsirlərin
hesabına daha da böyüdü. Bir az bəxti gətirənlər çay üzərində qurulmuş balıq
zavodunda işləyən
dustaq və əsirlər idi. Kəsəsi, Münxenə gələn hörmətli qonaqlar həmişə boxçası dolu yola salınardı.
Gözütox böyüdüyü üçün Mixael heç vaxt məclislərdə qara kürüyə əl uzatmazdı...
HANNA İLƏ 2-Cİ GÖRÜŞ
Bir neçə aylıq əlaqə Hannanın qəfil yoxa çıxması ilə başa çatır. Mixael onu bir də 7 ildən
sonra görür. O, hüquq fakültəsindəki tələbə yoldaşları ilə məhkəməyə təcrübə toplamağa göndərilir
və Daxau düşərgəsində gözətçi işləyən, əsir və dustaqları ölümə yollayanların mühakiməsi zamanı
müttəhimlər kürsüsündə əyləşənlər arasında Hannanı da görəndə dəhşətə gəlir.
Hannanın günahkar olub-olmadığını aydınlaşdırmaq üçün dövlət arxivlərinin daha bir qismi
açılmalıdır. Amma o bunu istəmir. Çünki bu, Hannanın dünyada hər şeydən çox utandığı bir
eybinin aləmə faş olması demək olardı: Hanna yazıb-oxumağı bacarmırdı, savadsız idi. Buna görə
də bütün günahları könüllü şəkildə öz boynuna götürür.