Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə20/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

 
60
1.1.2. Demokratik mədəniyyət planlaşdırılması və Heydər 
Əliyevin mədəniyyət siyasəti mənəvi dəyərlər kontekstində 
 
BMT-nin  İnsan Haqları  Bəyannaməsinin 27 (1) maddəsində 
“Hər kəs cəmiyyətin mədəniyyət həyatına azad olaraq qatılma 
haqqına sahibdir” ifadəsi yer almaqdadır. Beləcə mədəniyyət bir 
sosial haqq olaraq qəbul edilməkdə və digər sosial haqlar kimi 
dövlətə bəzi vəzifələr yükləməkdədir. Bu yanaşma mədəniyyəti 
bir zümrə imtiyazı olmaqdan çıxarmaqda və insan həyatının 
dövlət tərəfindən də  dəstəklənəcək bir sferası halına 
gətirməkdədir. Mədəniyyət cəmiyyətin bütün maddi-mənəvi 
dəyərlərinin cəmidir (109, s.19). Bu etibarla sürətli bir sosial 
inkişaf və  dəyişmə içərisində olan Azərbaycan cəmiyyətinin 
mədəni ehtiyaclarının ödənilməsi, sadəcə maddi rifah səviyyəsi 
ilə  dəyərləndirilməsi mümkün olmayan inkişafın yerinə 
yetirilməsi zəruri bir vəzifəsi halına gəlmişdir. 
Maddi və  mənəvi varlığımızın, milli xarakterimizin 
özəlliklərindən ilham alaraq inkişaf etdirilməsində, dövlətimizin 
ölkə  və millətlə bölünməz bir bütün halında qorunması, 
yaşadılması  və gücləndirilməsində, mənəvi bərabərlik və 
həmrəyliyimizin güclü, bağlayıcı, bütünləşdirici ortaq milli 
mövqe və davranışlarınin inkişafında milli mədəniyyətümüz, 
tükənməz bir qaynaq təşkil etməkdə  və bu baxımdan, 
cəmiyyətimizin bugünkü inkişaf səviyyəsi etibarilə çox önəmli 
bir rol oynamaqdadır (109, s.20). 
Yuxarıda da bildirdiyimiz kimi çox müxtəlif mədəniyyət 
tərifləri verilmişdir.  Ən ümumi mənası ilə bir cəmiyyət 
içərisində “həyatı ehtiva edən hər  şey mədəniyyətə daxildir, 
mədəniyyətə girməyən insani bir fəaliyyət yoxdur”. Ancaq 
mədəniyyət siyasəti və planlaşmasından bəhs edildiyi zaman bu 
tərifdə böyük ölçüdə  məhdudlaşdırma və ya xüsusi bir 
perspektiv bəhs mövzusudur. 
Türkiyə Cümhuriyyətinin beşillik inkişaf planına dair xüsusi 
komissiyanın hesabatında deyilir: “Ölkəmizin son illərdə 


 
61
keçirmiş olduğu təsrübələrə istinadən komissiyamız bu xüsusi 
perspektivi YUNESKO mütəxəssislərinin birgə  qəbul etmiş 
olduqları bir tərif içərisində görməkdədirlər: Mədəniyyət, bir 
insan cəmiyyətinin öz tarixi təkamülü xüsusunda sahib olduğu 
şüur deməkdir; o mənada ki, bu insan cəmiyyəti bu tarixi 
təkamül  şüuruna məxsus varlığını davam etdirmə  əzmini 
göstərir və inkişafını  təmin edir” (109, s.8) Bu tərif bir ölkədə 
sosial və iqtisadi inkişafa lazım olan mədəniyyət və tarixi 
yaddaşın təzələnməsi və inkişaf prosesini öz mədəniyyət və 
tarixi ilə bütünləşdirərək gerçəkləşdirmənin  əhəmiyyətini 
müəyyənləşdirməkdədir. 
Demokratik qayda ilə idarə olunan ölkələrdə, dövlətin 
vəzifəsi insanların özü-özlüyündə meydana gələn və müxtəlif 
təsirlərlə yüksələn yaşayış  tərzlərini, inanc və  dəyərlərini 
ortadan qaldırmaq və bunların yerinə iqtidarda olanların 
düşüncələrinə uyğun formaları yerinə qoymaq, bu məqsədlə bir 
siyasət təyin edərək icrasını plana bağlamaq olmaz. Bunun 
mümkün olmayan iki tərəfi düşünülə bilir. Birincisi, demokratik 
cəmiyyətdə insan haqq və azadlıqları müqəddəsdir və ancaq 
zərurət varsa məhdudlaşdırılması mümkündür. Mədəni haqlar da 
insanların himayə etməsi zəruri olan həqiqi azadlıqlarından 
qaynaqlanır.  İkincisi olaraq, siyasi rejim belə bir siyasət və 
planlaşdırmanın gerçəkləşdirilib tətbiq edilməsinə imkan 
verməz. Demokratiyada iqtidar və  təşkilatlanmış müxalifət 
vardır. Sürəkliliyi lazım bilinən bir mədəniyyət siyasətinin belə 
bir rejimdə  tətbiq edilməsi  şansının az olduğu düşünülə bilir. 
Nəhayət, deyilir ki, azadlığın müqəddəsliyi təməlinə söykənən 
bir sistemdə öz-özlüyündən, ünsürlərinin bir-biri üzərindəki təsir 
və  təzyiqləri, bunların hər hansı sintezi ilə formalaşan 
mədəniyyət ünsürlərinə müdaxilə, demokratiyanın məntiq və 
fəlsəfəsi ilə tutarlı deyildir (109,  s.9). 
Ancaq “mədəniyyət sahəsində heç bir zaman mütləq bir 
liberalizm hökm sürməmişdir. Məsələn, təhsildə daima müəyyən 
qədər düzənləmə olmuşdur. Liberal dövlət, cəmiyyətin davamı 


 
62
üçün lazımlı gördüyü davranış modellərini təyin etmişdir. O 
halda yaradıcı müdaxilə azad demokratik cəmiyyət quruluşu 
içərisində, planlaşdırılmış bir müəssisələr çərçivəsi daxilinə 
soxula bilir”. YUNESKO mütəxəssislərinin fikrincə, birgə qəbul 
edilən və yuxarıdakı açıqlanmaya söykənmək  şərtilə mövzuya 
bir az daha aydınlıq gətirmək, beləcə mümkün olmaqdadır. Belə 
olunca hər cəmiyyət sözügedən “tarixi inkişafı xüsusundakı 
şüur”u sağlam tutmaq, bunu hər yöndən gələn hücumlara qarşı 
qorumaq məcburiyyətindədir. Demokratik cəmiyyətin bu 
məcburiyyətdən kənarda qala bildiyini qəbul etmək isə  əsla 
mümkün deyildir. Əslində liberal və eyni zamanda plansız, yəni 
rəhbərsiz, lidersiz bir demokratik cəmiyyət bir çox təhlükələrlə 
qarşı-qarşıyadır. Bu təhlükələrdən  ən başda gələni də, heç 
şübhəsiz cəmiyyətin bir mədəniyyət hücumuna və bunun 
nəticəsində  mədəniyyət aşınmasına məruz qalmasıdır. 
Ziyalıların mədəniyyət həyatına ilham verə bilmədiyi, onu 
yönləndirə bilmədiyi cəmiyyətlər yabançı  mədəniyyət istilasına 
açıq hala gəlməkdədir (109, s.9-10).  
Liberal cəmiyyətdə 
mədəniyyətin demokratikləşməsi 
qaçılmaz bir nəticədir. Ancaq demokratikləşmə, böyük kütlə 
cəmiyyətlarində bölgəçiliyə doğru olan meyli gücləndirməkdə
belə bir hal isə, mədəniyyətün əsas mahiyyətini meydana gətirən 
ortaq tarixi inkişaf  şüuruna zərər verməkdədir. Bütün bu hallar 
liberal kütlə cəmiyyətlərində çox böyük zərərlər meydana gətirə 
biləcək mədəniyyət böhranlarını ortaya çıxara bilməkdədir. Bu 
etibarla mədəniyyətin planlaşdırılması cəmiyyətin həm varlığını 
davam etdirə bilməsi və  həm də demokratik xarakterlərini 
qoruyaraq diktatorluq bəlasından məsun qala bilməsi üçün 
zorunludur. Bu halda dövlətin mədəniyyət sahəsindəki 
fəaliyyətlərinin qayəsi cəmiyyətin maddi rifahı ilə mənəvi mirası 
arasında paralel bir inkişafı  təmin etmək, elmi inkişaf və 
irəliləməyi o cəmiyyətin insanları üçün bir daxili zənginlik 
qaynağı halına gətirərək, keçmişin uzantısı olan indiki zamanın 
tarixi davamlılığını təmin etməkdədir (109, s.11). 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə