Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə54/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   50   51   52   53   54   55   56   57   ...   83

¹2(3)    èéóí 2012 
 
118 
Arxivlərin açılması ideyası Mixaelin də ürəyincə deyil. Axı onun mərhum atası da nasist idi 
və ictimaiyyətə açıq elan edilən sənədlər cənab Berq haqqında da allah bilir hansı faktları ortaya 
çıxara bilərdi. Bu isə Mixaelin hüquqşünas karyerasının sonu ola bilərdi. 
Əsərin bu yerində Bernhard Şlink oxucunu yenidən Mixaelin gənclik illərində  də yazmağa 
davam etdiyi gündəliklərinə qaytarır. 
...Məhkəmə iclaslarından sonra Berlin küçələrini məqsədsiz dolaşan Mixael ilk dəfə olaraq öz 
keçmişi haqda dərindən düşünməyə başlayır. Onun atası öz qələm yoldaşları haqqında donos 
yazıbmı? Kiminsə güllələnməsinə bais olubmu? Onun öz siyirməsində çap olunması qadağan 
edilmiş yazıçıların qara siyahısını saxlaması haqda deyilənlər doğrudurmu? Mixaelin atası 
çıxışlarında nə  qədər çılğın olsa da, ailədə bir o qədər sakit, həlim xasiyyətli insan idi. Odur ki, 
Mixael onun belə  aıçaqlıqlara qadir olmasına heç cür inanmaq istəmirdi. Bəs atasının Gestapodan 
olan dostları? Onları ki Mixael öz gözüylə görmüşdü. Tərəddüdlər bir an da olsa gəncə rahatlıq 
vermir... 
 
HANNA İLƏ SON GÖRÜŞ 
 
Bu görüş planlaşdırılsa da, baş tutmur. 18 il həbsxanada yatmış Hanna cəza müddətinin başa 
çatmasına az qalmış intihar edir. O, həbsxanada işləyərək topladığı pulları Holokost qurbanlarına 
çatdırmağı vəsiyyət edir. Amma onun bu yardımından imtina edilir. 
Əsərin sonunda Mixael yenə tərəddüd içindədir. Bəli, nasizmin mahiyyətini anlamamış Hanna 
kimi "savadsız" almanlar nəinki öz ölkələlərinə, bütün dünyaya fəlakət gətirib. Amma tövbə etmiş, 
cəzasını  çəkmiş, "savadlanmış" hannalar bu cür davranışa, rədd olunmağa layiqdirlərmi? 
Mixaelin gündəliklərinin son bölümü də bu mövzudadır.  
...Ata, məni qınayırlar ki, sənin portretini kabinetimdən asmışam. Sənin  şeir kitablarını 
yenidən çap edirəm, sənin haqqında dostlarının xatirələrini toplayıb nəşr etdirirəm. Sənə heykəl 
qoyulması üçün şəhər bələdiyyəsinə müraciət etmişəm. Mən səndən imtina etməliyəmmi? Axı 
səndən həm də gözəl  şeirlər qalıb. Sənin mənim üçün etdiklərin isə  təkcə Daxau düşərgəsindən 
lənətlənmiş qara kürü gətirmək olmayıb. Mən üzümü hamıya tuturam: Məgər keçmişin üstündən 
çalın-çarpaz xətt çəkmək olarmı?.. 
"Qiraətçi" indiyəcən dünyanın 40-a yaxın dilinə tərcümə edilib, milyonlarla nüsxəsi satılıb. 17 
il qabaq oxuduğum romandan yadımda qalanlar bunlardır. Bəlkə  də  nəyisə qarışdırdım, üstündən 
görün neçə il keçib, ümid edirəm günahımdan keçərsiz... 
   
 
 
 
 
 
 
 
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
119
 
Н Я С Р 
 
 
 
AZAD QARADƏRƏLİ 
 
 
      
 
 
 
 
KUMA-MANIÇ ÇÖKƏKLİYİ 
Ðîìàí
 
(jurnal variantı) 
(əvvəli ötən sayımızda) 
  
NİYƏ? 
 
  Mən çox pis olmuşdum. Birincisi, Dursunun hərəkəti məni üzmüşdü.  İkincisi də, atam 
haqqında bilmək istədiyim  şey gözlədiyimdən də  ağır olmuşdu. Mən bu iki yükü birlikdə  çəkə 
bilmirdim. Üstəlik də bir aydan sonra Bakıya oxumağa getməliydim. Bu dağlar, bu dərələr, Bəsid 
çayı, dünyada ikinci, Avropada birinci olan çinar meşəmiz, dostlarım, tanışlarım, Dursun burda 
qalacaqdı. Mənim bu dünyada yeganə əziz adamım olan anamdan ayrılmağım isə  ən böyük əzaba 
bərabər idi. Amma məni Bakıya dartan iki şey vardı: bir o texnikumda əlaçı oxuyub ali məktəbə 
qəbul olmaq istəyi  (bunu babam başıma salmışdı), bir də  Səkinə. Mən bu qızı  əməlli-başlı 
sevirəmmiş ki! (Amma atamın o biabırçı əhvalatını eşidəndən sonra özümə bir çox şeyləri qadağan 
eləmişdim: nəfsimi qoruyacam! Nənəm demiş, nəfsimə tüt deməyi bacaracam... Anamın, babamın 
başını aşağı edən heç bir iş tutmayacam.) 
  İndi məni bu boyda kənddə özünə  çəkən iki adam vardı: babam və Hafiz müəllim. Hafiz  
müəllimin evinə kefim istəyəndə gedə bilməzdim. Artıq yaşlı-başlı kişi olsa da ailədə qapalı adam 
idi. Arvadını demək olar ki, küçəyə-zada buraxmazdı. Ya bəlkə arvad özü bunu istəməzdi, 
bilmirəm. İndi desəm, inanmayacaqsınız: mən bu qadını  cəmi iki dəfə görmüşdüm – bir Dursunla 
onların evlərinə gedəndə, bir də Hafiz müəllimin anası vəfat edəndə. 
  Birincini bilirsiniz, ona görə ikincini danışacam. Biz altıncıda oxuyanda yay tətili vaxtı 
Hafiz müəllim dostlartıyla Yeravana bazarlığa getmişdi. (Hə, bizim tərəfin adamları Bakıdan çox, 
Yeravana, ya da Kafana, Kacarana  bazarlığa gedərdilər. Bakıya nisbətən buralar həm yaxın idi, 
həm də ucuzluq. İndi erməni  əlində olsa da, bir vaxtlar bu türk şəhərləri babalarımızın da al-ver 
elədiyi, atıb-tutduğu yerlər  olub. Kişilər olub ki, səhəri Mincivanda, günortanı  Təbrizdə, axşamı 
İrəvanda - əsl adı budu - yeyirmiş.)  Həm apardıqları gilası satacaqdılar, həm də  gələndə bizdə 
tapılmayan mallardan alıb gələcəkdilər.  
 Hafiz müəllimgil gedən gecənin səhəri Atlas xala baxır ki, qaynanası keçinib. Qadın çöl-
bayırın yol-yolağasın da unutmuşdu. Ata-anasını, qardaş-bacısını görsəydi, bəlkə tanımazdı da. 
Hündür hasarlı evdən bir dəfə də bayıra addım basmayan, evlərində ərindən, oğul-uşağından başqa 
adam sifəti görməyən qadın çaşıb qalır. Axı o heç ölü də görməmişdi. Nə ağlaya bilir, nə səsi çıxır, 
eləcə arvadın üstünü örtüb oturur ki, Hafiz müəllim gəlib çıxanı gözləsin. Axı Hafiz müəllim də 
təzə gedib. Günortaya bazara çatarlar, axşamacan gilası satarlar, axşam tərəfi bazarlıq edərlər, gecə 
Bakı-Noraşen, ya da Zəngəzur qatarıynan gəlib çıxarlar. Bu da eləyir düz bir sutka. (Hələ ola bilsin 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə