Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə46/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   42   43   44   45   46   47   48   49   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
101
Kambat gəlmişdi. O siyasi rəhbərlə  nə üstündəsə  bərk mübahisə edir, əlini qaldıraraq bizə - 
əsgərlərə  tərəf işarə edirdi. Bölük komandirinin  yorğunluq yağan üzünü əlacsızlıq bürümüşdü. 
Kambat sıranın  əvvəlindən axırına doğru addımlayaraq hamını demək olar ki, tək-tək nəzərdən 
keçirdi. Nə baş verdiyini anlayacaq qüvvəmiz yox idi. Hamı yorğun və gecənin yuxusuzluğunun 
verdiyi halsızlığın altında idi. Kombat bu uzun-uzadı baxışından sonra bölük komandirinə  tərəf 
dönərək: 
-
 
Siz mənə əlli nəfərlə döyüşə girməniz haqqında  məlumat vermişdiniz. Elədirmi?- rəsmi bir 
soyuqqanlıqla soruşdu. 
-
 
Bəli elədir, - komandir sanki məcburən o kəlmələri ifadə etdi. 
-
 
Indi hal-hazırda qarşımda neçə nəfər var və neçə nəfəri döyüşdə itirdik? 
-
 
Səkkiz nəfər itirdik və qırx səkkiz nəfər də bizimlədir yoldaş kambat! 
-
 
Indi kim kimi aldadır?  
Artıq söhbətin hara yuvarlandığını mən başa düşməyə başlayırdım. Bizi – məni, Məhəmmədi,  
İntiqamı  və bizdən  əlavə üç nəfəri – qubalı  uşaqları  sıradan çıxardılar. Bizi icazəsiz bölüyü tərk 
etməkdə günahlandırdılar və  hərbi tribunala veriləcəyimizi bildirdilər. Komandirimiz son cəhdini 
edərək elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən: 
-
 
Onlar mənimlə olublar. Döyüşün qızgın yerində  də. Qanun axtarmağın burda nə  mənası 
var?!. Siz nə edirsiinz. Onsuz da qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır ki... Onlar qa-
nunsuzluq ediblər, amma qayıdıblar bu gün burdadırlar,- hey danışaraq sanki onu yola gətirəcəyinə 
ümid edirdi. 
Kombat isə ona fikir vermədən bizi mal sürüsü kimi qabağına qatdı. Bizim əllərimizi kən-
dirləyərək yük maşınının banına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt unutmayacağım 
iki simanı gördüm. Bunun biri bizim komandir idi. O, əlləri ilə üzünü qapayaraq  palçığa qarışıb 
rəngini itirmiş qarın üstündə çömbəlmişdi. Digəri isə ..... digəri bizi rabitə çadırının qarşısında 
qarşılayan həminki timsahsifət idi. Elə onda, mən  əslində    işimizin kimin verdiyini anladım. Bizi 
aparan maşın batalyondan uzaqlaşdıqca sanki o timsah sifətin dişlərini ağardaraq bizi izləməyində 
davam etdiyini hiss edirdim. 
 Fevralın insanın dişlərini sızladacaq sazağı axşam düşdükcə iliyimizə  işləyirdi. Bizi mal 
tövləsinə  bənzər bir yerə  gətirib saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı tikilinin 
dam örtüyü yox idi. Sazaq şiddətləndikcə yavaş-yavaş qar da başlayırdı. Kombat şəstlə “ sabah sizi 
şəxsən özüm gülləliyəcəm”  deyərək bizi o sazağın içində tərk edib getdi. 
 Qubalıların üçü də büzüşərək bir-birlərini qucaqlamışdılar. Mən qardan dəstəmaz alıb elə 
ordaca namazımı qılmağa başladım. Intiqamla Məhəmməd isə divar boyunca var-gəl edirdilər.      
Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə çıxmasını  
diləyirdim. Soyuq şiddətləndikcə qubalılardan birinin iniltisi yüksəlirdi. Iniltinin sahibi qəfil 
yerindən sıçrayaraq bağırmağa başladı: 
-
 
Mənim üç balam var eyyy........ Eşidirsiniz məni, köpəkuşağı. Bu gün mən,  
qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam. Öldürün bizi, sabaha saxlamayın. Oğraşlar, vətəni 
satmışlar, – onun bağırtısını söyüşlər əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.  
O mundar gecəni yatmadıq. Sabahın korunda qarın ardınca yağış başladı. Qardələn. Qarabağın 
fevralın qucağında oturmuş havasının özəlliyi. Yağış bizi isladıb donduracaq vəziyiətə saldı. Elə bu 
zaman biz kambatın səsini eşitdik. Onun səsindən içkili olduğu anlaşılırdı. O, əlindəki silahı 
oynadaraq havaya atəş açır və bizi də oradan çıxmağa məcbur edirdi. Saniyələrin söhbəti gedirdi 
artıq. O qubalılardan birini - bayaq çığıranı sürüyüb bayıra çıxardı, əlindəki tapançanı onun başına 
dirəyərək qəfil tətiyi çəkdi. Onun bu hərəkətilə mənim elə bil ayaqlarımı doğradılar. Dizlərim yerə 
gəldi. Bizim bu şəkildə  şoka düşdüyümüzü görən o əclaf eyni filmlərdə olduğu kimi soyuq 
qəhqəhələr çəkirdi. O qubalı balası ölməmişdi, amma ölüdən betər olmuşdu. Onun sabahın ayazında 
gömgöy olmuş  rəngi indi lap meyid rənginə çalırdı. O it isə “xalıstoy” gullələri bizim üstümüzə 


¹2(3)    èéóí 2012 
 
102 
saçaraq daha da zövq alırdı. Bizi bu əzabdan, onu da bu zövqdən qəfil alaqaranlığın içindən peyda 
olan vilis qurtardı. Vilisin qapısı açılanda oradan kombriqin düşdüyünü  gördük. Öz aləmində kral 
kimi  əylənən kombat  nə hiss etdisə, qəfil geri döndü. Onun qəhqəhəsi dodaqlarında dondu. 
Kombriq palçığın içində diz üstə çökmüş qubalıya və mənə  baxdı, bayaqdan sakit görünən bu rütbə 
sahibi bir neçə saniyə sonra kombatı təpiyinin altına salmışdı. 
 Bizim hamımızı qospitala göndərdilər. Başına silah tuşlanan qubalı elə oradaca- qospitalda 
öldü. Yəqin ki gecəki qorxunu adlada bilməmişdi.  
 -Bəs kombriqin bu işdən necə xəbəri olmuşdu?- Mən qorxa-qorxa ona sual verdim. 
-Bizi kombat aparandan sonra komandirimiz əlini hər yerə atıb. Səsinə  səs verən olmayıb. 
Gecəyarıya kimi gözləyib birbaşa kombriqin yanına gedib. Silahı  öz başına  dirəyərək onu 
dinləməsini məcbur edib. Kombriq bundan sonra qalxıb məsələni yoluna qoyub. Bunu sonralar bizə 
kombriqin  axranası  dedi. 
-Yəqin ki, öldürdüyünüz də elə kombat idi eləmi?- Mən artıq söhbətin məğzini tutan biri kimi 
arxayın-arxayın soruşdum. 
O, mənim çiynimin üzərindən uzaqlara baxaraq sanki sualımı eşitməyibmiş kimi davam etdi: 
- Mövqelərimiz Ağdama qədər geriləmişdi. Yaz yağışı kimi idik. Gah iki-üç kənd irəliləyib 
qələbəni dadırdıq, bəzən elə o axşam da hər  şeyi itirib beş-altı mövqe geri otuzdurulurduq. Bəzən 
döyüşün qızğın yerində bizə geri çəkilmək  əmri verilə bilərdi. Ağdamın Güləbirdində başqa bir 
batalyonla eyni mövqelərə düşdük. Mən “akopa” girmək istəyəndə onu gördüm. Kürəyində rabitə 
“veş-vüşü” bizim tərəfə gəlirdi. Məhəmmədi dümsükləyib onu göstərdim. Bəli, tamam əmin idik . 
Bu o idi . Timsahsifət. O, bizi görmədi. Məhəmməd ona tərəf qalxıb getmək istəyəndə qolundan 
yapışdım. O isə “indi nəyi gözləyirik”  deyərək  əlimi itələdi. Timsahsifət isə bütün bunlardan 
xəbərsiz halda, bizdən doqquz-on metr aralı akopa girdi.  
O hadisədən sonra bizim batayondan kombatdan başqa o da yerini dəiyşmişdi. Oradan 
qayıdan kimi onu axtardıqsa da tapa bilməmişdik. Indi cəbhənin qızğın yerində onun  haqqında 
necə qərar verəcəkdik: bunu belə bilmirdik. 
Yağış göydən sel kimi səpələyəndə onu tapdıq. Gecə həminki gecə idi, lakin zaman və bizim 
hiss etdiklərimiz fərqli idi. Yenə o gecəki kimi bu gecə də göyün üzü yagışlardan görünmürdü. Bu 
gecə də səma  gözlərinə dəm vermişdi. Düşmənə məlumat ötürən yerdə yaxaladıq onu. Çantasından 
mövqelərimizin xəritəsi də  çıxdı. Silahı onun alnının ortasına dirədim. Silahın soyuq tətiyi  əlimin 
altında idi.   
Alnını ovuşduraraq çətin bir qərar verəcəkmiş kimi düşüncəli bir görkəm aldı  və  ağır-ağır 
davam etdi: 
-Gecənin qaranlığında bir anın hökmü idi ki, əlimdəki silahın tətiyini çəkəm və onu cəhən-
nəmə vasil edəm, amma bunu öldürəcək qədər insanlığımı itirməmişdim. Yox mən onu öldür-
məyəcəkdim. Onu bu qaranlıq təpələrin arxasına Məhəmməd sürüyüb gətirmişdi. Tam bir ildən 
sonra yenə fevral soyuğunda bir yerdə idik. Qubalı əlindəki lapatkanı onun çiyninə endirdi sümüyün 
şaqqıltısından çiyninin qırıldığını bütün beynimlə hiss etdim. O yerə  yıxılaraq nəfəsi təngiyə-
təngiyə  “mənə yazığınız gəlsin üç balam var” deyə zarıdı. Kaş o sözləri deməyəydi. Qubalı isə 
lapatka ilə onun başına döşəyə-döşəyə  qışqırırdı: “Ay it, bəs mənim qardaşım, mənim qardaşımın 
üç balası yox idimi, niyə kişi kimi başına bir güllə  sıxmadınız? Bizi qoyun kimi sıraya vurub 
çıxdınız. Tula, özümüzünkülərə şpiyonluq etdiyin bəs deyil, indi də düşmənə işləyirsən?!”       
Timsahsifət al qan içində çapalayırdı. Mən qaranlıqda bunu sezməsəm də, qanın qoxusu 
ağzıma-burnuma dolurdu.  Mən tətiyi çəkdim. Dəfələrlə  çəkdim. Qulağıma gələn zarıltı  səsi 
kəsilənə qədər çəkdim. Sonra sürətlə oranı tərk etdim.  
Yenə qardələn başlamışdı. Amma mən sanki bu sərt yağışı hiss etmirdim. 
Əmim süzdüyüm çaya əlini də vurmayıb sağollaşmadan getdi.  
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə