Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə67/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   63   64   65   66   67   68   69   70   ...   83

¹2(3)    èéóí 2012 
 
144 
 -Yaxşı, cəhənnəmə olsun, goya olsun... Maa nə e... At özcənin, cöt özcənin... 
 -Dur 
çörəyini ye! Nə mısmırığını sallamısan?! 
 -Belə yemiyəcəm! Məni bıya göndəyiblər ki, saa göz qoyam... Ağıl veyəm... 
  Bu vaxt Nanə hirslə qapını açıb çölə  çıxdı, üz-üzə  gəlməmək üçün dalını  mənə çevirib 
mızıldandı: 
  -Qadam olsun üyəyııza! Aysız-aysız telləyin də payıldadıllay! 
  Mən saçıma jelə çəkmişdim. Yəqin gözü bunu almışdı. Qorxa-qorxa dedim: 
 -Sabahın xeyir, Nanə! 
 Gözünü 
dolandırıb qeyzlə məni süsdü və çımxırdı: 
 -Sənin heş sabahın xeyiy olmasın!  
 
AĞASI KİŞİ VƏ QAÇAQ İSRAFİL 
 
  Texnikumda bir qapıçı var – Ağası kişi. Yaşı dediyinə görə  səksəni çoxdan keçib. Gözləri 
çox zəifdir, amma məni səsimdən tanıyır. Elə “Ağsı  əmi salam” deməyimlə kişinin məni 
qucaqlaması bir olur. Otuzuncu illərdə bizim tərəfdə özünün dediyi kimi “polnomoçnu” işləyib. Hər 
gün mən onunla salamlaşıram. Siqaretini yandırıram. Uşaqlar mitinqə qaçdığından çox vaxt dərs 
olmur, ona görə qocanın yanında əyləşirəm. (Az qala unutmuşdum: mən olar on gündür ki, siqaret 
çəkməyə başlamışam. Bu Kamilin davaya getməsindən sonra oldu. Bir gün Səkinə üç başıbağlı 
“Kocmoc”siaqreti və bir təzə alışqanı  ağlaya-ağlaya mənə uzadıb dedi: “Kamilinkilərdi. Gör 
istiyən olsa, ver. Allaha da xoş gedər.” Mən də bir neçə gün onlara yaxın düşmədim, eləcə qaldılar 
kitablarımın arasında. Axırı ki, ürəyim sıxılanda birini yandırıb çəkdim və  qəribə  də olsa
yüngülləşdim. Mənim siqaret vərdişim belə başladı. ) Sonra da onun kəndimizin  ər kişisi Fərzalı 
haqqında söhbətlərindən bir yeni epizoda qulaq asıram: “ Biz altı adam idik. Üçümüz Bakıdan 
getmişdik, o birilər yerli adamdılar. Başçıları da mən idim. Bizə göstəriş verilmişdi ki, qaçaq İsrafili 
tutaq. Özü də az itki ilə.  İsrafilin adamlarının az olduğunu bilirdik. Özü də  Fərzalıyla yola 
getmirdilər, nə üçünsə ləj düşmüşdülər. İsrafil doğma kəndi Topun həndəvərində əsl qala qurmuşdu. 
Qonşu erməni kəndləri Savın, Həndin, Şeşkirdin adamları onun qorxusundan gündüzlər çöl-bayır işi 
görə bilmirdilər. Biz də Hənddə möhkəmlənmişdik. Ona görə Hənddə ki, bura Azərbaycan kəndləri 
Rəzdərəyə, Məşədiismayıllıya çox yaxın idi. Bir şey olsa ora keçə bilərdik. Bir də Hənddə ona görə 
yerləşmişdik ki, İsrafilin bu kənddə Marqo adlı bir sevgilisi vardı. Azı həftədə bir dəfə o, hərlənib-
fırlanıb Marqonun yanına gələr, onunla əylənərdi. Marqonun iki yaşında bir oğlu vardı. Evdə ana-
bala yaşayırdılar. (Danışırdılar ki, bu uşaq da İsrafildənmiş) Azərbaycanlı qaçaqla sevişdiyinə görə 
atası-anası, qohum-əqrabası ondan üz döndərmişdi. Söz gəzirdi ki, Fərzalı da İsrafillə o erməni 
həçiyinin üstə ləj düşmüşdü. Deyib ki, sən bu boyda xarabada bir türk qəhbəsi tapa bilmədin, gərək 
Həndin axçisinə bənd olasan? O da Fərzalının üstünə silah çəkib, az qala bir-birini vuracaqmışlar... 
Bir də Həndə ona görə yığışmışdıq ki, erməni bolşevikləri də burda çox idilər. Savın daşnaklarına 
qarşı mübarizədə onlar həmişə bizə dayaq olmuşdular... Bir axşam Marqonu Hənddəki kabinetimə 
çağırtdırdım. Uşağının əlindən tutub gəldi. Onu görən andan dizim titrədi. Gözəl var, gözəl var, bu 
əşəddü gözəl idi. Erməni qız-gəlinləri kimi açıq-saçıq geyinməsə də, onu qutu kimi tutan paltarın 
altında nə can gizləndiyini görməməkçün kor olmalıydın. Qara gül-məxmərdən donu, yaşıl çarqatı, 
boynundakı  qızıl medalyonu onu daha da füsunkar eləmişdi. Biz tərəflərdə  bəy arvadları belə 
geyinərdi. Anladım ki, bu onun toxunulmazlığının nişanələridir. Yəni  əslində, Qaçaq İsrafil onu 
belə geyindirməklə demək istəyirdi ki, bu gözəlin sahibi var... Nəysə, gəlinin gözəlliyinə  nə  təhər 
hayıl-mayıl olmuşamsa, onu bura niyə    çağırmağım az qala yadımdan çıxmışdı. Hannan-hana 
özümü toplayıb dedim, ay qız, mən buralara polnomoçnu təyin olunmuşam. İsrafili tutmalıyam. Elə 
elə ki, o gəlsin, səninlə kefə başlayanda bizə siqnal ver, onu tutaq. Səni partiyaya keçirərik, Bakıya, 
Yerevana, lap istəsən Moskvaya instituta göndərərik. Oğlunçün də  hər  şərait yaradarıq... Qadın 
oğlunu sinəsinə sıxıb dedi: “Mən İsrafil-zad tanımıram.” Onda hirslənib uşağı dartıb əlindən aldım 
və  çığırdım: “Yaxşı, görək  İsrafil oğlunun dalıncan elə bu axşam necə  mələyə-mələyə  gəlir!” 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
145
İnanmazsan, qadın heç gözünü də qırpmadı və dedi: “İsrafil gəlməyinə gələcək, amma gəlib sizin də 
dərsinizi verəcək. Oğlumun başından bir tük əskik olsa, özünü ölmüş bil!” Sonra qapıdan çıxa-çıxa 
mənə qayıtdı ki, adını da tork qoymusan, öz millətinin igid oğluna tələ qurursan... Mən İsrafili ona 
görə sevirəm ki, o mərd adamdır! Sizin kimi padles deyil!  
 Elə  həmin gecə  İsrafil gəldi. Amma tək. Marqonun vasitəsiylə  mənim yerimi öyrənmiş, 
gecədən xeyli keçmiş yatdığım evin damından özünü içəri atmışdı. Ha eləyib özümə gəlincən silahı 
dirədi xirtdəyimə. Bu balacaboy adamda nə güc varmış, ilahi! Qolumu necə qanırdısa, dedim 
biləyim qırıldı. “Səsin çıxsa, özünü ölmüş bil” dedi. Məni qabağına qatıb apardı  uşaq yatan evə. 
Oğlanı qucağıma alıb mindim onun gətirdiyi ata. Kəndirlə  məni atın yəhərinə sarıdı. Özü isə 
bulağın yanında bizi gözləyən Marqonu da çağırdı, sallandıq meşəyə  tərəf. Qorxudan canıma 
titrətmə düşsə  də, havanın tez işıqlaşmasını arzulayırdım. Bu qorxmaz adamın sifətini görmək 
istəyirdim. Təxminən üç saat sonra hava işıqlaşmağa başladı. Baxışlarından qan daman bu zəhmli 
adam palıd pərdilərindən düzəldilmiş yeraltı komasında (o, Topdan bir xeyli aralıda, meşənin içində 
özünə belə bir daldalanacaq düzəltmişdi; buranın həpir-hüpür, tez-tələsik hazırlanmasınnan 
bilinirdi ki, onun belə yerləri çoxdur, İsrafil olsa-olsa Marqo ilə  oğluna görə bu komacığı 
qaralamışdı - özü də qapını açıb çölə çıxsan, burda belə bir yeraltı qazmanın olduğunu qəti fəhm 
edə bilməzssən) oğlu və sevgilisi ilə səhər yeməyi yeyirdi. Pendir, yumurta, süd, çay və motal şoru 
vardı süfrədə. O, məni də süfrəyə çağırdı. Ac olsam da qorxudan boğazım biçilmişdi. Yemək heç 
ağlımın ucundan da keçmirdi. Amma o təkid edirdi: “Sənin qanın qanımızdandır, düşmən də olsaq
çörək yeməlisən bizimlə. Sonra baxarıq taleyinə  nə yazılıb.”  Əlacsız qalıb bir loğma yavan çörək 
kəsmək üçün əlimi süfrəyə uzadırdım ki, uşaq təpiklə  əlimin üstən vurub çığırdı: “ Çək  əlini! Pis 
adam!” Mən əlimi çəksəm də İsrafil uşağa acıqlandı: “Olmaz, dədə balası! Adam qonağa dəyməz. 
Qoy yesin.” O, bir qulaq çörəyin arasına pendir qoyub mənə uzatdı. Allah kəssin o çörəyi ki, mən 
yedim. Elə bil ətimi yeyirdim. İsrafilin qəzəbli baxışları bir yana, uşaq da məni qanlı-qanlı süsürdü. 
 Günorta İsrafilin adamları iri bir cöngə kəsib kabab elədilər. Adamın üstdə allah var, mənə 
də doyunca yemək verdilər.  
Gözaltı onları saydım. Ondan çox deyildilər. Axşama yaxın  İsrafilin qonaqları  gəldi. Onları 
ədəb-ərkanla qarşıladı, ziyafət verdi. Amma söhbətləri çox sərt keçdi. Nədəsə razılığa gələ 
bilmirdilər. Təxminən başa düşdüm ki, gələnlər Fərzalının adamlarıdır. Qonaqların pərtliyi aşkar 
sezilirdi. Gedəndə onları heç yola da salmadılar. Bir azdan komadan İsrafilin hirslə dediklərini 
hamıyla bərabər, mən də eşitdim: “Mən heç kimin məsləhətinə qalmamışam. Fərzalı getsin öz kənd-
kəsəyində ağalıq eləsin. Mənim öz ağlım, öz yaraq-yasaqlılarım özümə bəsdir!” 
Marqo yavaşdan deyirdi: “İsa, bax, sən onlarla birləşsən, lap güclü olarsan. O biri qaçaxları da 
bir yerə  yığsanız...”  İsrafil onun sözünü yarıda kəsdi: “Sən də otur oturduğun yerdə! Kişi işinə 
qatışma!” 
 Gecə gözü o məni yanına çağırıb dedi: “Vaxtın tamam deyilmiş. Öldürmürəm səni. Get, 
Marqonu da, Hüseyni də (oğlanın adı beləydi) apar qoy evlərinə. Böyüklərinə də de ki, adam kişi 
olar, arvad-uşaqnan dava eləməz. Əgər bir də Marqoya, Hüseynə toxunsanız, daha vaxtının tamam 
olub-olmamasını gözləyən deyiləm. Mən bu hökumətlə açıq döyüşürəm, qoy o da mənimlə açıq 
savaşsın. Day arvad-uşaq dalında gizlənməsin. And olsun bu kitaba (boynundan gümüş  zəncirlə 
asılmış balaca quranqabını  çıxarıb öpdü),  əgər dediyimi eləməsən, səni də, sənin adamlarını da 
şadara kimi deşik-deşik eliyəcəm!” 
  Ağası kişi birdən dayandı, siqaretinə bir qullab vurub heyrətlə dedi: “ Əlli ildən çoxdu İsrafil 
ölüb, amma onun sözü yadımda qalıb e... Sən bilərsən, bu şadara nə deyən sözdü? Mən onu siz 
tərəflərdə çox eşitmişəm...” Mən çiynimi çəkirəm və  mızıldanıram: “Nənəm didik-didik, deşik-
deşik olan bir şeyə deyərdi ki, şadara kimi dəlmə-deşikdi. Mənasını isə bilmirəm.” 
  O gülüb davam edir: “Hə,  İsrafil Topun, təkcə Topun yox e, Bəsid çayı boyunca olan o 
kəndlərin hamısının qəhrəmanıydı. Mən orada işləyən müddətdə onun Marqosuna, Hüseyninə bir 
adam da toxunmağa cürət etməzdi. Amma Topdakı ailəsini bolşeviklər kəndin satqınlarının  əliylə 
məhv etdilər: evlərində yatdıqları yerdə qapının dalını çöldən bərkidib evə od vurmuşdular. Arvadı, 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə