Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə64/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   60   61   62   63   64   65   66   67   ...   83

¹2(3)    èéóí 2012 
 
138 
krantda  əlini yuyan Gülmalı kişiyə yanaşdım. Onunla əllə görüşmək istəyəndə kişi boynumu 
qucaqlayıb üzümdən öpdü. Sonra üzünü anama tutdu: 
 -Maşallah, ağıllı  oğlun var. Bir dəfə  ətdiyə bir-iki mal aparıram, nə illah eləyirəm, camış 
suya girmir. Cöngə bir yana, inək o biri yana dazıyır... Allah saxlamış, bı hində hardansa çıxdı, 
neynədi, neynəmədi, bir çəngə tut yarpağıynan malları alladıb o taya keçidi... Allah bağışlasın, 
deyillər savadlı baladı... Həşim kişi bıra gətiməhdə düz iş görüb, uşaxlar bir-birinə həyan olarlar bı 
çətin zamanada... 
 Sonra Səkinə  gəldi. Ağlamışdı. Görünür, ərinin elədiyindən xəbərdardır. Elə  nəsə demək 
istəyirdim, bir qoca arvad, dalıncan da bir kişi çıxdı  Səkinəgilin qonaq otağından. Arvadın üzü 
didik-didik idi. Bizim kənddə cavan adam öləndə arvadlar üzlərini belə didərdilər. Arvad cığıldaya-
cığıldaya (səsi batmışdı) dedi: 
 -Səkinə, qızım, bizim şələ-şüləmiz qalsın bırda, özümüz saa yük olmuyax... Gedirik 
bacoğlumgilə.  Əhməddi tərəfdə olullar. Əvin sənəd-sünəti ollardadı, görəh nağayra bilirih, əvi 
erməniynən dəyişə bilirihmi?.. 
  Səkinə xalaxətrinqalmasın dedi: 
 -Xala, 
qalın dana... İndi Kamil gəlib hirsdənər ki, niyə qoydun getdilər... 
 Arvadla kişi bir-birindən tuta-tuta bu şəhərə heç cür uyuşmayan bir yerişlə qapıdan çıxdılar. 
Mən heyrətdən qurumuşdum. Qadının bu görkəmi məni  əməllicə sarsıtmışdı. Səkinə bunu başa 
düşüb dedi: 
 -Dursun dədəsinin maşınıyla bunların veş-vüşünü daşıyanda qrad düşür, maşın aşır, arvadın 
cavan nəvəsi ölür, Dursun da qolunnan yaralanır... Ona görə üz-gözünü bu kökə salıb... 
 -Bəs Dursun?– mən boğula-boğula soruşdum. 
 -Dursun yaxşıdı. Sağ olsun, vallah! Camahatın yaman qolunnan qapır... Həmi silahnan 
qoruyur, həmi də maşınnan daşıyır şələ-külələrini ki, erməniyə qalmasın... Onun sürdüyü o QAZ – 
66 yaxşı maşındı e, dağa da dırmaşır...  
 -Hə, hə, bala, allah onun babalarına irəhmət eləsin! O olmasaydı, biz neynərdik?! Bir körpə 
uşax olasan, allah saa belə  təpər verə... – bunu da Gülümalı kişi 
deyir. 
  Bir azdan anamla mən bizim otağa keçirik. Anam gətirdiyi 
yer-yeməlini stola yığa-yığa soruşur: 
  -Ə, bala, bəs yoldaşın hanı? 
 -Gələr indi, o gündüz işləyir, axşam oxuyur... Yəqin 
meydana gedib, gecikib. 
 -Sən də ordaydın? 
 Anama baxıram. Üzündə bir nigarançılıq var ki, bunu 
sözlə ifadə edə bilmirəm. Söyüş söymək istəyən, amma 
utandığındanmı, ya nədənsə sözlər içində kirəcləşib qalan adama 
oxşayır – söyüş üzünə çıxıb sanki. Yalan nəyə lazım? İndi hansı 
zəmanədi? Olanı deyirəm. 
 -Hə, indi hamı ora yığılır. Kamil də  çıxış elədi, dedi 
cəbhəyə gedəcək, döyüşməyə... 
 -Doğrudan? Vay əvin yıxılsın! Gülmalının qızını  bədbaxt 
elədi... 
  Anam tülyan Səkinəgilə keçir. Bir azdan ordan ağlaşma səsi gəlir. Səkinə  ağlayır. Özümü 
saxlaya bilmirəm, mən də ora keçirəm. Səkinə  şişmiş gözlərini çevirib mənə baxır və göz yaşı 
axıda-axıda deyir: 
  -Gördün Kamili? Axşam vaqonda maa demişdi, inanmadım, dedim məni qoyub getməz... 
Uy, uy... Nolacam mən? Bı yad yerdə atdı getdi məni... Uy allah, bı nə qandı mən düşdüm... 
 Gülmalı kişi papirosunu tüstülədə-tüstülədə dedi: 
  -Ay bala, gedər davaya, sən də qapıı bağlıyıb gələrsən kəndə... Neyniyək tay... Olacağa çara 
yoxdu... Qar yağıb ayax üşütməyə. Bir də deyəllər ki, elnən gələn dərd toy-bayramdı... 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
139
  Səkinə elə bil birdən ayıldı, üzünə krantdan su vurub kal səslə: 
  -Yox, - dədə, - dedi. – Mən heş yana gedən dəyiləm. Mən əsgər külfətiyəm, bir... Hökümət 
Kamilin mayışın verəcək, bı evi yiyəsiz qoyammaram, bı da iki. İndi qaçax-quçaxnan doludu 
dünya, gələr, girəllər evimizə... Bax, Xosrov da bizim həyətdə dostuynan qalır, bı da üç. Onnar da 
maa, yeri düşəndə, hayandılar... Sən də, nənəm də mənnən heş nayran olmuyun... Bədə bəddə gedib 
işə girəcəm... 
 Anam arif adamdı. Mənə  də  işarə elədi, çıxdıq onlardan, gəldik öz otağımıza. Anam 
qazançadakı döşəmə plovu qaza qoydu. 
 -Mən özüm saa işarə elədim ki, çıxax ordan, bəlkə dədə-bala sirləri-sirpicləri var, qoy irahat 
danışsınnar. 
 -Bildim, hə, düz elədin. Səkinə üzünü yuyanda bildim ki, çıxmaq lazımdı. Mən saa işarə 
eləmək istəyirdim, sən qabağa düşdün... 
 Elə təzəcə süfrəyə oturmuşduq ki, Aslan da gəldi. Elə ilk sözü də könüllülərdən oldu: 
 -Meydanda milli özünümüdafiə  dəstələrinə yazılış gedir... Mən də yazıldım, sabah yola 
çıxırıq. 
  Anam nigaran baxışlarla mənə baxdı, yəni sən belə etməyəsən ha! Qaşığı  ağzıma apara-
apara dedim: 
 -Mənim kimilərini götürmürlər... Ancaq sovet ordusunda xidmət edənləri aparırlar...  
  (Əslində doğrudan da, beləydi. Amma mən indi bunu sırf  anamı sakitləşdirməkçün 
deyirdim.) 
  Bir azdan Aslan şələ-şüləsini yığıb bağladı, bizimlə halalaşıb getdi. Anam onun dalınca su 
ata-ata ağladı. Səkinə isə özünü saxlaya bilməyib hönkürdü: 
 -Bax, 
bı genə gəlib bizimlə görüşdü, Kamil elə bir daş bir gölə düşdü... 
 
*  *  * 
 Gülmalı kişi axşama getdi. Mən ona bilet alıb Bakı-Noraşen qatarı ilə yola saldım. Anam isə 
hələ bir-iki gün qalacaqdı. Almalı şeylər alasıydı. Mənim paltarlarımın yumalısı vardı, yuyacaqdı. 
Bir də hiss elədim ki, mənə indiyəcən demədiyi  şeylər vardı, deyəsiydi. Mən bunu onun sözlü 
baxışlarından oxumuşdum. Ta uşaqlığımdan buna alışıq idim. Arvad mühüm deməlisini bir-iki gün 
içində  gəzdirər, sonra üzünə  çıxardar, bir az da üzündə  rəsmini cızdıqdan sonra lazım bilsə, 
söyləyərdi. Bəzən mən elə bunları onun üzündən oxuyardım deyin, daha zəhmət çəkib danışmazdı. 
Biz ana-balanın arasında belə görünməz bir pərdə vardı. 
 
*  *  * 
 Gecədən keçənəcən Səkinənin yanında oturduq anamla. Ağlamaqdan gözləri  şişsə  də, bu 
onu daha da gözəlləşdirmişdi. Zalımın qızının evdə geyindiyi paltar (bu, özündən gülləri olan  adicə 
ağavış bir çit don idi) ona elə yaraşmışdı, deyirdin bəs allah öz əllərilə biçib. Üstəlik, parçası o 
qədər nazik idi, əndamı qalmışdı düzdə.  İnanın, anamın burda olmasını  hərdən unudur, qızı 
gözlərimlə yeyirdim. Və bu dəm anamın baxışlarıyla baxışlarım toqquşdu, dünəndən bəri onun 
içində  gəzdirdiyi narahatçılığı oxudum: “Sən kimin oğlu olduğunu unutdun? Sən bir nacinsin 
belindən gəlmisən. Ona görə  hər dəm sən öz-özünə  təkrarlamalısan: mən pis iş tutmuyacam, mən 
babam Haşım kişinin, anam Zərişin adına layiq olmayan işlər tutmuyacam! Tutmuyacam! 
Tutmuyacam!” 
 Başımı saldım aşağı və bir də öz otağımıza gedəndə qaldırdım. 
 
*  *  * 
 Saat bəlkə iki olardı, bilmirəm, amma biz hələ  də yerdən-yerə danışırdıq. Daha doğrusu, 
anam danışır, mən də hərdən cavab verirdim. 
 -Sənin adıı niyə Xosrov qoymuşuq, bilirsən? 
 -Hə... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə