Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə48/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   44   45   46   47   48   49   50   51   ...   83

¹2(3)    èéóí 2012 
 
106 
А Р А Ш Д Ы Р М А
 
 
XƏTAİ  KODU,   
XƏTAİ ŞİFRƏSİ 
 
       ŞÖHRƏT  BƏDƏLOV 
filologiya üzrə fəlsəfə doktoru  
         
 
 
XƏTAİ  DÖVRÜNDƏ  ORDU  AŞIQLARI 
 
Şah  İsmayıl Xətayi yaradıcılığı, bütün xüsusiyyətlərindən öncə, qədim ozan-aşıq mədə-
niyyətinin  ənənələrinə bağlılığı ilə seçilir. Bu əlaqə birtərəfli olaraq yalnız Xətayi yaradıcılığına 
aşıq  şeirinin təsiri kimi qəbul edilə bilməz. Bu mənada  orta çağ aşıq sənətinin təşəkkülü yeni bir 
mərhələ mahiyyəti kəsb etməsi baxımından da önəmlidir. Xətayi dövrünün aşıqları və aşıq sənəti on 
bir, on dördüncü əsr ozanlarından və ozan sənətindən kəskin fərqlənirdilər. Qam-şaman və təsəvvüf 
simvolikasının sintezini ehtiva edən aşıq sənəti yeni tarixi məzmun ortaya qoymuşdur. Orta çağ aşıq 
sənəti təbiət və gözəllik tərənnümündən daha çox  hərbi və bir sıra dini-siyasi tədbirlərin milli-
mədəni folklor təyinatını həyata keçirirdi. 
Bir sıra türk dövlətlərində olduğu kimi, Şah  İsmayıl xanədanında da hakimiyyətin himayə 
etdiyi ordu aşıqları mövcud idi. Bu barədə tədqiqatçı alim M.Abbaslı özünün «Şah İsmayıl Xətayi 
və folklor» adlı  məqaləsində yazır: «Cahanarayi-Şah  İsmayıl Səfəvi»  əsərində bu barədə çox 
maraqlı məlumatlar saxlanılmışdır. Şah İsmayıl ordusunda ozanların belə bir mövqeyindən danışıla-
raq deyilir: «...Ozanlar vuruş günlərində qalib yürüşlü ordunun müqabilində çukurlar çalmaq, türkü 
varsaqılar oxumaqla igidləri döyüş həvəsilə coşdururdular. Ozanların çalıb oxumasından vuruş əzmi 
güclənirdi».
 
Lakin bu dönəmlərdən çox-çox əvvəl aşıq sənəti tarixi-mədəni funksiyasını yerinə yetirən 
uzun bir inkişaf yolu keçmişdir. «Oğuznamə»lərdə  və «Kitabi-Dədə Qorqud» dastanlarındakı 
ozanlar öz sənət yolunu miladdan qabaq yeddinci əsrdən etibarən büruzə vermişdilər. Ozanlar 
qədim oğuzların ilk şairləri idi. Onlar Altaydan başlayaraq bütün türk arealında qam, şaman, bukuc, 
tadıben və baxşı ad-titullarına sahib olmuşdular. Bu ad-titulların varisi sayılan ozanlar Şah İsmayıl 
dövrünə qədər də böyük kulturoloji missiyanın daşıyıcıları idi. İstər sak, göytürk, istərsə də uyğur 
folklorunun ilk nümunələrini məhz həmin ozanlar yaratmışlar. «Alp Ər Tonqa», «Oğuz Qağan» 
kimi qədim mənqəbəvi dastanların müəllifləri  şübhəsiz ki, ozanlar idi. Aşağıdakı  qədim aşıq 
qoşqusuna rəğmən F.Köprülüzadənin fikirləri daha çox diqqətəlayiqdir: 
        
Alp Ər Tonqa öldümü? 
İsiz ajun qaldımu? 
Ödhlek öcün aldumu? 
Emdi yürək yırtulur? 
...düdüklərin, dovulların sədaları ilə bağlı söylənən bu dastani şeirləri tərtib edən şairlər, heç 
şübhəsiz ki, müasir saz şairlərimizin dədələri olmuşdur».  
Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı bu dastan şeir nümünəsi «Divani-lüğət-it türk»də 
mühafizə olunaraq günümüzə qədər gəlib çata bilmişdir. 
Tarixi bilgilərdən məlum olduğu kimi, hələ eramızın V əsrində adı konkret olaraq bəlli 
olmayan el və saray şairləri mövcud olmuşdur ki, onlar dövlət  əhəmiyyətli zəfər yürüşlərini 
tərənnüm edirmiş . Bu barədə  tədqiqatçı alim İsrafil Abbasov yazır: «Antik mənbələrdə Atillanın 
şəninə keçirilən belə bir ziyafət səhnəsinin təsviri qorunmuşdur: Axşama doğru məşəllər yanan vaxt 
ipəkdən olan möhtəşəm çadıra iki şairin girdiyini gördülər.Onlar Atillanın qarşısında öz qoşduqları 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
107
şeirləri oxudular. Bu şeirlər onun qəhrəmanlıqlarına, zəfərlərinə aid idi. Orada onlar bu şeirlərin 
təsiri ilə həyəcana, vəcdə gəldilər... Bir çoxları ağlayırdı».
 
Bu  ənənələr Xətayi zamanında da davam edirdi. Şah  İsmayıl Xətayi dövründə Azərbaycan 
aşıq sənətinin yeni bir qolu olan dərviş aşıqçılığı da inkişaf etməyə başladı. Qızılbaşlığın təbliğinə 
xidmət edən təriqət təkkələri həmin aşıqların ifası ilə başlanıb, mərasimin tələblərinə uyğun olan 
havacatlarla başa çatırdı. 
Aşıq sənətinə  və sazın müqəddəsliyinə  şairin qoşma və  gəraylılarında açıq-aydın nəzərə 
çarpan münasibəti görməmək mümkün deyil: 
       Bu gün ələ almaz oldum mən sazım, 
   Ərşə dirək-dirək çıxar avazım, 
   Dörd şey vardır bir qarındaşa lazım, 
   Bir elim, bir kəlam, bir nəfəs, bir saz.
   
  Zənnimizcə, Xətayi Azərbaycan və ümumilikdə  Şərq  ədəbiyyatında özündən sonrakı 
sənətkarlara, bütövlükdə folklorun öz inkişafına belə  təsir göstərmək imkanına malik olan xəlqi 
ruha sahib böyük bir sənətkardır. Unutmaq olmaz ki, Xətayi dönəminə qədər artıq «ozan» ad-titulu 
və o cümlədən ozan-aşıq sənəti islamın qadağa və yasaqlarının təsirindən müəyyən deformasiyalara 
uğramışdır. Xətayi bir hökmdar, bir dövlət xadimi kimi və bir yaradıcı  şəxsiyyət olaraq aşıq 
sənətinə yeni nəfəs verməklə növbəti mərhələ üçün onun inkişafını təmin etdi. 
Aşıq sənətinə münasibət Xətayi yaradıcılığında və Xətayi ictimai dünyagörüşündə konseptual 
bir mahiyyət kəsb edir. Xətayi dövrünə  qədər «aşıq» sözü ad-titul olaraq işlənsə  də, saz sənətinin 
ozan hökmranlığı cazibəsindən yalnız Xətayi dövründə xilas ola bildi. 
Bir sıra klassik dastanlarımızda ozanların ad-titulu olaraq «dədə» titulunun da işlənməsi onu 
göstərir ki, «ozan» ad-titulu öz yerini «aşıq» ad-tituluna verənə qədər bu sənətin aparıcı sahiblərinin 
alternativsiz adı olmuşdur.  Şah  İsmayıl qızılbaş  təriqətinin sosial bazasının tənzimlənməsində bir 
çox faktorlarla bərabər, estetik-kulturoloji prinsiplərə  də diqqət yetirməyi vacib bilirdi. Təhlilə 
ehtiyacı olmayacaq dərəcədə aydındır ki, «ozan» ad-titulu oğuz-türk arealına mənsub  ən qədim 
peşəkar folklor söyləyicilərindən biridir. Qızılbaş təriqətinin aparıcı xəttini təşkil edən şiəlik olsa da, 
Şah  İsmayıl bütün bədii yaradıcılığında olduğu kimi, siyasi islahatlarında da türkçülüyə böyük 
önəm verirdi. Qeyd etdiyimiz kimi, islam dini ozan sənətini ciddi şəkildə sıxışdırsa da, Şah İsmayıl 
dönəmində «ozan» ad-titulu hələ  də  oğuz-türk mədəniyyətinin göstəricisi kimi ciddi və  rəsmi 
şəkildə mühafizə olunaraq qorunub saxlanırdı. «Cahanarayi-Şah  İsmayıl Səfəvi» kimi mötəbər 
mənbədə də bu barədə kifayət qədər geniş bilgiyə rast gəlmək mümkündür: «Ozanlar demək olar ki, 
Şah  İsmayılın bütün yürüşlərində  iştirak etmiş, orduda hərbi nəqqarəxananın - hərbi orkestrin 
rəhbərliyi mövqeyini tutmuş, türkü varsağıları, cəngiləri ilə Qızlbaş döyüşçülərinin rəşadət ruhunu 
oxşamışlar. Onlar başlarında Qızlbaş tacı, çiyinlərində pələng dərisi, bellərində qılınc, əllərində iri 
çukur-saz olduğu halda, dinclik zamanı dastanlar söylər, vuruş vaxtlarında isə çukur və sazlarını 
çiyninə aşırıb atlarına minər, döyüşçülərlə yanaşı vuruşarlarmış. ... tarixi salnamədən aydın olur ki, 
Şah  İsmayıl sarayında ozanlara hörmət elə bir dərəcəyə yüksəlmişdir ki, hətta bəzi  əmirlərə 
«Ozanxan» ləqəbi verilərmiş». 
Göründüyü kimi, Şah  İsmayıl aşıq sənətinin inkişafını türkçülüyün milli kolorit aspektindən 
qəbul olunmasının tərəfində olmuşdur. Ümumən aşıq sənətinə  Şah  İsmayıl Xətayi münasibəti bir 
sistem xarakteri daşıyır ki, bu da orta çağ aşıq mədəniyyətinin intibah gələnəklərini özündə ehtiva 
edir.  Əvvəla, bu çağlar qopuz-çukur-saz əvəzlənməsindən tutmuş ozan-aşıq ad titullarının geniş 
kulturoloji folklor metomorfozik cəhətləri ilə diqqəti cəlb edir. Bu cəhətlər hər şeydən  əvvəl ordu 
quruculuğu zamanı  Şah  İsmayılın hərbi qüvvələr sırasına  əvvəl də qeyd edildiyi kimi
«nəqqarəxana» adı altında aşıqların daxil edilməsi ilə başlandı. Unutmaq olmaz ki, bu mərhələyə  
qədər həmin qisimdən olan ələvi-bəktaşi, sufi-qızılbaş  təriqətlərinin ayin və  mərasimlərində 
Səfəvilərin siyasi məramlarının təbliğatında dərviş-aşıqlar kifayət qədər böyük nüfuz qazanmışdılar. 
Dərviş-aşıqlar təkkə  çərçivəsindən çıxaraq artıq daha böyük ictimai-mədəni arenaya imtiyaz ala 
bildilər. Bu hadisə türkdilli xalqların tarixində aşıq sənətinin çox mühüm və yeni bir mərhələsi idi. 
Bu mərhələ orta çağ  aşıq sənətində  Şah  İsmayıl Xətayinin hərbi islahatına ilgiləri ilə  bərabər 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə