Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə57/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   53   54   55   56   57   58   59   60   ...   83

¹2(3)    èéóí 2012 
 
124 
 (Kəndimizin qəbiristanından bir xeyli aralıda – qəribi qəbiristandan kənarda basdırarlar - 
qalayçının qəbir yeri var. Tək bircə bitili daşdan bilinir buranın qəbir olmağı. Bir də çəpişi-quzusu 
itənlər bir-birindən soraq alanda “qaleyçinin – bu bizim kəndin şivəsidi – qəbri tərəfdə gördüm” 
deməklə rəhmətliyi yad edərlər.) 
Elə o gün, bu gün Maypara arvaddan hamı qaçır. Elə bil onu lənətləmişdilər.  
Dursun anasından eşitmişdi ki, Maypara arvad erkəkləyib. Biz bunu ha fikirləşsək də bir tərəfə 
çıxarda bilmədik. Axı bu erkəkləmək nə deyən sözdü? 
  Mən bunu bir dəfə anamdan soruşdum. O, dik üzümə baxıb təəccüblə: “Onu hardan 
eşitmisən?” – dedi. Mən də yalandan dedim ki, biologiya kitabında var, başa düşə bilmədim. Anam 
bir az düşünüb dedi: “Mən bını belə bilirəm ki, bizim bağda ağ tut olurdu, sonradan onların bir 
çoxları barsız oldu, orda-burda xırım-xırda tuta oxşar xüşək meyvə gətirdi. Dədəm deyərdi ki, heyf, 
yaxşı tut idi, erkəklədi. Yəni bar gətirmədi. Elə arılarımıza da hərdən baban baxıb hirslənərdi ki, 
erkəkləyiblər, məhsul olmuyacaq... Nə bilim axı, pis erkəklərin, kişilər qarışıq, üzün gor görsün ki, 
onlardan heç kor it də xeyir görmüyüb...” 
 Deyəsən, anam sonuncu kəlmələri daha mənimçün deyil, elə özü özünə söyləyirdi. Nədən 
ki, o indi mənimlə danışmırdı, üzünü hansısa naməlum səmtə tutmuşdu atası kimi. 
   
 
SARMAT DƏNİZİ 
 
 Hafiz müəllim gəlməyinə gəldi, amma gec. Bu da Haşım babamın kefinə  soğan doğramışdı. 
Düşünürdü  ki, daha gəlməyəcək. Qapı döyüləndə kişinin kefi duruldu. Özü qalxıb həyətə çıxdı. 
 Hafiz müəllim qoltuğunda kağıza bükülü bir şey  içəri girdi. “Salam” deyib kağıza bükülünü  
qoydu stola. Bükülmə formasından bilinirdi ki, araqdı. Babam bükülüyə işarəylə: 
 -Məllim, bı nədi, ayıb döyü?  
 -Gərək üzürlü sayasan... Elə  bına görə gecikdim... Boçkada bir az tutumuz vardı, vaxtı 
ötürdü, dedim qurtduyar... Tökdüm qazana. Bu da həmin təzə çəkdiyimnəndi... 
 -Demək tutovka vuracayıq? Məndə  də  keçən ildən qalma zoğal var. Bəh-bəh! - bunu da 
babam deyir. 
  Bir azdan plov gəlir. Anam da kömək eləyir. Hərdən baxıram, yazıq arvadın əl-ayağı yerdə 
durmur. Mən onu heç belə sevinən görməmişdim. Havayı deyil, oğlu məktəbə girib, babası, 
müəllimi yığışıb qeyd eləyirlər. 
 -Həəə, Hafiz müəllim, götür görək... 
 Hafiz müəllim mənə baxır və göz vurur: 
 -Bəlkə səbəbkara da bir əlli qram süzəsən? 
  Mən qəti etiraz etsəm də müəllimim özü süzür və deyir: 
 -Sən ağıllı oğlansan, ananın, babanın adına layiq olacaqsan, mən bilirəm.(Atana isə bir quş, 
o onsuz da bir kişi deyildi. Əlhəzər, əlhəzər onnan!- yəqin ki, ürəyində belə dedi - nağılçının qeydi) 
Sənin sağlığına! Texnikumu fərqlənməylə bitir, gir universitetə! 
  Mən də vurdum, amma içmədim, qoydum yerə. 
 Sonra babam sağlıq dedi. Müəllimlərimizin, məktəbin, elmin, təhsilin sağlığına badə 
qaldırdı. Belə bir cümləylə sözünü bitirdi: ”Elmi olmayanın helmi də olmaz!” Bu dəfə mən də içdim 
onlarla. Və bir az sonra necə oldusa başladım danışmağa: 
 -Mən Bakıda dəniz gördüm... Babama dedim, qoydu bir az o dənizin qırağında oturdum... 
Mən bir az içmişəm... gərək bağışlayasınız... 
 -Xosu, nənə qurban, qoy baban, müəllimin danışsın... – bu anamdır, neynəsin biqeyrət ərin 
belindən gələn oğuldan  ağıllı bir şey eşidəcəyinə əmin deyil... 
 -Zəriş bacı, mən Xosrovu oğlum qədər istiyirəm... Ona özüm kimi inanıram... Siz allah, 
xahiş eliyirəm, dəymiyin, o elə-belə söz danışmaz... Danış, oğlum, biz səni eşidirik. 
 ...- Mən Xəzərin qırağında oturdum... Əvvəl mənə  dəniz çox qorxunc göründü... Hətta 
dalğalar sahilə sıçrayanda üzümə də çırpıldılar. İnanın, mənə elə doğma gəldi ki, bu dəniz birdən-


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
125
birə... Elə bil, mən nə vaxtsa onun qırağında oturmuşdum, elə bil mən haçansa bu dənizlə 
danışmışdım... inanmazsınız, o da məni tanıdı... Biz bir-birimizlə sözsüz danışdıq.  
 Babam keflənib, amma o kefli olanda düz danışır. Əslində o, elə həmişə düz danışır, amma 
içəndə sözü lap düzünəqulu deyir, rəsmiyyətdən-zaddan  əsər-əlamət qalmır. O belə vaxtlarda  
maraqlı olur. Bəyliyi, forsu-fasonu yoxa çıxır. Bax, indi üzünü mənə tutub deyir: 
 -Sən düz deyirsən, eyni şey mənim də başıma gəlib bir vaxtlar... Vapşe, bı Xəzər nədənsə 
bizə də doğmadı... yanı bu rayon uşaxlarını deyirəm... Ömründə dəniz görmüyən adam, mən Haşım 
Cavanşirov, ən dərin yerlərəcən üzürdüm. Hələ bir dəfə çimərlikdə batan bir qızı xilas eləmişdim. 
Haqqımda “Gənc işçi” qəzetində  məqalə  də  çıxmışdı. Hardasa o papkaların birindədi,  şəklimi də 
vermişdilər.  
  Hafiz müəllim də söhbətə qoşulur: 
  -Xosrovun sözünü qəribçiliyə salmıyın. Xəzər həmişə bizim gördüyümüz Xəzər olmuyub ki. 
Coğrafların, təbiətşünasların fikrincə, on milyon  il əvvəl formalaşmağa başlıyıb Xəzər regionu... 
Onnan çox-çox illər əvvəllərdə isə Xəzərlə Qara dənizin yerində beşinci okean – Tetis okeanı olub, 
sonra okean çəkilib, pontoxəzər mərhələsi başlayıb ki, onda Xəzərlə Qara dəniz vahid qapalı dəniz 
olublar – bu dənizin də adı Sarmat olub. Təsdiqini tapmış elmi məlumata  görə 500 min il əvvəl 
Xəzərlə Qara dəniz Kuma-Manıç çökəkliyi vasitəsiylə birləşirmişlər...  
  Mən kişinin sözünü ağzında qoyub az qala qışqırıram: 
 -Mən  Şükratazda, Lalalı  səmtində, lap Kummucanın dizinin dibində uçmuş yarğanda 
balıqqulağı topası görmüşdüm. Daşlaşmış o balıqqulağıları balta ilə  ağappaq  əhəngdaşının  
içərisinnən kəsib məktəbə gətirmişdim... 
-Hə, düzdü, mənə də göstərmişdin onları... Oralarda indi zəngin soda, əhəngdaşı  yataqları var. 
Bu gün həm bu çökəklik, həm də onun şimalında, cənubunda yerləşən  ərazilər, elə bizim 
Azərbaycan da daxil, hamısı verimli torpaqları, zəngin neft və qaz ehtiyatlarıyla zıngindir. Alimlər 
hesablayıblar ki, Sarmat dənizi çəkilməyə başlayanda  külli miqdarda dəniz çanlıları tələf olub ki, 
bu da buralarda misilsiz miqdarda karbohidrogen ehtiyatlarının yaranmasına gətirib çıxarıb. 
-Karbohidrogen yataqları? – babam təəccüblə soruşur. 
-Hə... Yəni, neft-qaz də...  O ərazilərdə tələf olan suda, quruda yaşayan canlıların qanınnan,  
orqanizmlərinin çürüntüsündən yaranıb bu neft yataqları... Neft – həm də qan deməkdir, hər 
mənada...  
-Bəs bu ərazilərin sahibi kim idi? Bu Kuma-Manıç sözü hardan gəlir? – babam şövqlə soruşur. 
Elə Hafiz müəllim də ondan geri qalmayan bir ədayla (açıqca görünür ki, bu iki dost belə 
mövczularda söhbətin ölüsüdürlər) cavab verer: 
-Kuma-Manıç çökəkliyinin yerləşdiyi ərazilərdə həmişə Kuman türkləri dövran sürüb ki, bu 
da oradakı kalmıkların, yaxud kumıkların adında qalıb. Elə Kuma-Manıç çökəkliyinin adındakı  
“kuma” sözü  “kuman”lar deməkdir... Bax, üzü belə, bir ucu Balxaş gölü, bir ucu Karpatlar, bir ucu 
Azərbaycanın  şimalı, bir ucu da İtil bulqarları, yəni Kazandan Rastovacan böyük bir ərazidə 
Kumanların, yaxud Qıbçaqların dövləti olub... Kumanlar, yaxud qıpçaqlar qıyıq, balaca gözlü, 
sarışın, yaxud qəhvəyi saçlı, bəziləri hündürboylu, bəziləri də gödərək, amma güclü, davakar 
adamlar olublar... 
-Dursun kimi... çukçafason... - bunu mən deyirəm və Hafiz müəllimlə babam uğunub gedirlər. 
Sonra Hafiz müəllim gülməyinə ara verib ciddiləşir və deyir: 
-Hə, hə! Bizim ərazilərdə  kumanların-qıbçaqların izi qalıb... Şükratazda Kummuca ki var ha... 
bax, məncə elə o da kumanların adıyla bağlıdı. Xosrovun sözünə  qüvvət, Dursunun dədəsi 
Əbdürrəhmanın babaları bir vaxtlar Şükrataz tərəflərdə yaşıyırmışlar. O yerlər indi də onlarındır... 
Döyüşkən, yeridiyi yerdən qan çıxardan bu adamlar  elə özümüzünkülərlə yola getmir, tez-tez 
döyüşə girərmişlər. Onların nəslinnən olan Əli kişi danışırdı ki, xəncərləri həmişə yanlarından asılı 
olan bu adamlar döyüşə  də “kum-kum”, yaxud “kım-kım” deyə atılarmışlar.  İndi az qala kökü 
kəsilməkdə olan o döyüşkən adamlara bizim ciddi ehtiyacımız var. Yəqin xəbəriniz var, neçə vaxtdı 
Stepanakertdə mitinqlər başlıyıb... 
-Nə mitinq? Genə başladılar?!– deyə babam həyəcanla soruşdu. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə