Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə66/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   62   63   64   65   66   67   68   69   ...   83

¹2(3)    èéóí 2012 
 
142 
dostu olub həmişə. Mən faşizmə nifrət edirəm, amma alman xalqı  əla xalqdır. Rusdansa, onlarla 
dost olmaq daha gərəklidir. 
 -Bəs o qadın?  
 -Nə qadın?!-deyə o qışqırır. 
 -Axı deyirlər siz əsgər ailəsinə sataşmısınız? 
  -Ha-ha-ha! Eyib, çox eyib! Məhəbbət azaddır! Mən birini istəyə bilərəm, o da məni sevə 
bilər... Nu şto? Tupoy narod! Bessovistni niqodyay! Min illərdi Leyli və  Məcnun, Romeo və 
Cülyetta əfsanələri kabus kimi dolaşır, avam millət yenə dediyin deyir...  
 Kişi ah çəkir. Sonra üzümə baxmadan (eyzən Haşım babam kimi) deyir: 
 -Qadın böyük qüvvədir. Gözəl qadınların ağlı bir az gödək olar, amma gözəl qadın kimi 
sevsə, onun həyatı bir cənnət bağçası kimi olar. Onun içi limhalim həyat eşqiynən dolar. Belələrinin 
düşməni çox olar, ömrü qısa sürər, amma o qısa ömür onlara dünya tamının ləzzətini dadmağa bəs 
edər. Bir şimşək misalı... 
  Qəfil şimşək çaxır, sonra elə bir zərblə göy guruldayır ki, pəncərənin şüşələri cingildəyir. Və 
mən sınmış  şüşə  səsindən oyanıram.  Əvvəl harda olduğumu kəsdirə bilmirəm. Alaqaranlıqda 
adaşım Xosrovu gözlərim gəzir. Sonra döşəməyə düşüb parça-parça olmuş su qabını görüb 
məsələnin nə yerdə olduğunu anlayıram. Stola toxunub dolu su qabını aşırmışam. 
 Anam 
dinməz-söyləməz şüşə parçalarını süpürgəylə xəkəndaza süpürür. 
 
*  *  * 
 Hazır çaydan bir qurtum içib məktəbə qaçdım.  
  Anamsa  Səkinəylə dükan-bazara dəyməyə getmişdi. Təxminən ikimiz də eyni vaxtda evə 
döndük. Axşam onu yola saldım. Arvad axşam elədiyi söhbətə bir daha qayıtmadı. Vaqona minəndə 
bunları dedi: 
 -Misirxanın inəyi ikibaşlı buzov doğub. Gülüb, deyə bilərsən ki, nolsun, adi şeydir. Mən də 
bilirəm adi şey olmağını. Amma baban deyir ki, tarix tamamdır, əsr, üstəlik də minillik başa çatır on 
bir il sonra. Özüu gözlə, sən mənim yeganə balamsan. Aramızda çox qapalılıq olsa da, biz nənə-
balayıq... Dədənnən sonra mən səni detdoma vermək istədim,  əlim gəlmədi.  Əmizdirmədim çağa 
vaxtı, hikkəmnən südüm də qurumuşdu. Keçi südüynən saxlamışıq səni. Aramızda qalın pərdə olub 
həmişə, elə indi də var. Mən bütün dünya tamlarından  əl götürüb səni saxladım. Dədən kimi maa 
dönük çıxsan, bil ki, səni övladlıqdan silərəm...  
 Sonra 
elə babam kimi ayrı səmtə baxa-baxa dedi:  
         -Mən o qıza nə deyim? 
  Diksindim. Arvad hələ də öz dediyini deyirdi. 
 - Mənim hələ on altı yaşım var, nənə. Müharibədi. Mən bəlkə davaya getdim, heç kimin 
qızını yalan yerə ümidləndirmə. Bir də mən buranı bitirib,  qismət olsa, universitetə girəcəm. 
  Anam üzünü yana tutub. Elə bil ağlayır. Ya mənə belə gəldi, bilmirəm. 
  Qatar fit verdi. Anam heç məni öpmədi də. Yad adamlar kimi ayrıldıq. 
 
*  *  * 
  Bu gün Səkiniənin böyük bacısı Nanəni gətiriblər. Səkinəylə qalacaqmış.  Əslində bu, 
gözlənilən idi. Gəlin xeylağını  şəhərdə  tək-tənha qoymayacaqlar ki. Amma bu Nanədən  əvvəldən 
xoşum gəlməyib. Səbəbi barədə indi biləcəksiniz. 
 
NANƏ 
 
 Nanənin bir az çatışmayan tərəfi vardı. Bilmirəm fikrimi necə başa salım? Belə bu qız bizim 
kənd qızlarına heç oxşamırdı. Bizdə bir söz var: xəy, yaxud xay. (Çayın bu tayındakı kənddə  xay, o 
tayında xəy deyirdilər)  Dəli yox ha, dəli ayrıdır. Xay, belə bir az ağlı çatmayan, səydirim kimi. 
Bizdə beləsinə deyərlər ki, vintinin biri çatmır.  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
143
  Nanə həm çirkin idi, həm də ağıldan qıvraqdı nənəmin sözü olmasın. İkicə sinif oxumuşdu, 
sonra müəllimlər ona bir hərf də öyrədə bilmədiklərindən məktəbdən çıxartmışdılar. Yeriyəndə bir 
böyrü üstə əyilir, belə iflic adamlar kimi gəzirdi.  
  Hərf-filan bilməsə də dilinə dil çatdırmaq olmazdı. Pis-pis söyüşlər söyər, heç nədən adamı 
davaya tutardı.  İllah da gözəl qızları, yaraşıqlı  oğlanları görən gözü yoxdu. Bizdən beş-altı yaş 
böyük olan bu qız bir dəfə mənim başıma iş açmışdı.  
 Gülmalı kişinin iki canavar kimi köpəyi vardı. Birini özüylə mal otaranda örüşə aparardı. 
Bu, vahiməli olsa  da çöl-bayır gördüyündən adama dəyməzdi. Adı Qanıq olan həmin it mənimlə 
dost idi. Hər dəfə axşam mal örüşdən dönəndə naxırın lap arxasınca gələr, məni uşaqların içində 
görən kimi üstümə atılıb  əlimi-ayağımı yalayardı. Mən də cibimdən onun konfet payını  çıxardıb 
göyə atar,  konfeti göydə qapmasını ləzzətlə seyr edərdim. Di gəl ki, başqa uşaqlar ona nə atsalar, 
gözünün ucuyla da baxmazdı. Hələ hirslə mırıldanardı. 
  O biri it isə  həmişə  həyətdə bağlı olardı. Adını bilməməyim bir yana, heç üzünü də 
görməmişdim. Amma çəpərin o üzündən elə  zəhmlə hürərdi ki, qorxudan ürəyimiz ağzımıza 
gələrdi.  
 Bir axşam üstü mal-heyvanın örüşdən gələn vaxtı Səkinəgilin çəpərinin dibi ilə evimizə tərəf 
gedirdim. (Evlərimiz yaxın idi) İçəridən hənirimi alan köpək elə hirslə hürdü ki, az qaldım qaçam. 
Amma itin həmişə bağlı olduğunu düşünüb dayandım və  çəpərin işıq gələn yerlərindən içəri 
boylanmağa başladım. Elə bu vaxt Nanə qaratikandan düzəldilmiş yolağadan çölə  çıxdı  və üzünü 
mənə tutub ağzını əyə-əyə dedi: 
  -Əəəə, haya baxıysan?  
  (Nanə “r” səsini və bir də hansısa səsləri düzgün deyə bilmir, bir qədər gülməli tərzdə 
danışırdı) 
  Dilim tutuldu, kəkələyə-kəkələyə dedim: 
 -Nannə, itttiizə baxırdım... 
  O gül ağzını açdı: 
  -Ə, dədəm sənin gö..........! 
  (Bu bizim kənddə  məşhur söyüşdür. Qızlar, yaxud arvadlar oğlanlara, kişilərə söyərlər. 
Qızları Nanənin timsalında bildiniz, qaldı arvadlar. Onlar da buna oxşar söyərlər. Məsələn belə: 
“Ədə, a ərim sənin gö........” Bu nənəm demiş çox lətərcin söyüşdü, ona görə yaza bilmirəm. Bilən 
bilməyənlərə deyər mollanın sözü olmasın.) 
 O elə pis söyüş söydü ki, utandığımdan bilmədim başımı hara soxum. Bir də gördüm qız 
içəri girib söyə-söyə iti açdı və lap bərkdən çığırdı: 
  -İti göymək istiyiysən, ala göy! Dədəm səni qız yeyinə si.....! 
 Bir də gördüm ki, nəhəng köpək aldı üstümü. Özümü yığışdırıb hara gəldi qaçmağa 
başladım. “Hara gəldi” ona görə deyirəm ki, elə bil qorxudan gözüm tutulmuşdu. Nə  qədər bərk 
qaçsam da, arxadan bir addımlığımdan onun hənirtisini duyurdum. Bir də onda ayıldım ki, it indi də 
qabaqdan mənə tərəf qaçır. Elə bildim ki, dəli oluram. İt axı arxamdan gəlirdi.  
Ayağım nəyəsə ilişdi, yerə  gəldim və  yıxılmağımla iki itin bir addımlığımda boğuşduğunu 
gördüm. Qanıq məni qovan köpəyi yerə yıxıb boğurdu. Və ən qəribəsi bu idi ki, Nanə əlində ağac 
iki itin arasına girib mənə söyə-söyə onları aralaşdırmağa çalışırdı.  
 Qanıq məni Nanəylə bağlı köpəyin əlindən belə xilas etdi.  
 
*  *  * 
Səhər geyinib məktəbə gedəndə qapının açıq qalmış yanavından  Nanənin Səkinəylə 
bozalaşmasını eşitdim: 
 -Sən bı gədəni nəə bıya gətiyib soxmusan aaz? 
 -Kəs, az! Əyəm, ağzıı açıb bir söz desən, səni təpəsi üstə qaytaracam kəndə! 
 -Maa nə vay e? Səhəy saa bütün kənd götüynən güləcəh... Deycəhlər ki, benamıs Eylasın 
gədəsin soxub qoynuna... 
 -Az, 
adın batsın, saa demədim, sus! Vallah, əyəm cınqırın çıxsa, gedəssən kəndə! 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə