Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə65/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   61   62   63   64   65   66   67   68   ...   83

¹2(3)    èéóí 2012 
 
140 
 -Bu günnərdə baban kitab açdı, baxdı, baxdı, bir müddət dinib-danışmadı. Sohra bizi yığıb 
dedi: “Tarix tamamdı.  Əsrin başa çatmasına az qalıb. Bizdən  əvvəlkilər  hər zaman dəyişdikcə 
nəslimizi nələrin gözdədiyini yazıblar. Bını açıx-açığına yazmasalar da, üstüörtülü işarə eləyiblər. 
Bax, bı kitabda hamısı var...”  
  Sonra baban qara meşinnən üzü olan kitabı göstərib qayıtdı ki: 
 -Bizim nəsil bir dəfə Nadir şah  Əfşarın qəzəbinə  gəldi, yerimizdən  dərbədər olduq. 
Cavanşirləri doğma torpaqlarından  Əfqanıstana, Orta Asiyanın biyabanlarına sürgün elədilər... 
(Deyir, onda Cavanşirlər onun hakimiyyətini qəbul etməmişdilər – Muğanda tacqoyma 
mərasimində atlarının başını çevirib getmişdilər ki, biz bir əsilzadə olmayan quldurbaşının 
hakimiyyətini qəbul edə bilmərik. Sən fikir verirsən, istəsəydilər yaltaqlanar, özlərini  şirin satar
Nadir kimi bir padşahın yanında hörmətti olardılar, amma eləməyiblər... eləsəydilər, Savanşirlər 
olmazdılar ki day...) Nadir öldürüldükdən sonra babalarımız bütün nəsli, soy-kökü ilə birgə geriyə - 
Qarabağa gəlib çıxdılar. Pənah  Əli xanın başçılığı ilə Şuşanın  əsasını qoydular, Qarabağ xanlığını 
yaratdılar... Sonra Ağa Məhəmməd  Şah Qacar babamızın  əmisi  Əbdüssəməd bəyi girov qismində 
İbrahim xandan istədi,  Şuşadan Tehrana apardı... Sonra kişini orda öldürdülər. Biz yenə doğma 
torpaqlardan ayrıldıq, gəlib Zəngəzura, Pirçivana, Zəngilana çıxdıq... Bu torpaqları bizə qan 
ucundan verdilər... Hara getdiksə, qan da biznən getdi... 
 Anam mənim ona heyrətlə baxdığımı görüb eyzən babam kimi başımın üstündən haraysa 
baxa-baxa dedi: 
 -Nədi, deyirsən bəs elə təkcə sən oxuyansan? Yadında saxla ki, mən Haşım kişinin, Haşım 
Cavanşirovun qızıyam. Bir texnikomu yarımçıq da olsa oxumuşam... Bir məktəbi də, mühasibatlığı 
deyirəm – bitirmişəm, bunlar heç, amma dədəmin oxuduğu bütün kitabları mən də oxumuşam...  
  -Babam sonra nəsə dedi? Bizi yenə nələrsə gözləyir? 
 -Hə, dedi, - anam təntiyə-təntiyə davam elədi: - Bizi bu dəfə daha pis imtahan gözləyir... 
Torpaq itkisi yenə ola bilər... Didərginlik bizim nəslin nəsibiymiş... 
 -Sora? 
Qurtardı? 
  -Yooox...- Anam sözü uzada-uzada deyir.- Baban bir qorxulu əlamət də müşahidə eliyib... 
Bal arıları  qırılıb gedir, dağdağan ağacı bu il bol meyvə  gətirib... Bunların ikisi də pis əlamət 
sayılır... Qırxıncı illərdə sənin adaşın Xosrov tutulanda da belə olubmuş...  
  Mən bu sözləri eşidib həvəsdən düşürəm. Belə  şeylərə  çətin ki, inanam. Anam isə  hələ  də 
danışır: 
-Deyillər Kummuca da daşıb... Pıqhapıq qaynıyır... 
- Nə?! – az qala bağırıram. 
Anam laqeydliklə: 
-O vaxt da belə olub... – deyib kədərlə məni süzür. 
-Nə vaxt? 
-Xosrov tutulanda...  
 Bir müddət araya sükut çökdü. Bu dar otaqda nəfəsim qaraldı elə bil. Anam isə  nəsə 
danışırdı. Var gücümü toplayıb anamın dediklərini anlamağa çalışırdım.  
  ...- Babannan dədən Eylasın  əhvalatını öyrəndiyini bilirəm.  Əslində  bı yaxşı olub – kimin 
belinnən gəldiyini bilməlisən. Mən saa bınları özüm danışmadım ki, uşaqsan, ürəyin yaralanmasın. 
Amma mən görürəm ki, sənin ürəyində ayrı bir yara varmış. Elə bir yara ki, bını  mən malicə 
eliyəmmərəm. Amma yadında saxla, ötən gün, keçən hər il yaranın üstünə bir qaysaq qoyur, tam 
olmasa da, sağaldan təhər eliyir onu. Sən kişisən, kişilərin imanı-dini olmur. Amma adamın 
damarında təmiz qan axsa, onun pis işlərə başı qatışmaz. Sən mənim dediklərimi başa düşürsən? 
 -Hə... 
 -Mən sənin gözündə böyünnəri bir dərd gördüm... Mənim başım nəyə qarışıb, bilməmişəm, 
sənin belə  dərdin olduğunu... Yadında saxla, ərli qadına,  əsgər ailəsinə ayrı gözlə baxmaq, 
fərarilikdən də pisdi... Mən demirəm ki, sevmə... Sevgi yaxşı şeydi... Amma heç sevənnəri birləşən 
görmədim. Bı  qız yaxşı  qızdı, amma əvvəla,  ərlidi, ikincisi də  sənin adamın dəyil axı. Savadsız, 
ömründə bir kitab oxumayanın biri hara, sənin kimi oxumuş, elmli oğlan hara?.. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
141
 -Nənə... Sən... 
  -Dayan, sözümü kəsmə. Sürmə  hər gün bizdədi. Bilirsən ki, onun nənəsiynən  baban bir 
nəsildəndi. Necə olmasa, qanında bizim qannan da var. Simsarıq. Onu alacam saa... 
 -Nənə! 
 -Özüm danışdırmışam qızı. Ölür sənnən ötrü. Sevgi istəmirsən, bı da saa sevgi. Gərək sən 
sevəsən? O ki səni sevir... Sən də çalışıb onu sevərsən. Ikibaşdı sevgi olmur, ya da axırı puça çıxır... 
Niyə dinmirsən? Deyirəm ki, qız səni sevir... Sən də çalışıb onu sevərsən...  
 -Dədəm səni sevdiyi kimi... 
 Dinmədi. Bir az əvvəl işıqları söndürdüyümüzdən onun nə hala düşdüyündən xəbərim 
olmadı. Ha gözlədimsə, anamdan bir səs çıxmadı. Yatdığını zənn eləyib mən də yatmağa çalışdım. 
Nə vaxt gözümə yuxu getdiyindən xəbərim olmayıb. 
 
ADAŞIM  XOSROV 
 
  Ağbəniz, ortaboy, şəkil kimi  bir kişiydi. Ağ parusin şalvarda, mil-mil köynəkdə, çesuça 
ayaqqabıdaydı. Bu, qırxıncı illərin dəbidir. Mən bunları hardan bilirəm, anlamıram.  
  Əlində ucu enli, sarımtıl  perolu qələm var. Qara tuş  rənglə sağdan sola ərəb  əlifbasıynan 
nəsə yazır. Başımı endirib oxumaq istəyirəm, (babam bu əlifbanı mənə öyrətmişdi) əlini yazdığının 
üstünə qoyur, təzəcə yazılmış qara rəng əlinə, ordan da uzunqol mil-mil köynəyinin qoluna yayılır. 
Hirslə əlini gözümə soxurmuş kimi mənə tərəf uzadıb qışqırır: 
  -Siz adi etiket qaydalarını da bilmirsiz?! Olmaz başqasının yazdığına baxmaq. Bu, ədəb-
ərkana ziddir.  
  Burnumun ucunacan qızarıram. Başımı yerə dikib mızıldanıram: 
 -Mən satqın-zad deyiləm. Elə-belə maraq güc gəldi, baxdım sənin yazdığına. Mən... mən... 
 -Sən yox, siz demək lazımdır! Siz bəy nəslisiz axı! Siz Cavanşirlərdənsiniz axı! Nə edirsiniz 
edin, ancaq bunu unutmayın. Bir də sizə axı mənim adımı veriblər! 
 -Səni... sizi niyə tutmuşdular? 
 Kişi elə bil balacalaşdı. Üzündəki nur azaldı. Gözləri batdı quyunun dibinə. Sifəti arıqladı, 
burun sümüyü uzandı, bir sözlə, katorqa adamına döndü bircə anda. Və asmalı adamlar kimi 
tövşüyə-tövşüyə danışmağa başladı... 
 ...-Mən Zəngəzurun məşhur bəyi  Əbdüssəməd bəyin oğluyam. Onun atası  Məhəmməd bəy 
Cavanşir idi ki, çar hökuməti onu Zəngilandan əvvəl Çaritsına, sonra isə Ordubada sürgün eləmişdi. 
(Bu yerdəyişmə rəhmətlik Mirzə Fətəli Axundovun və Qasım bəy Zakirin köməyi ilə baş tutmuşdu) 
Elə ömrünün sonunacan, yəni 1861-ci ilə kimi orda yaşadı. Onun da atası Behbud bəy olub. Behbud 
bəy Cavanşir Qarabağ xanı  İbrahim xanın qardaşı  Əbdüssəməd bəyin qardaşı  oğlu idi. Ağa 
Məhəmməd şah Qacar 1791-ci ildə Şuşaya hücum edəndə  İbrahim xandan üç şəxsi girov qismində 
istəmişdi: Batmanqılınc Məhəmməd bəy,  Əbdüssəməd bəy və Mirzə  Vəli Baharlı. Batmanqılınc 
bunu eşidən kimi adamlarıyla dağlara qaçdı – heç İbrahim xan da bunun bərkin tutmadı, onun  ordu 
başçısıydı axı.  Əbdüssəməd bəylə Mirzə  Vəlini isə  şaha girov qismində verdilər. Bunlar tarix 
kitablarında var, oxumusunuz? 
 -Hə, - deyirəm, - Baharlının “Qarabağnamə”sindən oxumuşam. Mirzə  Vəlini  İranda topa 
qoyub atırlar, Əbdüssəməd bəy də qaçanda yolda öldürülür. 
 -Halaldır sizə Cavanşir adı! Hə, bax, məni o nəsildən olduğuma görə  şərləyib tutdular. 
Dostlarım üzümə durdular, məni Sovet hökumətinin düşməni, Almaniyanın agenti kimi həbs 
etdilər. 
  Mən qəribə sözlər danışırdım, vallah bunları hardan bildiyimə özüm də mat qalmışdım. 
 -Axı deyirlər sən... siz müharibəyə getməmək üçün gözünüzə  dərman töküb xəstələt-
misiniz... Traxoma xəstəsi kimi ordudan yayınmısınız? 
 -Bəs siz nə fikirləşirsiniz? Belə prinsipsizlikmi olar?!Mən istəmədiyim bir hökumətin 
ordusunamı getməliydim? Məni aparsaydılar da, keçəcəkdim Almanların tərəfinə! Alman türkün 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə