Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə63/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   59   60   61   62   63   64   65   66   ...   83

¹2(3)    èéóí 2012 
 
136 
deyil. Qarda, çovğunda buruqda iş görürük, əlin titrəsə, açarları  işlədəmməsən, turbaları 
bağlayammasan, neft axar, düzü-dünyanı basar, qalarıq töhmətdə. Mən otuz ildə qazandıqlarımı 
sənə görə itirə bilmərəm...  
 Deyir, kişi bunu deyən kimi açarı alıb endim buruğun dibinə. Bayaqdan işləyib əldən düşən 
fəhlənin işini başladım davam etdirməyə. Mən olam Taydolaq Baharlı  uşağı, maa deyələr  əllərin 
əsir?! Arada bir açarla əlimin üstündən çırpdım da ki, bəs, məni biyabır eləmə, gəl bu ustanın 
cavabını verək, sonra işə götürüb-götürməmək cəhənnəm olsun! Təki onun cavabın verək. 
Bəxtimdən də bir sazaq əsir, bir çovğun başlayıb, inanın ki, baş usta daldalanmağa yer gəzir, amma 
mənim də açarları qətiyyətlə işlətməyim, indicə yanıma enmiş fəhlənin tapşırıqlarını sərrast yerinə 
yetirməyim ustanı  həvəsə  gətirib deyin, özü də  gəlib kəsib böyrümüzü. Külək nə  təhər 
şiddətləndisə, kişinin papağını başından aldı. Tez cumub havada papağı tutdum, gətirib verdim 
ustaya. Kişi pərt olsa da, bunu biryzə vermədi. Nə başınızı ağrıdım, buruqdan aralananda usta əlini 
kürəyimə vurub dedi: 
  -Əhsən! Varam sənin kimi prinsipal oğlanlarla!  
 Beləcə, əllərimin əsməsi mənim az qala işə girməyimə mane olacaqdı, amma ola bilmədi.  
  Kamil bunu deyib şaqqa çəkib güldü. Və dedi ki, onu əsgərliyə  də aparmaq istəməyiblər 
əllərinin titrəməyinə görə. Hətta iki çağırışdan qalası olub. Sonda “stroybat”a salıb aparıblar 
Krasnayarskda meşə qırmağa... 
 Bir axşam içəridə dərs oxuyurduq. Kamil həyətdə manqal yandırmışdı. Şişləri közün üstünə 
qoyandan sonra bizim qapını açıb dedi: 
  -Bu gün Səkinənin ad günüdür, sizi də  dəvət edirik... Elə  həyətdə oturacağıq. Bir azdan 
gəlin... 
   
*  *  * 
 Dördüncü dəfədir dilimə araq dəyir. Deyəsən, içki mənim xoşuma gəlməyə başlayıb. Ürəyimi 
bulandırsa da, bir gün sonra başımı  ağrıtsa da, elə bil içimi təzələyir. Dilim açılır, başıma yeni 
fikirlər gəlir. Lap şairə dönürəm.  
  Amma içkinin bir şeyindən qorxuram – məni Səkinəyə tərəf dartır. Axı mən ondan qaçıram. 
Bu namərdin tamı isə məni ona daha çox bağlayır. 
 -Uşaqlar, mənimçün iki doğma varlıq var: biri xəstə  vətənim, biri də  Səkinəm. Mən onları 
bir-birindən ayırmamışam heç vaxt. Ona görə istəyirəm ki, bütöv, azad Azərbaycanımızın və 
Səkinəmin sağlığına içək! 
 Yeyib-içməyin şirin yerində elə bir hadisə oldu ki... 
 Kamil 
əməlli-başlı keflənmişdi. Gözləri dolmuş, qəhərli-qəhəırli danışırdı: 
  -Yerevanda, Spitakda, başqa  şəhərlərdə  adamlarımızı döyə-döyə, gülləyə tuta-tuta doğma 
yurdlarından qovublar. Nə  qədər adamımız yollarada donub, uşaqlar, qadınlar ölüb. Şahidlər 
danışırdılar ki, uşaqları dəmir turbaya doldurub hər iki tərəfini də svarkalayıblar... 
 Bunu demişdi ki, Kamilin gözləri alacalandı,  əlləri yumuldu, dişləri kilidləndi, yıxılıb 
çabalamağa başladı. Biz özümüzü itirsək də, Səkinə tez içəri qaçdı  və  dərmanla qayıtdı. Sonra 
Kamilin başını dizinin üstünə alıb qaşığın arxasını  ağzına saldı. Zorla dişlərini aralayıb ağzına 
dərman tökdü. Haçandan-haçana Kamil ayıldı. Səkinə onun üzünə su vura-vura dedi: 
 -Kamildə hərdən olur belə şey, keçdi getdi... 
 
*  *  * 
  Kamil at kimi güclüdür. Mənim kimisini vurar qoltuğuna daşqın çaydan keçirdər. Bir 
oturuma bir diri çörəyi yeyib durur ayağa. Kababı elə şişdə dişinə çəkir. Yarım litr arağı tək içir, uf 
da demir. Özü də Kamildə bir şey də müşahidə eləmişdim: üzündə tük yoxdu onun. Mən elə 
bilirdim, o, hər gün üzünü qırxır, demiyəsən o, kosa imiş. 
 Amma nə olur olsun, Kamil gözəl adamdır. Onunla qabaq-qabağa oturanda adam özünü 
gümrah hiss eləyir. Dərdin-çorun yadından çıxır.  
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
137
*  *  * 
  Səhər Kamil və  Səkinə  səfər çantalarını hazırlamağa başladılar. Dünənki  əhvalatdan sonra 
Kamil çox kefsiz görünürdü. Yəqin, utanırdı. Səkinə mənə bunları dedi: 
 -Kamilin anası atasına qoşulub qaçandan sonra ögey ana dalbadal dörd qız doğub.  İndi 
anasının qoca atası, analığı, bacıları, bacısı  uşaqları qalıb kənddə. Kimin adamı var, ev-eşiyini 
çıxardır, mal-qarasını gətirib beş quruşa verir. Bakıya gəlib burdakı ermənilərlə evlərini dəyişdirir. 
Bunların da Kamildən başqa baş tərpədəni yoxdu. İndi məni aparır qoya kəndə, özü gedə Kafana...  
 
MİTİNQDƏ 
 
  Texnikumda heç kim yox idi. Mən, qapıçı Ağası kişi, bir də bir-iki müəllimdən başqa hamı 
mitinqə getmişdi. Özümü fərari kimi hiss edirəm. Atamın başımızı yerə soxmasından sonra suyu da 
üfürə-üfürə içirdim – ona görə də məktəbdən ayrı yerə getməyə qorxuram.  
 ...Başımı qaldıranda meydanda gördüm özümü. Buranın yolunu yaxşı tanımasan da, elə 
küçədəki beş-on adama qoşulsan, gedib meydana çıxırdın. Onda hamı meydanla nəfəs alırdı. Az 
qala milli qəhrəmana dönən Nemətin, başqa çıxışçıların nitqlərini yüz minlərlə kütlə  səsini içinə 
çəkmiş  vəziyyətdə dinləyirdi. Bəxtiyar Vahabzadə,  İsmayıl  Şıxlı  çıxış etdi. Və birdən Nemət elan 
elədi: 
  -İndi Qərbi Azərbaycanın Kafan şəhərindən bu səhər qayıtmış bir soydaşımıza söz 
verəcəyik. O, gözləriylə gördüyü zəlalətdən danışacaq.  
 Ürəyim şiddətlə döyündü. Bu Kamil olmasın ki?! Axı o da bir həftə əvvəl ora yollanmışdı? 
Yanılmamışdım. Kamil idi. Səsgücləndirici səsini dəyişsə  də, artıq rəvan çıxış edə bilən bu gənc 
fəhlə əsl patriot kimi danışırdı: 
 -Hörmətti bəylər və xanımlar! Mənim anam Kafanın Baharlı  kəndindəndir. Orda mənim  
babam, nənəm, xalalarım və başqa qohumlarım qalmışdı. Kafanın  əhalisinin yarıdan çoxu biz 
türklər olsaq da, rusların əliylə silahlanmış daşnaklar bu soyuq noyabr günlərində zad eliyiblər... uf 
demədən soydaşlarımızı çöllərə töküblər. Məni yandıran odu ki, bircə dənə də könüllü silahlı dəstə 
dəstə yaradılmayıb bırda. Mən heç Kafana gedə bilmirdim. Ancax  kəndimizin qoçaq oğlu 
Dursunun başçılıq elədiyi silahlı dəstənin köməyinnən sonra mühasirədəki qohumlarımı azad eliyə 
bildik. Saqqallılar evlərə soxularaq adamlarımıza işgəncə verir, gəncləri güllələyir, qadınları təhqir 
edir, qocaları küçəyə atırlar. Sisiyannan gəlmiş bir ailəni mən öz gözlərimlə gördüm. Qadının 
döşlərini kəsmiş, uşağın ağzına qoymuşdular. Bu rəzalətə son verməliyik! Mən bu gündən etibarən 
könüllü surətdə özünümüdafiə  dəstələrinə yazılıram! Qanında millət qanı olan hər bir kişinin yeri 
bu gün oradı. Vətənin taleyi Kafanda, Yerevanda, Vedidə, Qarabağda həll olunur... 
 Kamil yenə  nələrsə dedi. Amma mən daha bir şey eşitmirdim. Qulaqlarımda uğuldayan 
meydanın səsindən başqa bir şey yox idi... 
 
SƏKİNƏ, ANAM, BİR DƏ GÜLÜMALI KİŞİ 
 
 Evə dönəndə gözlərimə inanmadım. Həyət yorğan-döşək bağlamalarıyla, qab-qaşıqla, paltar-
palazla dolu idi. Handan-hana başa düşdüm ki, Kamilin bəzi qohumlarının köçü bura düşüb.  Ən 
təəccüblüsü isə buydu ki, anam həyətdəki stula çökmüşdü, əlləri də qoynundaydı. Yazıq bu soyuq 
noyabr havasında nazik plaşda idi. Ha fikirləşsəm də, anamın qalın paltosunun olub-olmadığını 
yadıma sala bilmədim. Belə havalarada bütün kənd qadınları kimi o da olub-olanından geyinər, 
üstdən də  dəvə yunundan ədyalını belinə bağlayardı. Anamın plaş geyməyi  şəhərə görə  nə  qədər 
gerilik idisə, kəndə görə yenilikdi.  
 Anam məni qucaqladı.  (Bu da yenilikdir. Onun məni haçan qucaqladığını deyəsən yadıma 
sala bilmirəm. Aramızdakı o qalın pərdə bizə ana-bala hissi yaşamağa mane olub həmişə.) Hiss 
elədim ki, isti göz yaşları boynuma axdı. Qəhərlənsəm də, özümü yığışdırdım. Mitinq ab-havası 
görünür, məni formalaşdırmaqdaydı.  Əvvəlki vaxtlar olsaydı, yəqin ağlayardım. Anamdan ayrılıb 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə