Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə53/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   49   50   51   52   53   54   55   56   ...   83

¹2(3)    èéóí 2012 
 
116 
bazarına çıxarır, zəhmətinin bəhrəsinə ümidlə növbəti romana girişir... 2006-da bir Tənqid.net 
jurnalı  təsis etdim; AYB-də  Tənqidi istəmirlər-istəməsinlər, ümumən Cəmiyyətdə  ədəbi Tənqidə 
zərurətin qədərini yoxlayasıydım. Vallahi, fədakarlıqdır, 300 nüsxədə 7 sayı  çıxmış  dərginin hər 
sayından 20-30-na könüllü abunəçi tapsam, böyük işdir; iki o qədərini pulsuz paylayıram, qalanı 
qalır arxivdə: bir zaman gələr, bizdə də Ədəbiyyat (və onun Tənqidini) istəyərlər ümidinə...  
Bir məzəli kuryez deyim, daha əyani olsun. Ədəbi məclislərə gedəndə çiynimdə bir çanta olur; 
təxminən hamı bilir ki, içində nout.book yox, Tənqid.net jurnalının təzə saylarıdır. Son zamanlarda 
onu da duymuşam ki, tanışlar görüşdümü, tez də bu üzü qara çantadan uzaq qaçmağa çalışırlar; aya, 
qəfil çıxarıb jurnal təklif edə bilərəm... Bu da acınacaqlı mənzərədir, deyilmi?; necə ki, elə həmən 
məclislərdə bir ucdan Yazarlar mənə kitablarını bağışlayırlar; nədən, olmaya Tənqid(net)-mi 
istəyirlər?..  
Ədəbiyyat kimi, Tənqidini də  Cəmiyyət gərək istəsin, ona hacət duysun; yalnız bu halda 
Ədəbiyyat-Tənqid sevdası-sövdələşməsi cılız maraqlar, məişət sifarişləri darlığından çıxıb, Tənqid 
bir verilmişlik kimi funksional ola bilər. Tutaq ki: “Kaspi” kimi bir qəzetin imkanlısı “Quqark” 
kimi bir romanın layiqi Tənqidini tapmamasından narahatdır; və Natiq Məmmədli cəmi-tənqidçiləri 
utandıraraq,  əvəzlərinə layiqi bir Tənqid yazır. Bununla nə  dəyişir ki; “Quqark” yenə yerində, 
növbəti baxışlara açıq; ortada təzə bir şey varsa, o da məqalə müəllifinin “təmənnasızlığı”: baxın, 
mən hamıdan  ədalətliyəm, bütün tənqidçilərin eləməli olub, etmədiklərini edirəm iddiasıdır. Xətrə 
dəymək üçün demirəm, bu təmənnasız iddia ilə bir başqası, lap elə Tehran Əlişanoğlu da çıxış 
edəndə eyni şey alınır... 
Amma məsələn, təkrar da olsa qabardacam, başqa təcrübə də var: ötən il, ölkə Ədəbiyyatında 
bir Roman baharının (“roman bumu”, “axını”  əvəzinə, bu ifadəni təklif edirəm) başlandığını 
vaxtında duyub-görüb, Azadlığın Oxu zalı müvazi olaraq bir Tənqid layihəsi irəli sürdü; üzünü 
Tənqid yazarlara tutub: iddialarınız çox gözəl, buyurun, Ədəbiyyatda baş verənlərə münasibət 
bildirin! – dedi. Nə  çətin işmiş ki; bunu məgər “Kaspi” qəzeti, nə bilim, “Ədəbiyyat qəzeti”, 
“Ulduz” jurnalı-filan edə bilməzmi; az da olsa Tənqidçiyə bir iş imkanı açırsan, stimul verirsən... – 
müqabilində  Ədəbiyyat qazanır! Ola bilsin ki, “Quqark”, ya hansısa aktuallanmış başqa  əsər bu 
Roman müzakirələrinə gecikə, ya təsadüfən kənarda da qala bilər; alternativ layihələrə  nə  gəlib? 
Azadlıq radiosu eləməz, Kultaz, ya ANN irəli sürər, “Kulis.az” Tənqid istəməz, Tənqidçilərin 
“vicdanını tərpətmək” üçün həmincə “Kaspi” (Natiq Məmmədlinin vurğuladığı kimi:) “hələ bir dəfə 
də  kəlmə  kəsib hal-əhval tutmadığı müəllif(lər) haqqında” silsilə yazılar sifariş verər və s. Bax, 
buna deyərəm Sifariş, ictimai sifariş, Cəmiyyətin sifarişi!; yoxsa ki, olmayan yerdən Tənqidə 
həqarət nə lazım?!          
Əslində, bu yazını mən müzakirə təriqi ilə yazdım. Ədəbi Tənqid geniş anlayışdır, problemləri 
də çox. Amma konkret halda dəqiq bir ünvan: “tənqidçilər” anılmışdır deyə, öz-özümə sual etdim, 
axı  kimdir  bu  “tənqidçilər”? Adətən sırf tənqidçilərdən söhbət gedəndə ədəbi dairələrdə yalnız bir 
neçə adlar hallanır: Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli, Tehran Əlişanoğlu,  Əsəd 
Cahangir...; hərçənd roman müzakirələri  əvvəllər fəal xanım tənqidçilərin sırasına  (Nərgiz 
Cabbarlı, Bəsti Əlibəyli, Elnarə Akimova) daha ikisini artırdı: Elnarə Tofiqqızı, İradə Musayeva... 
(Daha kimlər var, e-heyy, səslənsinlər!). Yəni qələti qarışdıran bunlarmı?  
Rüstəm Kamal deyir: Şairlərə deyirəm, siz çoxsuz biz az, Vətən torpağı  həmişə  Tənqidçi 
yetirmir, qədrimizi bilin... Qədir ağacı  gərəkməz, təki hər fürsətdə  Tənqidçi adını-məramını-
missiyasını  aşağılamağa səylər olmaya... Və ilk sırada Tənqidçilərdən səsimə  səs, opponentlərə 
cavab istəyirəm; axı bu adı hər kəsə yaraşdırmırlar!  
 
27-29 avqust 2011 
  
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
117
 
 
 
RÖVŞIN QƏMBƏROV 
(Praqa) 
 
  
 
 
“QİRAƏTÇİ” ROMANINI  NİYƏ  SEVDİM 
    (Bernhard Şlinkin “Qiraətçi” romanı haqda düşüncələr) 
 
 
HANNA İLƏ İLK GÖRÜŞ 
  
Hanna 15 yaşlı  məktəblini yoldan çıxarıb öz yatağına salandan sonra hər görüşdə ondan bir 
kitabdan parça oxumağı xahiş edərdi. Mixael bunun səbəbini heç cür anlamaz, əslində anlamağa 
çalışmazdı da. Sadəcə, qiraəti tez bitirib hamama keçmək, yuyunandan sonra 36 yaşlı Hannanın 
böyük bir ağ divanı xatırladan əndamına yayxanmaq istəyərdi. 
Bir dəfə isə Mixael ona valideynlərindən gizli yazdığı gündəliklərini oxumaq qərarına gəlir. 
Gündəliklərdən məlum olur ki... 
Balaca Mixael qara kürü üçün sino gedirmiş. Elə buna görə də atasının hər dəfə Bavariyadan 
ezamiyyətdən qayıtması onun üçün əsl bayrama çevrilərdi. İki, bəzən də üç banka qara kürü... Mayn 
çayından tutulmuş nərə balığının kürüsü yüksək keyfiyyətli sayılmasa da, ləzzətli idi və Mixael onu 
yağ-çörəyin üstünə az qala barmaq qalınlığında çəkərək gözünə  təpər, anası da yanağından qan 
daman, buğa kimi sağlam oğluna həmişəki kimi kənardan heyrətlə tamaşa edərdi. 
Onun atası tanınmış şair və ədəbiyyat jurnalının baş redaktoru idi. Müharibə vaxtı cənab Berqi 
Berlindən Münxenə - partiya iclaslarında  şeir deməyə tez-tez ezam edərdilər. O, alovlu natiq və 
bəlaqətlə şeir deməyin ustası idi. Fürer hətta onu "Reyx qarşısında xidmətlərinə görə" ordeni ilə də 
təltif etmişdi. 
Balıqları isə Münxen yaxınlığındakı Daxau düşərgəsində cəza çəkən əsirlər tuturdular. Daxau 
Almaniyanın ilk belə düşərgələrindən idi. Burada əsasən 1933-cü ildə Hitlerin Nasional Sosialist 
Partiyasının hakimiyyətə gəlməsindən sonra tutulan, Vətənə xəyanətdə ittiham edilən kommunistlər 
və yəhudilər saxlanırdı. 37-38-ci illərdə onlar üzərində tibbi eksperimentlər başlanmışdı və əsirlərin 
çoxu özləri də  səbəbini bilmədən kütləvi  şəkildə  qırılmaqda idi. Müharibə vaxtı düşərgə  əsirlərin 
hesabına daha da böyüdü. Bir az bəxti gətirənlər çay üzərində qurulmuş balıq zavodunda işləyən 
dustaq və əsirlər idi. Kəsəsi, Münxenə gələn hörmətli qonaqlar həmişə boxçası dolu yola salınardı. 
Gözütox böyüdüyü üçün Mixael heç vaxt məclislərdə qara kürüyə əl uzatmazdı... 
 
HANNA İLƏ 2-Cİ GÖRÜŞ 
 
Bir neçə aylıq  əlaqə Hannanın qəfil yoxa çıxması ilə başa çatır. Mixael onu bir də 7 ildən 
sonra görür. O, hüquq fakültəsindəki tələbə yoldaşları ilə məhkəməyə təcrübə toplamağa göndərilir 
və Daxau düşərgəsində gözətçi işləyən, əsir və dustaqları ölümə yollayanların mühakiməsi zamanı 
müttəhimlər kürsüsündə əyləşənlər arasında Hannanı da görəndə dəhşətə gəlir. 
Hannanın günahkar olub-olmadığını aydınlaşdırmaq üçün dövlət arxivlərinin daha bir qismi 
açılmalıdır. Amma o bunu istəmir. Çünki bu, Hannanın dünyada hər  şeydən çox utandığı bir 
eybinin aləmə faş olması demək olardı: Hanna yazıb-oxumağı bacarmırdı,  savadsız idi. Buna görə 
də bütün günahları könüllü şəkildə öz boynuna götürür. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə