Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə68/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   64   65   66   67   68   69   70   71   ...   83

¹2(3)    èéóí 2012 
 
146 
uşaqları, qoca anası yanıb kül olmuşdu. Bilmirəm, tək bir qızımı, oğlumı qonşu Sobu kəndində 
xalasıgildə gecələdiyindən sağ qalmışdı.” 
 “Bəs İsrafili necə tutdunuz?” – bunu mən soruşuram. Kişi yaddaşını köməyə çağırırmış kimi 
gücənir, dili topuq çalır: “Mmmən ona güllə atmamışam, and olsun allaha. Tək bir günahım var o 
kişinin yanında. Mənnən böyüklərin təkidiylə  Fərzalıyla görüşüb demişdim ki, mən bilirəm ki, 
İsrafil səni istəmir... Gəl, kömək elə onu tutaq, özün  də üzə çıx, hökumət bağışlayar səni.” 
 “Razılaşdı?” 
 “Nə danışırsan? Onda o, Fərzalı olmazdı ki! Eləcənə üzünü mənə tutub, “rədd ol burdan, 
dedi, nə  qədər ki, səni öldürməmişəm, cəhənnəm ol get..!” Başımın üstündən bir daraq patron 
buraxıb söydü məni və qışqıra-qışqıra dedi ki, mən İsrafillə düşmanam, amma sizinlə ondan betər 
düşmanam! Yeri gəlsə, mən onunla barışaram, amma sizinlə, o çoban-çoluq hökumətiylə ulduzum 
da barışmaz!” 
  “İsrafili necə tutduğunuzu demədiniz  axı?” 
 “Bir polk əsgər göndərmişdilər onun üstünə. İnan ki, onların yarısını iki ayın içində İsrafilin 
adamları qırdı. Amma axırda İsrafili vurdular, bununla da o qəhrəman adamın dastanı bitdi...” 
 Kişi boğazını artlayır. Hiss olunur ki, yenə  nəsə demək istəyir. Udquna-udquna deyir: 
“Marqonun yanına gələndə evi mühasirəyə almışdılar. Qışqıra-qışqıra dedi ki, kişisiniz, arvad-uşağa 
güllə atmayın. Mən bildim onun istəyini. Polk komandirinə  məsələni deyib (mən burda inanılmış 
adam idim, sözümü eşidirdilər) Marqonun evinə  tərəf getdim və  İsrafilin son istəyini yerinə 
yetirdim. Marqo ilə Hüseyni oradan çıxartdım.  İnanırsan, Marqo gəlmək istəmirdi. Düşmüşdü 
İsrafilin ayağına, yalvarırdı ki, qoy biz də səninlə ölək. Amma o, Marqonu az qala itələyib çölə saldı 
və mənə tərəf bağırdı: “Ağası, sənin mənə bir can borcun var. Bu arvad-uşağı sənə əmanət eliyirəm. 
Məşədi  İsmayıllıdakı  dəyirmanın ocaq daşlarının altında yarım küp qızılım var. Onu çıxardarsan, 
yarısını özün götürərsən, yarısını da Marqoya verərsən. Marqonu da, Hüseyni də kənddən çıxardıb 
Bakıya göndərərsən. Mənə görə o, həmkəndliləriylə düşmən olub. Onları sənə tapşırıram. Haqqını 
halal elə, Ağası.” Mən “Halal xoşun olsun” deyib Marqoyla Hüseyni də götürüb evdən təzəcə 
aralanmışdım ki, atışma başladı. Bir az sonra evin arxasındakı taladan İsrafilin səsi eşidildi: 
“Eheyyyy! Mən burdayam!” Beləcə, o, son anda sevgilisinin evini də xilas etmiş oldu. Bilirdi ki, bir 
azdan evə od vuracaqlar. Talanın qurtracağında onu vurdular...”  
 Ağası kişi danışdığı  əhvalata elə uymuşdu ki, gözləri yaşla dolmuşdu. Qəhərdən səsi 
titrəyirdi. Bir siqaret yandırıb sümürdü. Sonra bayaq dediyi sözləri bir də  təkrar etdi: “Bir allah 
şahiddir ki, mən  İsrafilə güllə atmadım. Ona tərəf atmağına atırdım, amma ayrı  səmtə tuturdum 
lülənin ağzını...” 
 “Ölüsünü 
gördünüz?” 
 “Hə, düz bir saatacan onun meyidinə yaxın düşən olmadı.  İnanmırdılar ölməyini. Axırda 
polkun komandiri yenə  məni irəli verdi. Düzünü deyim ki, mən də  səksəkə içində gedirdim. Elə 
bilirdim ki,  indicə yerindən qalxıb məni gülləyə tutacaq. Amma o silahının üstə yıxılıb qalmışdı. 
Gözləri açıq idi. İnanmazsan, elə bil gülürdü... Sanki ölümüylə də bizə meydan oxuyurdu...” 
 ...Mən elə bil tamam ayrı adam olmuşdum.  İndi həmişə nifrətlə yad etdiyim atam da 
gözümdə başqalaşmışdı. Nəslimin-kökümün  İsrafilin kəndindən olmasıyla açıqca fəxr edirdim. 
Başımı dik tutdum. Bəlkə bu yarım saatın içində boyum da uzanmışdı, nə bilmək olar? Amma 
içimdə bir sual vardı. Gərək onu soruşaydım: “Bəs Marqo? Bəs Hüseyin? Onlar necə oldular?” 
 “Marqonu Bakıya yola saldım oğluyla. Bir dostumun adresini vermişdim onlara. Sağ olsun, 
yaxşı qarşılayıb yan-yön eləmişdi. Bir il sonra mən də Bakıya dəyişildim. Getdim, tapdım onları. 
Dəyirmanın ocaq daşının altından tapıb verdiyim qızılların hamısı cağbacağ dururdu. Nəinki 
mənimkinə, özününkülərə  də toxunmamışdı.  İşə girmişdi, başını  aşağı salıb çörəyini qazanırdı. 
Evləndim onunla... Beş il olar dünyasın dəyişib...”  
 Kişi az qalır ki ağlasın. Amma tez özünü düzəldir: “İndi ay oğul, erməni də, musurman da 
allahın altında bir adamdı. Gərək bir-biriynən yola gedələr. Biz Marqoynan əlli il bir yerdə yaşadıq. 
Mən ona Maral deyirdim. Elə maral kimi gözəldi axı... Dinimizi qəbul elədi, başına şal örtdü, mənə 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
147
düz beş  uşaq doğdu. Hüseyni də qatdıq öz uşaqlarımıza böyütdük. Vallah, düşmənçilik bir şey 
deyil...” 
 “Ağası dayı, Topda neçə ev olardı?” 
 Kişi qoyma dişlərini  şaqqıldadır, ağzını marçıldadır və bir qədər düşünüb deyir: “Əllidən 
çox olardı. Bəlkə də altmış idi. Necə ki?” 
 “Heç, 
mənim atam Topdan olub. Familyamız da İsrafilovdur...” 
 “Nə? İsrafilov?! Ola bilməz!” 
 Kişinin həyəcanı  mənə  də keçir, az qala uçunuram: “Niyə olmur ki?! Atamın adı Elyas 
imiş... İsrafilov Elyas... Dayan, dayan........ eeee... İsrafilov Elyas Əprayil oğlu...” 
 “Pah! Əprayili görmüşdüm mən!  İsrafilin qardaşı olsa da, fağır, rəncbər adamdı. Günü 
əkində-biçində keçərdi. Elə bil İsrafili doğan ana onu doğmamışdı... Demək, sən  İsrafilin qardaşı 
nəvəsisən!  İşə bax, səni allah! Səhər səni aparacam, Hüseynlə tanış ol. Əmioğlu düşürsüz də, 
əminəvəsi, ya əmioğlu, nə tafootu var ki?!” 
*  *  * 
 Ürəyim partlayırdı. Qəzet köşkündən məktubçün zərf aldım. Bütün bunları babama, bir də 
Hafiz müəllimə təcili yazmalıydım. Həmi dədəmin o töhmətindən qurtulum bir az da olsa, həm də 
qoy bilsinlər ki, mən Qaçaq İsrafilin nəslindənəm. Elə həyətə girəndə kənddə itləri üstümə cuman 
kimi Nanə cumdu üstümə: 
 -Boooo! 
Sən hələ bıydasan? Getməmisən? Bıy dədəm sənin gö........ 
 Özünün məşhur söyüşünü söyüb atası Gülümalı kişini sevindirdi. Bütün xoş  təəssüratlarım 
bircə anda suya döndü. Bu dəm Səkinə otaqlarından çıxıb itə acıqlanan kimi Nanəyə acıqlandı: 
 -Az 
cəhənnəm ol içəri! Başın batsın! Sürük içəri! 
 Nanə Səkinədən qorxmağa başlamışdı. Bilmirəm, bəlkə vururdu onu? Hər nəysə, qız təpəsi 
üstə qayıdıb girdi içəri. Amma dilinin altda nəsə mırıldanırdı. Day bu dəfə biz ona fikir vermədik. 
Səkinə bir az utanan təhər olmuşdu: 
 -Xosu, 
sən allah, incimə... bunun başı batsın... səydi də... 
  Mən gülümsündüm. Bayaqkı  vəziyyətimi bərpa eləməyə çalışırdım. Axı  Səkinəni görmək 
elə yaxşı əhval-ruhiyyəyə köklənməyə bərabərdi. Üstəlik də əla xəbər eşitmişdim. 
 -Necəsən? Kamildən bir xəbər yoxdu? 
  -Yoox, - uzada-uzada dedi, - heş məhtub da yazmadı... 
  -Yazar, yazar, yəqin hələ uçebkada-zaddadılar... 
 -O 
nədi həylə? 
 -Yəni silahnan-zadnan davranmağı öyrənirlər də... Təlim, məşq... 
 Birdən gözüm Səkinənin yaraçıq sinəsinə sataşdı. Döşlərinin qovuşduğu yer gözümü 
alacalandırdı. Səkinə  mənim onun yarı-açıq sinəsinə baxdığımı görüb özünü yığışdırmağa çalışdı, 
dar donunun yaxalığını dartışdırsa da, düzdə qalmış o gözəlliyi onsuz da örtə bilməyəcəyini görüb 
yaxalığı buraxdı və mənim kimi həyəcanlanıb bir anlığa özünü itirdi. Amma bu “bir anlıq həyəcan” 
tez də yoxa çıxdı və gözlərini süzdürüb dedi: 
 -Hə, hə, bildim... Dərslərin nə təhərdi? 
 -Dərs var ki? Hamı mitinqə qaçır... Zuku, (biz məktəbdə onu belə çağırardıq)  sən Qaçaq 
İsrafil haqqında eşitmişdin?  
  Qız çiyinlərini çəkdi, qaymaqlı dodaqlarını balaca uşaq kmi büzüb başını buladı: 
 -Yoox, 
nədi ki? 
 Elə bu iki daşın arasında başladım eşitdiklərimi ona danışmağa. Qız bir az qulaq asıb gülə-
gülə dedi: 
 -Sənin dədən də özünə görə kişi olmuyub haa! 
  Hop! Bu daş mənim bostanıma atılırdı. Kefim qaçdı. Səkinə bunu sezdi və əlini uzadıb jeleli 
saçlarımı qarışdırdı: 
 -Di 
yaxşı, zarafat elədim! Mısmırığıı sallama Nanə kimi. İstiyirsən, gəl biznən çörək ye. 
 Onun əllərinin istisi hələ  də saçlarımdaydı. Özümü belə bir az naqolay hiss edirdim. Onu 
bildim ki, dönüb öz otağıma girdim. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə