Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə73/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

¹2(3)    èéóí 2012 
 
156 
 “Mən dədən gorbagor olsun, ay oğul! Özümü təmizə  çıxartmaq üçün yox, sənin ağrıı 
azaltmaq üçün deyəcəhlərim var... Gərəh onnarı deyim saa... Amma inan ki, mən bunnarı deyib 
səndə özümə qarşı istək-mistək yaratmaq fikrində dəyiləm. Deyirəm ki... sənin çəkdiyin dərdi qov 
qədər də olsa yüngülləşdirəm bəlkə...” 
 “...” 
 “Mən sənin nənənnən qabax Asyanı istəmişəm... Yox e, mən nə karayam ki, istiyəm... 
Düzdü, özümün koolum olub o qıza... Ama, birinci dəfə o qız maa söz atıb, maa göz qaş-eliyib... 
Özü də bilirsən nə  təhər? Bax, o pəncərəyə bax, tutax ki, o pəncərə olsun televizor, biz səniynən 
qayıdax düz on yeddi-on səkkiz il qabağa...” 
  Pəncərənin  şüşəsinə baxıram və gülməyin mənə, doğrudan da, orada kəndimizi, Bəsidin 
kənarını, Əlif  bulağını görürəm. Bir qız, - bu, Səkinəgilin Bakıdakı evlərində gördüyüm Asyanın 
qızlıq çağıdır – çiynində səhəng gəlir bulağa. Bulağın üstündəki çinarın dibində nəhəng bir adam – 
bu, indi mənimlə danışan atamın cavanlığıdır - yarıçılpaq vəziyyətdə uzanıb yanıqlı-yanıqlı oxuyur: 
 
      Canımın içində can ağlıyır 
      Bir dərddən dişğarı canan ağlıyır 
      Vay yandım, yandım, elə yandım, kül oldum 
      Yox anam eyyy, yox atam eyyy 
      Bı can  sənnən ötrü  belə ııııııııı səfil oldu,  
      Belə bı xata, dədəm balası, ıııııııııııı.... qəfil oldu.... 
      Bedad aman ay aman, balalı balam ay aman 
      Ölürəm, ölürəm, yanıram, yanıram... eeeeyyyyyyy.... 
 
  Qız yavaşca gəlib əli ilə oğlanın gözlərini qapayır. Oğlan tez qalxıb köhnə-külüş köynəyini 
geyinir, sonra gözlərinin yaşını silib gülümsəməyə çalışır. Fəqət, bu gülmsəmək yox, elə  ağlamaq 
kimi bir şey olur. Qız qəhqəhə çəkib gülür...  
  -Ə, Eylas, nə qəşəng oxuyurdun? 
 -Nəvlim, ay Asya... Kənd-kəsəyimiz yadıma düşmüşdü... 
  -Eeee, ay Eylas, day oraları yadınnan çıxart dana! Demirsən indi orda heç kim yaşamır? 
 -Nəvlim axı... Yadımdan çıxır ki...  
  Qız su doldurur. Əyiləndə koftasının yaxalığı aralanır, döşlərinin arası görünür. Bir az da 
əyiləndə döşlərinin yarısı qalır çöldə və Eylasın içindən bir “ah”, “uf” kimi səs eşidilir. Qız əslində 
onun hara baxdığını görür və içini çəkməsini də açıq-aydın eşidir. Özü qəsdən bir az da əyilir və bu 
vaxt elə bil Eylası da tutub yay kimi əyirlər. Ağzı-gözü də əyilir, dil-dodağı yanıb pörşələnir, ürəyi 
elə şiddətlə döyünür ki, qız az qala bu ürək döyüntüsünü eşidir və elə başıaşağı su doldura-doldura 
deyir: 
  -Eylas, o nə tappıltıdı elə? Elə bil at çapır?  
  Dili topuq çala-çala deyir: 
 -Ürəyimdi, Asya. Bir yaralav kimi qaçıb sinəmnən çıxmax, sənin o deşdə qalmış 
şamamalarıa baxmax istiyir... 
  Qız başını qaldırıb ölüb-itmiş Eylasa baxır və  şaqqanaq çəkib gülür. (Bu, gülməkdisə, 
kəndimizin arvadlarının sözü olmasın, maa lənət! Bu gülüşdən çox, almazın  şüşəni kəsməsinə, 
doğramasına oxşayır. Elə  qız həmişə belə güləndə Eylası da beləcə  kəsib-doğrayırdı. Adamın bir 
yeri kəsiləndə qanı çıxar, axar gedər, bununki isə çölə yox, içəri axardı. O səbəbdən görünməzdi. 
Amma Eylas yüz faiz bilirdi ki, onun haralarısa qanayır...) Səhəng çoxdan dolub, amma qız eləcənə 
əl qabını doldurub dolu səhəngin ağzına tökür, su ordan bir qəribə  “şuş-şuş-şuş” kimi səslər 
çıxardaraq təzədən bulağa tökülür. Eylas da bunu görür, amma fəhm eləyə bilmir ki, qız dolmuş 
səhəngə niyə təzədən su tökür... Bu dəm qız səhəngi qırağa qoyub əllərini bulağa salır, əvvəl  suyu 
ovuclayıb bir ovuc ləzzətlə içir, sonra üzünə vurub onsuz da qənirsiz olan sifətini bir az da 
gözəlləşdirir – üzü, gözü, yanağı aşağı su elə süzülüb axır ki, elə bil su deyil, baldı, axıb qurtarmaq 
bilmir  -  sonra qəfildən qoşa ovcunu suyla doldurub oğlanın üstünə çiləyir. “Uy” eləyən oğlan 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
157
diksinsə də yerindən də tərpənmir. Və nə düşünürsə, bulağa enib o da qıza su çiləyir. Və bir anda 
oğlanla qız bir-birilərini isladırlar. Qızın nazik çit yubkası, elə o materialdan da koftası islanıb 
yapışır bədəninə. Sanasan ki, lümlütdür:  yumrupəsək dalı, ağ maya əndamı, dimdik döşləri (kənddə 
qızlar adətən ilk vaxtlar lifçik taxmazlar) Eylas demişkən deşdə (çöldə) qalır və oğlanın yenə ağlı 
başından çıxır. Qız nə fikirləşirsə, “gəl kömək elə  səhəngi  şəllənim” deyib, ayaq üstə içi keçmiş 
oğlanı yanına çağırır. Eylas iki barmağıyla səhəngi qaldırır  qoyur qızın kürəyinə, bu vaxt qız 
səhəngin qulpuna bağlanmış çatını çiyninin üstündən atır arxaya və Eylas ipi qızın kürəyindən 
aşağıya endirəndə barmaqları qızın əvvəl böyrünə, sonra sağrısına, bir az yuxarıda isə islanmış çit 
koftanı od kimi yandıran dimdik döşlərinə  dəyir. Qız elə dolu səhəngin altında bu iri, yöndəmsiz 
əlləri tutur, sinəsinə daha möhkəm sıxır, bir “ah” çəkərək Eylasın onsuz da alışıb-yanan ürəyinə bir 
köz də basıb çıxıb gedir. 
  “Kino”  bitir və pəncərəmizin şüşəsi adi şüşəyə dönür. Bu vaxt atam görünür. (O, qocalıb-
eləməyib – bir də axı bədbəxtin nə yaşı var ki, olsa-olsa qırx, olar, ya olmaz – hələ cavandır, saçları 
da şəvə kimi qaradır; enli kürəkləri, iri qulaqları, at üzü kimi enli sifəti, iri, möhkəm çənəsi, süsüb 
qabağa çıxmış yekə dişləri ona qorxunc görkəm versə  də, bu adama yavaş-yavaş qanım qaynayır 
deyəsən)  
 “Mən bilirsən kimi görmüşəm?  
  Mənim onunla söhbətə girişməyimdən sevinən təhər olsa da yorğun halda deyir: 
 “Kimi?” 
 “Ağası kişini, Hüseyin müəllimi.” 
  “Onlar kimdi elə?” 
 “Toplu 
Qaçaq 
İsrafil haqda eşitmisən?” 
 “Hə, deyirdilər xalq düşmanı olub... Məhtəbdə məllimlər danışırdılar ki...” 
 “Nə xalq düşməni? O qəhrəman olub, igid olub, rusları, erməniləri qırıb... Sovet 
hökumətinin qənimi olub!” 
 “Elə danışma... Sən heylə danışıb özüu bədufana verərsən. Neynirsən qaçaq-quçağı? Başıı 
sal aşağı, dərsiı oxu... Nənəni hirsləndirmə... Yazıqdı... Mən ona bir gün ağlayammadım, barı  sən 
ona yaxşı oğul ol...” 
 “Mən bir dəfə Topa getmişdim...” 
 “Doğrudan?” (Gözləri dolur) 
  “Hə, ora maa elə doğma gəldi ki!” 
 “Ora 
bizim dədə yurdumuzdu dayna. Xaraba qoydular...” 
 “Sən maa ayrı söz deməyə gəlmisən axı...” 
 “Hə, indi genə o pəncəriyə bax... Qalanını da orda görəssən.” 
  Pəncərəmizdəki “televizor” yenə işə düşür.  
 Budur, Güləhmədin o tayı dediyimiz yer. Nənəm Zərişin qızlıq vaxtıdır. Əlində çin qarğıdalı 
biçir. Biçdikcə  də qarğıdalının sütüllərini aralayıb dənliləri seçir, yığır bir qırağa. Bu vaxt dədəm 
Eylas hardansa çıxır  (onun da cavanlıq çağıdır), söyüd şivindən kəsib düzəltdiyi düzgüyə taxdığı 
bir xeyli balığı göstəririmiş kimi göyə qaldırır.  
 “Eylas, 
satırsan onu?” 
 “Satmax 
nədi, ayıb dəyi... İstəsən eləcənə də verərəm.” 
  “Yox, ay gədə, sənin də dolanışığın onnan çıxır dana. Deyirəm, yanı satsan, maa ver, 
alacam. Çoxdandı balıx yemirik...” 
 “Elə çörək verərsən, ya da un da olar. Amma bişmiş çörəyə verirəm də çox vaxt, axı mənim 
bişirənim yoxdu...” 
  “Saa un da lazımdı, unnan çörək bişirən də.”  
         Qız bunu deyib şaqqa çəkib gülür. Onun gülüşü  Asyanınkına oxşamır. Bu gülüş bir az 
aşağılayıcı gülüşdür, belə bir qədər tənə var elə bil onda. Oğlan düşünür ki, nəsə deməlidir. Bir az 
ürkə-ürkə deyir 
  “Əsgərliyi çəkənnən sohra istədim qalam oralarda. Urus qızdarı mənim kimisini əl-əl gəzir. 
Qala bilmədim. Gəldim bıra... bırda da...” 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə