Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə23/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

 
69
zəruridir (117, s.36-37). Bu gün inkişaf etmiş bir millət ola 
bilmə üçün elmdə, texnikada, iqtisadiyyatda və texnologiyada 
irəliləmiş və güclənmiş olmaq lazımdır. İqtisadi və texnologiya 
sahəsində millətlərin həyatında mədəniyyət və sənətin nə qədər 
önəmli bir yer tutduğu, iqtisadi və texniki sahələrdə inkişaf 
etmiş  cəmiyyətlərdə açıqca görülməkdədir. Bu cəmiyyətlərdə 
milli mədəniyyəti yaşatma, araşdırma və dəyərləndirmə yolunda 
müxtəlif cəhdlər edilməkdə, çeşidli tədbirlər görülməkdədir. 
Milli mədəniyyətimizin təməlləri – ailə, məktəb, milli dil, milli 
tarix, etnoqrafiya, folklor, incəsənət, sənət, teatr, opera, 
kitabxanalar, coğrafiya və iqtisad, insanlıq və müasir mədəniyyət, 
dünyagörüşü, vətən sevgisi, əski Azərbaycan əsərləri və muzeylər, 
nəşr, təbliğat və  təşviqat kimi maddi-mənəvi və  mədəni dəyər, 
fəaliyyət və strukturlara bağlıdır (117, s.38). 
Bir millətin mədəniyyət həyatını yaşatmaq və inkişaf 
etdirmək üçün hüdudları aydın cızılmış, imkanları gerçəkliklə 
hesablanmış bir ümumi mədəniyyət siyasətinə ehtiyac vardır. 
“Şərqin qapalı, mistik və sxolastik mədəniyyət anlayışından 
ağlın hökmranlığına söykənən qərb anlayışına keçiş durumunda 
olan millətimizin lazım duyduğu milli bir mədəniyyət 
siyasətinin üç xüsusiyyəti əhatə etməsi zəruridir: 
1.
 
Milli mədəniyyət  şüurunu oyandırmaq və oyanıq 
tutmaq. 
2.
 
Mədəniyyət dəyəri olan əsərləri qorumaq, yaşatmaq, 
tanıtmaq, sevdirmək. 
3.
 
Hər cür yol və üsuldan faydalanaraq mədəniyyətdə 
yaradıcılığı təşviq etmək”. 
 Bu söylənilənləri xülasə etsək, mədəniyyət siyasəti üç yöndə 
inkişaf etdirilməlidir: “Milli mədəniyyət şüuru və imkanı daima 
canlı tutulmalıdır; Mədəniyyət  əsərlərimiz  ən geniş anlamıyla 
qorunmalı, tədqiq edilməli, dünyaya və özümüzə anladılmalıdır; 
Millətimizin mədəniyyət yaradıcılığı sistemli olaraq təşviq 
edilməlidir” (117, s.40). 


 
70
Türkiyə Cümhuriyyətinin milli mədəniyyət siyasətinin ana 
hədəflərini müəyyənləşdirən Milli mədəniyyət Özəl  İxtisas 
Komissiyası, milli mədəniyyət planlaşdırması xüsusundakı 
çalışmalarının başlanğıcında milli mədəniyyət siyasətinin 
hədəfləri və  təməl prinsipləri üzərində durmuş  və  aşağıdakı 
əsaslar üzərində  məqsədəmüvafiq nəticəyə  gəlmişdir: “Milli 
mədəniyyət siyasətinin ana hədəfi ilə Türkiyənin milli hədəfi 
arasında uyğunluğun olması  şərtdir. Məlum olduğu kimi 
Türkiyənin milli hədəfi ölkədaxili sabitliyin və ölkə xaricində 
sülhün gerçəkləşdirilib davam etdirilməsi, müstəqillik, azadlıq, 
ədalət və haqq bərabərliyinə söykənən bir dünya düzəni 
içərisində milli birliyi, bütünlüyü və Türkiyə  vətəndaşlarının 
qanunlarla təminat altında olan haqq və hürriyyətlərini 
qoruyaraq həyat şərtlərini demokratik düzən içərisində və sosial 
ədalət prinsiplərinə uyğun olaraq inkişaf etdirmək surətilə 
Türkiyə xalqını müasir mədəniyyət səviyyəsinə yüksəltməkdir. 
Bunun üçün gənc nəsillər fiziki və ruhi cəhətdən saglam
vətənpərvər, millətimizi ucaltmağı  məqsəd bilən və 
demokratiyaya inanclı  və milli ideallara bağlı bir zehniyyətlə 
yetişdirilməlidirlər. Bunun üçün Türkiyə  mədəniyyət və  sənəti 
dəyərləndirilməli, araşdırılmalı və bütün ölkə səthində yayılaraq 
bütün cəmiyyətin bu mədəniyyətdən yararlanması  və tanıması 
təmin edilməlidir” (109, s.26). 
Eynilə Azərbaycan milli mədəniyyət siyasəti ilə uyğun gələn 
bu nümunədə göstərildiyi kimi mədəniyyət siyasəti də 
müəyyənləşdirilən milli siyasət hədəflərinə uyğunlaşdırılmış 
şəkildə formalaşdırılmalı  və buna müvafiq mahiyyət 
qazanmalıdır.    Bu  mənada nəzərdən qaçırılmamalıdır ki, dil 
mədəniyyətün  ən böyük, ən başda gələn ünsürüdür. Dil, 
mədəniyyətün ilk və  təməl ünsürü olduğu kimi, digər 
mədəniyyət ünsürlərinin də başlıca daşıyıcısı  və  xəzinəsi 
durumundadır. Bu etibarla millət hər  şeydən öncə  və daha çox 
dil birliyi deməkdir (109, s.27-28). Bir dilin qorunması, ancaq 
gələcək nəsillərə ötürülməsilə mümkün olur. Gələcək nəsillərə 


 
71
ötürülməyən dil, ölü dillər arasına girər. Dili ötürmənin başlıca 
yolu, milli təlim-tərbiyə  və  təhsildir. Azərbaycan dili öz 
strukturu daxilində  və bütün zənginliyi ilə yeni nəsillərə 
öyrədilməlidir. Bunun üçün bütün dərs kitabları yaşayan, canlı, 
təbii və  zəngin Azərbaycan dili ilə yazılmalı, müəllimlər bu 
Azərbaycan dili ilə  təchiz edilməli, dərs kitablarında 
klassikləşmiş mətnlər yer tutmalı, təhsilə yardımçı olaraq ayrıca 
texniki mərkəz və vasitələrdən seçilmiş  ədəbi  əsərlərə  qədər 
başqa  əlavə  dəstəklərdən faydalanmaq yoluna əhəmiyyət 
verilməlidir (109, s.31). 
Ümumilikdə isə milli mədəniyyətimizin mühafizəsi və 
inkişafı üçün mədəniyyət siyasətində diqqət yetiriləcək sahələri 
belə  təsnifatlaşdırmaq olar: Mədəniyyət və  ədəbiyyat; 
Mədəniyyət və Azərbaycan musiqisi; Mədəniyyət, Azərbaycan 
memarlığı və məkan tənzimləməsi; Mədəniyyət və Azərbaycan 
tamaşa sənətləri; Mədəniyyət və Azərbaycan incəsənəti; 
Mədəniyyət və folklor; Mədəniyyət və kütləvi informasiya 
vasitələri; Mədəniyyət mühafizə  və  təbliğat müəssisələri
Mədəniyyət və Azərbaycanın xarici münasibətləri 
(Azərbaycan mədəniyyət ünsürlərinin təsbiti və mühafizəsi, 
ölkə daxilində-ölkə xaricində; Milli mədəniyyətin ölkə 
xaricində tanıdılması  və yayılması); Mədəniyyət və tarix; 
Sosial araşdırmalar və  mədəniyyət dəyişmələri; Mədəniyyət, 
din və əxlaq (109, s.32-39). 
XX  əsr Azərbaycan xalqının həyatında silinməz izlər 
qoymuşdur.  Əslində yüzililklərin, minililklərin qovuşuğunda 
yeni bir Azərbaycn təşəkkül tapmışdır. Xalqımızın tarixi taleyi 
elə imkan yaratmışdır ki, son yüzililkdə Azərbaycan köhnə 
dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil 
ictimai-siyasi intibah yolunu tutmuşdur. Bu gün hər bir 
azərbaycanlı  fəxr edə bilər ki, ata-babalarımız olduqca qısa bir 
zaman  ərzində kütləvi savadsızlığa son qoymuş, vətənimiz 
bütün insanların oxuyub yazmağı bacaran savadlılar diyarına 
çevrilmişdir. Vətənpərvər və təəssübkeş ziyalılarımızın vətəndaş 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə