Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə24/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

 
72
fəallığı sayəsində  Şərqdə ilk teatr, ilk opera, ilk kino və s. 
Azərbaycanda meydana gəlmişdir. Kütləvi sürətdə savadlanmaq
elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının 
mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də 
dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur.  
Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olması 
xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu 
gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə, iqtisadi, 
sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya 
sivilizasiyasına tam cavab verən bir səviyyədədir. 70 ililk 
ayrılıqdan sonra əldə etdiyimiz müstəqilliyin yenidən özümüzə 
qayıtdığı son 17 ildə minililklərdən süzülüb gələn 
mədəniyyətmizin doğma qaynaqlara söykənməklə ümumbəşəri  
dəyərlərə qovuşması üçün əsl mənada münbit zəmin təmin 
edilmişdir. Söykökə qayıdış, millətimizin özünü dərk etməsi, 
xalqımızın və dövlətimizin sivil bəşəriyyətin birgəyaşayış 
qaydalırını  mənimsəmək prosesi gücləndikcə Azərbaycan 
xalqının malik olduğu ümumbəşəri mədəniyyətin təntənəsi daha 
aydın nəzərə çarpır. Müstəqilliyimizin on yeddi ili ərzində 
mədəniyyət işçilərimizin qazandığı  uğurlar, bütövlükdə  mədəni 
həyatımız belə deməyə  əsas verir ki, XX əsr həqiqətən tarixə 
mədəniyyətimizin təntənəsi ilə daxil olmuşdur. 
Əlbəttə müstəqil dövlət qumraq, onu daha da 
möhkəmləndirib inkişaf etdirmək üçün hərtərəfli, savadlı, 
mədəni  şəxsiyyətin yetişdirilib tərbiyə edilməsi də mühüm 
amillərdəndir. Çünki şəxsiyyətin hərtərəfli inkişafı, cəmiyyətdə 
insanlar arasında onun rolu, tutduğu mövqe onun 
dünyagörüşünü formalaşdırır, siyasi, mədəni, əxlaqi və mənəvi
bədii və estetik inkişafı bütün dövrlərdə, zamanlarda olduğu 
kimi, müasir şəraitdə, müstəqililk illərində  də aktuallıq kəsb 
edir. Hazırda şəxsiyyətin inkişafı problemi bir çox aspektlərdən 
tədqiq edilir, sosioloji tədqiqatlar aparılır. 
Əsərlər, 
monaqrafiyalar, monaqrafiyalar yazılır və s. işlər aparılır. 
Ümumiyyətlə, müstəqillik həyatımızın mühüm tərkib hissəsi 


 
73
kimi bütün insanları düşündürən məşğul edən vacib bir 
məsələyə çevrilir (58, s.5). 
Azərbaycan mədəniyyəti bu gün milli-mənəvi qaynaqlardan 
qidalanaraq, Heydər  Əliyevin qoyduğu  ənənə, qayğı  və diqqət 
sayəsində daha möhtəşəm bir dövrünü yaşayır. Müstəqililk 
dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin 
görkəmli nümayəndələrinin, habelə ayrı-ayrı milli bayramların 
və tarixi günlərin qeyd edilməsi ilə bağlı  tədbirlər dövlət 
başçınsı  İlham  Əliyevin imzaladığı  fərman və  sərəncamlarla 
keçirilir. Bu sənədlərə  əsasən görkəmli  şəxsiyyətlərimizirn adı 
ilə, tarixi hadisələrlə bağl yeni küçələr, meydanlar salınır, 
muzeylər açılır, müxtəlif nəşrlər çap olunur, sənət ustalarımız 
ölkəmizin ali mükafatları ilə  təltif edilir, onların istedadı, 
mədəniyyətimizin iknişafında xüsusi yeri və rolu bir daha təsdiq 
olunur. 
Ən sevindirici olanı budur ki, Azərbaycan artıq öz 
mədəniyyəti,  ədəbiyyatı  və incəsənəti,  şəxsiyyətləri ilə dünya 
meridianlarına çıxır. Prezidentmizin müvafiq fərmanları ilə dahi 
Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik 
yubileyinin Fransada, Türkiyədə,  İraqda,  İranda və Rusiyada, 
dünya  şöhrəti Bülbülün 100 illik yubileyinin Moskvada, 
Tbilisidə və Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80-illik 
yubileyinin Moskvada və Parisd,ə görkəmli müğənni Rəşid 
Behbudovun 80 illik yubileyinin Moskvada, türk xalqlarının 
Ana kitabı olan “Kitabi-dədə Qorqud” dastanının 1300 illik 
yubileyinin Parisdə – YUNESKO-nun iqaqmətgahında yüksək 
səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən 
dünyaya tanıtmışdır (79, № 11, s.3).  
Hazırda Azərbaycanda 27 professional teatr, 50-dək xalq 
teatrı  və özəl teatr, 13 konsert təşkilatı  fəaliyyət göstərir. 
Mədəniyyət nazirliyi sistemində 2 böyük simfonik orkestr, xalq 
çalğı alətləri orkestri, bir neçə kamera və estrada kollektivləri 
var. Ölkəmiz üçün ən çətin məqamlarda prezidentimizin köməyi 
ilə Opera və Balet Teatrının, balet truppasının, Azərbaycan 


 
74
Dövlət Simfonik Orkestrinin, Dövlət Xor kapellasının, Dövlət 
rəqs Ansamblının qorunub saxlanması, üstəlik də yeni Xalq 
Çalğı Alətləri Orkestrinin yaradılması  həqiqətən  əsl incəsənətə 
vurğunluq, bu yolda fədəkarlıq nümunələri sayıla bilər. 
Bu gün mədəniyyət nazirliyi sistemində 3275 klub 
müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət və istirahət parkı 
fəaliyyət göstərir. Xalqımızın mənəvi sərvətlərinin qoruyucusu
tədqiqatçısı  və  təbliğatçısı olan 137 muzey, 27 dövlət  şəkil 
qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz əksini 
tapır. Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı 
Xoreqrafiya məktəbi, musiqi, rəssamlıq texnikumları, 300-ə 
yaxın uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri 
Azərbaycan mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar 
hazırlayır (69, 25 dekabr 1991). 
Prezidentmizin bəstəkar, yazıçı,  şair, aktyor, müğənni, 
rəssam  əməyinə verdiyi yüksək qiymət sayəsində ölkəmizin 
yüzlərlə sənətçisi xalq şairi, xalq yazıçısı, əməkdar mədəniyyət 
işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Heydər 
Əliyev yolunu davam etdirən prezident sənətkarların qayğılarına 
hər zaman diqqətlə yanaşmış, onlara maddi və  mənəvi dayaq 
olmuşdur. O, ölkənin maliyyə çətinlikləri ilə üz-üzə durduğu bir 
vaxtda da sənət insanlarından öz qayğısını əsirgəmədi. Həyatını 
milli mədəniyyətimizin və elmimizin inkişafına, istedadını  və 
ömrünü xalqına həsr edən 60 nəfərə yaxın görkəmli mədəniyyət 
və incəsənət xadimi Prezidentimiz tərəfindən təsis edilmiş 
xüsusi təqaüdə layiq görüldü (79, № 11, s.3). Son illər ərzində 
Prezident fərmanı ilə dövlət simfonik orkestrinin və Azərbaycan 
dövlət Xor Kapellasının  əmək haqlarının dörd dəfə, balet 
artsitlərinin  əmək haqlarının isə beş  dəfə atırılması bu sahədə 
çalışanlara  əsl dövlət qayğısı olmuşdur. Prezidentmizin bu 
kollektivlərin malik olduğu imici saxlamaq, onların milli sərvət 
kimi nüfuzunu artırmaq, qorumaq, təbliğ  və inkişaf etdirmək 
sahəsindəki qayğısı bu fərmanlarla bir daha təsdiq edilmişdir. 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə