Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə25/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

 
75
Bütün deyilənlər bir daha təsdiq edir ki, qədim tarixi və 
mədəniyyəti olan Azərbaycan xalqı yenidən müstəqillik 
qazandıqdan sonra dünya birliyində öz layiqli yerini tutmaq 
üçün digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı 
sahəsində  də çox uğurlu addımlar atmışdır və XXI əsrin ilk 
onilliklərində dünyanın  ən mədəni millətlərindən birinə 
çevrilmək əzmindədir. 
 
1.2. Müasir dövrdə dövlət mədəniyyət siyasətinin rastlaş-
dığı  çətinliklər 
 
Azərbaycanda mədəniyyət sektoru 90-cı illərin  əvvəlində və 
ortalarında ölkəni təlatümə  gətirən dərin iqtisadi və siyasi 
böhranın, habelə yüksək səviyyədə işsizliyin ciddi təsiri altında 
olmuşdur. Biz buna, həmçinin keçmiş sovet mədəniyyət 
orqanlarının həddən artıq mərkəzləşdirilmiş olmasını  və 
onların   avtoritarizmini,  habelə keçmiş SSRİ respublikalarının 
özünəməxsusluğu və  mədəni hüquqlarının müəyyən “bayram 
əhval-ruhiyyəsində” təqdim edilməsinə baxmayaraq, həmişə 
ikinci planda durması faktını da əlavə etməliyik. 
Ənənəvi QİYŞ bazarının dağılmasından sonra bütün sabiq 
sovet respublikalarını bürüyən böhran iqtisadiyyatı nə vəziyyətə 
saldısa, mədəniyyət də o vəziyyətə düşdü. Daha həssas sfera
ideoloji təzyiq predmeti və partiyanın bilavasitə diqqət 
mərkəzində olduğundan mədəniyyət Azərbaycanda və digər 
sovet respublikalarında partiya aparatının güclü təsirinə  məruz 
qalırdı; bu aparat mədəniyyətin hər bir sahəsi üçün yaradılmış 
geniş  təsisatlar  şəbəkəsinə  nəzarət edir, beləliklə, mədəniyyət 
müəssisələri arasında bircinsli məcburi əlaqə və o cür də ənənəvi 
mərkəzləşdirilmiş büdcə tipləri müəyyənləşdirirdi. Müstəqillik 
əldə edildikdən sonra, bu sistem də təbii olaraq dağıldı və hər bir 
respublika artıq indi tamamilə müxtəlif olan tələbatlara – 
demokratik təsisatların qurulması, qanunun aliliyi, insan 
hüquqlarına hörmət və  mədəni rəngarəngliyə uyğun islahatçı 


 
76
mədəniyyət siyasəti yaratmaq məcburiyyətində qaldı. Bunun 
üçün isə heç bir milli qanunvericilik mövcud deyildi. Lakin 
əsasən keçid dövrünün iqtisadi çətinlikləri və Dağlıq Qarabağ 
uğrunda Ermənistanla münaqişə ucbatından mədəniyyətə ayrılan 
büdcə xeyli az olsa da, əsas qənaət ondan ibarətdir ki, 
mədəniyyətin marginallaşma risqi ilə üzləşdiyi digər ölkələrdən 
fərqli olaraq, Azərbaycanda mədəniyyət cəmiyyətin, ölkənin 
özünəməxsusluğunun və onun gələcək inkişafının vacib hissəsi 
hesab edilir və burada ona əyləncə  və  bəzək vasitəsi və yaxud 
faydalı ritorika aləti kimi baxılmır. 
Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra respublika 
ilk illər çoxsaylı daxili və xarici problemlərlə üzləşmiş  və 
mürəkkəb dövlət quruculuğu dövründən keçməli olmuşdur. 
Xalqın tələbi ilə ölkə  rəhbərliyinə Azərbaycan xalqının ümum-
milli lideri Heydər  Əliyevin qayıdışından sonra ölkədə daxili 
siyasi sabitlik bərpa edilmiş  və onun gələcək inkişafının 
strategiyası  və  əsas istiqamətləri müəyyənləşdirilmişdir. Həmin 
andan etibarən Azərbaycanın dövlət həyatının bütün sahələri, o 
cümlədən mədəniyyət sahəsi üzrə dövlət siyasətinin müəyyən 
olunması  və inkişaf etdirilməsi tarixində yeni mərhələ baş-
lanmışdır. Azərbaycan Respublikasının mədəniyyət siyasəti öz 
müstəqlliyinə son dövrlərdə yenidən qovuşmuş bir dövlətin 
ümumi siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, 
iqtisadiyyat və sosial sahələrdə köklü dəyişikliklərə  səbəb olan 
siyasi rejimin transformasiyası  mədəni proseslərin məzmununa 
və dinamikasına bilavasitə təsir göstərimşdir (10, № 11, s.5). 
Bu gün dövlət mədəniyyət siyasəti, Avropa Şurasının 
“Çərçivədən kənar” məruzəsinə uyğun olaraq, “mədəniyyət 
sahəsində dövlət tədbirləri üçün ümumi çərçivələr kimi 
müəyyən edilir. Bu tədbirlər milli hökumətlər və yerli 
hakimiyyət orqanları  və yaxud onların agentlikləri tərəfindən 
qəbul edilə bilər. Mədəniyyət siyasəti dəqiq müəyyən olunmuş 
məqsədlər tələb edir. Bu məqsədlərin gerçəkləşməsi üçün 
planlaşdırmanı  həyata keçirməni və  dəyərləndirməni mümkün 


 
77
edən mexanizmlər mövcud olmalıdır” (139). Bu, həmçinin 
fəlsəfə, dünyagörüşü və  mədəniyyəti ümumi inkişafın bir 
göstəricisi kimi yenidən nəzərdən keçirməyə kömək edən bir 
sıra orta və uzunmüddətli vəzifələr deməkdir. 
Azərbaycanda mədəniyyət siyasətinin inkişafı haqqında ilk 
bəyanat bundan ibarətdir ki, Mədəniyyət və Turizm Nazirliyi öz 
siyasətini, son on illiklərdə  əksər Avropa ölkələrində  rəhbər 
tutulan əsas prinsipləri nəzərə alaraq və onları ölkənin reallıqları 
ilə müqayisə edərək müəyyənləşdirir. Üç əsas prioritet 
müəyyənləşdirilmişdir: mədəni və tarixi irsin qorunması (bu, 
mədəniyyət təsisatlarının bütün infrastrukturunu özündə  əks 
etdirir); yaradıcılığın himayə edilməsi, mədəniyyətin insan 
inkişafı amili kimi dərk edilməsi və  qəbul olunmasının 
gücləndirilməsi.  
Hökumətin və  Mədəniyyət və Turizm Nazirliyinin bu 
prioritetlərə nail olunması  və onların həyata keçirilməsi üçün 
yaradılan təsisatların bütöv məqsəd və  fəaliyyət sahələri 
bunlardır: alternativ maliyyə  mənbələri axtarışı, mədəniyyət 
sahəsində inzibatçılığa dair treninqlər, mədəni inkişaf 
strategiyalarının işlənib hazırlanması, xeyriyyəçi mədəniyyət 
fondunun təsis edilməsi. 
Qanunvericilik tədbirləri ilə yanaşı mədəni islahatların həyata 
keçirilməsində nəzərəçarpacaq nailiyyətlərin əldə edilməsinə və 
onların dəstəklənməsinə  səbəb ola biləcək sahələrdən biri də 
maliyyələşmə  məsələsidir. Müharibə  və qaçqınlarla  əlaqədar 
situasiyanın hələ də həll olunmaması səbəbindən ölkədə daha da 
dərinləşən iqtisadi çətinliklər nəticəsində  mədəniyyətə ayrılan 
büdcə yeni şərtlərin gerçəkləşməsi üçün kifayət edəcək 
səviyyədən xeyli aşağıdır. Ölkədə mədəniyyətin maliyyələşməsi 
95% dövlət büdcəsi hesabına baş verir və  mədəniyyət 
müəssisələri tərəfindən yaradıla və istifadə oluna bilən və heç 
zaman ümumi büdcənin 1%-dən artıq olmayan məhdud 
kateqoriyalı ekstra büdcə fondlarından başqa son dərəcə az 
sayda  əlavə maliyyə ehtiyatları mövcuddur. Mədəniyyət 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə