Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə59/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   55   56   57   58   59   60   61   62   ...   83

¹2(3)    èéóí 2012 
 
128 
SÜRMƏ 
 
 Üzü brezent çadırlı    yığılıb-açılan çarpayımda uzanmışam, Dursunun məktubu da 
qabağımda. Bəlkə yüz dəfə oxumuşam onu. Daha nöqtəsinəcən, vergülünəcən  əzbər bilirəm. Bu 
məktubdan kəndimizin, Bəsid çayının, Kummucanın, Kannıcanın iyi gəlirdi. Kannıca demişkən... 
Adı batsın atamın, bizim nəslin adını... hansı  nəslin axı, guya atasın, anasın,  babasın, cədabasın 
tanıyıram?! Heç özü də tanımırmış allah bilir... Yaxşı olur elə  mənim anama! Sənə lazımdı  əsli-
nəsli olmayan, nəcabəti bilinməyən (bunlar babamın sözləridir, köçüb yaddaşıma) birinə qoşulub 
gedirsən?.. Nəysə... Kannıcadan danışırdım axı. Kənddən Bakıya qayıtmağıma bir-iki gün qalmışdı. 
Sinif yoldaşlarımızla danışmışdıq ki, yığışaq  bir az gaplaşaq. Hə, axı mən heç onları sizlə əməllicə 
tanış eləməmişəm. Biri Ağzıyırtıq  Ələsgərdi ki, yanında söz danışmalı deyil, söz nədi, özünü 
saxlaya bilməsən, yanında bir yel buraxsan, həmən gün bütün kənd biləcək. Kitabla, dəftərlə  işi 
olmaz, eləcənə mal-mal baxardı müəllimlərin üzünə. Güclə  hərfləri, rəqəmləri öyrəndi, vəssalam. 
Bu ildən dəmir yolunda işə düzəlib. Yaşı çatmır, amma əmisi orda briqadirdi  deyən, işə götürüblər. 
Deyəsən maaş alıb, elə bizə qonaqlığı da o boyun olub. Biri Qancıq Zirəddindi ki, zalım oğlu zalım 
adamı tutdumu, buraxmaz. Güləşəndə  həm dişləməyi vardı adamı, həm də eyzən qancıq kimi 
zəngildəyər, haray-həşir salardı. Amma başı vardı, bir dəfə oxuduğu şeiri o saat əzbər deyərdi. Nə 
olsun? Yeddincidən dərsin başın buraxdı, manıs dayısının yanında nağaraçılıq eləməyə başladı. 
(Bizim kənd-kəsəyin toylarını dayısı  Həsrətin dəstəsi yola verərdi )  Dərsə  gələndə  də partanın 
üstünə döyəcləyər, yeyin havalardan çalıb bizi də oynadardı. Yoldaşlarımızın biri də Dabanıyanıq 
Süleymandı ki, yazıq uşaq vaxtı təndirə düşmüşdü, bir dabanı yanmışdı, elə taytıya-taytıya gəzirdi. 
Kitab görəndə elə bil qutuda ilan görürdü. Bizim hamımızdan, məktəbdən, müəllimlərdən zəhləsi 
gedirdi. Qəribədir ki, o da gələcəkdi görüşə. Dursunu tanıyırsınız, Səkinə  də ala ittən məşhurdu, 
qalır beş  qız ki, onların biri Erkək Yetərdi. Düz səkkiz bacıydılar. Bu sonuncuydu. Yetərə güllə 
dəyməsin. Yetənə yetər, yetməyənə də bir daş atardı. Elə güclüydü ki, Dursundan başqa, oğlanlı-
qızlı hamımızı döyərdi. Ona görə  də Dursunla bir partada oturardı. Yalan-doğru, Dursun onu 
öpmüşdü haçansa. (Amma mən bunu dəqiq bilirəm ki, əslində o Dursunu öpmüşdü. Nədən ki, belə 
bir əhvalat mənim də başıma gəlmişdi) Bunu zırrama özü mənə danışmışdı ağzı sulana-sulana... Hə, 
qızlarımızın birinin də adı  Səmra idi. Eləcə Çopur Səmra deyərdik. Üzü su çiçəyindən sonra çil-
çopur günə düşən bu qızı  hələ gülən görməmişdik.  Ən pis söyüşlərlə yamanlayardı biz oğlanları. 
(“Dədəm sənin filan yerini – adıynan deyərdi bu yanmış – belə-belə eləsin...”) Biri də Qərənfildi. 
Qərənfil nədi, heç it gülünə də oxşamırdı. İş ondaydı ki, qız qozbel idi. Allah göstərməsin, məktəbə 
gələndə  mənim ürəyim ağzıma gəlirdi. Amma oxuyandı. Riyaziyyatı tum kimi çırtlayardı. O da 
mənim kimi əlaçı qurtardı, Əli Bayramlıda, ya da hansısa başqa şəhərdə texnikuma girib. Uşaqlar 
ona “Q” Qərənfil deyirdilər – yəni Qozbel Qərənfil. Bir qızımız yeddincidən Rusetdəki xalası 
oğluna qoşulub qaçdı, adı Zamirə idi, hamımız Zamış deyirdik. Qaldı sonuncuya, bu da Sürməydi. 
Sinfimizin  ən incə-mincə,  ən  şirin,  ən səxavətli qızı. Dursunun xalası  qızıydı deyin, buna ayama 
qoymağa cəsarət eləməmişdik, ya da ki, elə sürmə sözü ayama kimi bir şeydi də... Nəysə, Sürmə 
Dursunu çox istəyirdi, amma bu qohum istəyiydi, ya sevgiydi, bundan baş açmaq olmurdu. Bir onu 
bilirdik ki, Dursun dərsə  gəlməyəndə Sürmə havalı kimi olurdu. Özü də istəyirdi ki, Səkinə 
mənimlə oturanda bu da keçib Dursunun yanında  əyləşsin. Dursunun da ki, xasiyyətini allah 
kəsməsin! Gözünü nə təhər ağardırdısa, qızı peşmanıdırdı.  
  Sürmə hərdən dərsdə oğrun-oğrun mənə baxır, ah çəkirdi. Amma mən onda qızarar, üzümü 
ayrı səmtə çevirərdim.  
 Bir dəfə bizi uzaq bir kəndə pambığa aparmışdılar. Günorta üstü mənim pambıqla yarım olan 
fartuğumu kimsə pambıqqarışıq oğurladı. Hirsimdən ağladım. Bu vaxt Sürmə gəlib qolumdan tutdu, 
məni aparıb bulaqda üzümü yudu, sonra elə yuduğu üzümdən öpüb dedi: 
 -Qadan canıma, sən maşallah, kişi olmusan, sinfimizin gözüsən,  əlaçısan, saa ağlamaqmı  
yaraşar? Pambığın içinə sənin qaqqan! İndicə qızlara deyəcəm, hərəsi bir çəngə yığacaq, pambığın 
düzələcək... Fikir-zad eləmə.  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
129
  Mən qıza baxa-baxa qalmışdım. Və bir də gördüm ki, başımı  qızın sinəsinə söykəmişəm, 
təzədən ağlayıram. (Dəqiq deyəmmərəm, bunu qızın məni öpməsindənmi, ya dediyi “pambığın içinə 
sənin qaqqan” sözündən  sonra ürəkləndiyimdənmi, yoxsa kövrəlib özümü itirdiyimdən elədim, 
bilmirəm.) Qız heç geri çəkilmədi, başımı təzəcə donunu qaldıran döşlərinə sıxıb gülə-gülə dedi: 
 -Gözüun qadasın alım, sənin babanla mənim nənəmin dədəsi qohumdu, simsarıq. Sən ağ-
lıyanda mənim ürəyim şan-şan oldu... Allah eləməsin, ürəyinə xal-zad düşər... Boyua qurban olum... 
 Birdən o məni geri itələyib “Dursun” dedi və yenə  əyilib bulaqdan bir ovuc su götürüb 
çırpdı üzümə. Sonra Dursun gəldi və məni dolaya-dolaya əyilib bulaqdan su içib dedi: 
  -Ə, monqol, sənin fartuğuun yerin bilirəm... Amma muştuluğu var! 
 Elə axşam tərəfi pambığımızı çəkib pulunu kilosu on qəpikdən ödəyirdilər.    Aldığım pulun 
tən yarısını Dursuna muştuluq verdim – daha doğrusu, bufetdən limonat və peçenyə aldım ona.  
 Beləcə, Sürmə ilk qız idi ki, məni öpmüşdü və üzümü döşlərinə sürtmüşdü.  İki il qabaq 
olmuş bu əhvalat yadıma düşəndə pörtüb qızarardım.  
 Yox, bir əhvalat da var qızlarla bağlı. Bu artıq sizə tanıtdığım  
 
ERKƏK YETƏRİN 
 
əhvalatıdır. Demişdim axı, bu Mayparanın erkəkləməsi məsələsi bizə heç cürə çatmırdı. Axı arvad 
nə təhər erkəkləyə bilər? Gərək adamın ayıb olmasın, şeyi-şüyü də olsun ki, erkəkləsin.... Nə bilim 
axı, qəliz məsələdi. Anamın dedikləri  başımdakı fikirləri bir az da qarışdırmışdı. “Erkək tut, erkək 
arı... Erkəyin barı olmaz...” Bunu Dursunla müzakirə eləmişdik. Allah onun da üzünün suyun 
töksün. Elə eşşəkliyinə salıb deyir ki, yəqin arvadın şeyi küsüb geri qayıdıb, yerinə kişi şeyi çıxıb. 
Amma mən bunun nə məsələ olduğunu elə həmən pambıq yığan vaxtlarada tam aydın olmasa da
belə əlhavasına anladım. Dumanlı şəkildə fəhm edə bildim  bu ikiləşməni. 
 Yenə  uzaq bir kəndə pambığa getmişdik. Gecələr evə  gəlmir, kəndin klubunda qalırdıq. 
Hərəmizə bir yun ədyal vermişdilər. Klubu ortadan fanerlərlə bölmüş, bir tərəfində  qızları, bir 
tərəfində oğlanları yerləşdirmişdilər. Amma gecələr soyuq olduğundan bir-birimizə qısılıb yatardıq. 
Bir dəfə elə soyuq oldu ki, xəstələndim. Dişim dişimə dəyirdi. Qızlar bunu görüb məni yanlarına 
apardılar. Onsuz da hamı paltarlı yatmışdı. Yetərlə Sürmə kürəyimi ovxaladılar, isti çay içirdilər. 
Sonra da yatanda məni aralarına salıb yatızdırdılar ki, soyuq məni daha da tutmasın. Üzüm 
Sürməyə, arxam Yetərə tərəfdi. Elə belə də məni yuxu tutdu. Gecənin bir aləmi özümü narahat hiss 
edib oyandım. Başım Sürmənin qolları üstə idi, qız şirin-şirin yatırdı. Arxamı isə kimsə dartışdırır, 
elə bil nə isə axtarırdı. Yadıma düşdü ki, kürəyimi Yetərə söykəmişəm. Gördüm qız daldan mənə 
kərkinir, dalımı qucaqlayıb buraxmır. Əlimi aparıb dalıma toxunan şeyi tutmağa çalışdım və əlim 
bərk bir şeyə toxundu. Qaranlıqda fəhmlə başa düşdüm ki, Yetərin qıçının arasında nəsə var və o 
mənə toxunub incidir. Əlimlə onun çeçələ barmağın ucu boyda olan  “bərk  şey”ini sıxcalayanda 
qızdan bir səs çıxdı, mən ömrümdə belə səs eşitməmişdim - elə bil siçan cüyültüsüydü... Tez qorxub 
əlimi çəkmək istəsəm də, bu dəfə  də o, əlimi buraxmadı, bərk-bərk basdı o şeyin üstünə.  Əlimi 
qeyri-ixtiyari oralarda gəzdirdim və bu dəfə bir az aşağıda əlim yarığa girdi. Qız indi də bir ayrı səs 
çıxartdı – iydə çiçəkləyən vaxt pişiklər belə səs çıxardardılar. Yetərin şivəninə Sürmə oyandı, məni 
özünə tərəf dartıb qaranlıqda Yetərə tərəf  çımxırdı: “Az erkək Tükəzban, nə özüu dağıdırsan, qoy 
uşaq yatsın, xəstədi axı. Allah səni biyabır eləsin!” 
 Bu dəfə üzümü daha əvvəldən tanıdığım tanış qız məmələrinin arasına qoyub yuxulamağa 
çalışdım. Amma ilan vuran yatdı, mən yatmadım. Bir yandan Sürmənin isti nəfəsi, döşlərinin 
hərarəti, o biri yandan da Yetərin  əlimə  dəyən  şey-şüyü huşumu qarışdırmışdı. Özümdən asılı 
olmayaraq hansısa hisslərim oyanmışdı. Bir tərəfdən də  qıçımın arasındakı durub məni girinc 
eləmişdi. Sürməyə toxunmasın deyə, qıçlarımı bərk-bərk bir-birinə qısmışdım. Amma deyəsən, qız 
da duyuq düşmüşdü. Məni özünə  tərəf daha bərk sıxırdı  və    mənim arsızımın onun haralarınasa 
toxunmağından xoşu gəlirdi. O məni özünə  tərəf daha bərk sıxmağa başlamışdı. Bu uşaq oyunu 
ikimizi də əməlli-başlı həyəcanlandırmışdı. Dan üzü necə yuxuya getmişəm,  xəbərim olmayıb. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə