Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
91
Э Ц Н Е Й С О В Г А Т Ы
AYDIN YARI
* * *
Özümü baş ağrıma qatdım
Pəncərəmin baxarında
gənclər kişnəyirdilər
və asfalt
qırmızıya çalırdi
Qapımızın o yanında
Güllələr ulduzlarla evlənirdilər
Özümü baş ağrımla
dincəlməyə tapşırdım
Qaçan yuxularım
tarixin axarında
haraya çatırdılar
Özümü baş ağrımla eşiyə atırdılar
SMS ”lərim havada dustaq"
Qulaqlarım səsdə
Əllərim başımda
ağrımı tumarlayırdılar
...Qapım döyülür
R
UQİYYƏ SƏFƏRİ
1)
Səni yağış yağan
göydən tanrıdan diləmişəm
adını deyəndə sözlər
deyilməz olur
dilim tutulur
gözlərim sayıxlayır sevdanı.
səni dadır ürəyim
dadın damağımda qalır.
sən
mələk timsalında tanrı payısan.
tut əlimi
əyləş ürəyimdə
gözlərimə qonaq ol sevgilim.
2)
Çeşməli küçələr
palçıq divarlar
və sərhədsiz
sevginin gizlənc yeridir
Gülüstan bağı!
gülüşləri oyadır konyak yuxusundan
addımlarının səsi itərkən qulağından
və bir qız sevdasında
Təbriz küçələrini dadır məhəllə-məhəllə.
su səpilir küçələrə
torpaq qoxusu verir axşamlar
baxışlardan
gizlənən oğlan
məhəllənin tut ağacın sevgisinə anıt yapır
və and verir Eynalıya
itirməsin ilqarını.
3)
Sən getmə
Sən getsən dünya çökər, dağılar
Həyat sönər
Varlıq unudular.
¹2(3) èéóí 2012
92
Mən getsəm
Sadəcə
Və sadəcə
Bağçamızda sənə əkdiyim çiçək solar.
4)
Mən bir qış günündə yox
yayda doğulsaydım sarayda
yenə də ağladardımı gözlərimi
acından ölmüş uşağın şəkili
və yandırardımı ürəyimi
şəhid anasının sızıltıları
mən yayda doğulsaydım və sarayda
bəlkə heç düşünməzdim
yaşayarkən ölərmiş insanlar.
NADİR PAŞA
AX ÖZGÜRLÜK
Tamaşaya çıxmışdılar budalalar
səni qəfil sellər oyan-buyana çirparkən
dodaqların saralırdı qünəşin batabatında
Ax Ay Özgürlük
indi iyini
toratanlar toruna düşən çiçəklərdən alırıq
bülbül özləmli çiçəklərdən
içimiz alazlanarkən
DANQALAQ
Dangalağın
birisi
çiyinləridə yox
beynində əngərək becərdir
özgürlərin qani ilə
Dunya mənimkidir deyir…
Üzünə tüpürür dünya…
YÜRÜYÜŞ
gözləməkdən yoruldum sabahları
Bəlkə günəş bir iş yapdı
Xiyabanda çağlayan sel küçələrə doğru
yonəlməkdədir
Qapımız döyülcək ürəyim bir çılğın
göyərçin
Kimsiz?
Qonşuyam, qorxmayın!
Quru nəsnələri gizlədin
qondarma bir yaxarı yapın
Sel evlərə dolmaqdadır
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
93
Г А Р А С Е В Д А
ÇADIR ŞAİRİ
VAHİD ƏLİFOĞLU:
“DUL GÖZÜDÜ DOLUB DÜNYA...”
Çadırda yaşamaq eyib deyil. Necə ki, şahənşahların günü çadırda keçirdi. Zırbazır Qəddafi də
hara gedirdi özüynən bir çadır da aparırdı, orda qurdururdu.
Yox, qadam, bu çadır o çadırdan deyil. Burda ala qarğa bala çıxartmaz. Burda bala çıxartsa elə
biz Azərbaycan türkləri çıxardarıq. Hələ abırsız-abırsız şəstnən ölkələr içində şeşəllənib biz də varıq
deyirik. Var olanın yurdu yağmalanmaz, qəbirsanlığı murdarlanmaz, qız-gəlini əsir getməz...
O Qazan xanı da zırbazır olsun, elə qız-gəlini, arvad-uşağı onun zamanından yağı əlində əsir-
yesirdi... Yiyəsizik vallah...
Dünya ömür-gün oynadır,
Ət altında gön oynadır.
Bir əlində dən oynadır,
Bir əlində tiyə durub.
Şamda əriyir şamımız,
Dam içindədi damımız.
Yiyəsizik biz hamımız,
Kimsə bizə yiyə durub...
Bu misralar da çadırda yazılmışdı. Şair olmaq istəyi-filanı yoxdu onun.
Eləcə qövr eləyən
yarasına məlhəm kimi basmışdı o yazı-pozusunu. Heç üzə çıxardıb eləməzdi də. Dostum Zamin bir
gün dayısının yazılarına şeir deyincə etiraz eləmədi. Və bizlər “Çadırda yazılan şeirlər “ kitabıynan
tanıdıq Vahid Əlifoğlunu. Hələ bir gör nə deyir:
At neynəsin, baxta çıxıb,
Cilov umub, noxta çıxıb,
Dünya, karın taxta çıxıb,
Koruna and içmək üçün...
Qiyabi tanış idik. Sağ olsun Zamin Hacını, telefonla da olsa tanışdırdı bizi. Haqqında bir
veriliş hazırladım. Sözləşdik ki, Bakıda görüşüb daha yaxından tanış olarıq. Amma... yox, mən
deyəmməyəcəm, qoy bunu da elə şair özü desin:
Dağ verdi, duman apardı,
Min yerə güman apardı,
Zamanı saman apardı,
Apardı sözü çıxmamış...
Beləcə, bir şair də doğulmamış gömdük qara torpağa. Özündən sonra nə yaxşı ki, əl boyda
iki kitabı qaldı. O kitabdan gəlin sizə yenə şeir oxuyum. Sizə şeir deyirəm e!
Azad Qaradərəli