Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə18/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

 
54
Azərbaycanın mədəniyyət siyasətinin prioritet problemlərin-
dən birinə – mədəni irsin qorunub saxlanılmasına gəldikdə isə, 
bu məsələ artıq hüquqi planda “Tarix və  mədəniyyət 
abidələrinin mühafizəsi haqqında”, “Milli Arxiv Fondu 
haqqında”, “Kitabxana işi haqqında” qanunların qəbul edilməsi 
sayəsində həll edilib. Tarix və mədəniyyət abidələrini mühafizə 
etmək həm konstitusiyada, həm də “Mədəniyyət haqqında 
Qanun”da hər bir vətəndaşın əsas vəzifəsi elan edilsə də, ölkədə 
bu cür abidələrin aşkar edilməsi, öyrənilməsi, qorunması  və 
istifadəsilə bağlı münasibətləri tənzimləyən xüsusi bir qanuna 
kəskin ehtiyac duyulurdu. Buna görə də, “Tarix və mədəniyyət 
abidələrinin mühafizəsi haqqında” qanun, abidələrin 
mühafizəsinin dövlət və bələdiyyə təminatı ilə bağlı məsələləri, 
onların istifadəsi, öyrənilməsi, konservasiyası, təmiri, bərpası, 
yenidən qurulması, regenerasiyası  və  təhlükəsizliyi qaydalarını 
ətraflı şərh edir. Qanunda abidələri qorumaq məqsədilə aparılan 
abadlıq və möhkəmləndirici tikinti işləri ilə bağlı problemlər 
hərtərəfli həll edilmişdir. Onda, tarix və mədəniyyət abidələrinə 
ümumdünya, ölkə  və yerli (regional) səviyyədə  mədəni dəyər 
statusu verilməklə onların tam siyahısının tərtib və  təsdiq 
edilməsi, dövlət uçotuna alınması  və pasportlaşdırılması, 
daşınmaz abidələrin xəritəsinin hazırlanması, onlar üzərində 
mülkiyyət formalarının müəyyən edilməsi nəzərdə tutulmuşdur. 
Qanunda abidələrin bədii-estetik simasının dəyişdirilməsinə  və 
onların tamamilə  və ya qismən dağılmasına səbəb olan təmir, 
tikinti, təsərrüfat və digər növ işlərin aparılmasının qadağan 
edilməsi də müsbət haldır. 
Milli Arxiv Fondunun formalaşmasına və  fəaliyyətinə 
qoyulan yeni tələblər, dövlət və qeyri-dövlət arxiv fondunun və 
onlarda saxlanılan sənədlərin mülkiyyət formalarının və 
hüquqlarının dəqiq müəyyən edilməsinin vacibliyi, habelə bu 
qədər böyük mənəvi sərvətin günün tələblərinə müvafiq 
normativ-hüquqi  əsaslarının olmaması bu sahədə xüsusi 
qanunun hazırlanması  və  qəbul edilməsi zəruriyyətini 


 
55
doğurmuşdur. “Milli Arxiv Fondu haqqında” Qanun arxivlərin 
fəaliyyəti, Milli Arxiv Fondunun formalaşdırılması, mühafizəsi 
və istifadəsi ilə bağlı bütün münasibətləri tənzimləyir, arxiv 
işçilərinin sosial müdafiəsini xeyli gücləndirir. 
Kitabxana işinin təşkilinin təkmilləşdirilməsi, onun 
səmərəliliyinin gücləndirilməsi, məhsuldarlığının artırılması, 
eləcə  də kitabxana informasiyası sahəsində oxucuların 
hüquqlarının təmin edilməsi məqsədilə ölkədə “Kitabxana işi 
haqqında” qanun qəbul edilmişdir. Qanun cəmiyyətin 
intellektual və  mənəvi potensialının inkişafıına,  ən müasir 
tələblərə cavab verən bilik səviyyəsinin yüksəldilməsinə  fəal 
yardım göstərir, çünki o, kitabxanaların öz funksiyalarını, o 
cümlədən informasiya funksiyalarını  həyata keçirmələri üçün, 
kitabxana işini keyfiyyətcə yeniləmək və yaxşılaşdırmaq üçün 
möhkəm hüquqi əsas yaradır. Qanunda başlıca diqqət həmin 
sahədəki prinsiplərin qismən dəyişdirilməsinə deyil, yeni 
iqtisadi və siyasi sistem şəraitində onların köklü surətdə yenidən 
nəzərdən keçirilməsinə  və yenidən formalaşdırılmasına yönəl-
dilmişdir. Bu qanun kitabxana işi sahəsində dövlət siyasətinin 
əsas prinsiplərini, kitabxana sisteminin ümumi əsaslarını, 
kitabxana fondlarının formalaşdırılması  və mühafizəsi üçün 
zəruri olan tələbləri, kitabxanaların maliyyə mənbələrini, onların 
yaradılması  və  fəaliyyəti qaydalarını, vətəndaşların kitab-
xanalardan istifadə zamanı hüquq və  vəzifələrini, kitabxana işi 
sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. 
Tarix və  mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı bütün 
problemlərin hüquqi cəhətdən tənzimlənməsi beynəlxalq 
konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni 
dəyərlərin qorunması haqqında” (Haaqa, 1954), “Ümumdünya 
mədəni irsinin mühafizəsi haqqında” (Paris, 1970), “Mədəni 
dəyərlərin qeyri-qanuni aparılmasının, gətirilməsinin, onların 
mülkiyyət hüququnun başqasına verilməsinin qadağan 
edilməsinə  və qarşısının alınmasına yönəldilən tədbirlər 
haqqında” (Paris, 1970), “Oğurlanmış və qeyri-qanuni aparılmış 


 
56
mədəni dəyərlər haqqında” (1995) konvensiyalara, həmçinin 
YUNESKO-nun və onun nəzdində fəaliyyət göstərən beynəlxalq 
təşkilatların (İKOM,  İKOMOS və  İKKROM) və  mədəni 
dəyərlərin mühafizəsi məsələləri ilə geniş  şəkildə  məşğul olan 
digər beynəlxalq qurumların layihə  və tövsiyələrinə uyğun 
olaraq həll edilmişdir. 
Ölkənin 1919-cu ildən formalaşmaqda olan muzey fondunun 
qorunmasını  və keyfiyyətcə  zənginləşməsini gücləndirmək, 
muzeylərimizin fəaliyyətini xeyli yaxşılaşdırmaq (bu gün ölkədə 
231 muzey var), yenilərini, o cümlədən özəl muzeylər yaratmaq 
üçün “Muzeylər haqqında” qanun qəbul edilmişdir ki, qanun 
dövlətlə muzeylər arasında qarşılıqlı  əlaqələri tənzimləyən, 
onların vəzifə  və funksiyalarını, imtiyaz və  səlahiyyətlərini 
müəyyən edən, muzeylərin qaydalarını  və hüquqlarını  dəqiq 
ifadə edən, muzey fondunun qorunmasına, saxlanmasına, inkişaf 
etdirilməsinə  və  zənginləşdirilməsinə yardım edən və muzey 
işçilərinin sosial müdafiəsini gücləndirən təsirli bir sənəddir. 
Müstəqilliyin ilk illərində  şəhərsalma sahəsində meydana 
çıxan və şəhər və yaşayış məntəqələrinin bədii-estetik, memarlıq 
simasını xeyli korlanmasına səbəb olan mənfi tendensiyalar 
“Memarlıq fəaliyyəti haqqında” və  “Şəhərsalmanın  əsasları 
haqqında” qanunların qəbul edilməsini zəruri etdi. Hər iki qanun 
tikintidəki özbaşınalıq ucbatından ölkədə milli memarlığın və 
şəhərsalma praktikasının düçar olduğu tənəzzülü dayandırmağa, 
memarlıqla tikintinin ahəngdar, qarşılıqlı  vəhdətini bərpa 
etməyə, uzun əsrlər boyu formalaşan memarlıq mədəniyyətini, 
şəhərlərimizin təkrarolunmaz kaloritini qorumağa və onları 
ləyaqətli səviyyədə gələcək nəsillərə çatdırmağa yönəldilmişdir.  
Vahid sistem kimi nəşriyyat-poliqrafiya fəaliyyəti 
sahəsindəki çatışmazlıqlar və  həmin sahənin bütün ən vacib 
problemlərini tənzimləyən müvafiq qanunun yoxluğu nəzərə 
alınaraq, “Nəşriyyat işi haqqında” qanun qəbul edilmişdir. 
Qanun pozulmuş  nəşriyyat-poliqrafiya siklini bərpa etməyə  və 
onun dirçəlişini təmin etməyə yönəldilmişdir. Qanunda dövlət 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə