Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə47/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   43   44   45   46   47   48   49   50   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
103
 
 
 
FEYZİYYƏ HACIYEVA 
 
 
 
      
 
 
*  *  * 
vətənmi anadan əzizdi
ya anamı vətəndən? - 
əcəb gülməli sualdı, 
ağladım gülməkdən. 
vətən anamdan əziz olsaydı, 
anamı yox, 
vətəni dalıma alıb, 
qaçardım Qarabağdan. 
*  *  * 
Qarabağa nəsihət 
 
gözəl qızım,  
qismətləri sən olmayan igidlərin  
gözləri hələ də səndədir. 
nə olsun ki,  
«qaçırılmış qızı geri qaytarmazlar» - deyib 
səni qaytarmağı özlərinə ar bilirlər. 
amma düşmənə yar olmağını ar bilmirlər. 
 
yüz qızdan birini seçdilər, 
yolunda candan keçdilər, 
“bala, bala, gəl” - dedilər
“qaçma, gözəl” - dedilər, 
“hardan olsan səni taparam, 
alıb qaçaram” - dedilər. 
 
gözlərin arxada qalmasın, qızım, 
arxanca gələn olmayacaq. 
dilini şirin elə, yerini rahat. 
barı çalış özün xoşbəxt ol, 
balalarından muğayat. 
 
*  *  * 
sən qürbətdə doğulmusan, 
sən qərib övladısan 
sən vətəndə doğulmusan, 
sən vətən övladısan. 
bu torpaqlar - 
atan üçün yurd yeridi, 
anan üçün qürbətdi
o torpaqlar anan üçün yurd yeridi, 
atan üçün qürbətdi, 
bu torpağın insanları  
atanın doğmaları, 
ananın yadlarıdı. 
o torpağın adamları  
ananın doğmaları, 
atanın yadlarıdı. 
o torpaqda da, bu yurdda da  
qürbətdəsən, qəribsən. 
o torpaqda da, bu yurdda da  
vətəndəsən, vətənsən. 
qürbətlərin, vətənlərin arasında qalan balam
nə qürbəti, nə vətəni olan balam. 
qalmısan yolayrıcında, 
arzu ayrıcında. 
kimin doğma, kimin yaddı, seçəmmirsən, 
nə doğmandan, nə yadından keçəmmirsən. 
haça yollar qollarında uyuyanım, ovunanım, 
qalmısan, ağlaya-ağlaya  
önündə doğma yadların, 
arxada yad doğmaların. 
göz yaşının damlasına qurban olsun  
bu vətən də, o vətən də, 
o qürbət də, bu qürbət də. 
sənin yurdun, sənin evin 
o üzdə də, bu üzdə də 
doğma yadlarının, 
yad doğmalarının sevgisidi, qayğısıdı. 
gör nə qədər sevənin var, başına dönənin var, 
körpə balam, 
bu diyardan, o diyara körpü balam. 
 
 
  


¹2(3)    èéóí 2012 
 
104 
 
 
 
ŞƏHRİYAR DEL GERANİ 
 
 
 
 
 
 
Müharibədən qayıdandan 3 il sonra yazacağım şeir 
 
bağışla əzizim, 
qollarım yoxdu 
səni qucaqlayam... 
düşüb əcəb qarışdı 
Kəlbəcər çöllərinə... 
bağışla... görüşünə yubandım 
Bakıda kasaddı 
əlil arabasına 
uyuşan yollar... 
sağ ayağımı Zəngilana verdim, 
yeriyə bilmirdi yazıq Zəngilan... 
gördünmü aldıq torpaqları 
işğal olmuş bədənlərimizlə?! 
gördünmü hasarladı nazirlər 
Cıdır Düzünü... 
bəzədilər küçələrin 
çapılmış üz-gözünü 
yaraşmadıq vətənə 
bürüdülər hər tərəfi 
Röyanın şəkillərinə, 
həvədiş idmançıların 
çılpaq bədənlərinə... 
ancaq, bilirsənmi, 
qollarımın tutmadığı 
hava boşluqlarında 
həmişə yağış yağar, 
külək əsər ayağımın 
düşmədiyi iz yerindən, 
deyirəm, son dəfə 3 il öncə 
olmuşam o yerlərdə, 
görəsən qollarımın üstündə 
tikilən binaları görə 
biləcəmmi heç... 
görəsən, özündən qovulmuş 
vətəndaşlarımızı, 
qaçqın düşmüş bədəndaşlarımızı 
hara köçürdəcəklər heç...??? 
 
 
 
 
SƏRDAR TAĞIYEV 
 
 
 
 
 
 
“ZORLAMAYIN” ŞAİRLƏRİ 
        Sol yumruğu başından yekə şair dostlarıma         
 
Bəlkə də ən böyük arzuları bal arısını öpməkdi  
Bir şıltaq qız dilindən şeirlərini eşitmək onlarçın xoşbəxtlikdi 
Nəyi var bu yetimlərin?  
Qürurludurlar? 
Yalandı. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
105
Qürurları bir cüt ala göz qarşısında aciz qalandı. 
Düşüncələri anormal olsa da, normal qucağa ehtiyacları var. 
Nəyi olmasa da ehtiyacları var. 
Şair olan gündən ailələrinə xəyanət ediblər. 
İndi toxunduqları yerdən “hamilə” qalırlar. 
Sonra şeirlərini sakitlikdə “doğurlar”. 
Eynən bioloji doğuş kimi 
Ahlarını pıçıltılarla boğurlar 
Bu zaman heç də analardan az əziyyət çəkmirlər  
Ana bətnində gəzdirdiyi tək onlar da qəlbində gəzdirir böyüdür şeirlərini 
Mamaçaları qaranlıq gecələr.  
Bəzilərinin şikəst doğulacağından qorxub çarəni “obort”da görürlər 
Onları Feysbuk qəbirstanlığında status qəbirlərində gömürlər. 
Birini sağlam doğurlar, birini xəstə 
Biri bir əsr yaşayır, biri bir həftə 
Hə, övladlarının atası da var: Cəmiyyət 
Odur ki, “zorlamayın” şairləri  
ki, övladlarının adı olmasın Əziyyət, Xəyanət, Nifrət! 
Olsun Duyğu, Sevgi, Əmanət. 
P.S     Təvəllüdü: 06.12.11 
 
    
      
  
 
 
TOĞRUL İBRAHİMLİ 
 
 
 
 
 
 
GİZLİ  ŞƏHƏR 
 
.. Mövsüm payız 
Üzümdə sarımtıl bir hüzn 
Yeriyirəm səkilərində 
Bu möhtəşəm şəhərin 
Nələr gizli bu gecə qoynunda? 
Hansı yalana aldandı uşaqlar? 
Kim kimi öldürdü? 
 
Titrəyən əllərini bu gün kim öpdü? 
Baxıram axıb gedənlərə. 
Çaşqınam içimə dolan sözlərə 
Bir başqa doğacaq gün yenə. 
Körpənin balaca əlləri ilə möhkəm-möhkəm 
tutduğu 
Bir barmaq qədər köməksiz ruhum. 
Daxilimi yandıran qoxunla 
Xatirələrimi buraxıram hər addımda 
Ardımda bir qadının ayaq izi. 
Bu yorğun gecəni qarşılayıb qonaq edən 
Bütün yalnızlıqların içindəkiləri süzüb, 
Sənə eşq, sənə şeir yazan 
Yoxsul bir adamam. 
Bir daha bil 
Bu şəhəri və səni sevirəm... 
 
  
  
  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə