Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə64/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

 
193
zalları)  əsaslı  bərpasına və modernləşdirilməsinə ehtiyac 
duyulur.  İncəsənət sahəsində  tənəzzülün və  mədəni irsin 
itməsinin cəmiyyətə  təsiri istənilən halda iqtisadi inkişaf üzrə 
qarşıya qoyulan məqsədlərlə heç cür müqayisə edilə bilməz. Bu 
baxımdan hökumət, yoxsulluğun azaldılması  məqsədləri 
çərçivəsində incəsənət sahəsində  tənəzül meyllərinin qarşısının 
alınmasına və  mədəniyyətin inkişaf etdirilməsinə yönəldilmiş 
əsas tədbirlər işləyib hazırlamalıdır.   
Mütəxəssislərin fikrincə, hökumət yoxsulluğun azaldılması 
ilə bağlı  məqsədlərə öz təsirini iki əsas istiqamətdə 
göstərməlidir: mədəni irsə  və  mədəniyyətin gələcək inkişafına 
qayğının artırılması. Hazırda mədəniyyət sahəsində çalışan 
işçilərin  əmək haqları çox aşağı  səviyyədədir. Buna görə  də 
incəsənət tədris sahəsində çalışan müəllimlərin və dövlət 
mədəniyyət müəssisələrində çalışan işçilərin  əmək haqlarının 
artırılması yolu ilə  mədəniyyət işçilərinin yaşayış  səviyyəsinin 
yaxşılaşdırılması təmin olunmalıdır.  
Dünyanın bir çox ölkələrində bir qayda olaraq mədəni irsin 
qorunması, saxlanması  və onun fundamental inkişafı dövlət 
siyasətinin tərkib hissəsi kimi, onun maliyyə vəsaitləri hesabına 
həyata keçirilir. Buna baxmayaraq mədəniyyətlə bağlı  əlavə 
fəaliyyət sahələrinə özəl sektorun cəlb olunması da 
həvəsləndirilə bilər. Buraya müxtəlif təlim proqramları  bədii 
gecələrin, incəsənət tədbirlərinin və  mədəniyyət mərkəzlərinə 
ekskursiyaların təşkil olunması, nəqliyyat, informasiya 
texnologiyası  və  nəşriyyat eləcə  də  pərakəndə satış sahələri 
aiddir. Bundan əlavə  bəzi mədəniyyət mərkəzləri özəl sektora 
idarəetməyə verilə bilər. Bütün bunlar hökumətin inkişaf 
strategiyasına tam uyğun olaraq, gəlir  əldə etmə imkanlarının 
yaradılmasına birbaşa təsir göstərəcəkdir. 
2003-cü ildə  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 
müasir beynəlxalq təcrübəyə  əsaslanan mədəniyyət siyasəti 
istiqamətində 2004–2008-ci illər üçün “Azərbaycan 
mədəniyyətinin Dövlət Strateji inkişafı proqramının” layihəsi 


 
194
hazırlanmışdır. Proqram Azərbaycan Respublikasında dövlət 
səviyyəsində aparılan mədəniyyət siyasətinin 
əsas 
istiqamətlərini müəyyən edir və “Mədəniyyət siyasətinin 
təminatı”, “Mədəni irsin mühafizəsi”, “Yaradıcılığın 
dəstəklənməsi” və “Mədəni mənafeylərin inkişafı” adlı 4 
bölmədən, 20 fəsildən və Proqrama əlavə olunan “məqsədli 
layihələr cədvəli”ndən ibarətdir. Proqram müasir cəmiyyətdə 
mədəniyyətin rolunun yenidən dərk olunmasına, milli ideyanın 
inkişaf etdirilməsinə, beynəlxalq aləmdə Azərbaycanın 
nüfuzunun artırılmasına həsr olunmuşdur. Proqramın  əsas 
məqsədi keçmişi qoruyub saxlamaq, indini dəstəkləmək və 
gələcək inkişaf üçün zəmin yaratmaqdır. 
Xarici mədəniyyət siyasəti istiqamətində nazirliyin 
mədəniyyət siyasəti şöbəsi YUNESKO, Avropa Şurası, Avropa 
Birliyi, Türksoy, MDB və digər nüfuzlu beynəlxalq təşkilatların 
müvafiq qurumları ilə uğurlu əməkdaşlıq edir. 
Təsadyfi deyildir ki, son illərdə Azərbaycan Mədəniyyət və 
Turizm Nazirliyi ilə Avropa Şurası arasında  əməkdaşlıq 
çərçivəsində  mədəniyyət siyasəti sahəsində bir sıra mühüm 
layihələr həyata keçirilir. Bunların arasında Avropa Şurasının 
Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulmuş və 2000-ci ildən 
başlanılmış STEYC layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu 
layihə  çərçivəsində yerli və Avropa ekspertləri tərəfindən 
Azəprbaycanın mədəniyyət siyasətinə dair milli məruzə 
Strasburqda keçirilən Avropa Şurasının Mədəniyyət üzrə rəhbər 
Komitəsinin toplantısında təqdim olunaraq Komitə  tərəfindən 
yüksək qiymətləndirilmişdir. Layihənin son mərhələsi kimi, 
Məruzənin müzakirə edilməsi və mövcud problemlərin 
araşdırılması məqsədilə Mədəniyyət Naizrliyi ilə Avropa Şurası 
tərəfindən 23-24 iyun 2003-cü il tarixində Bakıda Milli Debatlar 
keçirilmişdir. Yüksək dövlət səviyyəsində  təşkil olunmuş Milli 
Debatlar Azərbaycan Respublikası Prezidenti cənab Heydər 
Əliyevin iştirakçılara ünvanlanmış müraciətinin oxunması ilə 
başlanmışdır.  İki gün davam edən tədbirin sonunda 


 
195
Azərbaycanın mədəniyyət siyasəti üzrə  Bəyannamə  qəbul 
olunmuşdur. 
Eləcə də Avropa Şurasının STEYC layihəsi çərçivəsində bir 
sıra digər tədbirlər də həyata keçirilmişdir ki, bunlardan biri də 
“Şəhərlər üçün mədəniyyət siyasəti” proqramı olmuşdur. 16-22 
iyun 2003-cü il tarixində Bakıda həyata keçirilən bu layihələdə 
İsveçrə  və Türkiyədən olan mütəxəssislər və  həmçinin Avropa 
Şurasının Mədəniyyət siyasəti və  fəaliyyəti departamentinin 
nümayəndələri iştirak etmişlər. 2004-cü ilin sentybarın 18-dən 
20-dək Türkiyənin Antalya şəhərində Türkiyə hakimiyyət 
orqanlarının dəvəti ilə STEYC Layihəsinin Üçüncü Nazirlər 
Kollokviumu keçirilmişdir. STEYC Layihəsinin üçillik nəticəsi 
kimi, “Azərbaycanda mədəniyyət siyasəti” adlı kitab yazılmış və 
Azərbaycan, ingilis və rus dillərində çapdan çıxmışdır. 
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti 
şöbəsi Avropa Şurası və Almaniyanın Bonn şəhərində yerləşən 
“ERİKarts” elmi-tədqiqat institutu tərəfindən həyata keçirilən 
“Avropada mədəniyyət siyasəti:  əsas təmayüllər və faktların 
Kompendiumu” beynəlxalq birgə layihəsində  iştirakını davam 
etdirmişdir. Azərbaycan Respublikasının aid olan son faktlar və 
sənədlər təhlil edilib işlənilmiş  və Avropa Şurasına təqdim 
olunmuşdur. 
2002–2003-cü illər  ərzində YUNESKO-nun “Bəşəriyyətin 
şifahi və qeyri-maddi irsinin şah əsərləri proqramı” çərçivəsində 
geniş fəaliyyət aparılmışdır. YUNESKO-nun Baş Direktoru, Baş 
direktorun müavini, qeyri-maddi irs departamentinin rəhbərliyi 
ilə nazirliyin nümayəndələri Parisdə və Bakıda bir sıra mühüm 
görüşlər keçirmişdir.  Şöbə Milli Elmlər Akademiyası  və 
YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə 
Azərbaycan müğamının qorunmasına və inkişafına 
istiqamətləndirilmiş  Fəaliyyət Planı tərtib etmişdir. Belə  gərgin 
və  məqsədyönlü fəaliyyətin nəticəsində 2003-cü ilin noyabr 
ayında Azərbaycan muğamı YUNESKO-nun “Bəşəriyyətin 
şifahi və qeyri-maddi irsinin şah  əsərləri” siyahısına daxil 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə