Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə30/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

 
90
sayı 164 nəfər olan “Azərbaycan Bəstəkarlar  İttifaqı”dir. 
İttifaqın nəzdində bu bölmələr fəaliyyət göstərir: musiqili səhnə 
əsərləri bölməsi, simfonik musiqi bölməsi, kamera musiqisi 
bölməsi, mahnılar bölməsi, musiqi tənqidi bölməsi və s. 
Azərbaycan Bəstəkarlar İttifaqı öz üzvləri haqda informasiyalar 
toplayır, öz imkanları daxilində onların yaradıcılıq və  şəxsi 
xarakterli müxtəlif problemlərinin həllinə kömək edir. Bu 
təşkilata üzvlük artıq peşə karyerasının zəruri elementi hesab 
olunmur. “Azərbaycan Musiqi Xadimləri  İttifaqı”nın  əsas 
vəzifələrinə müxtəlif müsabiqələrə  və festivallara səfərlərin 
təşkilində musiqiçilərə  və musiqi kollektivlərinə köməklik 
göstərmək, ölkədə müxtəlif müsabiqələr keçirmək, məişət 
problemlərinin həllində musiqiçilərə yardım göstərmək daxildir. 
1995-ci ildə  təşkil edilən “Yeni Musiqi” cəmiyyəti isə yeni 
şəraitdə geniş beynəlxalq  əlaqələr qurmağa, Azərbaycan 
musiqisini dünya arenasında təbliğ etməyə çalışır. “Yeni Musi-
qi” Cəmiyyəti Azərbaycanı  İSCL və ACL-də  təmsil edir, ən 
yeni musiqi ilə bağlı müxtəlif festival layihələrini həyata keçirir, 
Azərbaycan musiqiçiləri ilə tanınmış xarici ifaçılar və 
nəşriyyatlar arasında vasitəçilik edir. Azərbaycanda bir 
yaradıcılıq ittifaqı nümunəsi kimi özünüidarəetmə prinsipi ilə 
fəaliyyət göstərən təşkilat Azərbaycan Aşıqlar Birliyidir. Qeyd 
etmək lazımdır ki, bu qeyri-dövlət təşkilatı 1984-cü ildən 
Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində  fəaliyyət 
göstərən Respublika Aşıqlar Birliyinin davamçısıdır. Aşıqlar 
Birliyinin fəaliyyətini ümumi şəkildə  nəzərdən keçirərkən, hər 
şeydən  əvvəl onu qeyd edək ki, həmin təşkilat bu, son dərəcə 
mürəkkəb dövrdə yeni şəraitə uyğunlaşmaqda kifayət qədər 
çeviklik göstərə bilir. Maliyyə ehtiyatlarının məhdudluğuna 
baxmayaraq, Birlik rəhbərliyi onlarla tədbir, o cümlədən müasir 
dövrün  ən məşhur aşıqlarının yaradıcılıq, keçmişin görkəmli 
ustad aşıqlarının isə xatirə gecələrini keçirmişdir. Birliyin 
nəzdində iki aşıq ansamblı  fəaliyyət göstərir, xalq yaradıcılığı 
problemini işıqlandıran “Ozan” qəzeti nəşr edilir. Aşıqlar Birliyi 


 
91
həmçinin qonşu dövlətlərin (İran, Türkiyə) dastan ustadları ilə 
mədəni  əməkdaşlığının yaradılması  və inkişaf etdirilməsi 
istiqamətində də müəyyən iş aparır. İran aşıqları ilə xüsusilə sıx 
yaradıcılıq əlaqələri qurulmuşdur. 
Öz kökləri ilə tarixin ən dərin qatlarına gedib çıxan 
sənətkarlıq növlərinin xeyli hissəsi indiyə kimi öz 
mövcudluğunu davam etdirir. Xalçaçılıq, daş oymaçılığı, 
ipəkçilik, misgərlik, zərgərlik, şəbəkəçilik kimi ənənəvi sahələr 
sənət peşələrinin  əsasını  təşkil edir. Ölkədə  sənayenin inkişafı 
ənənəvi peşə  sənətlərinin ixtisar prossesinə  təsir etmişdir. 
Ancaq, buna baxmayaraq qeyd etmək lazımdır ki, bir sıra 
spesifik peşə  sənəti məhsullarına daimi tələbatla bağlı olaraq, 
Şəkidə, Bakıda, Qazaxda və Azərbaycanın digər  şəhərlərində 
qədim peşə ənənələrini qoruyub saxlayan hələ çox ustalar vardır. 
Son illərdə  Mədəniyyət və Turizm Nazirliyi xalq-tətbiqi 
sənətinin inkişafına xüsusi diqqət yetirir. Xalq sənəti nümunələri 
üzrə üç dəfə respublika sərgi-müsabiqəsinin keçirilməsi buna 
parlaq sübutdur. Bu sərgilərin keçirilməsində  məqsəd bütün 
çoxcəhətliliyilə birlikdə Azərbaycan xalq tətbiqi sənətinin daha 
tam mənzərəsini yaratmaq olmuşdur: burada Azərbaycanın hər 
yerindən xalçaçılıq, zərgərlik, ağac oymaçılığı, metalişləmə, 
bədii tikmə nümunələri, xalq musiqisi alətləri nümayiş 
etdirilmişdir. Həmin tədbirlərin keçirilməsi, bəzi növləri artıq 
itib-batmaq həddində olan xalq tətbiqi sənətinin inkişafı üçün, 
heç şübhəsiz, güclü stimul olmuşdur. 
Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz (əvvəlki adı 
Respublika Xalq Yaradıcılıq Evi olmuşdur) həmişə müxtəlif 
ənənəvi mədəniyyət sahələrinin hərtərəfli tənzimlənməsində 
əlaqələndirici rolunu oynamışdır. Məhz Xalq Yaradıcılığı Evi 
əməkdaşlarının ötən  əsrin 30-40-cı illərində intensiv axtarışları 
sayəsində Azərbaycanın müxtəlif bölgələrinin qiymətli folklor 
nümunələri toplanmış  və  nəşr edilmişdir. Sonrakı illərdə Xalq 
Yaradıcılığı Evi həm yerli, həm də beynəlxalq xarakterli 
çoxsaylı festivilların, baxışların, müsabiqələrin keçirilməsinin 


 
92
təşəbbüsçüsü kimi çıxış etmişdir. Bu tədbirlər, heç şübhəsiz, 
bəzən müəyyən siyasi xəttin təbliği və  təşviqi aləti olsa da, 
bütövlükdə xalq yaradıcılığının müxtəlif janrlarının inkişafını 
stimullaşdırır,  ənənəvi incəsənətin mövcud vəziyyətinin bütöv 
mənzərəsini yaratmağa imkan verir, Azərbaycanın müxtəlif 
bölgələrinin xalq yaradıcılığı evlərilə, rayon mədəniyyət 
şöbələrilə  əlaqələri həyata keçirir, onların nəzdində  fəaliyyət 
göstərən xalq musiqisi kollektivlərinin attestasiyasını keçirir, 
lazım gəldikdə isə onlara metodik yardım göstərirdi. Əldə edilən 
məlumatlara görə respublikanın rayonlarında yaranmış  ağır 
iqtisadi vəziyyətlə  əlaqədar bəzi kollektivlər öz fəaliyyətlərinə 
xitam versələr də onların çoxu həm respublikada, həm də onun 
hüdudlarından kənarda aktiv yaradıcı fəaliyyətlə məşğul olur. 
İfaçiliq sənəti – yaradiciliğin dəstəklənməsi məsələlərindən 
bəhs edərkən isə qeyd olunmalıdır ki, bu gün Azərbaycan təsviri 
sənəti dolğun, yetkin və çoxşaxəli bir fenomen kimi çıxış edir və 
onu parlaq orjinal bir hadisə kimi fərqləndirən xarakterik 
struktur xüsusiyyətlərinə malikdir. Bu sənətdə dünya 
praktikasında mövcud olan bütün əsas bədii istiqamətlər təmsil 
olunmuşdur. Rəngkarlıqda realist tendensiya öz “sağlam”, hər 
cür yalançı pafosdan uzaq məcrasına qovuşmuşdur. Primitivizm, 
ekspressionizm, abstraktsionizm kimi bir çox digər istiqamətlər 
də onunla dinc “yanaşı yaşayır”. Heç şübhəsiz ki, bu gün 
rəssamlar öz düşüncə  və  bədii ideyalarını gerçəkləşdirməkdə 
sərbəstdirlər. Həmçinin, heç şübhəsiz ki, tarixilik baxımından 
bu, istənilən xalqın incəsənətinin inkişafı taleyində  ən mühüm 
andır. 
Hazırda Azərbaycan Rəssamlar  İttifaqının 800-ə yaxın üzvü 
vardır. Əvvəllər olduğu kimi, burada rəngkarlıq, heykəltəraşlıq, 
dekorativ-tətbiqi sənət, monumental incəsənət, qrafika və tənqid 
bölmələri fəaliyyət göstərir.  Əvvəlki kimi yenə  də  rəssamlara 
İttifaqın tabeliyində olan iki qalereyada öz sərgilərini pulsuz 
təşkil imkanı verilir. Lakin, hər halda sərgilərin tam şəkildə 
təşkili üçün, heç olmazsa afişaların, dəvətnamələrin və ən yaxşı 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə