Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə42/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   38   39   40   41   42   43   44   45   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
91
Э Ц Н Е Й   С О В Г А Т Ы
 
 
 
 
AYDIN  YARI 
     
 
 
 
 
 
*   *  * 
Özümü baş ağrıma qatdım  
Pəncərəmin baxarında 
 gənclər kişnəyirdilər 
   və asfalt  
qırmızıya çalırdi 
Qapımızın o yanında  
     Güllələr ulduzlarla evlənirdilər 
Özümü baş ağrımla  
dincəlməyə tapşırdım 
Qaçan yuxularım  
tarixin axarında  
       haraya çatırdılar 
Özümü baş ağrımla eşiyə atırdılar 
SMS ”lərim havada dustaq"  
Qulaqlarım səsdə 
Əllərim başımda  
         ağrımı tumarlayırdılar 
        ...Qapım döyülür 
 
      
 
 
 
  
R
UQİYYƏ SƏFƏRİ
 
 
 
 
 
1)
Səni yağış yağan
 
göydən tanrıdan diləmişəm
 
adını deyəndə sözlər deyilməz olur
 
dilim tutulur
  
gözlərim sayıxlayır sevdanı. 
 
səni dadır ürəyim 
 
dadın damağımda qalır.
 
sən
 
mələk timsalında tanrı payısan.
 
tut əlimi
 
əyləş ürəyimdə
 
gözlərimə qonaq ol sevgilim.
 
 
2)
 
Çeşməli küçələr
 
palçıq divarlar
 
və sərhədsiz sevginin gizlənc yeridir 
 
Gülüstan bağı!
 
gülüşləri oyadır konyak yuxusundan
 
addımlarının səsi itərkən qulağından
 
və bir qız sevdasında
 
Təbriz küçələrini dadır məhəllə-məhəllə.
 
su səpilir küçələrə
 
torpaq qoxusu verir axşamlar
 
baxışlardan gizlənən oğlan 
 
məhəllənin tut ağacın sevgisinə anıt yapır
 
və and verir Eynalıya
 
itirməsin ilqarını. 
 
 
3) 
Sən getmə 
Sən getsən dünya çökər, dağılar 
Həyat sönər 
Varlıq unudular. 


¹2(3)    èéóí 2012 
 
92 
Mən getsəm 
Sadəcə 
Və sadəcə 
Bağçamızda sənə əkdiyim çiçək solar.  
 
4)  
Mən bir qış günündə yox 
yayda doğulsaydım sarayda 
yenə də ağladardımı gözlərimi 
acından ölmüş uşağın şəkili 
və yandırardımı ürəyimi  
şəhid anasının sızıltıları 
mən yayda doğulsaydım və sarayda 
bəlkə heç düşünməzdim 
yaşayarkən ölərmiş insanlar. 
 
 
 
 
 
NADİR PAŞA 
 
 
 
AX ÖZGÜRLÜK  
 
Tamaşaya çıxmışdılar budalalar 
səni qəfil sellər oyan-buyana çirparkən 
dodaqların saralırdı qünəşin batabatında 
Ax Ay Özgürlük 
indi iyini 
toratanlar toruna düşən çiçəklərdən alırıq 
bülbül özləmli çiçəklərdən 
içimiz alazlanarkən 
 
DANQALAQ 
 
Dangalağın birisi 
çiyinləridə yox 
  beynində əngərək becərdir 
    özgürlərin qani ilə 
Dunya mənimkidir deyir… 
 Üzünə tüpürür dünya… 
 
YÜRÜYÜŞ 
 
gözləməkdən yoruldum sabahları 
Bəlkə günəş bir iş yapdı 
Xiyabanda çağlayan sel küçələrə doğru 
yonəlməkdədir 
Qapımız döyülcək ürəyim bir çılğın göyərçin 
 Kimsiz? 
Qonşuyam, qorxmayın! 
Quru nəsnələri gizlədin 
qondarma bir yaxarı yapın 
Sel evlərə dolmaqdadır 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
93
 
Г А Р А   С Е В Д А
 
 
  
ÇADIR  ŞAİRİ   
VAHİD  ƏLİFOĞLU: 
 
 
    
 
“DUL GÖZÜDÜ DOLUB DÜNYA...” 
 
Çadırda yaşamaq eyib deyil. Necə ki, şahənşahların günü çadırda keçirdi. Zırbazır Qəddafi də 
hara gedirdi özüynən bir çadır da aparırdı, orda qurdururdu.  
Yox, qadam, bu çadır o çadırdan deyil. Burda ala qarğa bala çıxartmaz. Burda bala çıxartsa elə 
biz Azərbaycan türkləri çıxardarıq. Hələ abırsız-abırsız şəstnən ölkələr içində şeşəllənib biz də varıq 
deyirik. Var olanın yurdu yağmalanmaz, qəbirsanlığı murdarlanmaz, qız-gəlini əsir getməz... 
O Qazan xanı da zırbazır olsun, elə qız-gəlini, arvad-uşağı onun zamanından yağı əlində əsir-
yesirdi... Yiyəsizik vallah... 
 
Dünya ömür-gün oynadır, 
Ət altında gön oynadır. 
Bir əlində dən oynadır, 
Bir əlində tiyə durub. 
Şamda əriyir şamımız, 
Dam içindədi damımız. 
Yiyəsizik biz hamımız, 
Kimsə bizə yiyə durub... 
 
Bu misralar da çadırda yazılmışdı.  Şair olmaq istəyi-filanı yoxdu onun. Eləcə qövr eləyən 
yarasına məlhəm kimi basmışdı o yazı-pozusunu. Heç üzə çıxardıb eləməzdi də. Dostum Zamin bir 
gün dayısının yazılarına şeir deyincə etiraz eləmədi. Və bizlər  “Çadırda yazılan şeirlər “ kitabıynan 
tanıdıq Vahid Əlifoğlunu. Hələ bir gör nə deyir: 
 
At neynəsin, baxta çıxıb, 
Cilov umub, noxta çıxıb, 
Dünya, karın taxta çıxıb, 
Koruna and içmək üçün... 
 
Qiyabi tanış idik. Sağ olsun Zamin Hacını, telefonla da olsa tanışdırdı bizi. Haqqında bir 
veriliş hazırladım. Sözləşdik ki, Bakıda görüşüb daha yaxından tanış olarıq. Amma... yox, mən 
deyəmməyəcəm, qoy bunu da elə şair özü desin: 
 
Dağ verdi, duman apardı, 
Min yerə güman apardı, 
Zamanı saman apardı, 
Apardı sözü çıxmamış... 
 
 Beləcə, bir şair də doğulmamış gömdük qara torpağa. Özündən sonra nə yaxşı ki, əl boyda 
iki kitabı qaldı. O kitabdan gəlin sizə yenə şeir oxuyum. Sizə şeir deyirəm e! 
 
   Azad Qaradərəli 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə