Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə62/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   58   59   60   61   62   63   64   65   ...   83

¹2(3)    èéóí 2012 
 
134 
*  *  * 
Gecə yata bilmədim. İlk dəfə Səkinəni çılpaq gördüyümdənmiydi, yoxsa atamın gəlib Pirşağı 
çimərliyinə çıxmasındanmıydı, bilmirəm. Bir onu bilirəm ki, mən daha bu həyətdən heç yana gedəsi 
deyiləm. Hə, bunu sizə deməmişəm axı: çimərlikdə yemək yeyəndə  Səkinə  gözünü məndən 
çəkmirdi. Qız bu uzun illərdə ilk dəfə mənə diqqət yetirirdi. (Üzüm tüklənmişdi, sinəmdə də tək-tük 
qara tüklər bitmişdi. Ayıb olmasın, qıçımın arası da, qoltuğum da tüklənmişdi. Mən özüm də 
bilmədən kişiləşirdim.) Bilmirəm, bu boyda yad adamın içində doğma kəndçisini, yeddi il bir yerdə 
oxuduğu sinif yoldaşını gözü almışdı, ya məni birinci dəfə  çılın-çılpaq gördüyündəndi.  (Bir  şey 
deyəcəm, amma mənə gülməyin: bu Səkinənin gözlərinin lap dərinliyində bir kədər gördüm elə bil. 
Kədərmiydi? Ya bəlkə mənə belə göründü? Özü də niyə burda, bu çimərlikdə hiss etdim onu mən? 
Axı bu qız çox xoşbəxtdir? Nolsun hələ uşaqları yoxdur? Hələ bir ildir evləniblər. O qədər olacaq 
ki... Amma hə... Onun gözündə bir kədər gördüm mən – özü də bunu mənə baxanda hiss elədim... 
İnanmasınız. Mənə heç vaxt ciddi münasibət bəsləməyən bu qızda – o mənə  uşaq kimi, balaca 
qardaşı kimi baxırdı həmişə -  nəsə dəyişiklik gördüm o gün. Amma nədən? Mənə əzab verən bu 
sualın cavabını mən çox-çox sonralar başa düşəcəm...) 
         O gecə şeir dəftərimə daha bir şeir düşdü – ürəyimə düşən xal kimi. 
 
KAMİL 
 
  Bu Kamil çox yaxşı  oğlandı. Səkinəylə  məndən on yaş böyük olsa da, elə biz ağıldadı. 
Uzun-arğaz, üzündən təbəssüm əskik olmayan Kamilin ürəyi təmiz idi. Kitab-dəftərlə işi olmasa da, 
Bakıda olduğu bu illər ərzində hərədən bir şey öyrənmiş, geyim-keçiminə əl gəzdirmiş, özünü  bir 
qədər şəhərə uyğunlaşdıra bilmişdi.  Əslində isə bu şəhər onun heç nəyini dəyişə bilməyib. Bizim 
kimi “dana”, “dayna”, “əyənə”, “bəyənə”, “saa”, “maa” deməyi bəs deyilmiş, hələ  də  ağzını 
dayayıb krantdan su içir, hələ də yemək yeyəndə ağzını marçıldadır... Bu marçıldatmaq məsələsini 
gərək ayrıca deyəm.  
Mən də əvvəllər yeyəndə ağzımı elə marçıldadardım ki, səsi küy olmasın qonşuda eşidilərdi. 
Anam bunun üstə  məni bir-iki dəfə döymüşdü də. Amma tərgidə bilmirdim. Nəsə, elə bil bu 
marçıltıdan ləzzət alırdım. Bir dəfə babamın anama alçaqdan dediyi söz məni necə yaraladısa, bir də 
o qələti eləmədim: “Dəymə, qız! Dədəsinə  çəkib... Yadında deyil, güləndə elə  hırıldıyırdı, ağzı 
qulağının dibinə gedirdi. Bu gen məsələsidi. Kökdə nə varsa, buruz eləməlidi.” “Gen” və “buruz” 
sözlərini anlamasam da, onu anladım ki, atam da ağzını eyzən mənim kimi marçıldadarmış. O - bu! 
Bir də yeyəndə ağzımın səsini eşidən olmadı. Anam özü də məəttəl qalmışdı... 
Amma Kamildə bir şey tamam yeniydi: o əməlli-başlı vətənpərvər olmuşdu. İçəri girən kimi 
uzun bir nitq söyləməmiş rahat olmazdı. Bəzən elə  küçədən başlayardı çıxışına: 
-Vətənin ağır günüdü! Biz indiyənəcən fil qulağında yatmışıq.  Əlifbamızı  dəyişiblər, 
milliyyətimizi gizlədiblər, dinimizi əlimizdən alıblar... Biz axı türk millətiyik! Amma bizə 
azərbaycanlı adını yapışdırıblar! Oyanmaq lazımdır, oyanmaq! Qəflət yuxusundan oyanmasaq
sonra gec olacaq! 
Bunlar bir az süni təhər çıxsa da, (elə bil kimi, yaxud kimlərisə yamsılayırdı) əslində, Kamilin 
səmimiyyətinə zərrəcə şübhə yoxdu məndə. 
Səkinə key-key onun üzünə baxsa da, yavaş-yavaş o da əri kimi inqilabçı olurdu. Öz 
aramızdır, bu yanmışa hər şey yaraşır, elə inqilabçılıq da! Düzdür, bu bir az gülməli görsənir, amma 
vallah belədir ki, var. 
Hə, Kamildən danışırdım axı. Anası Kafan Baharlısındandır. Atası Müştaba kişi anamla 
dayıoğlu-mamaoğludur. Nənəm danışırdı ki, Müştaba cavan, telli-toqqalı vaxtında  gedibmiş Kafan 
bazarına al-verə. Görür ki, bir qız bazarın girəcəyində tum satır. Gözü qızı tutsa da, ürək eləyib bu 
yad  şəhərdə ona bir söz deyə bilmir. İkinci dəfə bazara gedəndə görür qız yenə  həmən yerində 
əyləşib tum satmağındadır. Deyir vallah, məni öldürsələr də, gərək bu qızı danışdırım. Satdığı 
nardan (Müştabagilin yaxşı nar bağı vardı) ikisini götürüb gəlir qızın yanına deyir: 
 -Gəl, narnan simişkanı dəyişək. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
135
  Qız narları alır, oğlanın cibinə iki stəkan tum tökür. Deyirmiş ki, qız ikinci stəkanı cibimə 
tökəndə əlimlə cibimi tutdum, qızın əli stəkanqarışıq qaldı cibimdə. Şaqqanaq çəkib güldü və dedi: 
  -Ə, dəli vırğın vırmış, əlimi bırax, biləyim qırıldı ki! 
 Beləcə, araları açılır. Öyrənir ki, qızın anası yoxdur, atası da mis mədənində işləyir, axşam 
ölü kimi gəlib döşənir yorğan-döşəyə. Ögey ananın da uşağı olmadığından allaha-tanrıya söyə-söyə 
qızı gündə iki dəfə döyür, bir teşt tumu tökür torbaya, göndərir bazara. İndi axşam bir qom pulla 
gedəcək kəndə, amma ögey ana bəhanə tapıb onu salacaq oxlovun altına.  
  Qızın on beş-on altı yaşı olsa da, yaşından iri görünürmüş, sümüklüymüş. Müştaba qızın 
saqqızını  oğurlayır, axşam Kafan Baharlısına yox, onların öz Baharlısına getməyə razı salır. 
Zəngəzur qatarına minib qaş qaralanda çatırlar Baharlı dayanacağına.  
 -Sən məni öz evinizə aparma. Dilquşa bir allahın bəlasıdı, hardan olsa, iyliyib-çüylüyüb bizi 
tapacax... Dədəmin də ki, ağzı onun paçasının arasındadı. Gəlib məni sənin əlinnən alacaxlar. Sən 
məni bir urvattı qohumun varsa, belə arvad qohumu olsun, xaladan, mamadan, ora apar. Özü də elə 
elə ki, biz elə beyjə ər-arvad olax. Yoxsa, gəlib məni qız görsələr, aparacaxlar... Bəs simişkanı kim 
satacax?! 
  Gədənin dili tutulur. (Müştaba telli-toqqalı  oğlan olsa da, tez-tez pörtüb-qızarır, nitqi 
tutulurdu.  İllah da çətinə düşəndə  kəkələyər, gülməli səslər çıxarardı: “Məəə-əəəən... 
MMMüüüüüşşşşşttttttaba... oooolaaammmm.... “ Dalısını gözləmədən adına bu ayamanı 
qoşmuşdular: Mümüşt Müştəba!)  Nə  təhər yanı,  əziyyət çək, qız qaçırt, gəlib sənin  əlindən 
alsınlar... Birdən yadına Muğadəm Baharlısndakı  əmidostusu düşür. Bu arvad teləkçilikdə ad 
çıxartmışdı. Ağı göyə, göyü ağa yamamaqda mahir idi. Bir az tamahgirdi, cəhənnəmə ki, olmasın 
bir xaşa narın pulu. Baba bağındakı yanıq çinarın dibində qızın qolundan tutub kəkələyə-kəkələyə 
deyir: 
  -Əm-əm-əm-əm!.. 
  Qız qorxub çımxırır gədəyə: 
  -Əm-əm nədi ə, kəmsər?! 
 -Az, 
əm-əm-əm dostum vvvvaaar e! Zi-zi-zi-ziyafət əmdostum! 
  Qız gülüb düşür Müştabanın qabağına.  
Xüləs, qızı aparır və məsələni əmidostusuna danışır. Arvad ikicə saatın içində onlara yer salır, 
gədənin cibin boşaldıb, Cəlilin dükanından yaxşıca bazarlıq edir, bir qazan plov dəmləyib kəsir 
Müştabaynan Kafan qızının yatdıqları otağın qapısın. İçəridən qızın qışqırtısı gələnəcən qalır ayaq 
üstə. Bunu sonralar Ziyafət arvad Müştabanın anasına bəzəyə-bəzəyə belə danışarmış: “Kəsdim 
qapını. Dedim çaxmax-qav olmasa, bınnarı bırdan bıraxsam, maa nəhlət. İki sahat keşdi, bir xəbər 
yoxdu, üş sahat keşdi, bir xəbər yoxdu, xəkəndazı götürüb cumdum pişiyin üstünə, qışqıra-qışqıra 
dedim, kopayoğlunun pişiyi, bı gecə ya saa verən allahdı, ya maa! Poxu yemisən axıracan ye! Ya da 
əlindəkini gəlib əlinnən alacaxlar, qalassan vay bına dəyə-dəyə... Bir göreydin yazıq pişik üzümə nə 
təhər mağmın-mağmın baxırdı. Yanı ki, mənim günahım nədi axı? Hə, elə bu heyni, qız içəridən 
qulun kimi cihnə verib qışqırdı. Bir az sohra Müştaba içəridən fısıldıya-fısıldıya çıxıb avcıma iki 
onnux qoydu... Mən də süfrə açıb dəmlədiyim pilavdan çəkdim onnara...”  
 Müştaba  əmidostunun qaynatasının adıydı, yəni Müştabanın babasının. Ona görə    nəsildə 
oğlanı çox istəyir, bəziləri eləcənə “baba” çağırırdılar. Elə ordaca arvad deyib: “ Baba, əmdostun 
qurban, oğlunuz olacax inşallah, əlim youldu.”  
  Oğlan olmağına olur, adını da Kamil  qoyurlar. Amma uşağın üstündə ürəkgetməsi varmış. 
Düz səkkizincini qurtaranacan bu ürəkgetmə qalır oğlanın üstündə. İndi bilmirəm, nə təhərdi, yenə 
tutur, ya tutmur onun tutması?  
  Kamilin bir illəti də vardı:  əlləri  əsərdi. Bir saniyə  əllərini sakit saxlaya bilməzdi. Qoca, 
taqətsiz adamların əlləri kimi titrəyərdi. (Bu, babası Müşatabadan keçmişdi ona. Kişi suynan dolu 
qabı on metr aparanacan xeylisini yerə çiləyərmiş.Ona görə kişinin bir ayaması da vardı: Təntik 
Müştaba deyərmişlər, yəni əsən, təntiyən.)  
 Kamil danışırdı ki, buruqda işə düzələndə baş usta deyir ki, yox bala, səni bu vəziyyətdə işə 
götürə bilmərəm,  əllərin  əsir, sonra bir xata törədərsən. Bizim işimiz onsuz da xata-baladan əskik 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə