Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə49/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   45   46   47   48   49   50   51   52   ...   83

¹2(3)    èéóí 2012 
 
108 
Osmanlıların da hərb tarixində özünü büruzə verə bilmişdir. Bu barədə Qazımahal salnaməsinə 
əsaslanan tanınmış alim Bahəddin Ögəl yazır: «Yeniçəri şairləri başlarında keçə və arxalarında 
birər kaplan postaları sinələrindəki çağurları çalaraq getdilər». 
Gətirilən mənbədən də aydın göründüyü kimi, «yeniçəri  şairləri» dedikdə türk hərbi qüvvə-
lərindəki aşıqlar nəzərdə tutulmuşdur. Deməli, aşıq sənətinin inkişafındakı bu mərhələ ictimai-siyasi 
və tarixi zərurətdən irəli gəlmişdir. Bu cəhət isə ozan-aşıq keçidində  islam qadağalarının  bu sənətə 
qarşı olan antidurumundan xilas üçün şərait yarada bildi. Belə nəticəyə gəlmək olar ki, Xətayi təkcə 
yaradıcılığı ilə deyil, həm də bir hökmdar olaraq öz mədəni-ictimai dünyagörüşü və fəaliyyəti ilə də 
aşıq sənətinə bağlı olmuşdur. 
Aşıq sənətində  təbii olaraq baş verən islahatın-xüsusən, çukur-saz əvəzlənməsinin məhz 
tamamlanma dövrünün Xətayi epoxasına təsadüf etməsi də, diqqət mərkəzində olmalıdır. Ona görə 
ki, çanağı dəri örtüklə deyil, artıq nazik taxta təbəqə ilə əvəzlənmiş qopuzun varisi olan çukur-saz 
çox guman ki, ordu həyatı ilə daha çox bağlıdır. Belə ki, yağışlı-qarlı, çiskinli havalarda nəqqarə-
xanaya məxsus olan ordu aşıqları  dəri üzlü sazlarda havacata uyğun kökü müntəzəm saxlaya 
bilməzdilər. Ona görə də daha əlverişli olan çanağı taxta üzlü sazlar meydana gəlməyə başlamışdır.
 
Aşıq sənətinə xüsusi diqqət yetirən Şah İsmayıl ordusunun nəqqarəxanasında, əlbəttə ki, bu sazlar 
üstünlük təşkil etməliydi. Dəri örtüyü taxta üzlüklə  əvəzlənmiş qopuzdan sonra bu simli ozan 
alətinin «çukur» adlanması da qopuzdan saza qədər olan adın leksik-semantik metamarfozasının 
morfoloji xüsusiyyətləri ilə bağlıdır. Tarixən bütün dillərdə olduğu kimi, Azərbaycan dilində  də 
kalka- təqlid mənşəli kifayət qədər sözlərə rast gəlmək mümkündür.Həmin qəbildən olan sözləri 
folklor nümunələrimizdə, tarixi-morfoloji əhatəsi ilə nağıllarımızda, dastanlarımızda daha çox 
müşahidə edirik; takur-tukur, şakkır-şukkur,  şarhaşar, çaqqaçak, gumbur–gumbur və s. «Tıq-tıq 
xanım» uşaq nağılındakı at yerişini ifadə edən yuxarıda gətirdiyimiz «takur-tukur» təqlidi leksemi 
imkan verir ki, «çukur» saz adının da təqlidi məna ehtiva etdiyini söyləyə bilək. Belə ki, çanağı dəri 
örtüklü qopuz çanağı taxta üzlüklü sazla əvəzləndikdən sonra, heç şübhəsiz, təzanə – mizrab 
çanağın taxta üzlüyünə dəydikcə spesifik olaraq «çakur-çukur» səsləri ilə diqqəti cəlb edə bilmişdir. 
Bu da ilk vaxtlardan təzə konstruksiyalı qopuzun xalq arasında çukur-saz adlanmasına səbəb 
olmuşdur. Necə ki, tarixən qopuzun özü də  oğuzlar arasında görkəminə görə – qolabənzərliyinə 
müvafiq olaraq «qolça qopuz» adlanmışdır. 
Bu etimoloji elmi təhlilimizin məntiqi-tarixi əsası ondan ibarətdir ki, məhz  çukur-saz ifadəsi 
türk dünyasının ordu nəqqarəxanalarında sazdan istifadə olunmağa başlanması ilə ortaya gəlmişdir. 
Qeyd etdiyimiz kimi, Şah  İsmayıl ordusu məhz belə bir struktura malik ordulardan biri idi. Şah 
İsmayıl ədəbiyyatda olduğu kimi, dövlət işlərində də islahatçı hökmdar olaraq tanınırdı. Xüsusən, 
öz ordusunun digər qonşu dövlətlərin ordusundan qüdrətli, intizamlı  və  bənzərsiz olması ilə daha 
çox fəxr edərmiş. Tarixi mənbə  və salnamələrdən bəlli olduğu kimi, dostu Hüseyn Bayqaranın 
göndərdiyi sovqata Xətayinin qəzəblənməsi də elə həmin ordu sərkərdəsinə xas özünəməxsusluqdan 
və təəssübkeşlikdən irəli gəlirdi: «Sultan Hüseyn eyş-işrət və rahatçılıq sevən (mərdi-fəraqət tələb) 
bir  şəxsdir. Belə xoş  səsli sazəndələr, huriyə  bənzər nəğməkarlar da onun eyş-işrətlərinə yaraya 
bilər. Lakin mən vuruş adamıyam, belə müsahibləri də istəmirəm. Mən gərək rahatlanmadan 
məmləkətimin ətrafında at cövlan etdirəm ... 
Belə bir vəziyyətə baxmayaraq, Şah  İsmayıl hörmətsizlik olar deyə ozanları qaytartdırmır, 
saxlanılmasını  əmr edir. Ancaq bu ozanlar məharətlə çukur çalıb oxusalar da, qızılbaş ozanlarına 
bənzəmirmişlər. Buna görə  də  Şah  İsmayıl sanki öz zövq və  səliqəsini nümayiş etdirmək
sərkərdələrinin, ordusunun nələri dinlədiyini, nələrdən ləzzət aldığını dolayısıyla bildirmək 
məqsədilə, böyük bir dəstə ordu ozanlarından, hərbi yürüşlər çağındakı yaraqlı geyimləri ilə elçiyə 
qoşdurub, birlikdə Herata göndərdir». 
Ozan sənətinə, ümumilikdə  aşıq  ədəbiyyatına olan bu sevgi Xətayi yaradıcılıqına nə  qədər 
təsir edə bilmişsə, bu təsirin məntiqi nəticəsi olaraq,  Şah  İsmayıl dövründə  aşıq sənəti – aşıq 
ədəbiyyatı  və dastançılığı öz intibah mərhələsinə  qədəm qoymuş oldu. Bu mənada  Şah Xətayi 
yaradıcılığı ilə onun dövlətçilik fəaliyyəti bir-birini tamamlayır. Orta çağ aşıq sənətinin inkişafının 
türk dövlətləri bölgüsündə  təsnifatına varsaq aydın görərik ki, Xətayiyə  qədər Osmanlı impe-


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
109
riyasının dövründə türkçülüyün ən qədim mədəni-etnoqrafik etiketi sayılan aşıq sənəti demək olar 
ki, Xətayi dövründəki qədər inkişaf etməmişdir. Belə ki, imperatorluğun bütün instansiyalarında 
aşıq sənətinə ikrahla yanaşılırdı. Nə aşığın özünə, nə də ki aşıq şeirinə dövlət səviyyəsində heç bir 
təqdiredici münasibət sezilmirdi. Hətta Səfəvilərin dövründə də Osmanlı imperiyası sınırlarında bu 
vəziyyət qalmaqda və davam etməkdə idi. Əlbəttə, türk tarixinin qədim oğuz-qopuz mədəniyyətinin 
zaman-zaman inkişafı  mərhələlərində bu sayaq sapmalar ozan-aşıq sənətinin inkişafına mənfi 
təsirini göstərmiş, bu sənətin dialektikasına əngəl ola bilmişdir. Belə ki, Osmanlı imperatorluğunun 
dövründəki bu münasibətə Türkiyə alimləri də öz elmi tədqiqatlarında dəfələrlə toxunmuşlar. Bu 
mənada məşhur türk alimi Fuad Köprülüzadə yazır: «Xalq vəzni və xalq əsərləri haqqında, daha 
doğru şamil bir təbir ilə, xalqa aid hər şey haqqında göstərilən bu istixfaf və təhqir o qədər böyük 
idi ki, hər hanki əsərə qarşı xalqın göstərdiyi rəğbət və  təmayül o əsər sahibini əksəriyyən 
qızdırıyor, çünki bu rəğbət düşmənləri üçün yeni bir vəsiliyi – təməsxür oluyordu. «Xəlqi məmnun 
görüyorum,  əcaba bir xətamı etdim?!» – qövli-məşhurun ifadə etdiyi zehniyyət,  əski osmanlı 
şairlərində fəzləsi ilə mövcuddu... 
Xalq vəzni və xalq əsərləri haqqında göstərilən bu nifrət və təhqirdən aşıqlara, saz şairlərinə 
də, təbii, böyük bir hissə isabət ediyordu... 
Xalq  ədəbiyyatı ünvanı altında toplanan milli türkilər, türkmanilər, varsağılar, manilər 
qoşmalar, hətta bəzi bəsit və  mənsur  əcəm hekayələri bu etibar ilə bizim (osmanlı – Ş.B) klassik 
şairlərin daima istehzasına hədəf olmuşdur». 
Xalq  ədəbiyyatına, xalq mənəviyyatının incilərinə  Xətayi epoxasına qədər heç bir dövlət və 
dövlət xadimi etina nümayiş etdirə bilməmişdir. Aşıq sənəti kimi xalqın bədii və folklor irsini 
özündə ehtiva edə bilən sinkretik ritual imkanları ilə seçilən unikal  mədəniyyətin milli-mənəvi 
dəyərləri səviyyəsinə qaldırmaqdansa,  əvvəldə qeyd edilən fikirlərdən aydın göründüyü kimi, 
əksinə, qadağa və biganəliklərlə bu proses öz təbii inkişafından da sapdırılmışdır. 
          
 QAYNAQLAR 
1.
 
Abbaslı M. Şah İsmayıl Xətayinin ömür yolu miniatürlərdə. Bakı: İşıq, 1981. 
2.
 
 Abbaslı M. Şah  İsmayıl Xətayi və folklor. Azərbaycan  şifahi xalq ədəbiyyatına dair 
tədqiqlər. IVc., Bakı: Elm, 1973. 
3.
 
Abbasov İ. Azərbaycan aşıqları və el şairləri. Bakı: Elm, 1983. 
4.
 
Xətayi Şah İsmayıl. Əsərləri IIc., Bakı: Azərnəşr, 1976. 
5.
 
 Bu yazını dərc etmğyimiz səbıəKöprülüzadə F. Azərbaycan ədəbiyyatına dair tədqiqlər.  
      Bakı: Azərnəşr, 1996. 
6.
 
Ögəl  B. Türk kültür tarixinə giriş. Ankara, 1991. 
 
   Redaksiyadan: 
    Dərgimizin yaradıcı qrupunun üzvü şair Şöhrət Qaraoğlu (Bədəlov) həm də 
elmi fəaliyyətlə məşquldur. Nəsimi, Xətai haqqında maraqlı tədqiqatları var. Ondan 
Xətai kodu altında yazılar istəmişdik. Yazı biz istədiyimiz deyilsə  də, ona yaxın 
mövzudadır. Müəllif növbəti yazısında Xətai kodunu incələyəcəyinə söz 
verib.(Ümumiyyətlə, varmı belə bir kod?) 
      Aşağıdakı yazı tamam başqa səpkidədir. Alimlərin, tarixçilərin soyuq başla 
bu iki yazı haqqında düşüncələrini çap etməyə hazırıq. 
 
 
 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə