Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə45/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   41   42   43   44   45   46   47   48   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
99
qan tökmüşdü, baş  kəsmişdi, o sovet dövründə Azərbaycan NKVD-sində insanları dindirmək 
sahəsində mütəxəssis idi, onun ibtidai dindirmə alətlərini mən paslanmış halda bağdakı qarajında 
görmüşdüm. 
İndilərdə mən elə tənhayam ki, ictimai maraqlar uğrunda hər hansı hərəkət etməyi həyatımın 
axmaqlığı sayıram. Mən, təbliğat, ya da anti-təbliğat vasitəsi olmaq istəmirəm. Məni dənizdən 
dənizə Çin, ya da azad Tibet, ulu öndər Çingiz xanın bizə miras qoyduğu böyük Monqolustan 
maraqlandırmır.  Əsrin  əvvəllərində Namibiyada Herrero və Nami tayfalarına qarşı almanlar tərə-
findən edilmiş kütləvi soyqırımlar artıq mənim qəlbimi ağrıtmır, artıq Əbu-Qureyb həbsxanasındakı 
amerikan vəhşiliyinə, qeyri-insani, hər cür etik qaydaları  vəhşicəsinə pozulmasını göz yaşı 
axıtmadan qarşılaya bilirəm. 
Kim nə deyir desin mən Azərbaycanı diktatura dövləti hesab etmirəm. Mənə görə mən kifayət 
qədər anarxist insanların idarə etdiyi xırda alverçi və  bəsit mafiya-klan hakimiyyətinin  əli altında 
olan bir dövlətdə yaşayıram. 
Dayım mənə həmişə ölkədəki siyasi-ictimai vəziyyəti başa salırdı. Onun hər dəfə üz cizgiləri 
ilə mənə öyrətməyə çalışdığı “ağzını yum, gözünü aç” deyiminə bu günə qədər gülürəm. O sadəcə 
tipik dövlət məmuru düşüncəsi ilə hərəkət edirdi. Deyirdi ki, burda heç nəyi dəyişdirmək mümkün 
deyil, nəyisə  dəyişməyə, yaxşılaşdırmağa çalışmaq “SPİD xəstəliyinə tutulmuş adamlara prezer-
vativ paylamaq kimi görünəcək” deməklə o məni ruhdan salırdı. 
Dayımın vəzifəsi böyüdükcə, pulu artıqca aramızdakı uçurum bir qədər dərinləşirdi. Buna 
baxmayaraq dayımı həmişə sevmişəm. 
Bizim aramızda  ən böyük ziddiyyət orda yarandı ki, o köhnə, alovlu müxalifətçi, Elçibəy 
vurğunu, Asif Ata tələbəsi olmasına baxmayaraq, məni indi, “təhlükəli” müxalif düşüncənin 
daşıyıcısı kimi damğaladı. Mənim ilk reaksiyam o oldu ki, onun üzünə qarşı söydüm, bacardığım 
bütün təhqirləri dedim və olduqca uzun müddətliyə onun dünyasından uzaqlaşdım. 
Eşitdim ki, o da məni heç vaxt görmək istəmirmiş daha, amma ən azından köhnə dost kim 
mənə acıyırmış, ürəyi ağrıyırmış  mənim üçün, elə gün olmurmuş ki, məni xatırlayıb dərman 
içməsin. Onun fikrinə görə mən uzun müddətli aclıqla, yoxluq içində qıvrılaraq öləcəm. 
Bir sözlə, o adam özü vaxtilə çoxlu adamlara işgəncə vermişdi, mənsə o ölənə  qədər ona 
işgəncə verdim. 
Dayım öləndən sonra mənə bir qəpik də olsun pulu qalmadı. Onun rüşvətlə aldığı    “BMW 
X5”-ini satıb bölüşdülər, mənə ordan heç nə düşmədi. Bu yaxınlarda isə telefonum xoş bir səda ilə 
çalındı. Uzun soyuqluqdan sonra dayım nəvəsi zəng edib, hal-əhval tutdu, mənim haqqımda 
dayımın ölümdən öncə dediyi xoş sözləri çatdırdı, ölən gününə  qədər məni arzuladığını  və  mən 
uşaqkən birlikdə  əl-ələ  çəkdirdiyimiz bir şəklimizə baxıb uzun-uzun düşündüyünü dedi. Bunun 
ardınca o dayımın təqribən üç minə qədər kitabını mənə verməyi xahiş etdiyini də xatırlatdı. 
Üç min kitab mənim üçün həqiqətən göydəndüşmə idi, ondan ölümündən sonra belə mərdcə 
bir davranış görməyə çox sevindim. Məlum oldu ki, dayım  əsl kitab qurdu imiş. Onun müxtəlif 
illərdə Rusiyadan, Ukraynadan, İrandan, Türkiyədən, Gürcüstandan, Özbəkistandan, Latviyadan, 
Almaniyadan,  İngiltərədən, Amerikadan, İtalyadan aldığı kitablar arasında daha nə yox idi? Onun 
bu gözəl xəzinəsini hissə-hissə yatağımın altına yığdım. İlk oxumağa başladığım isə Pyer Qiyotanın 
“Beş yüz min əsgər üçün qəbir” kitabı oldu. Bunun ardınca yenə  də çox sevdyim Pyer Qiyotanın 
“Edem, Edem, Edem”, Keti Akkerin “Böyük Ümidlər”, Qertruda Staynın “Üç həyat”, Robert 
Valçerin “Quldur”, Ladislav Klimanın “Kor ilanın həqiqət arxasınca səyahəti”, Donald Bartelminin 
“Altmış Hekayə” , Lui Ferdinand Selinin “İldırım və Şimşək” kitablarını oxudum. Dayıma acıdım 
və hörmətlə andım...  


¹2(3)    èéóí 2012 
 
100 
  
 
 
 
ÜLVİYYƏ TAHİR 
 
      
 
 
 
QARDƏLƏN 
   
ùåêàéÿ 
-Adam öldürmüsən heç?- sualımın necə  səfehcəsinə  səsləndiiyini hiss edib tez susdum. O, 
çapıq-çapıq olmuş sifətini soyuq ifadə ilə  mənə çevirdi. Protez qolunu stola söykəyərək üzümə 
baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı. 
-Hə öldürmüşəm.   
Mən verdiyim sualı unutmağa çalışanda o yavaşca dilləndi: 
- Öldürmüşəm  Bir dəfə olub. Əgər ona adam demək mümkündürsə... 
Onun cavabından sonra uzun sükut yaranır. Həmişə beləydi. Danışdığın nadir hallarda 
eşidərdik. Qısa və  kəsə. Onu hamı belə tanıyırdı. Daha danışmayacağını gözləyirdim ki,  o, 
barmaqlarının arasında titrəyən siqaretə dərindən qullab vurub davam etdi:  
-Biz müharibə başlayanda beş nəfər idik. Könüllü getmişdik. Beşın biri  Ağdərə döyüşlərində 
itkin düşdü. Izini tapa bilmədik. Heç elə bil belə bir adam yox imiş. Yoxluğuna özümüzü 
öyrəşdirməmiş, birisini iki gün sonra snayper  vurdu. Bax, onda ilk dəfə bir beyin üstümə dağıldı. 
Qan qoxusu qarışıq lax yumurta qoxusu verən beyin barmaqlarıma yapışıb qaldı.  O isə öləcəyinə 
inanmırdı. Qollarımın arasında üşüyə-üşüyə can verdi. 
Yenə növbəti döyüşlərdən biri idi. Uzun bir gurultudan sonra  düzənliyə ölüm sükutu çökdü. 
Parçalanmış  cəsədlər, yerə-yurda səpələnmiş boş gilizlər... insanın insanı  gəmirdiyi bu yerə fevral 
küləyi bütün nəfəsi ilə üfürməyə başladı. Sağ qalanlar ağır yaralıları daşıyır, az yaralılar isə 
meyidləri sürükləyirdilər. Hər döyüşdən sonra alışdığım bu mənzərənin bircə yeniliyi bu dəfə 
kantuziyamın tutmaması idi. Mərmilərin açdığı kalafaların birində oturdum. Ayaqlarımı iylənmış 
botinkalarımın içindən çıxarıb azca havalandırmaq istədim, amma bu da çox çəkmədi. Aclıq güc 
gəldi. Yeməyə bir şey yox idi. On dəqiqə sonra biz bu  qanlı düzənlikdən iki kənd aralıdakı 
kəndimizə doğru yol aldıq.  
Məhəmməd lap qabaqda gedirdi. Dostlarımızı da aparırdıq ki, qarınlarını  doyursunlar.        
Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saata gedib qayıdacağımızı  nəzərdə tutsaq da elə 
alınmadı. Bir gün çəkdi. Bir az çətin oldu evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb 
gəlmək. Özümüzü toplayıb birtəhər geri döndük. Döyüşün bütün qanını, qoxusunu yuyub 
təmizləyib gəlmişdik. Geri dönəndə bizi yalnız sökülməkdə olan çadırların qarşısında öz şələ-
şülələri  ilə  əlləşən rabitəçilər qarşıladı. Onlardan biri batalyonun yoxluğunu bizə iki kəlmə ilə 
anladıb, “fərarilər, işinizi verdilər, bədbaxt oldunuz” cümləsi ilə timsah kimi soyuq-soyuq dişlərini 
ağartdı. “Bu yekebaşın başını  əzəcəm” deyib tullanan Məhəmmədin havasını birtəhər alıb 
batalyonun getdiyi istiqamətə yollandıq. Təmiz qanımız qaralmışdı. Səssizcə yolu əlimizə alıb 
davam etdik. Gecə yarını haqladıqca güllə-mərmi səsləri sanki özləri bizə yaxınlaşırdı. Döyüşün 
tam ortasına düşdük. Yenə  nəfəs-nəfəsə, kürək-kürəyə  döyüşün sonuna qədər vuruşduq. Ağır itki 
verərək acı  məğlubiyyətlə geriyə- arxadakı mövqelərə  çəkildik. Çoxlu  şəhid vermişdik. Mənim 
kantuziyam da bu döyüşdə yenidən təzələnmişdi. Ətrafımda səssiz film kimi gedən döyüşün sanki 
alt yazısını  mən yazırdım. Axşam qulağım açılanda ilk eşitdiyim səs “sıraya düzlən”  əmri oldu. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə