Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə58/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   54   55   56   57   58   59   60   61   ...   83

¹2(3)    èéóí 2012 
 
126 
Hafiz müəllim özü də birdən-birə  həyacanlandı, deyəsən içkinin təsirindən çox uzağa 
getdiyinin fərqindəydi. Hərdən bizə  dərs deyəndə  də çaşıb ağzından söz qaçıranda qızarar, gedib 
qapının arxasına, pəncərənin çöl üzdən dibinə baxardı.  
Amma bir az sonra kişi rahatlandı. Üzünü mənə tutub dedi: 
-Sən Bakıya gedəcəksən... Orada da tezliklə qarışıqlıq olacaq. Çalış  nənəni incidən hərəkət 
eləmə. Bu hökumət həmişə dovşanı arabaynan tutub. Ehtiyatlı ol. 
 Babam isə hələ də həyəcanlıydı. Kişi birdən-birə tamam dəyişdi. Onun içində nəsə qarışıq 
hisslər dolaşırdı. Gözünü qıyıb harasa uzaqlara baxırdı.  
 -Mən bu ermənilərin dabbaxda gönünə bələdəm... Bunlara gərək üz vermiyəsən. Üz verdin, 
səni minəcəklər... Ə, Bakının harasına baxırsan, ermənidi. Belə şey olar? Ən yaxşı vəzifələrdə də 
onnardı. Bütün nazirlərin katibəsi erməni axçiləridi... Bu qırışmallar gedib İrəvannan qırmızı tuf daş 
gətirib Stepanakertdə bina tikiblər... Ora mənim babalarımın kəndi olub, Xankəndiydi adı.  İndi 
küçə-bacada bir azərbaycanca yazı yoxdu. Hamısı ermənicədi. Bəs bizimkilər hara baxırlar? 
Bessovistni niqodyay! 
  Nədənsə, babamla Hafiz müəllim söhbətin gəlib bu yerə  çıxmasından məmnun deyildilər. 
İkisi də  pərt olmuşdu.  Əməllicə  həyəcanlanmışdılar. Və bir az sonra Hafiz müəllim sağollaşıb  
getdi. 
 Babam isə iri VEF radioqəbuledicisini sazlayaraq Azadlıq radiosunu axtarmağa başladı. 
Anamla mən də getməyə hazırlaşdıq. Babam həmişə yanında olan qara meşin qovluğunu açıb 
oradan iki iyirmi beşlik çıxardı və cibimə qoyub dedi: 
 -Anan nə verər, özü bilər, amma bu baba payıdı. 
 
DURSUNDAN MƏKTUB VAR 
 
  Mən ibtidai sinif müəllimi olacam. Amma Bakı mühitiylə tanışlıqdan sonra bu texnikuma 
marağım azalıb. Candərdi oxuyuram ki, buranın diplomuyla universitetə girə bilim. Bir yandan da 
şəhərdə tez-tez mitinqlər olur və maraq məni çəkib aparır o mitinqlərə. Orada danışılanlar mənim 
fikrimi qarışdırır. Xüsusilə meydanda dalğalanan üçrəngli bayrağımızı görəndə yaman 
həyəcanlandım. Bir millətin ən doğma şeylərini gör neçə illərdir ki, əlindən alıb gizlədiblər.  
Səhər dərsə gedəndə Adış müəllim gəlib məni tapdı və  dedi: 
 -Eşitmişəm ki, sən də meydana getmisən. O prəvakatorlara qoşilsən, bir də ora getsən, səni 
məktəbdən qovacaqlar. Mən də babanin yaninda olacam üziqara. Heç kimə qoşulma, gəl dərsə, get 
gir evə, başini sal aşaği, dərsini oxi... 
  Cənub ləhcəsiylə danışa-danışa mənə öyüd-nəsihət verən bu kişidən  hər dəfə müsbət enerji 
axırdı könlümə. Amma bu dəfə belə olmadı. Kefim qaçmışdı. Elə bilirdim, bu saat deyəcək ki, o 
biqeyrət atan kimi avara olma.  
Bu dəfə mitinqə deyil, evə gəldim. Elə qapıdaca məni Səkinə qarşıladı və gülə-gülə əlindəki 
məktubu yellətdi: 
 -Tap görüm kimnəndi? 
 Yoldaşı içəridən acıqlandı: 
 -Ay qız, uşaq dərsdən gəlib, yorğundu, ver məktubu, gəl bı yana. 
  Məktubu alanda təəccübdən ağzım açıla qaldı: Dursundandı. Tez çarpayıya sərilib zərfi 
cırdım, içindən bir başıbağlı zərf, bir də məktub çıxdı. Başıbağlının üstündə “Elimizin general oğlu 
M.Əsədov yoldaşa” sözləri yazılmışdı. Onu bir tərəfə qoyub məktubu oxumağa başladım. Danışdığı 
kimi, səhv-sühv cümlələrlə yazsa da, maraqlıydı.  
 “Xostan, salam. Adresıı  Zəriş xaladan aldım. Biz indi kənttə özünümüdafiyə  dəstələri 
yaradırıx. Amma bu boyda kənttə  dədəmin beşaçılanı, bir də babaın asabiyakınnan başqa silah 
yoxdu. Qalannarını Qırışın çuğullamasıynan milislər nəvaxtsa yığıp aparıplar. İndi Qırışı sovet sədri 
qoyuplar.  İşimiz lap fısqırıx olup. Dədəmin, Haşım babaıın və Hafiz məllimin saa sözdəri var. 
Onnarın dediyini yazıram. Bu məktubun içində bir məktub da var, onu aşma. Aparıb verərsən 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
127
Mərkəzi Komtədə inzibati orqannar şöbəsinin müdiri general Məhəmməd Əsədova. Özünə olmasa, 
Baharlıdan onun ayləsinə yaxın olannardan birinə verərsən, çatdırallar. Sərhədlərimizdə  vəziyyət 
pisdir. İyirmi könüllüyə bir avtomat düşür. Gör neynirsən.  
 Hörmətlə Dursun.” 
 Başımı yastığa basıb hönkürdüm. Gör nə günə qalmışıq! Bəs bizim yetmiş illik birliyimiz 
hara getdi? Niyə erməniyə silah, bizə dirsək? Amma bir təskinlik də tapdım bu məktubdan: 
oyanırıq, özünümüdafiə  dəstələri yaradırıq. Demək varıq, qırılıb qurtarmamışıq...  Ən  əsas da 
Dursunun mənə  məktub yazması kefimi açmışdı. Demək, barışıb mənimlə... Amma bu Qırışın 
Sovet sədri olması lap qanımı qaraltdı.  
 
*  *  * 
  Səhər qapıdan çıxanda həyəti süpürən Səkinəni çox şən gördüm. Bəzənib-düzənmişdi. 
(Yanmış elə bil qızdı. Bir az kökəlməsini, bir də döşlərinin iriləşməsini  nəzərə almasaq, elə həmin 
Səkinədi. Ölmüş gün-gündən gözəlləşir. Sinəsi enlənib. Döşləri göz çıxardır. Bir şeyə mat 
qalmışam: bəs bu qədər vaxtda bunların niyə uşağı olmayıb?.. Tez də özüm öz ağzımın üstündən 
çırpdım: “Əşşi, camaatın işi sənə qalıb? Sən axı özünə söz vermisən ki, o it oğlu atan kimi sıvıq 
olmayacaqsan, biqeyrət iş tutmayacaqsan! Nə gözünü zilləmisən camaatın arvadına? Vabşe, 
tezliklə bu həyətdən rədd olub getmək lazımdır... Yoxsa sənin bir tərəfin uçuqdur axı, sənə bel 
bağlamaq olmaz qəti.” ) Təəccübümü görüb dedi: 
 -Axşamnan qutab, peraşki bişirmişəm bir padnos.  Kamillə meydana gedəciyik.  Kamilgilin 
qazmaçıları tətil elan eliyiblər, hamılıqla meydanda olacaxlar. Sən də gələssən ora? 
 Yarıkönül “hə” deyib ayaqla texnikuma tərəf qalxmağa başladım. Yol boyu hələ  də gecə 
gördüyüm yuxunun təsirindəydim. Gecə kumanların – qıpçaqların düşərgəsindəydim. Hamısı 
silahlanmışdılar. Gödərək, amma enlikürəkli, əyri ayaqlı, cücə gözlü birisi komandirləriydi. Atının 
üstündə bağıra-bağıra çıxış edir, düşmənlərini hədələyirdi: 
 -Kum-kum-kum! Mən yurdun ən dəli bəglərini hayla-
yıram! Kafanın Qıpçağınnan (Kafan tərəfdə indi də Qapıcıq 
və Qapçıqay adlı kəndlər var – nağılçı) Lalalının Kummuca-
sınacan bizim ellərdi.  İrəvannan Karsa, ordan da Qəzvinə, 
Urmiyaya, Xoya, Ərdəbilə, Təbrizəcən, yuxarıdan Dərbəndə
Borçalaya, Ovçalaya, Başıaçığacan oğuzların, qıbçaqların 
yurdudu. Bax, belə satqınların (qılıncını  mənə tuşlayır – 
nağılçı), belə qorxaqların ucubatınnan bir ovuc torpağımız 
qalıb ki, onu da qorumasax, şux məməli qızlarımız, ağca üzlü 
gəlinlərimiz bizə halal olmasın – necə ki, Səkinə olmadı. 
Baxın, yurdun, elin belə  ağır günündə bu cür arvad tumanı 
altda gizlənənlərimiz də var! Qaçıb gedib Səkinənin alt yanın 
kəsib! Ar olsun beləsinə! 
 Hamı bir ağızdan dedi: 
  -Ar olsun! Kum-kum-kum! 
 Bir də gördüm ki, komandirin qılıncı düz başıma endi, 
qanım fışqırıb aləmi basdı. Və mənim qanım qaranlıq gecəni 
işıqlandırdı... bu dəm nə görsəm yaxşıdır: at üstə çıxış eləyən, 
məni qılınclayan elə Dursunmuş. Cücə gözlərinə qan sağılmışdı. Ya bəlkə  mənim qanım gözünə 
sıçramışdı? Üz-gözümü basan qanı  əlimlə sildim – gözlərimə elə bil duzlu su doldu. Məgər qan 
duzlu olur? Bir də əlimi gözümə aparıb siləndə bu sərt təmasdan ayılıb al qan içində deyil, qan-tər 
içində olduğumu anladım. 
*  *  * 
  Dərsdən sonra məktubu aparıb Mərkəzi Komitədə qapıçıya göstərdim. Elə bilirdim ki, məni 
onun yanına aparacaq, ya da Əsədov özü düşüb gələcək məktubu almağa. Amma o, məktuba 
gözünün ucuyla da baxmadı. “Get, özümüz çatdırarıq” deyib mənə qapını göstərdi. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə