Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə60/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   56   57   58   59   60   61   62   63   ...   83

¹2(3)    èéóí 2012 
 
130 
  Səhər oyananda nə Sürmənin, nə də Yetərin üzünə baxa bilmirdim. Gözüm Səkinəni gəzsə 
də, o heç mənə, nənəm demişkən, sullax da salmadı.   
     
KANNICADA GÖRÜŞ 
 
  Mən, Sürmə, Yetər, Qərənfil, bir də Qancıq Zirəddin hamıdan qabaq gəlmişdik. Dedilər 
Səmra gəlməyəcək – onsuz da bu qız bizə qarışmır, hamını kinli-kinli süsürdü dərsdə. Dabanyanıq 
Süleyman da kənddə yoxmuş, hardasa işə düzəlib, iki aydan bir gəlir evlərinə. Səkinə Bakıda, 
Zamirə Rusetdədir. Qalır Dursunla Ağzıyırtıq Ələsgər. Elə bu heyni Dursunun atası Rəhman kişinin 
QAZ-66 maşını Kannıcaya yaxınlaşır. Maşını Dursun özü sürürdü. Ələsgər bir toğlunun 
buynuzundan tutub maşından salır yerə.  Qancıq Zirəddin nağarasını qara köynəyindən çıxardıb bir 
tərəkəmə çalır və Dursunla Ələsgər başlayırlar sındıra-sındıra oynamağa.    
Yerdən palaz, kilim parası, həsir salıb üstündə süfrə açmışdılar. Anam bir soyutma toyuq, bir 
də üç kiloluq balonda gilənar kompotu qoymuşdu. Onları çıxardıb qoydum süfrəyə. Dursun elə bil 
qəsdən mənə sataşır: 
  -Ə, kişi olun, ə, o nədi arxaıızı vermisıız yerə, toyuxdan-moyuxdan bir şey çıxmaz, durun bu 
heyvanı kəsək, bir kabab çəkək...  
  Mən özümə söz vermişəm ki, bunun  atmacalarına cavab verməyəcəyəm. Ona görə 
dinmirəm. Bir az sonra Ələsgərlə Dursun heyvanı kəsib soyurlar. Mənim əlimdən gəlməz ki. Heç 
toyuq başı da kəsə bilmirəm. Bir dəfə anam mənə kəsdirdi, toyuğu yarıkəsilmiş əlimdən buraxdım, 
qaçıb başından qan tökülə-tökülə kolluğa girdi. Arvad vaysındı ki, murdar  elədin, zay oldu getdi... 
Kabab dəsgahı başlayır. Sonra araqları çıxardırlar. Mən əlbəttə, içməməyi düşünürəm. Amma 
bu səndən asılı deyil ki... Burda içməyənə kişi kimi baxmırlar. İçən, arvadını döyən, pul qazanan, 
(bu çox vacibdir)  gözü orda-burda olan kişiləri kişi hesab eləyirlər. Əsgərlikdən qayıdandan sonra 
kimin qolunda çoxlu nakolka var, kim rusca çox söz bilir, kimin dalınca Rusetdən rus qızları 
məktub yazıb ağlaşır, onları kişi hesab edirlər. Mənim kimi kitab-dəftərə cumanlardan hələm-hələm 
qızlar  xoşlanmazlar.   
  Dursun araq süzür. Mənim stəkanıma da töküb. Gözüm bu heyni Sürməni alır. Qız eynən 
sinifdəki  kimi  ah  çəkir, sonra göz qapaqlarını yumub-açır, belə başa düşdüm ki, “iç” deyir. Heç 
kimin stəkanına vurmadan içirəm. Vursam, gərək Dursunla da vuram. Onunla da bilirsiniz ki, 
küsülüyük.  
  Heç kabab da yemirəm. Eləcə anamın bişirdiyi soyutma toyuqdan dindələyirəm.  İkinci 
stəkanı yarıyacan içirəm və özümə söz verirəm ki, daha içməyəcəm. Onsuz da indidən başım 
hərlənir.  
 Dursunla Qancıq Zirəddin dəmləşiblər. Qıpığın  gözləri yaşarıb, ağlamaq istəyir. Stəkanını 
doldurub deyir: 
 -Bu badələri içirik özü bırda olmuyub, ürəyi bırda olannarın sağlığına... 
  Qızlar söz atırlar: 
 -Day denən Səkinənin sağlığına dayna! 
 -Niyə, Zamış da var axı...  
 -Hələ Süleyman... 
 -Vaabşe hamının sağlığına! – bunu Dursun deyib arağını başına çəkir və at kimi fınxırır. 
 Hamı  mənə baxır. Əslində bu sinfin söz yiyəsi mənəm axı. Səkkiz ildir  əlaçı oxumuşam. 
İndi də texnikuma girmişəm. Sağlıq deməliyəm. Gözümün qabağına Səkinə gəlir, əllərimizin üstünə 
xəritə çubuğuyla vuran Hafiz müəllim görünür, bir də heç cürə Kuma-Manıç sözünü deyə bilməyən  
Dursunu görürəm və gözümü ona zilləyib deyirəm: 
 -Yadınızdadı, Kuma-Manıç çökəkliyi deyə bilməməyimiz? Hafiz müəllim bizi necə çırpırdı? 
Təklif eliyirəm ki, Hafiz müəllim başda olmağnan bütün müəllimlərimizin sağlığına içək!  
 “Sağ ol, e!” səsləri qulağımı yalayır. Və birdən sözləşiblər kimi xorla bağırırlar: 
  -Şeyir! Şeyir! Şeyir! 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
131
  Təəccüblə onlara baxıram və  mənim sirrimi kimin açdığını tapmağa çalışıram. Dursun 
gülümsəyib gözünü gizlədir. “Hə, sənsən. Axı səndən başqa bunu bilən yox ki! Satqın!..” 
  Mən axı bu yazdıqlarımın şeir olduğunu özüm də əməlli-başlı bilmirəm. Yaxşı, cəhənnəmə 
ki! Birin söyləyərəm, əl çəkərlər.  
 
 Ürəyimdə qəm yükü var,  
 Verən, çəkə bilmirəm ki! 
 
Yolun düzü, həm diki var
 Varıb yola gəlmirəm ki... 
   
  (Belə-belə armudboğaz qafiyələri olan bir qoşmafason şeir idi) 
  Əl çalırlar və pörtüb-qızarmış sifətimi gizlətmək üçün məclisi müvəqqəti tərk edəsi oluram. 
Qayıdanda görürəm ki, Dursunla Ələsgər çayda çimməyə gediblər. O birilər də hərə bağın bir 
tərəfinə çəkilib. Süfrədə Sürməylə mən qalmışam. 
  Qız gözlərini dolandırıb mənə baxır və yenə ah çəkir. Deyəsən içki dilimi açıb. Onun artıq 
qəşəngləşmiş buxağına, paltarının altından gilələri dikələn döşlərinə, yığcam  əndamına baxıb 
deyirəm: 
 -Ahın dağlara... Nədi, gəmilərin batıb? 
 Özümün özümdən xoşum, gəlir tapdığım ədəbi cümlələrə görə. Deyəsən, Bakı mənə düşüb. 
Dilim açılıb. 
 O məni hiyləgərcəsinə süzür: 
 -Yadındadı pambıqda xəstələnmişdin?  
 Yadıma düşür və orda bu qızın məmələrinin arasına qısılmağım gəlib gözümün qabağında 
durur, qıpqırmızı qızarıram. Qız bunu duyub deyir: 
 -Biz simsarıq axı... Mən onda səni simsar kimi, qohum kimi öpdüm, sonra da gecə basdım 
bağrıma ki, üşütməyəsən... Allah o Erkək Tükəzbana nəhlət eləsin, saa gecə adam yuxusu yatmağa 
imkan vermədi...  
Şaqqanaq çəkib gülüşürük.    
-İnanırsan, bı qız bizim hamımızı heylə əlləşdirirdi, sən də bağışda... Soyradan bildik e işi... 
Demiyəsən bı qız elə doğulanda oğlan-qızmış... Yazıq nənəm son vaxtlaracan bizə qandırırdı  ki, 
özüuzu o qızdan gözdüyün, onu mən tutmuşam, doğulannan oğlan-qızdı... 
Məni yenə gic gülmək tutdu və başladım Erkək Yetərin mənə  kərkinməyini utanıb-
qızarmadan danışmağa. İkimiz də qəhqəhə çəkib gülüşürdük və qıraqdan baxan olsaydı, bizi sevgili 
bilərdi. Mən əlimi qızın çiyninə qoymaq istədim, o tez özünü kənara çəkib ciddiləşdi və dedi: 
-Bını onda qohum kimi eləmişdim... Ağlıa ayrı şey gəlməsin. Mən o sıvıq qızlardan dəyiləm. 
Amma indi istəsən, mən səni gözdəyərəm... Oxu, əsgərliyiuni çək, gəl... Evlənərik. Amma anaa, 
babaa de, qoy bizə  gəlsinnər, məni atamnan istəsinnər... Elə anan bircə ucuz dəsmal bağlasın 
başıma, bəsimdi. Mən səni gözdəyərəm... Bəlkə  mən də oxudum. Dədəm pul versə, texnikoma 
gedəcəm... 
Bu vaxt uşaqlar iki-bir, üç-bir süfrəyə  tərəf gəldilər və bizim söhbətimiz yarımçıq qaldı. 
Sürmə pis qız deyildi, amma Səkinənin yanında bunun yeri yoxdu axı. Mən də, Dursun da, elə 
sinfimizdəki oğlanların hamısı, hətta Dabanyanıq Süleyman da Səkinəni sevirdik. Nə olsun ərdədi? 
Sevirdik də. Bəlkə də heç əri onu bizim qədər sevmirdi...  
  Səkinənin üstündə şeytan tükü vardı. And olsun bu şırhaşır axan   BƏSİD çayına ki, Səkinə 
ayrı qızdır. Bax, özü burda yoxdu, allahı burdadı, heç ona cürət eləyib əlimizi də vura bilməmişik, 
amma ölürük ondan ötrü.  
  Bəsid ki, dedim, gərək bu çaydan da bir az danışam. Bu çay çaydan çox, iri bir bulağa 
oxşayırdı. Göz yaşı kimi suyu vardı. Balıqlarının dadından doymazdın. Balıq demişkən, bu çayın 
adına qarama, şivit dediyimiz balıqları vardı ki, mən sonralar cürbəcür balıq gördüm, onlardan 
hazırlanmış növbənöv yeməklər yedim, amma Bəsidin balığının dadını verənini görmədim, 
dadmadım.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə