¹2(3) èéóí 2012
148
TOP
İki məktub yazdım. Birin babama, birin də Hafiz müəllimə. Sonra da ürəyim soyumadı,
götürüb həmin məktubların əsasında bir məqalə yazdım. İndi
dəbdə olan bir qəzet var, “Odlar
yurdu” adında. Həm latınla, həm kirillə, həm də ərəb əlifbasıyla çıxır. Dünyanın hər yerinə gedir bu
qəzet. Göndərəcəm ora. Qoy həm Qaçaq İsrafili tanısınlar, həm də mənim nəslimin-kökümün
kimliyi bilinsin. Həm Topdan - atamın kəndindən yazmışam, həm Qaçaq İsrafildən, həm də
ermənilərin azərbaycanlıları Qərbi Azərbaycandan qovmalarından. Məqaləni nənəmdən eşitdiyim
bir bayatıyla və ona əlavə etdiyim bir-iki cümləylə bitirdim. Bax belə:
“...Qədim bir bayatıda deyilir:
Dağda dolu durubdur,
Dolu boynun burubdur.
Mən doludan qorxuram,
Dolu məni vurubdur.
Nə yazıq ki, indi vətənin dolu altda olan yerləri çoxdur. Biri elə mənim atamın kəndi Top. Bir
zaman altmış evli Topda indi heç kim yaşamır. Ayıq olaq ki, sabah o dolu bizim başımıza
yağmasın.”
* * *
Yeddincidə oxuyurdum. Babam bir gün dedi ki, oduna gedirik, hazırlaş səni də aparacam.
Meşə idarəsinin QAZ-53 maşını dağlara qalxdıqca gözüm qaralırdı. Babamdan soruşdum ki, niyə
belə uzağa gedirik? Dedi, buralarda odun doğramağa icazə vermirlər. Yaxşı meşə odunu isə
meşənin içərilərindədir.
Bir kəndin yanından keçdik. Tanıyırdım buranı, Sobudur. Bal kimi meyvələri, bumbuz
bulaqları olan Sobu meşəsinə hərdən babamla gələrdik. Bura həm də ekzotik bir yerdi. Qədimliyilə
seçilən kənddir. Rayonumuzun o biri kəndlərinə bənzəmir. Burdan məşhur zurnaçılar, dəmirçilər,
dülgərlər,
bir sözlə, sənətkarlar çıxıb həmişə. Deyib-gülən, sözü-bezi sevən adamlardılar.
Buranı keçib bir talaya çatdıq. Meşəbəyi Xansuvar kişi bizi gülə-gülə qarşıladı. Elə ilk sözü
də bu oldu:
-Neçə arax gətirmisıız?
Babam da güldü:
-Xansuvar,
sən bizə yaxşı odun ver, arax bol olacaq.
Yanındaki nisbətən cavan meşəçi
(ona texnik Salman deyirdilər) qabağa düşüb meşənin iri
palıdlar olan tərəfinə aparır babamgili.
Bir azdan adına “drujba” dedikləri aparatın səsi meşəni başına götürdü. Mən isə talanın o
tayındakı ev yerlərinə tərəf getdim.
Bu xarabalıqda dayandım və burnuma köhnə ocaq yerinin qoxusu gəldi. Elə bil bura ev yeri
yox, qəbiristan idi. Düzü, bir qədər qorxdum da. Əgər texnik Salman bura gəlib çıxmasaydı, yəqin
ki,
davam gətirə bilməyəcək, geriyə, babamgilin yanına qayıdacaqdım.
-Bura Top kəndiydi. Mən burda doğulmuşam. Bax, bu zal-kallayı otaqlar bizimki idi. Yuxu
kimi yadıma gəlir. Burda anam yüyrük asardı. Bu tut ağacını görürsən, bunlar qoşaydılar. O biri elə
yekə idi ki, gər tut deyərdik. Onnan atam iplə kuf asardı, kufda yellənərdik. Bir dəfə kufdan
yıxıldım, üzümə çarpanaq batdı. Bax, hələ, üzümün burasında qalıb o çapıx yeri... Bu tutdan nənəm
nehrə asır... Nehrə çalxayannan sonra bizə yağ dürməyi verir... İnan, o vaxtdan neçə illər keçib, mən
hələ o dadda yağ görməmişəm, o ləzzətdə dürmək yeməmişəm... Bilirsən necə dadlı olur...
O elə danışırdı ki,
elə bil keçmiş zamanda deyil, indiki vaxtda olan işlərdən bəhs edirdi. Özü
də deyəsən, bu adam hər gün bura gəlir, eyni şey hər dəfə təkrarlanır... Axı o burda işləyir.
-Bu
kənddə indi niyə yaşamırlar ki?
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
149
-Buranın camaatı davakar olub, döyüşkən olub... Sovet hökumətindən qabaq çarın
adamlarıynan, sonra buralara hardansa gəlib çıxan ermənilərnən, lap sonra da Sovet hökumətinin
qoşunuynan vuruşublar... Burda hər ev bir səngərmiş... Bax, aşağıdakı Hənd, Sav, Şeşkird
kəndlərinin daşnakları bizim camaatnan yola getməyib... Yazıblar, Soveti qaldırıblar Topun
üstünə... Burda bir qaçaq olub, adı dillər əzbəriymiş... Onu da öldürüblər, evini yandırıblar...
Sonradan camaatımızı bezdiriblər. Beş-beş, üç-üç kənddən köçüblər...
Biz orda bəlkə də çox qalacaqdıq. Amma bir az sonra Xansuvar kişi bizi hayladı ki, gəlin
çörək yeyirik.
Qabaqda texnik Salman, arxada da mən babamgilin yanına qalxdıq.
Yol boyu soruşdum ki, “top” nə deməkdir? Yəni niyə bu kəndin adı Topmuş? Salman bir az
gücəndi, başını qaşıdı və axırı ki dedi:
-Top dəyilmiş əslində, Tap imiş qabaqlar. Tap, yəni hündür yer. Yəqin eşitmisən, deyərlər,
bax o tapdan aşdıq o üzə filan-pəsməkan... Elə top da yumru, hündür deməhdi dana... Bax, o üzdəki
kəndi görürsən?
Mən dağın o tayındakı abad kəndə baxıb “görürəm” dedim. Salman davam etdi:
-Bax,
o erməni kəndidi, adı da Hənddir. Hənd də hündür, qəlbi tərəfdə olan deməkdir...
Eyzən Top kimi...
Mən özümdən asılı olmayaraq dedim:
-Amma
Hənd abaddı, Top xaraba...
-Hə...
-Mənim də atam buralıymış...
-Nə?! – o az qaldı üstümə sıçrasın. – Kimlərdənsən?
-Atamın adı Eylasmış...
-Eylas,
Eylas...
İsrafilov Eylas?
-Hə.
-Ə, qağa, tay deynən qahımıx dana!
O məni qucaqlayıb iri qollarının arasına aldı, saçımdan öpdü. Gözləri bircə anda doldu,
ağlaya-ağlaya dedi:
-Dəən dədən ölüb haa?
Mən də doluxsundum:
-Hə... Mən heş onu görməmişəm.
O sirli şəkildə susdu. Sonra dönüb Topun xarabalığına baxdı, dərindən bir ah çəkdi. Meşənin
altındakı dərəyə sığınmış duman elə bil onun ağzından çıxmışdı.
Mən isə bayaqkı xarabalıqdan götürdüyüm bir saxsı qırığını bərk-bərk ovcumda tutmuşdum.
Bu saxsı parçası indiyəcən gördüyüm saxsılardan fərqliydi: onun üstündə müxtəlif rənglərə çalan
bəzəklər, naxışlar vardı. Bir də bu saxsı parçasından nəsə anlamadığım bir enerji axırdı əlimə,
əlimdən ürəyimə, ruhuma...
“ODLAR YURDU” VƏ BAŞQA HƏNGAMƏLƏR
Adış müəllim məni otağına çağırdı. Kişi bir qədər fikirli idi.
Amma hiss elədim ki, üzündə
fərəhə oxşar bir şey də var. Düz gözümün içinə baxıb dedi:
-Sən yazırsan?
Heç
nə başa düşmədim. O, key-key baxdığımı görüb stolun üstündəki qəzeti mənə uzatdı:
-“Odlar yurdi”nda məqalən çixıb. Nədi, sən yazmamisan?
Qəzeti kişinin əlindən necə qapdığımı, açıb yazımı necə acgözlüklə oxuduğumu özüm də
bilmədim. Və qəzeti ona qaytaranda sakitcə “mən yazmışam” dedim. Kişi gülümsündü, sonra qəzeti
mənə verib öz ləhcəsiylə dedi:
-Yazanda ehtiyatli ol. Bu yazi məsələsi bir az əpasni şeydir.
* * *