Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə70/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

¹2(3)    èéóí 2012 
 
150 
  Həyətə girəndə Nanəni gözüm görmədi heç. Qəzeti Səkinəyə uzadıb bağırdım: 
  -Zuku, bir bura bax! 
  Səkinə yazını höccələyə-höccələyə olsa da oxudu. Qurtaran kimi durub elə Nanənin 
yanındaca məni qucaqlayıb öpdü. Bu artıq ikinci dəfə idi ki, məni öpürdü. Başım fırlandı. Az qala 
yerə dəyəcəkdim. Üzümün Səkinə öpən tərəfi od tutub yanırdı.  
 Nanənin ağzını əyə-əyə dediyini qulağım güclə çaldı: 
 -Kül 
benamıs başııza!   
   Səkinə  məqaləmi artıq  əzbərləmişdi. Ağası kişi isə  qəzeti görəndə  ağladı. Mən qəzetin bir 
nüsxəsini zərfə qoyub Hafiz müəllimə göndərdim. Babama isə ehtiyac görmədim. O axı poçt 
müdiriydi. 
*  *  * 
Ağası dayı Hüsü Hacıyev küçəsində  (indiki adını bilmirəm) ikimərtəbəli evdə yaşayır. Evi 
bizim texnikuma yaxın olduğundan orda qarovulçu işləyir. Deyir, pensiyam pis deyil, uzun müddət 
orqanda işləmişəm axı, ona görə özümə çatır, hələ artıq da qalır. Burda Maral öləndən sonra işə 
düzəlmişəm. Darıxırdım, evdə ürəyim partlayırdı. Hüseyn dedi ki, papa, (o, məni öz uşaqlarımdan 
çox istəyir – biz ata-bala kimi olmuşuq)  gəl tapşırım, səni Sabir adına texnikumda qarovulçu 
aformut eləsinlər, hərdən gedib oturarsan, tələbələrlə, müəllimlərlə söhbətləşərsən, günü yola 
verərsən. Mən də razılaşdım. Nə yaxşı elədim bura işləməyə gəldim. İnan ki, bəlkə indi ölmüşdüm. 
Burda vaxtın necə keçdiyini bilmirəm. Müəllimlərin çoxuyla dostlaşmışam. Bu rayon adamı tez 
isinişən olur e. Axı  mənim də atam qarabağlıdı. Gəlib burda anamla evlənib  (anam 
içərişəhərdəndir) qalıb Bakıda. Amma mən yazıq elə qocalanda Bakıya gəldim. Maralı da, uşaqları 
da dalımcan sürümüşəm o rayon sənin, bu rayon mənim. Lerik, Ağcabədi,  Şahbuz, Mingəçevir, 
Zaqatala... sizin rayon da ki, heç də... Elə ilk işim ordan başlayıb. Maralı da ordan tapmışam odun-
alovun içindən...  
 Kişi məni evinə dəvət edib. Bu beş-altı otaqlı evdə tək yaşayır. Uşaqlarının hamısının öz evi 
var. Çay içə-içə Hüseynin yolunu gözləyirik. Deyir, qoroddeldə mühüm işdədir. Bakıynan bir 
hörməti var.  
   Atamın əmisi oğlu düşür bu adam. Gəlsin görüşək. Mən bəlkə belə-belə adamların hesabına 
töhmətdən qurtararam. (Yaşımın azlığına baxmayın, başım o qədər daşdan-daşa dəyib , o qədər 
təhir-töhmət eşitmişəm – üzümə  də deməsələr, daldada, bəzən aşkarada atamın  əməlini başıma 
qaxıblar... Anam da ki, mənə anadan çox, qəddar tərbiyəçi olub. Mənimlə demək olar ki, nadir 
hallarda nəvazişlə danışıb, adətən, quru, rəsmiyyətçi... Bu bir tərəfdən onun bəy qızı olmasıyla 
bağlıdırsa, o biri tərəfdən oxunun daşa dəyməsinə görəydi... Babam da ki, allah saxlasın, 
dindirməsən, dinməz. Bizdə bir söz var: ağzından kira istəyir. Amma yenə yaxşı ki, o vardı. Mən az-
çox həyatda qazandığıma görə  – elə də qazandığım deyirəm ki, guya hansısa mərtəbəyə çatmışam -  
babama, bir də Hafiz müəllimə borcluyam... Hə, siz mənim bir az başımdan böyük sözlərimi ayrı 
cür başa düşməyin. Mən bir çox adamların əvəzindən də yaşayıram axı. Elə biri bədbəxt atam. Mən 
onu dərk eləmək, anlamaq istəyirəm. Haqq qazandırmaq yox, ha! Sadəcə anlamaq istəyirəm. Gül 
kimi arvadı, babam kimi arxa-köməyi, Qorxmaz kişi kimi ata əvəzi rəisi, pullu işi... O bu qədərmi 
sıvıq, bu qədərmi düşüncəsiz oldu ki, beş dəqiqənin kefinə bütün həyatını – təkcə özününkünümü – 
məhv etdi? Belə-belə sualları özümə verə-verə cavab tapmaq istəyirdim, amma tapa bilmirdim. 
Günüm kitabxanada keçir. Son zamanlar Axundov adına kitabxanaya da gedib çıxmışam. İndi mən 
texnikuma  yalnız qiymət alıb tezliklə bitirmək və buranın diplomuyla ali məktəbə girmək üçün 
gedirəm. Mən yaşıma görə çox şey bilirəm: həm həyatda, həm bilikdə... Amma həyat özü mənim 
qabağıma qəribə hadisələr çıxardır. Bax bu Ağası kişi, məncə çox hadisələrin açarı olacaq. Amma 
heyf ki, çox qocadır. Qəfildən yıxılıb ölə bilər və mənim bütün ümidlərim puç olar...)  
  Aşağıdan bərk hay-küy səsi gəlir. Kimsə  qışqırır. Ağası kişi “gəldi, odu, gələndə haynan-
küynən gəlir” deyib sevincək qalxır ayağa.  
 Milis paltarında, 50-55 yaşlarında iri cüssəli bir kişi girir içəri. Ağası dayını öpür, sonra əlini 
mənə uzadıb balaca əlimi iri əlləriylə sıxır, sonra məni özünə tərəf çəkib alnımdan öbür: 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
151
 -Salam, gözəl oğlan! Mənim bu papam kişi adamdı vallah! Əvvəl səni tapıb, sonra da Qaçaq 
İsrafili danışıb yazmısan, malades! 
 Bilmədim “malades” mənə düşdü, ya Ağası dayıya. Bir şeydən inciyən kimi oldum ki, niyə 
“Qaçaq İsrafil” dedi, “atam” demədi.  
 Gizlin-gizlin Hüseynə baxıram.  Əvvəl çiynindəki paqona, iki iri ulduz var: “demək 
podpolkovnikdir.” Sonra ala gözlərinə, iri çiyinlərinə, qıvrım saçlarına və  o qədər də hündür 
olmayan boy-buxununa... Hə, atam da beləymiş, mütləq beləymiş! Ağası dayı Qaçaq İsrafili təsvir 
eləyəndə elə belə  də demişdi: “Bu balacaboy adamda nə  qədər güc vardı...” Hüseyn balaca deyil, 
amma beləsinə ortaboylu deyirlər... 
 -Qaqaş, özünnən danış, atannan, mənim  əmioğlumnan danış... Biz axı indi səninlə qan 
qohumuyuq... Gərək bir-birimizi əməlli tanıyaq... Nəzərə al ki, mənim indi bir dəqiqə vaxtım 
yoxdur... Şəhərdəki xaosu bilirsən... Papa dedi, sənə görə işlərimi buraxıb gəlmişəm... Hə, qoy mən 
bir-iki vajnı şeyi sənə deyim, sonra sən danışarsan. Bax, bu vizitkadı, burda mənim iş telefonlarım 
var... Lyuboy telefon budkasından iki qəpiklə mənə zəng edə bilərsən. Katibə götürsə deyərsən ki, 
Hüseyn əmim lazımdır... Birdən sənə lazım olaram. Bu yad şəhərdə sənə bir arxa-dayaq hər zaman 
lazımdır... Hə, indi sən danış... 
  Mən bir qədər duruxdum. Gərək elə danışaydım ki, bu vəzifəli adamın zəhləsini 
tökməyəydim... Ona görə ani sükutdan sonra dedim: 
 -Atamı görməmişəm. Ana tərəfim  əslən  Şuşadandır. Babam Haşım kişidə bir kitab var
Baharlı adlı birisi yazıb. Onun yazmasına görə Baharlılarla Cavanşirlərin törəmələriyik biz... 
  Polkovnikin üzü bir az bozardı, hiss olunurdu ki, o mənim verdiyim informasiyalardan 
narazı qalıb. 
 -Ana tərəfindən sonra danışarsan... Bu da maraqlıdır, amma mən istəyirəm ki, sən Qaçaq 
İsrafildən, qardaşı Əprayıldan... Papa, o biri qaçağın adı necəydi? 
  Ağası kişi çaylarımıza limon sala-sala: 
 -Fərzalı, Qaçaq Fərzalı, - dedi. 
 -Hə, hə, Qaçaq Fərzalıdan danışasan! Sovet hökuməti onları məhv eləyib, amma indi dövran 
dəyişir, o kişilər də haqqını alacaq... Bax, onlar barədə nə eşitmisən, onlardan danış. 
 Qanım qaraldı. Axı mən nə danışım? Nə bilirdim ki, nə də danışım? Bu iki adam bizim nəsil 
haqqında məndən çox bilir. İndi neyniyim, durum atamın “qəhrəmanlığından” söz açım? Elə bu 
heyni  İki il əvvəl Topa getməyimiz, orada gördüklərim, texniklə söhbətlər və ordan götürdüyüm 
rəngli saxsı parçası  (mən onu bu illər  ərzində  həmişə yanımda gəzdirdiyim kiçik çantamda 
saxlamışam – hərdən çıxardıb baxır, sanki atamın, xaraba kəndimin iyini ondan alırdım) yadıma 
düşdü və bir andaca elə bil mənə ikinci nəfəs yolu açıldı, fitil-fitil ötməyə başladım: 
  -İki il qabaq maşınla meşəyə odun yığmağa getmişdik. Babamgil iri palıdları doğramağa 
başlayanda mən xaraba bir kəndin qalıqları olan yerə gedib çıxdım. Bir az qorxa-qorxa (nəsə 
vahimə basırdı məni orda) uçuq-sökük xarabalıqda dolaşırdım. Amma inanın ki, bu xarabalıq mənə 
nəsə çox doğma gəlirdi. Elə bil kimsə, nəsə  məni buralara çəkirdi. Amma doğmalıq öz yerində, 
məni burda bir qəbirsanlıq havası da vururdu. Ona görə  səksəkədəydim. Elə bilirdim ki, indicə 
kimsə bu uçuq-sökük xarabalıqdan çıxıb mənə xoşgəldin eliyəcək. İnanmazsınız, oldu bu iş. Bir də 
gördüm ki, uzun boylu, uzaqdan elə ruha bənzəyən birisi mənə  tərəf gəlir. Elə qaçmağa 
hazırlaşırdım ki, o məni səslədi. Baxdım ki, bayaq babamgilin yanında gördüyüm meşə idarəsinin 
texnikidir. Demiyəsən o da bu kənddənmiş... Onunla bu xarabalıqda xeyli gəzişdik, söhbət etdik. 
Özü də o mənimlə  burda elə danışırdı ki, elə bil mən onun evinə qonaq gəlmişdim. Evlərinin 
xarabasını, qapılarındakı tut ağacını, nənəsinin burda asdığı nehrəni, o nehrədə çalxadığı qatıqdan 
alınan bir çalxam yağdan onlara yağdürməyi verməyini, o yağdürməyinin tamının hələ  də 
damağında qalmağını, o tut ağacından asdıqları kufda yellənməklərini – kuf  bilirsiz nədi, yəni 
yelləncək, bizdə belə deyirlər -  o kufdan yıxılıb yanağını paralamasını, hətta yanağında indi də 
izləri qalan o çapığı  (inanmazsınız, o çapığı  mənə elə göstərirdi ki, elə bil qədim bir əlyazmasını, 
yaxud ən qədim bir gəbənin naxışını tanıdırdı ) mənə elə deyirdi, elə danışırdı ki, bədənimdən elə 
bil neçə voltluq elektrik cərəyanı keçirdi. Biləndə ki, mənim də atam bu kənddəndir, lap əsdi, coşdu, 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə