Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə56/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   52   53   54   55   56   57   58   59   ...   83

¹2(3)    èéóí 2012 
 
122 
(tikinti materiallarının hamısı müsadirə olundu), həm də üzlərinin suyu töküldü... İt oğlunun kənd-
kəsəkdə ilişmədiyi adam qalmamışdı... Mənə  də ilişmişdi bir ara. Yəqin ki, rəislərinin gözləri 
yemədi, yoxsa damlayacaqdılar... Yaxşı, sən get, gəz, dolan, axşam tərəfi gələrsən bizə. Hafiz 
müəllimə də demişəm, sənin məktəbə girməyini yuyacıyıx. 
 Babam mənimlə danışanda heç vaxt üzümə baxmazdı. Əslində o heç kimin üzünə baxmazdı. 
Harasa uzaqlara dikilərdi gözləri. Dursun babamın bu halını lağa qoyar, kişini  ələ salardı. “Yəqin 
baban arvadıyla yatanda da göyə baxa-baxa,  siz bir az mənimlə yatarmısıznız... lütfən işdanınızı 
çıxararmısınız?” - deyib hırıldayardı. Amma mən babamın bu halını  bəlkə  də duyan yeganə 
adamam. Hərdən anam məni nənəmin yanında qoyub işə gedəndə onların ər-arvad dərdləşdiklərini 
görərdim. Babam bir dəfə çox kefsizdi. Nənəm səbəbini soruşanda yenə uzaqlara baxıb dərdli-dərdli 
dedi: “Mən sizlərə necə başa salım axı yaşadığım vəziyyəti... Mən elə adamların içində böyüdüm 
ki... Elə kişilər gördüm ki... Biri Piterburqda (o, heç vaxt Leninqrad demirdi, eləcənə Piterburq 
deyirdi - nağılçı) oxumuşdu, biri Parisdə... Nənəm gimnaziya bitirmişdi...  İndi mən bı  Qırışların 
cəmiyyətində...” 
  Nənəm “sssssss” eləyib onu susdurmuşdu. Babamı heç belə  kədərli görməmişdim. O yenə 
öz məchul uzağına baxa-baxa davam elədi: “Sənə demişdim axı Fransadan - Babadan məktub 
gəlməyini... Mayparaya dedim, qohumu oydu axı, məni söyüb-buladı, hələ  məktubu da çeynəyib  
yedi. (Bilirsən də, bizim Səttarın başına gələn məşhur işi. Barama raşoxunda qəbulda duranda onu 
hərrəyib-fırrayıb  tutmaq istiyirmişlər. Bir dəfə  əlində pul çeki kabinetinə girəndə müstəntiq 
dalıncan soxulur  içəri. Çeki əlində tutsaymış, əlli-ayaqlı gedəcəkmiş kişi. Mənə özü danışıb bunu. 
Deyir, elə müstəntiqin başı qapıdan içəri girər-girməz çeki büküb atdım ağzıma, çeynəyib uddum... 
Yüz minnik çek imiş. Bankdan bu pulu çıxardıb axşama Bərdəyə gedəcəkmiş ki, ordan barama alıb 
rayonun barama planını doldursun. Hə, sonralar bu əhvalat kənddə hamının dilinə-ağzına düşdü. 
İndi Maypara da Səttarın yerişini yerimək istəyirdi.)  Bir ay sonra təkrar bir məktub gəldi. Açıb 
oxudum, dəhşətə  gəldim. Yazıq bu dəfə yalvarırdı ki, heç olmasa bir nəfər ona məktub yazsın, 
kənddə kimin ölüb, kimin qaldığını anlatsın. İllah da Mayparadan xəbər bilmək istəyirdi... Ürəyim 
dözmədi, götürüb ona Mayparanın adınnan məktub yazdım ki, kənddə  hər  şey yaxşıdı, qurd 
quzuynan otlayır, ikimərtəbəli evlərimiz var, həyətlərimizdə krantdan süd axır, toyuqlarımız gündə 
üç dəfə yumurtlayır, bir qoyun üç, bir inək iki bala verir... Nə bilim axı, gic-gic şeylər yazdım. 
Bilirsən də, bu gop-kələyi qorxudan yazdım. Bilirdim ki, açıb oxuyacaqlar. Üstündən bircə  həftə 
keçməmiş  məni çağırdılar raykoma. Qırış açıq imzaynan yazmışdı bu dəfə. Ki, mən Sovet 
vətəndaşının  şanlı adını  ləkələmişəm, o, yəni Maypara istəmədiyi halda onun adından Fransanın 
şpionu olan bir adama məktub yazmışam...  İnanırsan, dedim tay əlli-ayaqlı getdim e... Amma 
raykomda o Qromıko məsələsini unutmamışdılar hələ. Məsələni şişirtmədən mənə töhmət verdilər...  
 -Tay 
nə yazmışdın? 
  Babam demisini (kəndimizdə yeganə adam idi ki, demi çəkirdi) sümürüb dedi: 
 -Hə, bir də ona bir işarə də vermişdim məktubda. Yazmışdım ki, kəndimiz o qədər böyüyüb 
ki, bir ucu burdadı, bir ucu da Sibirdə. Orda da bir kənd salmışıq. İşdi-şayəd gəlsən, göndərəcəklər 
ordakı  kəndçilərimizə baş  çəkməyə... Özüm heylə yazdım ki, qoy gəlməsin, gələn kimi tutub 
basacaqlar Sibirə axı... 
  Nənəm hirslə çımxırdı: 
  -Ə, başıa iş qəhətdi? Onsuz da xirtdəyəcən poxun içindiyik... Bir yannan sənin dədə-baban, 
bir yannan Zərişin ərçəsinin benamısdığı... Bir yannan də sən başımıza iş açma görək, səni allah. 
 Kişi bir az günahkar səslə dedi: 
 -Kaş  mənim vəziyyətimi başa düşəydin!?.. Gecələr Baba  gəlir girir yuxuma... yalvarır-
yaxarır ki, mən axı burda həsrətdən ölürəm... qoy gəlim elə bircə dəfə o Yarımyaylaqdan üzü aşağı 
yomalanım, ağzımı dirəyib Dərəağzının o təlx suyundan bir doyuncan içim, sonra day ölsəm də ahı-
zarım qalmaz... Elə bil ki, mən qoymuram onu gəlməyə... Kaş  mən də bu kəndimizdəki 
eşşəkqavalayanlar kimi qanmaz olaydım... Çox şey bilmək də bir cür bədbəxtlikdi... Məsəl var, 
ağıllı olub dərd çəkincən, dəli ol, qoy dərdini çəksinlər...  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
123
 Babam tək idi. Nəsli-kökü güllələnmişdi, sürgün edilmişdi, gözü qıpıq olmuşdu.  Əslində 
onunla müsahib ola biləcək bir kimsə qalmamışdı. O bu boyda kənd-kəsəkdə yüzlərlə adamlar 
içində tək qalmışdı. (Bir az Hafiz müəllimlə söhbətləri tuturdu, onun da axı başına açılmayan oyun 
qalmamışdı – bizdə belə yerdə düz düzünəqulu belə deyərlər: si...məmiş qulağının dibi qalmamışdı - 
deyin axıracan söhbət eləyə bilmirdilər. Elə ki, söz gəlib tabu mövzuların üstünə çıxırdı, ehmalca 
söhbəti dəyişib sağollaşırdılar.)  
Babamgildən öz evimizə tərəf gəlirdim ki, bir də gördüm  
 
MAYPARA ARVAD 
 
yerdən çıxmış kimi qabağımda dayanıb. (Çox qocaldığından evindən çölə nadir hallarda çıxardı. 
Ona görə belə qəfil görüşdən çaşıb qaldım) Arvad məni görən kimi  gözünü üzümə zillədi və bir də 
onda ayıldım, əlimi uzadıb xayamı qaşıyıram. 
Bu Maypara arvad ki var, kəndin həyuləsi kimiydi. Biri iş dalınca gedəndə qabağına çıxsaydı, 
yolunu dəyişər, ya da geri dönərdi. Nədən ki, sınamışdılar. Ovçunun qabağına çıxsaydı, çaxmağı 
çəkilməzdi. Heyvanını örüşə aparan bu arvadla rastlaşardısa, heyvanı qaytarıb salardı pəyəyə, bir də 
təzədən çıxardardı. Arvadlar ərlərilə, yaxud uşaqlarıyla bir yerə gedərkən  onu görsəydilər götlərini, 
kişilərsə xayalarını qaşıyardılar. (Bu ora-buranı qaşımağı mənə uşaqlıqdan nənəm aşılamışdı. Guya 
arvadın nəfsini murdarlayardılar. Ayıb oldu, mən də özümdən asılı olmayaraq elə  iş tutdum) 
Bədnəzər hesab edərdilər onu. 
Üzü elə  qırışıb-qırtışmışdı, deyirdin bəs yaranışdan 
beləymiş. Bu qırışlardan başqa onun sifətini qaraca-alaca 
tüklər də basmışdı. Adam ona baxanda ürəyi bulanırdı.   
Nənəm deyirdi ki, Maypara arvad gözəl bir qızmış. 
Nişanlısı da təkcə  kəndin yox e, bütün Zəngəzurun bar-
maqla göstərilən cavanıymış. Kiyevdə  həkimlik oxuyub-
muş. Hərbi həkim olan nişanlısı öz kəndlərindən bir qız 
almaq üçün  Kiyevdən vurub gəlir, gözü Mayparanı tutur. 
Toy gecəsi elə gərdəyə girər-girməz oğlanı vurğun vurur. 
(Nənəm elə belə də demişdi: “vırğun vırmışdı.” Mən bunu 
sonralar başa düşdüm. Yəqin ki, indiki dillə desək, 
insultfason bir şeymiş, ya da iflic.) Bir tərəf üstə quruyur, dili də tutulur. Səhər işıq-işığa oğlan 
keçinir. 
Düz beş il Mayparanın adını tutan olmur. Elə bil ondan qorxurdular. Gözəl-göyçək qız üstünə 
ölü torpağı dəyibmiş kimi qalır aralıqda. Allah hardansa gəlib buralara çıxan bir qalayçının ağlını 
başından almasaydı, yəqin ki, Maypara elə qız qarıyacaqdı. (Bəlkə də bu elə belədi. Bunu allahdan 
başqa kim bilər ki!) Həmən bu qalayçı  qızı görüb bəyənir və altdan-altdan ağızlarını arayıb elçi 
düşür. Yəqin, ona, nənəmin sözü olmasın,  çıtızırlar qızın bəduğur olmağını. Qalayçı əlini göyə açıb 
deyir: “O göydəki gözəgörünməz kişi başıma döyə-döyə məni Lahıcdan gətirib bura çıxarıb. Əyər 
onun məsləhəti belədisə, qoy olsun.” 
Əlbəttə, daha toy-filan olmur. Eləcə  qızın qolundan tutub qalayçının həm evi, həm də 
emalatxanası olan kəndin ayağındakı daxmasına aparırlar. Axşam şər qarışana yaxın bir də görürlər 
ki, Maypara nalə təpərək kəndin içiylə qaçır, özünü yerdən-yerə vurur. Nə çarə eləsələr də ondan 
düz-əməlli bir söz ala bilmirlər. Eləcə  “əəəəəə, bəəəəə,  əəəəəə” deyib nalə  təpir, qalayçının 
daxmasını əli ilə göstərir, yenə bağırır, bağırır... 
Bundan bir söz ala bilməyən adamlar qaçırlar qalayçının daxmasına və görürlər ki, qalayçı 
daxmanın ortasında kor adam kimi əlləri ilə divardan tuta-tuta yeriyir, “Maypara, ay Maypara” 
deyib zarıyır. Handan-hana qalayçı camaatı başa salır ki, Maypara ona  qazan qalaylamaqda kömək 
etmək istəyib. Və nə təhər olur ki, xüsusi qaba tökdükləri qaynar qalay ərintisini  saxlaya bilmir, 
tökür ərinin sifətinə. Kişinin həm gözləri avzadan çıxır, həm də boğazının damarları yanır. Nənəm 
deyir, axşam şəvinik çalanda qalayçı keçindi.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə