Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə50/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   46   47   48   49   50   51   52   53   ...   83

¹2(3)    èéóí 2012 
 
110 
ТЯРС КЮШЯ
 
 
 
 
GÜNTAY GƏNCALP 
  (Finlandiya) 
 
 
 
 
ŞAH İSMAYIL ŞAİR OLMUŞMU? 
  
Bağdad  əhalisi  şiə  və sünni olaraq könüllücə  İsmayıla təslim oldu. Bağdad işğal edildikdən 
sonra Bağdadın sünnilərini qətl etməyə başladılar. Barıqın bütün soyunu qətl etdilər. İsmayılın əmri 
üzərinə sünni fəqihləri yaxaladılar. Sünnilikdə qalmaqda israrlı olanları öldürüb ailələrini qızıl-
başlara buraxdı. Qızılbaşlar Bağdadda o qədər adam öldürdülər ki, Şah  İsmayılın məddahlarının 
yazdığına görə  Fıratın suyu qan rənginə döndü. Bağdadda bir çox sünni memarlıq abidələrini yox 
etdilər. Bu memarlıq abidələrindən biri də  Hənəfi məzhəbinin qurucusu olan Əbuhənifənin məza-
rının üstündəki yapım idi. Bu məzar bir məsciddən və ona bitişik bir də  mədrəsədən ibarət idi. 
Əbuhənifənin məzarı üstündəki mədrəsəni və məscidi Səlcuqlar yapdırmışdılar. Şah İsmayılın əmri 
üzərinə mədrəsə və məscidi yerləbir etdilər. Əbuhənifənin də məzarına bir dəlik açdılar. Əbuhəni-
fənin sümüklərini çıxarıb onun yerinə bir köpək basdırdılar. Sonra Əbuhənifənin məzarının üstündə 
bir tualet düzəltdilər. Bağdadın küçələrində qızılbaşlar car çəkdilər ki, kim bu tualetə gedib hacətini 
bərtərəf etsə, ona 25 Təbriz dinarı veriləcəkdir. Bu zaman Qumlu bir şair İsmayılın yanında idi. Bu 
şairin yazdığı bir beyt şeiri tualetin divarına yazdılar.  Şeir bu məzmunda idi: Şiə  Əbuhənifənin 
məzarına sıçdı, şiənin sıçdığı məzara sünni səcdə etdi. Şiənin sıçdığı yer sünninin səcdəgahı oldu.
 
 
Bu zaman İsmayıl 22 yaşındadır və ölkəsinin sınırlarını gündən-günə genişlətmək üzrədir. 
Qısa sürədəki uğurları artıq qızılbaşların təsəvvüründə onu Allahın özü kimi təsvir etmişdi. Onun 
yeniləcəyinə inanmırdılar. Allahın ruhu olan bu adam sünniləri tarixdən silmək və Əlinin, Hüseynin 
intiqamını onlardan almaq üçün göndərilmişdi. Bu şəkildə inanırdılar. “Şiə əhli qızılbaşlar Allahın 
adını tam olaraq unutmuş, yalnız İsmayılın adını zikr edirlər. Biri qaranlıqda atdan yıxılsa, Allahdan 
deyil İsmayıldan yardım diləyir. Müsəlmanlar “Lailaə illəllah, Muhəmməd rəsulullah” deyirlər. Şiə 
qızılbaşlar isə “Lailahə illəllah, İsmayıl vəliullah” söyləyirlər. İsmayıl qızılbaşlar üçün həm Allah, 
həm peyqəmbər, həm də təriqət şeyxidir. Qızılbaş ozanlar şeirlər yazıb Xətai adına yayımlayırdılar. 
Onu Əlinin qılıcı “zülfüqar” adlandırır, şeirlə İsmayıl kimliyini təbliğ edirlər. Daha sonra bütün bu 
anonim şairlərin, xətailərin yazdığı şeirlərin hamısı Şah İsmayıl adına tarixə keçiriləcəkdi. Bu haqda 
irəlidə ayrıntılı bilgi veriləcək. Burda isə, qızılbaş ozanların İsmayıl kimliyini necə anladıqlarından 
bir örnək gətirmək istəyirəm:
 
  
Ta kəlamullahi-natiq höccəti-tənzildir
 
Əlləməl əsmai-hüsnün surəti-təvildir
 
Ləşkəri- ərvahə bu söz qüvvəyi-təhsildir
 
Kim Əlinin Zülfüqarı Şah İsmaildir.
 
  
 
Mətlə-i həcci imamətdən doğub xurşidi-zât
 
Ərsə-i nuri təcəlli oldu xəlqi-kainat
 
Çağırır əflaku, əcramu, cəmadatu nəbat
 
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
 
  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
111
Getdi ərş üstündə rəhman surətin, ruh-ul əmin
 
Lövhi-məhfuzi ilahi oldu Qurani-mübin
 
Zahiri eyn-ül yəqindir, batini həqq-ül yəqin
 
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
 
 
 
Çün Xətaidir kəlamullahi-natiq çakəri
 
Oldu “Heydər” qullarının kəmtərindən kəmtəri
 
Pəs hidayət kim ona oldu bu ismin rəhbəri
 
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
 
  
Şah İsmayılı Əbuhənifənin məzarına belə sayqısız davranmağa zorlayan inanc nə idi? Hənəfi 
Məzhəbi  İslamiyətdə  ən liberal məzhəbdir.  Əbuhənifəyə görə  Yəzid-Hüseyn qarşıdurması müsəl-
manların  əbədiyən davam edən sorunu olmamalıdır. Bunu tarixi şərtlərinə görə  dəyərləndirmək 
gərəkir. Bu üzdən də  Əbuhənifə “Allah Yəzidə  lənət eyləsin!” söyləməyi caiz bilməmişdir. 
Əbuhənifənin bu fikrini İmam Məhəmməd Qəzzali “Kimya-i səadət” əsərində daha da geniş açıqlar. 
Qəzzali dilin 20 afətini sayar. Bədənin ən aktiv üzvü dil olduğundan ən çox zərərlər də dildən gələr. 
Qəzzali, yalan, sancma, kötü sözlər söyləmə, qiybət, qarayaxma kimi özəllikləri sayar və sonra da 
bu “lənət” məsələsi üzərində durar. Qəzzali “Yəzidə lənət!” söyləmənin doğru olmadığını izah edər. 
Çünkü gerçəkdən də biz Yəzidin suçlu olduğunu bilmirik. Onu bilən Allahdır və suçlu isə, cəzasını 
Allah verməlidir, “Allah Yəzidə lənət eyləsin!” deməklə Yəzid cəzalanmaz. Zatən bizim cəzalandır-
ma imkanımız da yoxdur. Ayrıca, İslamda müsəlmanlardan “Allah lənət eyləsin” kimi bir söylənim 
istənməmişdir. Bu üzdən də o dünyada “Allah Yəzidə lənət eyləsin” demədiyimiz üçün yaxamızdan 
yapışmazlar. Çünkü belə bir istək olmamışdır. Ancaq Yəzid suçlu deyilsə  və biz “Allah Yəzidə 
lənət eyləsin!” deyiriksə, o dünyada adamın yaxasından yapışarlar ki, nədən bilmədiyin işə burnunu 
soxmuşsan? Səfəvilərdən bizə miras qalan sürülər  şəklində camilərdə toplaşıb mələşərək “Allah 
Yəzidə və onun dədə-babasına lənət eyləsin!” söyləmək olmuşdur. Şah İsmayılın uçurub dağıtdığı 
Əbuhənifənin məzarını Sultan Süleyman Bağdadı aldığında yenidən onarıb  əski durumuna 
qovuşduracaqdı.
 
 
Şah  İsmayıl  İraqı aldıqdan sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada Hüseynlə bir yerdə 
şəhid olmuş Hürrün məzarını açar. Görər ki, Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə 
durmaqdadır! Dəsmalı  çıxardığında qan axmağa başlar! Sonra dəsmalı  nə  qədər yerinə qoysa da
qan durmaq bilməz!  İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyar! Bütün bunlar Şah 
İsmayılı tanrılaşdırmaq üçün uydurulmuş yalanlardan başqa bir şey deyildir. İran-İraq savaşında 
xalqın gənclərini anlamsız bir savaşda dəstə-dəstə ölümə göndərən və modern səfəvilik olaraq 
dirilən xumeynizm bu yalanları qullanmaqda və radio-tv-lərdə  İsmayılın bu yalan macərasını 
anlatmaqda idi. İnsan ağlının soru sormasını yasaqlayacaq şəkildə sunulan yalanlar. Hürr sanki, 
sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hüseyin dəsmalını qoymuş. O savaşda insanları 
param-parça doğradılar. Hüseynin başını  kəsdilər. Hürrü doğram-doğram doğradılar. Ayrıca, 
İsmayıl nədən Hürrün qəbrini açmalı idi? Buna bir yetkisi varmı idi? Bu, yalandan və uyduruqdan 
başqa bir şey olmamışdır. 900 ildən sonra torpağın altında qanmı qalar? Tamam çürüyüb torpağa 
qarışar. Anlaşılan odur ki, İsmayıl Hürrün qəbrini də açmamışdır. Çünkü 900 ildən sonra Hürrün 
qəbrinin harda olduğunu necə tapmaq olardı? Ya da yenicə ölmüş birinin qəbrini Hürrün məzarıdır 
deyə açımışlar ki, qızılbaşlarda sünni düşmənliyini daha da dərinləşdirsinlər. Sadəcə o zaman və 
sonrakı modern səfəviyə dönəmində bu yalan, kütləni aldatmaq üçün gərəkli olmuşdur.  Şah 
İsmayıla aid olub olmadığı bəlli olmayan bu yalan hekayəni anladan qəzələ baxalım:
 
  
  
Ey müsəlmanlar, əsir-i zülfi yarəm doğrusu,
 
Bir sitəmkarın əlindən biqərarəm doğrusu.
 
Derdim ol dilbər yanında etibarım var mənim,
 
Yoxladım etdim yəqin, bietibarəm doğrusu.
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə