Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə43/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   39   40   41   42   43   44   45   46   ...   83

¹2(3)    èéóí 2012 
 
94 
VAHİD  ƏLİFOĞLU 
 
*  *  * 
Heyvanın da üzü dönüb
Çölün, pəyəsin tanımır. 
Qoyun küsüb, quzu küsüb, 
Kələ düyəsin tanımır. 
 
Dul gözüdü, dolub dünya, 
Göyərməmiş solub dünya, 
Üç hambala qalıb dünya, 
Ölü qibləsin tanımır. 
 
Xaltasın yağlayan mənəm, 
Başından bağlayan mənəm, 
Bu iti saxlayan mənəm, 
Bu it yiyəsin tanımır. 
 
Allah, yağdır, yu meşəni, 
Qoy aparsın su meşəni, 
Bir şey qırır bu meşəni, 
Sapı tiyəsin tanımır. 
*  *  * 
Allah, qaçdı bəndən uzaq, 
Üzü qara səndən uzaq. 
Satan aydan, gündən uzaq
Bazarda pəncərə olmur. 
 
Bu budağın xatası var, 
Asılmağa çatısı var, 
Dərdin cana qapısı var, 
Azarda pəncərə olmur. 
 
Eşidilmir gecə səsin, 
Səs içində neçə səsin... 
Bəlkə daşdan keçə səsin, 
Hasarda pəncərə olmur. 
 
Gözlərim, səni kim sıxıb, 
Nəyin qalıb, nəyin axıb... 
Ağlama torpağa baxıb, 
Məzarda pəncərə olmur... 
 
 
“AYÜZLÜM, QƏBRİMİN ÜSTÜNƏ DÖŞƏN...” 
     
«Yazı» jurnalı olaraq sağlığında öz layiq olduqları 
qiyməti ala bilməyən, müxtəlif səbəblərdən çap olunma-
yan,  ədəbi cameədə elə  də tanınmayan qələm sahiblə-
rimizin yazılarını yaymaqda davam edirik. Dostum 
Nəriman  Əbdülrəhmanlı bu kitabı  mənə  təqdim eləyib 
Arif Mustafazadənin Gürcüstan ədəbi mühitinin forma-
laşmasında müstəsna xidmətləri olduğunu, indi imzaları 
respublikamızın oxucularına yaxşı tanış olan gürcüstanlı 
şair və yazıçıların çoxlarının məhz Arif Mustafazadə 
məktəbi keçdiklərini, onun şinelindən çıxdıqlarını de-
yəndə, yazıları haqda yüksək fikirlər söyləyəndə inamsızlıq içindəydim. Boynuma alım ki, bu imza 
mənə nəsə demirdi, adını eşitmişdim, ancaq harda, nə yazdığını xatırlaya bilmirdim. 
Gecə kitabı oxudum. Nəriman haqlı imiş, bu kitabda toplanan şeirlər, yazılar məni 
ovsunlamışdı, sehrindən, cazibəsindən yaxa qurtara bilmirdim. Indiyə kimi belə gözəl şairi, yazıçını 
tanımadığım üçün  çox  təəssüfləndim.  
Kitabdakı şeirlərdən bəzilərini oxuculara təqdim edirik.  
    
 Aslan Quliyev 
 
   
 
 
 
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
95
ARİF MUSTAFAZADƏ 
 
*   *  * 
Sıxır məni boz küçələr, boz şəhər, 
Yaşayıram ölüm-zulum, birtəhər, 
və bircə gün üzünüzdə qəm, kədər, 
deyərmisiz: hayıf sənə, ay Arif! 
 
Dərələrin bir yay kimi gərilmir, 
Quzuqulağın, qulançarın dərilmir, 
Qurumağa daş qurudun sərilmir
gəlmir sənə payızönü pay, Arif 
 
Biri, üçü… elə-belə, bu paydı, 
onu, yüzü… öz yerində, bu saydı. 
Kötəklərin ağrısını sən aydır, 
fələk sayır, bir özün də say, Arif. 
 
Sənin payın sinilərdə gəlmədi, 
sözə-gapa sinnilər də gəlmədi. 
Kədər yerli, sevinc özü gəlmədi, 
Kimə gərək gərilməyən yay, Arif? 
 
Təpə-dırnaq acımaydın, ağıydın, 
qıvraq yatmış çəkilməyən ahıydın. 
Qardaş, məni çayaşağı axıdın, 
qismətinmiş urvatsız yas, vay, Arif! 
 
*   *  * 
Mənəmmi dünyanın gözündən düşən, 
güneyindən düşən, küzündən düşən… 
Ayüzlüm, qəbrimin üstünə döşən
bu da bir qismətdi, belə gedirəm. 
 
Işıqsan! Ruhuma, Tanrı, sal işıq, 
bir güvənc qarışıq, ovunc qarışıq. 
Mənim havamı çal, Tanrısal aşıq, 
haqqın qapısına kölə gedirəm. 
 
Səslənsən, səsinə atın çıxmaya, 
qohumun çıxmaya, yadın çıxmaya, 
Elə canın çıxa, adın çıxmaya, 
bircə düşməyəsən dilə, gedirəm. 
Xaraba körpüyəm, keçilənəmmi, 
payız otlarından seçilənəmmi, 
qara torpaq üstdə kiçilənəmmi, 
içimdən batıram lilə, gedirəm.  
 
Ay Arif, havayı döymə dizinə, 
həsrətmisən qohum-qardaş üzünə? 
Haqsan, haq xəncəri bais gözünə, 
nahaqsan, demə ki, selə gedirəm. 
 
*   *  * 
Yarpaqları boş-boşuna 
küləklər atdı tuşuma. 
Yol daşını- yol quşuna, 
atdım, Xocam, atılmadı. 
 
Yazımı qarlı qışıma,  
sevincimi göz yaşıma 
öz içimi öz dışıma 
çatdım, Xocam, çatılmadı. 
 
Ağ yelinli buludumu 
ağ yel əsib sovurdumu? 
Dolu döymüş umudumu 
satdım, Xocam, satılmadı. 
 
*   *  * 
Qara bəxtim, manşırım, 
səni hardan aşırım? 
Üzücü sərt aşırım,  
çovğunu mən, qarı mən. 
 
Boz keçir, günüm-ayım –  
nəyi ömürdən sayım? 
Qəm-ələm xurcuntayım, 
 meyvəsi mən, barı mən. 
   
Surum, salma hay-həşir, 
ölüm kimə gənəşir? 
Salam qoca mürdəşir, 
yarı sən gəl, yarı mən. 
 
   
  
  
 
   


¹2(3)    èéóí 2012 
 
96 
SARSIDICI XƏBƏR: SİYAMƏK İNTİHAR ETDİ! 
 
 
Güney Azərbaycanın “Ələmdar Gərgər”  şəhərindən olan  yazıçı Siyamək Səbri Türkiyənin 
Ankara  şəhərində intihar edib. “Amerikanın Səsi”nin Azərbaycan xidməti Siyaməkə yaxın olan 
adamların bir neçəsiylə əlaqə saxlayıb və xəbərlərin doğruluğunu təsdiq edib. Siyaməkin ölümünün 
səbəblərini araşdıran yaxın dostu Alp Güneyli iddia edir ki, Siyamək Səbri 20 gün əvvəl Ankarada 
özünü bir körpüdən ataraq intihar edib, amma o, intiharın müəmmalı olduğunu bildirir. Siyamək 
təhsilini davam etdirmək üçün 5-6 ay əvvəl Türkiyəyə dönüb və orada yaşayan  İran azərbaycanlı 
siyasi fəallarla sıx  əlaqə saxlayıb. Evdən çıxdıqdan üç gün sonra onun cəsədi aşkar edilib. Bəzi 
iddialara görə, Siyaməkin ölümü lentə alınıb, lakin bunu təsdiq etmək mümkün olmayıb. Ankara 
polisi videonun ailəsindən başqa heç kimə göstərilməyəcəyini bildirib. Ailə üzvləri valideynlərinin 
xəstəliyinə görə onun ölüm xəbərinin yayılmasını istəmir. Siyaməkin dostlarının bəzisi Norveç 
dövlətinin bu təhqiqatda iştirak etdiyini bildirir. Belə ki, Siyamək Norveç vətəndaşıdır. Norveçin 
Xarici  İşlər Nazirliyinin bu işə müdaxiləsi Siyaməkin dostları  və ailəsi tərəfindən tələb edilib. 
Siyaməkin bəzi dostları Norveç və Ankarada onun depressiyaya qarşı dərman qəbul etdiyini və bəzi 
ruhi problemlərə malik olduğunu deyir. Alp Güneyli iddia edir ki, bəziləri mövzunun üstünün 
açılmasını istəmir. Alp Güneyli onların şantaj edildiyini deyir. Siyamək Naxcıvan sərhədinə yaxın 
Ələmdar Gərgər  şəhərində 1973-cü ildə doğulub, Təbrizdə boya-başa çatıb. Müxtəlif çətinliklərə 
görə Azərbaycan respublikasına qaçıb və Birləşmiş Millətlərin Qaçqınlar Təşkilatı vasitəsilə 
Norveçə yerləşib. Siyamək ömrünün son 10 ilini orada keçirib. O, Norveçdə keçirdiyi qaçqın həyatı 
barədə “Norveç yazıları” adlı avtobioqrafik roman yazıb. Kitab Bakının ədəbi çevrələrində maraqla 
qarşılanıb. 
Siyamək Səbri bir sıra məqalə və oçerklərin də müəllifidir. 
  
 
 
 
SIYAMƏK 
 
 
 
 
 
 
Gözəl 
Kaman qaşlar 
Piyalə gözlər 
İncə bel 
.  .  . 
Yaşıl meşələr 
Xarı Bülbül 
Sərin bulaq suyu 
Şərablı gecələr 
.  .  . 
Arifə bir işarə 
Doooost, dost məclisləri 
İçini anlıyanlar 
Haqq məhkəməsi 
 
 
 
Bir qulağı sallanmayan 
Ədalət tərəzisi 
Utopiya 
.  .  . 
Gözəl yaxalandımı 
Bu torpaq üzrə? 
Gözəl düşünürük 
İblis yaradarkən 
 
 
Senarist 
Nə zaman? Harda? 
Erkək ya qadın? 
Dünən, bu günmü, yarın 
Kim sordu mənə? 
Buraya məni tullamadan öncə? 
.  .  .  
Adın, soyadın? 
İrqın, tarixin? 
Amacın, istəmədiyin? 
Soran oldumu mənə 
Burada doğmadan öncə? 
.  .  .  
Kimə yazıram mən 
Səhnəsi boykot olmuş 
Gözəl senarioları? 
Cavab ver Tanrı 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə