Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə63/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

 
190
layihələrdir. Diqqətəlayiq hadisədir ki, bu saytların yaradılması, 
ABŞ Beynəlxalq 
İnkişaf Agentliyinin (USAID) 
maliyyələşdirdiyi IATP (Internet Training and Access Program) 
proqramı  tərəfindən dəstəklənmişdir. Adı  çəkilən saytlar aras-
ında: “Musiqi dünyası” jurnalının http://musigi-dunya.az 
saytı;
http://composers.musigi-dunya.az
;  
http://diskografiya.mu-
sigi-dunya.az
 on-layn katoloqları  və xatirə saytları – görkəmli 
Azərbaycan bəstəkarı Qara Qarayevə  həsr olunmuş http://gara-
garayev.musigi-dunya.az saytı  və tanınmış caz bəstəkarı  və pi-
anoçu V.Mustafazadəyə  həsr olunmuş http://vagif.musigi-
dunya.az . saytı vardır. Azərbaycan incəsənətinə  həsr olunmuş 
http://azeripaint.aznet.org; “Azərbaycan  İnterneşnl” jurnalının 
http://azer.com; Azərbaycan rəssamlarının 1800-dən çox 
əsərinin toplandığı http://azgallery.org; Azərbaycan dili və 
ədəbiyyatına həsr olunan http://azeri.org; Musiqi Mədəniyyəti 
Muzeyinin http://www.citisight.com/baku/musculture.html; 
Azərbaycana dair turist soraq kitabçası 
http://5c.az-
eri.com/travel/culture.html
 saytlarını  və  həmçinin bəzi digər 
layihələri də öz məna bitkinliyi və tərtibat peşəkarlığı baxımın-
dan yuxarıda adı çəkilən saytlara aid etmək olar. 
Fərəhli haldır ki, Azərbaycanda 2000-ci ildən etibarən 
İnternetdə  mədəniyyət və incəsənətin inkişafı  məsələlərinə 
mühüm yer ayrılan birgə Azərbaycan Portal İnkişafı layihəsi 
həyata keçirilməyə başlanmışdır. Ümumdünya Bərpa və İnkişaf 
Bankı  tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycan 
cəmiyyətinin üç sektorunun – dövlət, özəl və vətəndaş cəmiyyəti 
sektorlarının qarşılıqlı  fəaliyyəti  əsasında həyata keçirilir. Sayt 
http://www.gateway.az ünvanında yerləşir və bir çox 
mütəxəssislərin rəyinə görə müəyyən müddətdən sonra bir növü 
Azərbaycan internetinin “mərkəzi”nə çevriləcəkdir. Portalda 
müxtəlif ictimai həyat sahələrinə dair materiallar, xəbərlər
həmçinin “azərinet”in böyük baza resursları təmsil olunmuşdur. 
Fərəhləndirici faktlardan biri də son iki ildə “azərinet”də 
müxtəlif qəzet və jurnalların çox sayda keyfiyyətli saytlarının 


 
191
meydana çıxmasıdır. Veb saytları yaradılması prossesinə dövlət 
strukturları da fəal qoşulmuşdur. Azərbaycan Respublikası 
Prezidentinin http://www.president.az; demək olar ki, bütün na-
zirlik və dövlət komitələrinin, Azərbaycan Respublikası 
səfirliklərinin (bunların arasında Azərbaycanın ABŞ-dakı (158) 
və Rusiya Federasiyasındakı (159) səfirliklərinin saytları da var) 
saytları yaradılmışdır. Bütün bunlar bilavasitə demokratikləşmə, 
şəffaflıq və dövlət strukturları haqda informasiyalara yol tapıl-
ması meyllərini  əks etdirir. Azərbaycanın özündə yaradılan 
layihələrlə yanaşı  mədəniyyət sahəsində bir neçə beynəlxalq 
şəbəkə layihəsi də mövcuddur. Onlardan ən mühümü Avropa 
Şurası  və “ERİKarts” Mədəniyyət Sahəsində Müqayisəli 
Tədqiqatlar  İnstitutunun “Avropada Mədəniyyət siyasəti:  əsas 
faktların və tendensiyaların kompendiumu” birgə layihəsidir. 
Azərbaycanın Mədəniyyət Nazirliyi 1999-cu ildən həmin 
layihədə iştirak edir. 
Mədəniyyət industriyaları  gələcəkdə inkişaf üçün böyük 
potensiala malikdir. Rahat idarə edilə bilən bu sahə yaxşı 
təminat və mədəniyyət aləmi ilə tərəfdaşlığın müdafiə olunması 
şəraitində qarşılıqlı faydalı münasibətlər üçün zəmin yarada 
bilər. 
 
 
2.2.2.
 
Milli-mənəvi irsin qorunması ilə bağlı görülən 
tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla qarşılıqlı 
əməkdaşlıq 
 
Azərbaycanlılar öz tarixi irslərilə çox fəxr edirlər və heç 
şübhəsiz, onların buna haqqı vardır. Bu irs bütün ölkə üzrə 
Qobustandakı mezolit dövrünün qayaüstü rəsmlərindən, 
atəşpərəstlərin Bakı yaxınlığındakı “Atəşgah” məbədindən, 
Şirvanşahlar Sarayı  və bütövlükdə  İçəri  Şəhərdən (orta əsrlər 
Bakısı), Kiş  kəndindəki alban kilsəsindən,  Şəki qalası  və Xan 
sarayından, birinci neft yüksəlişi zamanı Bakıda tikilən gözəl 
binalardan tutmuş tarixi irsin digər çoxsaylı gözəl və 


 
192
diqqətəlayiq  şəhər nümunələrinə, qala və  məscidlərə, kilsə, 
məbəd və milli tikililərə  qədər polietnik  və çox mədəniyyətli 
keçmişin bütün daşıyıcılarını əhatə edir (139). 
Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının 
etibarlı göstəricisidir. Mədəni irsin qorunması  və inkişaf 
etdirilməsi ümumilikdə  cəmiyyətin inkişafının və bütün 
sahələrdə yüksək nailiyyətlər  əldə etmək cəhdlərinin ayrılmaz 
bir hissəsidir. Tarix və memarlıq abidələri, muzeylər, 
kitabxanalar və arxivlər mədəni irsi mühafizə edən  ən mühüm 
mədəniyyət ocaqlarıdır. 
1998-ci ilin aprel ayının 10-da “Tarix və  mədəniyyət 
abidələrinin qorunması” haqqında (75) Azərbaycan 
Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun tarix və 
mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan 
istifadə ilə bağlı münasibətləri tənzimləyir. Tarix və mədəniyyət 
abidələri – arxeoloji və memarlıq obyektləri, etnoqrafik
numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə  və 
şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar, xalqın dini 
əqidəsi ilə bağlı  dəyərlərdir. Burada deyilir ki, tarix və 
mədəniyyət  abidələri xalqın milli sərvətidir. Abidələr daşınar 
(səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr 
muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə  və digər münasib 
yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq 
abidələri olmaqla, olduğu və inşa edildiyi yerlərdə qorunur. Bu 
Qanunda qeyd edilir ki, Azərbaycan xalqının zəngin milli 
mədəniyyətinin qorunub saxlanması dövlətimizin  ən mühüm 
vəzivələrindən biridir. Mədəni sərvətlərin qorunub saxlanması 
və istifadəsi problemləri ölkənin əsas Qanununda – Azərbaycan 
Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır: “Hər 
kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı 
göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”(9, s.24) 
Azərbaycan keçid dövrü şəraitində, mədəniyyət sahəsində 
kəskin tənəzzüllə üzləşmişdir. Bir çox kütləvi mədəniyyət 
mərkəzlərinin ( müzeylər, kitabxanalar, parklar, teatr və konsert 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə