Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə21/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

 
63
İnkişaf planlarının məqsədi, sosial münasibətlərdə müəyyən 
bir tənzimləməni təmin etmək surətilə, cəmiyyətin bütününü 
içinə alan tarazlı bir inkişafdır. Cəmiyyətin bütününü əhatə 
edən, yəni iqtisadi, sosial və  mədəniyyət yönlərindən inkişaf 
səyləri iqtisadi olduğu qədər bəşəri mülahizələrlə 
istiqamətləndirilməkdədir. Texniki tərəqqi və  bərabərində 
gətirdiyi yeniliklər səbəbilə, iqtisadi inkişaf, bu kimi inkişafların 
qəbul edilmə  şəklinə, həm istehsalçı, həm də istehlakçı olaraq 
fərdin bu sürətli və davamlı  dəyişməyə göstərdiyi uyğunluğa 
bağlıdır. Dəyişikliklə ayaqlaşmaq və bunu qəbul etmək gücü, 
mədəniyyət standartlarını yüksəltmək və kollektiv həyatı 
tənzimləyəcək dəyərləri mühafizə etmək və ya yaratmaq surətilə 
təmin edilir. Dəyər sistemləri də, əks etdirdikləri mədəniyyətlər 
kimi, mənəvi ünsürlərdəki pozulma səbəbilə çökər. Modern 
dünyada bu pozulmaya səbəb olan amillərin ən mühümlərindən 
biri “dəyər yükü” daşımadığı zənn edilən, ancaq gerçəkdə dəyər 
ilə yüklü olan yeni texnologiyanın yayılmasıdır. Yenə önəmli bir 
başqa amil də çağdaş informasiya kommunikasiyalarının 
həddindən artıq inkişafı  səbəbindən kainatın ruhi-psixoloji 
həcminin kiçilməsidir. Günümüzdəki inkişaf əsasında yaranmış 
sonsuz bəşəri və  əxlaqi problemlərə  məhdud və texniki həll 
variantları aranmaqdadır. Beləcə  də, xüsusilə insan hərəkətinin 
təməlində vasitənin qayədən,  şəklin mahiyyətdən ayrı 
olmayacağı unudulmaqdadır. Mədəniyyətün inkişaf etdirilməsi 
ilə  əlaqəli fəaliyyətlər, bu gün hələ  təlim-tərbiyə ilə  əlaqəsini 
davam etdirməklə bərabər, xüsusi bir xarakter və qəti məqsədlər 
daşımaqdadır. Bu durumun üç dəyişik amillər qrupunun təsiri ilə 
ortaya çıxdığı bilinməkdədir: Texniki amillər, sosial-iqtisadi 
amillər və sosioloji amillər:  
Texniki amillər – elektro-mexanik produksiyalar (musiqi və 
dramın qeyd və  və filmlər yolu ilə çoxaldılması), radio və 
televiziya kimi texnik kütlə informasiya vasitələrinin inkişafı 
(bu yeni texnologiya milyonlarca insana istənildiyi qədər 
materialı qısa zamanda çatdırmaqdadır); Sosial-iqtisadi amillər – 


 
64
həyat səviyyəsinin yavaş-yavaş  və  təhsil səviyyəsinin ümumi 
olaraq yüksəlməsi nəticəsində daha ümumi bir kütləyə xitab 
olaraq açıqlanması; Sosioloji amillər – sürətli  şəhərləşmə 
hadisəsi və bir insanın özünə ayıra biləcəyi boş zamanın artmış 
olması  (ənənəvi məhəlli mədəniyyətlərindən qopmuş olanların 
daha yaxşı bir sosial həyata olan ehtiyaclarının artması, yeni 
davranış örnəklərinin müəyyən edilməsi və gözlədiklərinin 
dəyişməsi – daxili turizm, adi ticarət, zərərli  əyləncə 
fəaliyyətlərinin önlənməsi məcburiyyəti və b.); Mədəniyyət 
planlaşdırıılması  mədəniyyət vasitələrinin kəmiyyətcə  nəzərə 
alınması ilə başlayır. Kəmiyyətcə  təsbit edilməsi gərəkli olan 
mədəniyyətin özü deyil, imkan və qaynaqlarıdır. Milli 
mədəniyyət siyasətinə kantitatif ünsürün daxil edilməsindən 
öncə  bəzi ümumi tədqiqatların aparılmasına ehtiyac vardır. 
Bunların başında, mövcud mədəniyyət imkanları, bunları 
istifadə edənlər, bunlara xidmət edən personal və  fəaliyyət 
sahələrinə aid statistik məlumatları toplamaq gəlir.  
Bu çalışmalar aşağıda müəyyən edilənlərlə  nəzərdə tutulur: 
İctimai dairələr, digər qurumlar və insanlar tərəfindən istifadə 
edilən mədəniyyət xərcləmələri;  Əhalinin müxtəlif qruplarının 
mədəniyyət davranış modelləri; ümumi inkişafın bir parçası 
olaraq mədəni inkişafın səviyyəsini təsbit etmək üçün gərəkli 
görülən araşdırmalar (109, s.14). Ancaq bu sahədə heç əskiksiz 
statistik məlumat toplamaq çox çətin və  ağır bir çalışma 
olduğundan, mütəxəssislər ümumilikdə  bəzi qərarlara gəlmək, 
mədəniyyət siyasətini təyin etmək və  nəticələri tədqiq etmək 
kimi daha məhdud məqsədlər üçün məlumat əldə etməyin daha 
yararlı olduğuna inanmaqdadırlar. Bunun üçün sektorlar arası 
bilgilərin tutarlı olması məqsədi ilə metodları standartlaşdırmaq 
lazım gəlir. Bu bilgilərin, mədəniyyət siyasətinin təsbitində 
faydalı ola bilməsi üçün, ölkənin mədəniyyət potensialını təsbit 
etməyə və hər hansı bir tarixdə mədəniyyət baxımından tərəqqi 
səviyyəsini təxmin etməyə yardımçı olması lazım gəlir. Bu 
bilgilərlə yanaşı  mədəniyyət həyatında coğrafi amilin yeri; 


 
65
çeşidli mədəniyyət tiplərinin inkişaf təmayüllərinin analizi 
(ənənəvi mədəniyyəti, məhəlli mədəniyyətlər kimi); bu fərqli 
tiplər arasında mümkün təhlillər, hələ ki, üzə  çıxmamış 
mədəniyyət ehtiyaclarının təhlili və müxtəlif sosial qruplararası 
mədəniyyət mübadiləsi kimi araşdırmalara da ehtiyac vardır. 
(109, s.15).  
Mədəniyyət siyasəti – mədəniyyətin bəşəriyyətin inkişafın-
dakı rolunu şərh edən və bu istiqamətdə ardıcıl, sistemli 
fəaliyyət göstərən  bir sahədir. Məhz buna görə də inkişaf etmiş 
demokratik ölkələrdə mədəniyyət siyasəti XX əsrin ortalarından 
diqqət mərkəzindədir. Mədəniyyət siyasətinin inkişafı dünyada 
sülhün, firan həyat tərzinin və rifahın  rəmzi kimi dərk 
olunmaqdadır. Ötən  əsrin ikinci yarısından başlayaraq 
mədəniyyət siyasəti Qərb ölkələrinin fəaliyyətində  tədricən 
mühüm yer tutmağa başlayır. Son illərdə Avropa Şurası 
mədəniyyət siyasətinə demokratik inkişaf siyasəti kimi ciddi 
diqqət yetirir. 1986-cı ildə Avropa Şurası Avropa ölkələrində 
geniş yayılmış “Mədəniyyət siyasətinin qısa proqramı”na 
başlanğıc verdi. Bu proqran Mədəniyyət Nazirlikləri tərəfindən 
milli hesabatların hazırlanmasını nəzərdə tutur. Sonra bu hesabat 
Avropa  Şurasının ekspertləri tərəfindən qiymətləndirilərək 
tövsiyyələr hazırlanır. Bu tövsiyyələr məhsuldar fəaliyyət 
proqramının işlənməsi məqsədi ilə Strasburqda və ayrı-ayrı 
ölkələrdə müzakirə edilir. 1997-ci ildə Avropa Şurasının mədə-
niyyət siyasəti  şöbəsinin fəaliyyətini və onun hərəkətlərini 
yaxşılaşdırmağa xidmət edən “Mədəniyyət siyasətinin 
sistemləşdirilməsi və istehsalı ittifaqı” yarandı.  İttifaq 
mədəniyyət siyasəti üzrə materialların yığılması, sistemləş-
dirilməsi və istehsalı, onların çoxaldılaraq müxtəlif ölkələrin 
dövlət və qeyri-hökumət strukturları arasında yayılması ilə məş-
ğul olur. O, müxtəlif ölkələrdə  mədəniyyət siyasəti sahəsində 
işləyənlər üçün təmas  şəbəkəsi müəyyənləşdirir. Avropada 
mədəniyyətin inkişafı və mədəniyyət siyasəti üzrə diskusiyaların 
keçirilməsi və informasiya mübadiləsi məqsədi ilə 1998-ci ildə 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə