Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə55/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   51   52   53   54   55   56   57   58   ...   83

¹2(3)    èéóí 2012 
 
120 
ki, yoldaşlarıyla bir restorana-filana da getsinlər, yeyib-içəndən sonra Yeravandakı tanış-bilişin 
evinə düşüb gecəni orda qalsınlar, səhər bazara-dükana dəyib, axşam tərəfi qatara minsinlər. Bu 
lap dəhşət olardı.)  İyunun bu cırhacırında meyid iylənəcək. Bəs neynəsin?  Əlacı  kəsilir, gün 
əyiləndə oğlunu göndərir babamın yanına. O da uşağı dinləyib bir xeyli düşünür, sonra gedib Hafiz 
müəllimin həyətində  həm mağar qurdurur, həm də meyidi yumaq üçün yuyat. Yuyatı quranda 
babam məni çağırıb göndərdi Molla Sadığın dalınca. Molla Sadıq mənə iki kağız bükülüsü verib 
dedi ki, bunları apar, qoy meyidi həmən bu vacibaynan, sidri-kafirnən yusunlar, mən də  gəlirəm. 
Gəldim, molla göndərdiklərini verməkçün qapılarını döydüm. Bax, onda mənim hay-küyümə 
həyətə    çıxan Atlas xalanı gördüm. Bir gözəl idi, bir gözəl idi, elə ordaca bu ağ maya qadına 
vuruldum. (Kəndimizdə gözəl qadın çoxdu. Amma belə pambıq kimisi yoxdu. Hamısı  əkində-
biçində, üzüm bağlarında, tövlədə o qədər işləmişdilər ki, günləri kimi üz-gözləri də qapqara 
qaralmışdı.) İnanın,  səhərəcən onu yuxumda gördüm.  
Qadın da mənə  nəvazişlə baxıb: “Sən Xosrovsan, eləmi? Hafiz sənnən həmişə    ağızdolusu 
danışır” - deyəndə diksindim. İlk dəfəydi ki, kimsə Hafiz müəllimə eləcə “Hafiz” deyirdi. “Hə, - 
dedim, - Xosrovam. Molla dedi ki, bu kafirdi, bu da sidrdi, meyidi yusunlar, mən də gəlirəm.” 
 Qadının gözlərində bir kədər haləsi olsa da, o xoşbəxt-xoşbəxt gülümsəmişdi. Mən hələ uşaq 
olsam da o kədərlə o xoşbəxtliyin ikisinin bir yerə necə    sığdığını anlamaq istəyirdim. Ona görə 
gecə Atlas xala (“Atlas xala” desəm də, heç bu sözə uyuşmurdu onun surəti. Məndən on-on iki yaş 
böyük ola, ya olmaya. Amma mən yuxuda uşaq deyildim elə bil. Əməllicə yekə-mekə adamdım 
sanki.) yuxuma gələndə tutdum sorğu-suala: 
 -“Niyə gözlərində kədər var? O səni döyür, incidir?” 
 -“Yox, sən nə danışırsan,  Xosu, o məni sevir axı.  Adam da heç sevdiyinə  əl qaldırar? O 
məni çox istəyir.” 
 -“Bəs niyə  səni çölə buraxmır? O biri qadınlar kimi suya gedərsən, bulaq başında qiybət 
eləyərsən, bazara-dükünü gedərsən?” 
 -“Biz  evlənəndə razılığa gəlmişik ki, mən bu hündür hasarlardan bayıra addım 
qoymuyacam. Ona görə də mən heç yerə çıxmıram.” 
 -“Bəs niyə kədərlisən?” 
 -“Mən də istəyirəm ki, atamı-anamı, qardaş-bacımı, dost-tanışımı görüm... Yəqin bu ona 
görədir.” 
 -“İstiyirsən, mən gəlim səni onun əlinnən alım, götürüm aparım elə yerə ki, sənə  əli 
çatmasın?” 
 -“Yox, mən onun yanında çox xoşbəxtəm. Adam sevdiyinin əzablarını da sevir. Hafizin hər 
şeyi mənə doğmadı. Sənin yuxularına gəldiyimi heç kimə demə, yaxşı? Hafiz eşidər, ayıb olar. Mən 
tək sənin yuxuna gəlirəm. Qalan heç kim məni həyatda görə bilmədiyi kimi, yuxuda da görmür.” 
 Yuxuda şeytan aldatmışdı  məni. Deyəsən, sonra mən Atlası qucaqlamışdım, o da heç 
çəkinmədən mənə  sığınmışdı. Hələ  mən onu öpmüşdüm də. Sonra... Utanıram da... Biz onunla 
nənəm demiş, ayaq-baş da olmuşduq. Qadın əvvəl özü soyunmuşdu, sonra məni soyundurmuşdu... 
Eeee, allah kəssin məni! Mən adam ha deyiləm ki... Nə olar yuxu olanda? Adam da müəlliminin 
arvadına kəm baxar? Darbalağım-zadım islanmışdı  əməllicə. Saqqız kimi şeyə  bulaşmışdı... Mən 
birinci dəfəydi belə şey görürdüm...  
 ...Beləcə, Hafiz müəllimi istəyəndə görə bilmirəm, qalır babam. Bu kişi də o qədər quru, o 
qədər adamayovuşmazdı ki, onun yanında özümü çox narahat hiss edirəm. Amma əlac yoxdu, gərək 
gedim yanına. Bir-iki şey var,  ondan soruşacam. 
 
*  *  * 
 -Mənə o Kummucadan danış...  Niyə ora Kummuca deyirlər? Nədi oranın sirri? Niyə orada 
hər şey batır?  
 Kişi arı qutularının yanında dayanaraq başına keçirdiyi qabağı torramalı papağının ipini 
çəkib acıqlanır mənə: 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
121
  -Başına iş qəhətdi? Sən dedin, mən də danışdım, qurtardı getdi... Get dərslərini oxu, təkrarla. 
O texnikomda bilirsən ki, əsas riyaziyyatdı.  
 -Bilirəm. Mən səkkizinci sinif  həcmində hər şeyi bilirəm. İndi oxumağa həvəsim  yoxdu... 
Sən mənə... 
 -Axı nəyinə lazımdı? Tarixçi  ki, olmuyassan?.. 
 -Xahiş eləyirəm, nə olar, danış. Yoxsa, Bakıda uzun gecələri bu sual məni girinc eliyəcək. 
Bilirəm, sən bir şey bilirsən. 
 Kişi demisinə tənbəki doldura-doldura gülümsünür: 
 -Sən ananın sözünə baxıb buralara qayıtma. Bu yerlər lənətlənib. Burda ala qarğa bala 
çıxartmaz. Bir yerin ki, Kummuca kimi çalası ola, bir yerin ki, satqını, sukası adamınnan çox ola, 
orda xeyir-bərəkət olmaz... O ki qaldı Kummucaya... 
 Arı qutusunun qapağını qaldırıb kənara qoyur, əyilib arı ailəsinə diqqətlə baxır və  əlini 
dizinə çırpır: 
 -Vay sənin! Bu yapon gənəsi yenə peyda olub... Mən nə  təhər eləyim, belə getsə, arının 
kökünü kəsəcək... 
  Mən də  əyilib baxıram. Amma bir şey görmürəm. Kişi eynəyini gözünə taxır, sonra da 
lupanı tutur arının üstünə. Balaca, elə arı rəngdə bir həşəratdır. Yapışıb arının boynundan, sümürür, 
bu yazıq da qabaq əlləriylə onu qopartmaq istəyir, əli yetmir. Eləcə qalıb eşələnə-eşələnə. 
  -Bax, bu arı da bizim kimi müdafiəsizdir. Balını yeyənlər sonra da yapışırlar boğazınnan, sor 
ki sorassan... Qonşu kəvddə bir Qırış var, görmüsən onu? 
 ...? 
  -Bax, o Qırış... 
 Sonra 
düzəltdiyi dərmanı arı ailəsinin içinə - qutuya çiləyib qapağı örtür. 
 -Mənim sənə söhbət açmaq istədiyim  
 
QIRIŞ 
 
Hafiz müəllimlə  əmioğludur. Sovet hökumətinin bütün aparatı bir oldu, Hafiz müəllim tək, 
ona dav gələ bilmədilər. Amma bütün bunları  eşidən Qırış getmişdi kekebeyə demişdi ki, niyə 
özünüzə  əziyyət verirsiniz? Sizə agent lazım deyil, agent mən! Nə desəniz eləyəcəyəm. Ona da 
kekebe deyərlər, beləsinə elə sən deyən bel bağlamazlar axı. Onlara sınaqdan çıxmış, bərkdə-boşda 
sınanmış kadr lazımdır...  Axırı fikirləşirlər ki, qoy bunu sınayaq, bəlkə yaradı. Necə olsa, öz 
ayağıyla gəlib. Bir də əsas Qırışa marağı artıran cəhət Hafiz müəllimlə əmioğlu olmasıydı. Bir növ 
onu verbovat eləməynən Hafizdən qisas almış olacaqdılar. Hə, axı  Qırışın dədəsi tez ölmüşdü, 
nənəsi ərə gedənnən sonra uşaq beş yaşında qalmışdı aralıqda. Elə o zamannan əmisi Qırışı da öz 
balalarına qatıb saxlamışdı.  
  -Baba, bunun adı doğrudan Qırışdı? 
 Kişi başındakı torramalı papağı çıxarda-çıxarda dedi: 
 -Yox, nə  Qırış? Adı Rufizdi. Əimoğlusu Hafizə yaraşdırıb qoymuşdular... Amma  bicəngə 
işlərinə görə  uşaqdan-böyüyə  Qırış çağırırdılar.  (Mən bu ləqəbin mənasını sonralar öyrəndim. 
Rufizin kekebedəki kliçkası “Krışa” imiş. Bu tupoy oğlu tupoy bir dəfə məclislərin birində eşşəkcən 
içir, olur lül-qənbər. Qışqıra-qışqıra deyir ki, mən bilirsiniz kiməm, mən hökümətin  ən etibarlı 
adamıyam... Hələ ləqəbim də var. Orda maa Krışa deyirlər! Bunu eşidən kimi cavan-çoluq o saat 
ağzınnan qapdı. Elə o qalış adı qaldı  Qırış. Bizdə axı bir söz də var: si...ş-qırış, bax ona yaraşan 
ləqəbdi bu - nağılçı) Onun ilk işi bilirsən nə olmuşdu?  İnanmayassan, amma deyəcəm. O gedib 
anasını tapmış, onun evində  sənədsiz tikinti materialları olduğunu çuğullamışdı. Gərək onu da 
deyəm ki, onda tikinti materiallarını hamı sənədsiz alırdı. Özü də bizdə tapılmazdı  o materiallar. Ya 
gedib Kafanda, Meğridə ermənilərdən alardılar, ya da elə erməni sürücülər sementi, qırmızı kubiki, 
taxtanı-filanı maşınlara yükləyib gətirib bizim kənd-kəsəklərdə satardılar... Amma Qırışın anası və 
atalığı dilə-dişə düşdü, milislər evlərini su yoluna döndərdilər. Həm filan qədər ziyana düşdülər 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə