Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə69/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   65   66   67   68   69   70   71   72   ...   83

¹2(3)    èéóí 2012 
 
148 
TOP 
 
  İki məktub yazdım. Birin babama, birin də Hafiz müəllimə. Sonra da ürəyim soyumadı, 
götürüb həmin məktubların  əsasında bir məqalə yazdım.  İndi dəbdə olan bir qəzet var, “Odlar 
yurdu” adında. Həm latınla, həm kirillə, həm də ərəb əlifbasıyla çıxır. Dünyanın hər yerinə gedir bu 
qəzet. Göndərəcəm ora. Qoy həm Qaçaq İsrafili tanısınlar, həm də  mənim nəslimin-kökümün 
kimliyi bilinsin. Həm Topdan - atamın kəndindən yazmışam, həm Qaçaq İsrafildən, həm də 
ermənilərin azərbaycanlıları  Qərbi Azərbaycandan qovmalarından. Məqaləni nənəmdən eşitdiyim 
bir bayatıyla və ona əlavə etdiyim bir-iki cümləylə bitirdim. Bax belə: 
 “...Qədim bir bayatıda deyilir: 
 
  Dağda dolu durubdur
  Dolu boynun burubdur. 
  Mən doludan qorxuram, 
  Dolu məni vurubdur. 
   
 Nə yazıq ki, indi vətənin dolu altda olan yerləri çoxdur. Biri elə mənim atamın kəndi Top. Bir 
zaman altmış evli Topda indi heç kim yaşamır. Ayıq olaq ki, sabah o dolu bizim başımıza 
yağmasın.”  
 
*  *  * 
 Yeddincidə oxuyurdum. Babam bir gün dedi ki, oduna gedirik, hazırlaş  səni də aparacam. 
Meşə idarəsinin QAZ-53 maşını dağlara qalxdıqca gözüm qaralırdı. Babamdan soruşdum ki, niyə 
belə uzağa gedirik? Dedi, buralarda odun doğramağa icazə vermirlər. Yaxşı meşə odunu isə 
meşənin içərilərindədir.  
 Bir kəndin yanından keçdik. Tanıyırdım buranı, Sobudur. Bal kimi meyvələri, bumbuz 
bulaqları olan Sobu meşəsinə hərdən babamla gələrdik. Bura həm də ekzotik bir yerdi. Qədimliyilə 
seçilən kənddir. Rayonumuzun o biri kəndlərinə  bənzəmir. Burdan məşhur zurnaçılar, dəmirçilər, 
dülgərlər, bir sözlə, sənətkarlar çıxıb həmişə. Deyib-gülən, sözü-bezi sevən adamlardılar. 
 Buranı keçib bir talaya çatdıq. Meşəbəyi Xansuvar kişi bizi gülə-gülə qarşıladı. Elə ilk sözü 
də bu oldu: 
 -Neçə arax gətirmisıız? 
  Babam da güldü: 
 -Xansuvar, 
sən bizə yaxşı odun ver, arax bol olacaq. 
 Yanındaki nisbətən cavan meşəçi (ona texnik Salman deyirdilər) qabağa düşüb meşənin iri 
palıdlar olan tərəfinə aparır babamgili. 
 Bir azdan adına “drujba” dedikləri aparatın səsi meşəni başına götürdü. Mən isə talanın o 
tayındakı ev yerlərinə tərəf getdim. 
 Bu xarabalıqda dayandım və burnuma köhnə ocaq yerinin qoxusu gəldi. Elə bil bura ev yeri 
yox, qəbiristan idi. Düzü, bir qədər qorxdum da. Əgər texnik Salman bura gəlib çıxmasaydı, yəqin 
ki, davam gətirə bilməyəcək, geriyə, babamgilin yanına qayıdacaqdım. 
  -Bura Top kəndiydi. Mən burda doğulmuşam. Bax, bu zal-kallayı otaqlar bizimki idi. Yuxu 
kimi yadıma gəlir. Burda anam yüyrük asardı. Bu tut ağacını görürsən, bunlar qoşaydılar. O biri elə 
yekə idi ki, gər tut deyərdik. Onnan atam iplə kuf asardı, kufda yellənərdik. Bir dəfə kufdan 
yıxıldım, üzümə çarpanaq batdı. Bax, hələ, üzümün burasında qalıb o çapıx yeri... Bu tutdan nənəm 
nehrə asır... Nehrə çalxayannan sonra bizə yağ dürməyi verir... İnan, o vaxtdan neçə illər keçib, mən 
hələ o dadda yağ görməmişəm, o ləzzətdə dürmək yeməmişəm... Bilirsən necə dadlı olur... 
 O elə danışırdı ki, elə bil keçmiş zamanda deyil, indiki vaxtda olan işlərdən bəhs edirdi. Özü 
də deyəsən, bu adam hər gün bura gəlir, eyni şey hər dəfə təkrarlanır... Axı o burda işləyir. 
 -Bu 
kənddə indi niyə yaşamırlar ki? 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
149
 -Buranın camaatı davakar olub, döyüşkən olub... Sovet hökumətindən qabaq çarın 
adamlarıynan, sonra buralara hardansa gəlib çıxan ermənilərnən, lap sonra da Sovet hökumətinin 
qoşunuynan vuruşublar... Burda hər ev bir səngərmiş... Bax, aşağıdakı  Hənd, Sav, Şeşkird 
kəndlərinin daşnakları bizim camaatnan yola getməyib... Yazıblar, Soveti qaldırıblar Topun 
üstünə... Burda bir qaçaq olub, adı dillər  əzbəriymiş... Onu da öldürüblər, evini yandırıblar... 
Sonradan camaatımızı bezdiriblər. Beş-beş, üç-üç kənddən köçüblər... 
  Biz orda bəlkə  də çox qalacaqdıq. Amma bir az sonra Xansuvar kişi bizi hayladı ki, gəlin 
çörək yeyirik. Qabaqda texnik Salman, arxada da mən babamgilin yanına qalxdıq. 
  Yol boyu soruşdum ki, “top” nə deməkdir? Yəni niyə bu kəndin adı Topmuş? Salman bir az 
gücəndi, başını qaşıdı və axırı ki dedi: 
 -Top dəyilmiş əslində, Tap imiş qabaqlar. Tap, yəni hündür yer. Yəqin eşitmisən, deyərlər, 
bax o tapdan aşdıq o üzə filan-pəsməkan... Elə top da yumru, hündür deməhdi dana... Bax, o üzdəki 
kəndi görürsən? 
  Mən dağın o tayındakı abad kəndə baxıb “görürəm” dedim. Salman davam etdi: 
  -Bax, o erməni kəndidi, adı da Hənddir. Hənd də hündür, qəlbi tərəfdə olan deməkdir... 
Eyzən Top kimi... 
  Mən özümdən asılı olmayaraq dedim: 
 -Amma 
Hənd abaddı, Top xaraba... 
 -Hə... 
 -Mənim də atam buralıymış... 
 -Nə?! – o az qaldı üstümə sıçrasın. – Kimlərdənsən? 
 -Atamın adı Eylasmış... 
 -Eylas, 
Eylas... 
İsrafilov Eylas? 
 -Hə. 
  -Ə, qağa, tay deynən qahımıx dana!  
 O məni qucaqlayıb iri qollarının arasına aldı, saçımdan öpdü. Gözləri bircə anda doldu, 
ağlaya-ağlaya dedi: 
 -Dəən dədən ölüb haa? 
  Mən də doluxsundum: 
 -Hə... Mən heş onu görməmişəm. 
 O sirli şəkildə susdu. Sonra dönüb Topun xarabalığına baxdı, dərindən bir ah çəkdi. Meşənin 
altındakı dərəyə sığınmış duman elə bil onun ağzından çıxmışdı. 
   Mən isə bayaqkı xarabalıqdan götürdüyüm bir saxsı qırığını bərk-bərk ovcumda tutmuşdum. 
Bu saxsı parçası indiyəcən gördüyüm saxsılardan fərqliydi: onun üstündə müxtəlif rənglərə çalan 
bəzəklər, naxışlar vardı. Bir də bu saxsı parçasından nəsə anlamadığım bir enerji axırdı  əlimə, 
əlimdən ürəyimə, ruhuma... 
         
“ODLAR YURDU” VƏ BAŞQA HƏNGAMƏLƏR 
 
 Adış müəllim məni otağına çağırdı. Kişi bir qədər fikirli idi. Amma hiss elədim ki, üzündə 
fərəhə oxşar bir şey də var. Düz gözümün içinə baxıb dedi: 
 -Sən yazırsan? 
 Heç 
nə başa düşmədim. O, key-key baxdığımı görüb stolun üstündəki qəzeti mənə uzatdı: 
  -“Odlar yurdi”nda məqalən çixıb. Nədi, sən yazmamisan? 
  Qəzeti kişinin  əlindən necə qapdığımı, açıb yazımı necə acgözlüklə oxuduğumu özüm də 
bilmədim. Və qəzeti ona qaytaranda sakitcə “mən yazmışam” dedim. Kişi gülümsündü, sonra qəzeti 
mənə verib öz ləhcəsiylə dedi: 
  -Yazanda ehtiyatli ol. Bu yazi məsələsi bir az əpasni şeydir. 
 
*  *  * 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə